“Rusiyada miqrantlara tətbiq edilən məhdudiyyətlər siyasi xarakter daşıyır” .....                     Şimşək çaxacağı ehtimalı var .....                     “Space”ə keçən APARICI: .....                     Avtoritet “Artyom Xoxol”un YENİ ƏMƏLLƏRİ .....                     Putin müharibəni bitirmir: .....                     Moskva körpüləri yandırmaq istəmir: .....                     “İş artıq bağlanıb, hara istəyirsən get şikayət elə!” .....                     Mahnıya görə işdən çıxarılan direktorun yerinə təyinat .....                     14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi .....                     "Şərurlu İsfəndiyar"ın cinayət işi üzrə ekspertiza yekunlaşıb .....                     Paşinyanın Zəngəzur etirazı, əslində, siyasi oyundur .....                     Xanoba kəndində 26 evin təmirinə 1,5 milyon manat ayrıldı .....                     Rusiya ilə Azərbaycanın iqtisadi əlaqələri çox yaxşı inkişaf edir .....                     Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi .....                     Netanyahu Makronu İsrailə buraxmayıb .....                     "Biz mübarizə aparırıq" .....                     Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi iki dəfə azalacaq .....                     Pekində görüş niyə alınmadı? .....                     Bu çayda qəza vəziyyəti yarandı, təmir işlərinə 3 milyon ayrıldı .....                     TALIBOVUN DÖVRÜNDƏ BU DURUMDA DEYİLDİK .....                     Qalmaqallı məktəb direktorunun yerinə yeni təyinat .....                     ŞƏT-də daxili didişmələr: Azərbaycan hansı tərəfdədir? .....                     Tehran yola gəldi: .....                     Azərbaycan əleyhinə təbliğat iflasa uğrayır .....                     Ermənistanın ABŞ-dakı yeni səfirinin qardaşı narkotik və silahla tutulub .....                     Kəlbəcərin icra başçısını söyən Qarabağ qazisi 100 manat cərimə olundu .....                     Mərkəzi Bank “PulPal”ın vəzifəli şəxsini cərimələyib .....                     Moskva-Bakı gərginliyi yardımları dayandırmayacaq .....                     "Şikayət edəni də işdən çıxarmaqla hədələyirlər" .....                     Saleh Məmmədov təqaüdə göndərilir .....                     Dondurulmuş münaqişələr dövrünün sonu: Cənubi Qafqazda yeni reallıq .....                     Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri .....                     "Rusiya nümayəndə heyəti MDB Oyunları ilə əlaqədar Azərbaycana səfər edəcək" .....                     Paşinyan Yaponiya Baş naziri ilə görüşdü .....                     Hindistandan Azərbaycana “pas”: Bakı üçün fürsət? .....                     “Birbank”: narazılıqlara davam... .....                     Yarım milyon mənimsəyən bacısını xilas etmək istədi .....                     Razi Nurullayev yenə də məhkəməni uduzdu .....                     Şirkətin 117 min pulunu mənimsəyən vəzifəli şəxs məhkəmə zalından .....                     Amerika "Tramp dəhlizi" layihəsinin icrasına başlayır?.. .....                 

İlham Əliyev və Vladimir Putin Çində niyə görüşmədilər? - Bir salama dəymədi...
Tarix: Bu gün, 07:06 | Çap et

Avqustun 31-dən etibarən Çinin Tyanjin şəhərində start götürən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25 illiyinə həsr olunmuş yubiley sammiti yekunlaşmağa doğru gedir. Liderlər artıq sentyabrın 3-də Pekində keçiriləcək II Dünya Müharibəsi və Yaponiya üzərində qələbənin 80-ci ildönümünü anmaq üçün hərbi paradda iştirak etmək məqsədilə Çinin paytaxtına gəliblər.

Beləliklə, qarşıdakı bir gündə sammitdə iştirak edən liderlər arasında ikitərəfli görüşlər olmayacaq; əvvəlcədən razılaşdırılmış təmaslar Tyanjində artıq baş tutub. Azərbaycan Prezidenti İlham Əliyev də Çinin sədri Si Cinpin başda olmaqla bir sıra ölkə liderləri ilə ikitərəfli görüşlər keçirib.

Prezidentin qrafikində yalnız bir görüşə yer olmadı – Rusiya Prezidenti Vladimir Putinlə heç bir təmas qurulmadı. Jurnalistlər salamlaşma və ayaqüstü söhbət olacağına ümid etsələr də, Əliyev və Putin bir-birilərini görməzdən gəldilər. Hansı liderin görüşə istəksiz olduğunu müəyyən etmək üçün sammit ərəfəsində Bakıdan və Moskvadan səsləndirilən açıqlamalara nəzər yetirmək kifayətdir.

Prezident İlham Əliyev Pekinə getməzdən əvvəl “Əl-Ərəbiyyə” kanalına müsahibəsində Rusiya ilə hazırki münasibətlərdəki böhranın səbəblərini aydın şəkildə ifadə edib, məyusluğunun səbəblərini açıqlamışdı.

Əvvəlcə tarixə ekskurs edən dövlət başçısı 1920-ci ilin aprelində bolşevik işğalını xatırladıb. Qeyd edib ki, həmin ilin noyabrında Moskva qərar qəbul edərək Zəngəzuru Azərbaycandan alıb Ermənistana verib. Bununla da Azərbaycan əsas hissə və Naxçıvan olmaqla iki yerə bölünüb, Qərbi Zəngəzur isə onların arasında qalıb.

İlham Əliyev münasibətlərdəki hazırkı böhranın əsas səbəbi kimi ötən il dekabrın 25-də Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiya üzərində vurulmasını və Kremlin qeyri-adekvat davranışını göstərib. Prezident bildirib ki, Rusiyanın hava hücumundan müdafiə sistemi Azərbaycanın mülki təyyarəsini vurub və bu, böyük faciə və “qətiyyən yol verilməməli hadisə”dir.

Əliyev xatırladıb ki, 2020-ci ilin noyabrında Azərbaycan təsadüfən rus helikopterini vuranda, Bakı dərhal üzr istəmiş, təzminat ödəmiş və məsul şəxsləri cəzalandırmışdı. Amma bu dəfə Rusiya oxşar addım atmayıb, məsuliyyəti üzərinə götürməyib və araşdırmanı şəffaf aparmayıb.

Ölkə başçısı daha sonra Rusiyadakı azərbaycanlılara qarşı hücumlara diqqət çəkir: “Təyyarə insidentindən sonra Rusiyada azərbaycanlılara qarşı zorakılıq halları baş verib. İki nəfər işgəncə ilə öldürülüb, rəsmi versiyada isə ‘ürək tutmasından ölüm’ göstərilib”. Əliyev bunu xalqımıza qarşı “misli görünməmiş hörmətsizlik” adlandırıb.

Prezident vurğulayıb ki, Azərbaycan heç vaxt təcavüz və hörmətsizliyə göz yummayacaq. Münasibətlərin gərginləşməsinə görə məsuliyyət Bakının üzərinə düşmür, ölkə yalnız konstruktiv və hüquqi cavab verir.

İlham Əliyevin bu çıxışı Kremlə bağlı təbliğat mediasında genişmiqyaslı anti-Azərbaycan kampaniyasına start verib. Dövlət televiziyasında və Z kanallarında prezidentin özü hədəf alınıb, Azərbaycana qarşı təcavüz iddiaları səsləndirilib. Hazırda bu kampaniya bütün gücü ilə davam etdirilir. Paralel olaraq, Rusiyada yaşayan azərbaycanlıların həbsi və təzyiqlərə məruz qalması da həyata keçirilir.

Prezident İlham Əliyev bu çıxışı ilə Çinə getməzdən əvvəl Rusiya ilə münasibətlərin normallaşma perspektivinin çərçivəsini cızıb. Yəni Bakı, təyyarənin vurulması ilə bağlı mövqeyində qətidir, Zəngəzur dəhlizi ilə bağlı hazırkı reallıqları Rusiya işğalı ilə əlaqələndirir və ikitərəfli münasibətlərdə yalnız bərabərhüquqlu tərəfdaşlığa əsaslanır. Rusiya buna hazırdırsa, təşəbbüs göstərsin; görüşmək və danışmaq mümkündür.

Rusiya belə bir görüşə hazır idimi? Kremlin sözçüsü Dmitri Peskovun 21 avqustda verdiyi açıqlamadan belə nəticə çıxarmaq olar ki, Rusiya tərəfi Azərbaycan lideri ilə görüşün baş tutmasını istəyir, amma Bakının cızdığı çərçivədə yox, ənənəvi qaydada. Peskov deyib: “Putin və Əliyevin ŞƏT sammitinin kənarında görüşmək imkanı ola bilər. Ümid edirik ki, sabah görüş çərçivəsində onların qarşılaşmaq imkanı olacaq. Heç olmasa, belə bir imkan mövcud olacaq”.
Sentyabrın 1-də Peskov bildirdi ki, Putin və Əliyev hələ danışmayıblar.

Kreml sözçüsünün açıqlamasında görüş təşəbbüsünün Azərbaycandan gəlməli olduğuna eyham vurulur. Necə ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Putinin digər liderlər ilə söhbətinin bitirməsini gözləyib, daha sonra ona yaxınlaşdı və görüş baş tutdu. Azərbaycan rəhbərliyi üçün bu cür təmaslar qəbul edilmir; qarşılıqlı hörmət və istək prinsipi olmayan görüşlər arzuolunmaz hesab edilir.

Beləliklə, Azərbaycan və Rusiya liderləri arasında yüksək səviyyəli təmas imkanı dəyərləndirilmədi. Çünki problemlər dərindir və şəxsi məna daşıyır. Konkretləşdirsək, Azərbaycanın sərnişin təyyarəsinin vurulması və daha sonra Kremlin sayğısız münasibəti Azərbaycan Prezidenti üçün prinsipial məsələyə çevrilib. Rusiya tərəfi bunu aradan qaldırmayana qədər münasibətlərdə gərginlik davam edəcək.

Əsas sual budur: gərginlik eskalasiyaya çevrilib nəzarətdən çıxa bilərmi? Avqustun 23-də Həştərxanda keçirilmiş iqtisadi əlaqələr üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclasında müzakirə olunan məsələlər hər iki tərəfin böhranın idarə olunmasında maraqlı olduğunu göstərir. Bəli, siyasi əlaqələr az qala dondurulub, amma ticarət və iqtisadi münasibətlər az təsirlənib və böhranın bu sektora sıçramasında hələ ki, heç bir tərəf maraqlı deyil. Bununla belə, mediada kəskin ritorika davam edəcək, Rusiyada yaşayan azərbaycanlılara qarşı hücumlar və təzyiqlər sistematik xarakter alacaq. Azərbaycanın da öz növbəsində bəzi tədbirlər görməkdə davam etməsi şübhə doğurmur. Prezident bildirib ki, biz yalnız konstruktiv, hüquqi və güzgü prinsipi ilə özümüzə qarşı olanlara cavab veririk.

Əlbəttə, düyünün çözülməsi imkanları da mövcuddur və bu, daha çox Rusiyadan asılıdır. Kreml “daşı ətəyindən tökərsə”, münasibətlər əvvəlki səviyyəyə qalxmasa da, böhrandan çıxa bilər. Qarşıda oktyabrın əvvəlində MDB liderlərinin sammiti var; o tarixə qədər Rusiya tərəfi uyğun addımlar atarsa, liderlər arasında təmaslar mümkündür.

Pressklub.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Rusiyada miqrantlara tətbiq edilən məhdudiyyətlər siyasi xarakter daşıyır” - FAKT BUDUR!
Bu gün, 12:53
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:50
“Space”ə keçən APARICI: - “Heç kimi bezdirməyəcəyəm”
Bu gün, 12:47
Avtoritet “Artyom Xoxol”un YENİ ƏMƏLLƏRİ – Pul üçün nələr etdilər?
Bu gün, 12:39
Putin müharibəni bitirmir: - Əsgərlər isə evə qayıtmağı gözləyir
Bu gün, 12:34
Moskva körpüləri yandırmaq istəmir: - Putin o sözlərlə nəyi demək istədi?
Bu gün, 12:31
“İş artıq bağlanıb, hara istəyirsən get şikayət elə!” – Qazax sakini baş prokurora müraciət etdi
Bu gün, 12:27
Mahnıya görə işdən çıxarılan direktorun yerinə təyinat - BUNDAN SONRA...
Bu gün, 12:22
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi - FOTO
Bu gün, 12:20
"Şərurlu İsfəndiyar"ın cinayət işi üzrə ekspertiza yekunlaşıb
Bu gün, 12:16
Paşinyanın Zəngəzur etirazı, əslində, siyasi oyundur - ŞƏRH
Bu gün, 12:14
Xanoba kəndində 26 evin təmirinə 1,5 milyon manat ayrıldı - DETALLAR
Bu gün, 12:10
Rusiya ilə Azərbaycanın iqtisadi əlaqələri çox yaxşı inkişaf edir - Aleksey Overçuk
Bu gün, 12:08
Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 11:58
Netanyahu Makronu İsrailə buraxmayıb - “Channel 13” telekanalı
Bu gün, 11:55
"Biz mübarizə aparırıq" - "Şərurulu İsfəndiyar"
Bu gün, 11:48
Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi iki dəfə azalacaq
Bu gün, 11:43
Pekində görüş niyə alınmadı? - Əliyevin Putinlə görüş şərti...
Bu gün, 11:40
Bu çayda qəza vəziyyəti yarandı, təmir işlərinə 3 milyon ayrıldı
Bu gün, 11:36
TALIBOVUN DÖVRÜNDƏ BU DURUMDA DEYİLDİK - Naxçıvanda ictimai nəqliyyat problemi
Bu gün, 11:31
Qalmaqallı məktəb direktorunun yerinə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:23
ŞƏT-də daxili didişmələr: Azərbaycan hansı tərəfdədir? - “Eurasia.net”
Bu gün, 11:21
Tehran yola gəldi: - ”Sülh bəyanatının mətnində…”
Bu gün, 11:17
Azərbaycan əleyhinə təbliğat iflasa uğrayır - deputat
Bu gün, 11:16
Ermənistanın ABŞ-dakı yeni səfirinin qardaşı narkotik və silahla tutulub - “Armlur”
Bu gün, 11:13
Kəlbəcərin icra başçısını söyən Qarabağ qazisi 100 manat cərimə olundu - TƏFƏRRÜAT
Bu gün, 11:11
Mərkəzi Bank “PulPal”ın vəzifəli şəxsini cərimələyib
Bu gün, 10:58
Moskva-Bakı gərginliyi yardımları dayandırmayacaq - ÇÜNKİ...
Bu gün, 10:45
"Şikayət edəni də işdən çıxarmaqla hədələyirlər" - Ordubad müəllimlərinin MAAŞ PROBLEMİ
Bu gün, 10:39
Saleh Məmmədov təqaüdə göndərilir - yerinə ŞOK namizəd
Bu gün, 10:33
Dondurulmuş münaqişələr dövrünün sonu: Cənubi Qafqazda yeni reallıq - İNCƏLƏMƏ
Bu gün, 10:29
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri - TƏFƏRRÜAT
Bu gün, 10:25
"Rusiya nümayəndə heyəti MDB Oyunları ilə əlaqədar Azərbaycana səfər edəcək" - AÇIQLANDI
Bu gün, 10:19
Paşinyan Yaponiya Baş naziri ilə görüşdü - KİV
Bu gün, 10:08
Hindistandan Azərbaycana “pas”: Bakı üçün fürsət? - Görünəni odur ki...
Bu gün, 10:01
“Birbank”: narazılıqlara davam... - "Sorğu açıblar, amma hələ də icra etmirlər..."
Bu gün, 09:54
Yarım milyon mənimsəyən bacısını xilas etmək istədi - Öz 80 minindən oldu
Bu gün, 09:46
Razi Nurullayev yenə də məhkəməni uduzdu - QƏRAR
Bu gün, 09:40
Şirkətin 117 min pulunu mənimsəyən vəzifəli şəxs məhkəmə zalından HƏBS EDİLDİ
Bu gün, 09:19
Amerika "Tramp dəhlizi" layihəsinin icrasına başlayır?.. - İrəvana xüsusi nümayəndələr gəlir...
Bu gün, 09:17
Akif Çovdarovun yaxın adamının oğluna 204 min “atan” şəxsə cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 09:14
Bəzi nazirlik və qurumların ləğvinə çağırış: qənaət, yoxsa... - NƏ BAŞ VERİR?
Bu gün, 09:05
“Flaminqo” raketi Krım körpüsünü məhv edə bilərmi? - KİV
Bu gün, 08:59
Azərbaycanla Ermənistan arasında “saat əqrəbləri” bu dəfə Çində tutuşduruldu və... - Rusiyaya “sarı kart” göstərildi
Bu gün, 08:49
700 manata tozsoran aldı... O DA BELƏ... - NARAZILIQ VAR...
Bu gün, 08:43
Bağçalarda yer çatışmazlığının həll yolunu necə tapaq? - AKTUAL
Bu gün, 08:38
Modinin anlamsız Qafqaz siyasəti - Bu, əslində cığallıqdır...
Bu gün, 07:40
Bahalaşma xəbərinə AYNA hələ də SUSUR - AXI NİYƏ?..
Bu gün, 07:37
Elçin Məmmədov mühüm təhsil ocağını bazara çevirib - Bakıda “kitayski” lisey
Bu gün, 07:33
Töhmət almış patrondan daha bir TENDER - TƏFƏRRÜAT
Bu gün, 07:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru