Mülayim şərq küləyi əsəcək .....                     “Qarabağ” Çempionlar Liqasına vəsiqə .....                     İrəvanda inanılmaz proses: Cəbhədə yeni “yem”, ardınca müharibə .....                     Həyat yoldaşını 9 dəfə bıçaqlayan şəxs ifadə verdi .....                     Bakıda Azərbaycan və Pakistan HDQ komandanları arasında görüş keçirilib .....                     Geosiyasi reallıqlar dəyişib: .....                     Dövlət qurumu auditor seçib .....                     Vaşinqtonda qurulan sülh masası və bölgədə pozulan səssizlik .....                     İlqar Mustafayev “əmlak kralı” imiş: Ağ Şəhərdən Şüvəlana qədər... .....                     Deputat oğlu Azərbaycanda “Espressolab” açıb .....                     Repetitor hazırlıqlarına tələbat artdı .....                     Bahar Muradova bu mərkəzə yeni direktor təyin etdi .....                     Naxçıvanda BU İL ACLIQ GÖZLƏNİLİR... .....                     Dövlət Agentliyinin tenderi ləğv edildi .....                     Pasport yox, əllər lazımdır: .....                     “Müəllim 600 manat maaşla vergi ödəyirsə, bloger niyə ödəməsin?” .....                     Putin geri çəkilmək üçün yer qoymadı: .....                     Rəşad Vəliyev 1.200.000 manatı Şəmkirdə hara xərcləyəcək .....                     İran azərbaycanlı dustaqlar barədə məlumatları niyə gizlədir? .....                     Müdafiə Nazirliyi Kəlbəcərdəki mina insidenti ilə bağlı .....                     Naxçıvan təhsil nazirinin müavini vəzifəsindən azad edilib .....                     “Air Tastes” xidməti ilə AZAL sərnişinləri üçün dadlı yenilik təqdim edib .....                     Əhali susuzluqdan qırılır, Mikayılovun adamı 38 minlik kolyedə... .....                     AQTA sahibkardan qeyri-qanuni pul tələb edir .....                     Elşad Həsənov Yasamalı XAOS MEYDANINA çevirib... .....                     Şahin Bağırov “Azərterminalkompleks” Birliyində ixtisarlara başladı .....                     Üç ölkə Türkiyəyə qarşı birləşib .....                     Burda bloklanmış kartdan belə PUL OĞURLAYIRLAR... .....                     Ermənistandakı "5-ci kolon" hələ ayaqdadır .....                     ABŞ Kərimovun yaxtasını 325 milyon dollara hərraca çıxarır .....                     Mərhum icra başçısına aid olduğu deyilən şirkətin səhmdarları toplanır .....                     “Fikirlərim məmurların xoşuna gəlmədiyinə görə pul buraxaraq...” .....                     İrəvanda narahatlıq başladı: .....                     Federasiya prezidenti Gürcüstanda qəfil vəfat etdi .....                     Tramp Ağ Evdə Azərbaycan və Ermənistan liderlərini sülh danışıqları üçün qəbul edəcək .....                     Korrupsiya qalmaqalı ilə işdən çıxarılan məktəb direktoru .....                     Vüsal Aslanov Nəbi Məmmədovu yüksək vəzifəyə təyin etdi .....                     İki uşaq anasının ölümünə səbəb olan rezidentura kursu keçməyən həkimlə bağlı .....                     Hazırlaşın! Bir neçə gün sonra Zəngəzurda… .....                     Əliyev və Trampla görüşdən əvvəl Paşinyandan mesaj: .....                 

Şuşa alınanda məşhurlar nə edəcək? - “Torpağı yalayacam...“
Tarix: 26-10-2020, 17:03 | Çap et
Şuşa alınanda məşhurlar nə edəcək?
Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə qarşı həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları vətəndaşlarımızda qələbə əzmini, ruh yüksəkliyini daha da artırıb. İşğal edilmiş torpaqların hər bir qarışı bizim üçün doğmadır, əzizdir. Lakin Şuşanın azərbaycanlıların qəlbində xüsusi yeri var. Əməliyyatlar nəticəsində mədəniyyətimizin beşiyi sayılan Şuşanın düşmən tapdağından azad ediləcəyi gün uzaq görünmür.

Bəs görək azərbaycanlı məşhurlar Şuşa işğaldan azad edildikdə nə edəcəklər? Mövzu ilə bağlı Yenisabah.az bir neçə məşhurun rəyini öyrənib.

Xalq artisti Flora Kərimova qələbə sorağının gələcəyi günün uzaqda olmadığına inandığını bildirib:

“Allah qoysa, Şuşanın azad olunması xəbərini eşidərik. İnanın, dizin-dizin sürünəcəm, torpağı yalayacam. Hər gün televizoru açanda xoş xəbərlər eşidirik. O qədər ard-arda bu xəbərləri almışıq ki, artıq televizoru açanda nə isə yeni xəbər eşitmək istəyirəm. İnanıram ki, qələbə sorağı gələcək. Nə qədər bu millət ağlayar, nə qədər həsrətdə qalar? Nə qədər bu millət əlini uzadanda torpağına çatmaz? Allaha həmişə yalvarırdım ki, “Allah, üzünü biz tərəfə çevir, bizə qələbə gətir”.

Əməkdar artist, “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri Tahir İmanov Şuşa işğaldan azad olunduqda ilk növbədə babasının evini təmir etdirəcəyini bildirib:

“Şuşa işğaldan azad olunduqdan sonra mənim ilk növbədə planım odur ki, evimizi bərpa etdirim. Şuşadakı evimizi - bəstəkar Süleyman Ələsgərovun evini bərpa etdirmək istəyirəm. Mən görüntülərə baxıram, bu ermənilər 30 il ərzində orada donuz kimi yaşayıblar, donuz onların yanında toya gedəsidir. Bizim dədə-baba yurdumuzu xarabaya döndəriblər. Bu 30 il ərzində onlar işğal olunmuş ərazilərimizdə heç bir şey etməyiblərsə, deməli, bizim görüləsi işlərimiz hələ qabaqdadır. Amma düşünürəm ki, əvvəla hər kəs öz dədə-baba evini mütləq bərpa etdirməlidir. Ən əsas məsələisə odur ki, biz keçmiş səhvlərimizi təkrarlamayaq, gərək orada yaşayaq. Yaşamağa imkanımız yoxdursa, ən azından ilin yarısını orada keçirək. Necə ki, bunu Süleyman Ələsgərov edirdi. İlin 7-8 ayını Şuşada keçirərdi. Şuşadan çox mədəniyyət xadimi çıxıb, amma heç biri yayda Şuşaya gəlməzdi. Gəlsə də 3-5 günlük qonaq olub gedərdi. Baxın, Süleyman Ələsgərov 40-cı ildə oradan çıxdı, Bakıya gəldi ki, Konservatoriyada ali təhsilini alsın. Təhsilini bitirdikdən sonra qayıtdı, dədə-baba evini bərpa etdirdi və ömrünü işğala qədər Şuşada keçirtdi. Mənim dayım – S.Ələsgərovun oğlu mayın 7-i Şuşadan çıxıb, 8-i şəhər işğal edilib, təsəvvür edirsiniz? Bu qədər bizim o torpağa bağlılığımız olub. Ona görə də biz gərək Cabirlə birlikdə ilk növbədə orada babamızın evini bərpa etdirək”.

Müğənni Xuraman Şuşalı ata-baba yurdunun işğaldan azad ediləcəyi günü səbrsizliklə gözlədiyini, bundan sonra birdəfəlik Şuşaya köçəcəyini deyib:

“Allahın izni ilə işğaldan sonra Şuşaya köçəcəyəm. Torpağımız alınmamış artıq mənim planlarım qurulub. İnanıram ki, Şuşa alınacaq. Mən qış geyimlərimi artıq hazırlamışam, İnşallah bu qışı Şuşadayıq. Uşaqlarımı da götürüb gedəcəyəm. Həyat yoldaşım deyir ki, “Bir-iki il gözləməli olacaqsan, həmin dəqiqə köçürtməyəcəklər, minalardan təmizlənməlidir”. Mənsə deyirəm nə yol qoysalar onunla da gedib-gələcəyəm, qırağa çıxmaram. Təki oralara gedim. Bir ara xəbər yayıldı ki, Şuşa alınıb. Bu xəbəri mənə yaxın rəfiqəm demişdi. Eşidəndə oturub o qədər ağladım ki... Düşündüm ki, bu qədər illərimiz itdi, uşaqlığımız keçib getdi. O vaxt bizə təəssüf ki, “qaçqın” deyirdilər. Əslində biz məcburi köçkünük, amma elə səsləndirirdilər. O sözlər yadıma düşdü, bilmirəm bu uşaqlıq travmasıdır, ya nədir. O vaxt bizə “qaçqın” deyib, ələ salmaqlarını xatırladım, oturub ona ağladım.

Yoldaşım Bakıda televiziyaların birində çalışır, ona demişəm ki, bax, işini elə qur ki, Şuşada olsun. Ya da orada özünə bir iş taparsan. İndidən demişəm ki, mən yüz faiz köçəcəm, toylar da olanda Bakıya gəlib-gedərəm. Özüm təbiət aşiqiyəm, həm də ora mənim uşaqlığımdır, vətənimdir, öləcək yerimdir. Allah bizi Şuşasız eləməsin. İnanıram ki, Ali Baş Komandan tezliklə bu xəbəri verəcək”.

Tanınmış jurnalist, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib ki, Şuşanın işğaldan azad olunmasıyla bağlı xəbəri 28 ildi gözləyir:

“Mən cəbrayıllıyam. Oktyabrın 19-da kəndimiz erməni tapdağından azad olundu. Həmin gün sevincimin həddi-hüdudi yox idi. Şuşa işğaldan azad olunanda da ən azı bu qədər sevinəcəm. Buna əmin ola bilərsiniz”.

Baş redaktor bildirib ki, Qarabağı Şuşasız təsəvvür etmir. Onun sözlərinə görə, Qarabağsız Azərbaycan olmadığı kimi Şuşasız da Qarabağ yoxdur: “Əhd etmişəm, Şuşa işğaldan azad olunanda bir həftə oric tutub, Uca Allahdan şəhidlərimizə rəhmət, qəhrəman əsgərlərimizə isə cansağlığı diləyəcəm”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:29
“Qarabağ” Çempionlar Liqasına vəsiqə QAZANA BİLƏR
Bu gün, 12:26
İrəvanda inanılmaz proses: Cəbhədə yeni “yem”, ardınca müharibə – Görün nələr yazılır
Bu gün, 12:22
Həyat yoldaşını 9 dəfə bıçaqlayan şəxs ifadə verdi - MƏHKƏMƏ
Bu gün, 12:19
Bakıda Azərbaycan və Pakistan HDQ komandanları arasında görüş keçirilib - VİDEO
Bu gün, 12:12
Geosiyasi reallıqlar dəyişib: - Rusiya Azərbaycana qarşı əvvəlki gücdə deyil
Bu gün, 12:10
Dövlət qurumu auditor seçib - QALİB ŞİRKƏT, MƏBLƏĞ
Bu gün, 12:08
Vaşinqtonda qurulan sülh masası və bölgədə pozulan səssizlik - NƏ BAŞ VERİR?
Bu gün, 12:01
İlqar Mustafayev “əmlak kralı” imiş: Ağ Şəhərdən Şüvəlana qədər... - DETALLAR
Bu gün, 11:59
Deputat oğlu Azərbaycanda “Espressolab” açıb - TƏFƏRRÜAT
Bu gün, 11:56
Repetitor hazırlıqlarına tələbat artdı - “Bəzi direktorlar müəllimlərdən faiz alır”
Bu gün, 11:54
Bahar Muradova bu mərkəzə yeni direktor təyin etdi - BUNDAN SONRA...
Bu gün, 11:48
Naxçıvanda BU İL ACLIQ GÖZLƏNİLİR... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:42
Dövlət Agentliyinin tenderi ləğv edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 11:34
Pasport yox, əllər lazımdır: - Rusiya iqtisadiyyatı miqrantlara qapı açmağa məcburdur
Bu gün, 11:31
“Müəllim 600 manat maaşla vergi ödəyirsə, bloger niyə ödəməsin?” - AKTUAL
Bu gün, 11:24
Putin geri çəkilmək üçün yer qoymadı: - Müharibəni dayandırsa, uduzacaq
Bu gün, 11:20
Rəşad Vəliyev 1.200.000 manatı Şəmkirdə hara xərcləyəcək - Zaur Mikayılova sual olunur
Bu gün, 11:09
İran azərbaycanlı dustaqlar barədə məlumatları niyə gizlədir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:01
Müdafiə Nazirliyi Kəlbəcərdəki mina insidenti ilə bağlı XƏBƏR YAYDI
Bu gün, 10:58
Naxçıvan təhsil nazirinin müavini vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 10:56
“Air Tastes” xidməti ilə AZAL sərnişinləri üçün dadlı yenilik təqdim edib - DİQQƏT!
Bu gün, 10:51
Əhali susuzluqdan qırılır, Mikayılovun adamı 38 minlik kolyedə... - Vətəndaş KİMİN UMRUNDADIR Kİ?
Bu gün, 10:49
AQTA sahibkardan qeyri-qanuni pul tələb edir - ÖZBAŞINALIQ!
Bu gün, 10:43
Elşad Həsənov Yasamalı XAOS MEYDANINA çevirib... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:41
Şahin Bağırov “Azərterminalkompleks” Birliyində ixtisarlara başladı - TƏFƏRRÜAT
Bu gün, 10:35
Üç ölkə Türkiyəyə qarşı birləşib - NƏ BAŞ VERİR?
Bu gün, 10:30
Burda bloklanmış kartdan belə PUL OĞURLAYIRLAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:24
Ermənistandakı "5-ci kolon" hələ ayaqdadır - FAKT BUDUR...
Bu gün, 10:16
ABŞ Kərimovun yaxtasını 325 milyon dollara hərraca çıxarır - KİV
Bu gün, 10:14
Mərhum icra başçısına aid olduğu deyilən şirkətin səhmdarları toplanır
Bu gün, 10:10
“Fikirlərim məmurların xoşuna gəlmədiyinə görə pul buraxaraq...” – Yazıçıdan sərt sözlər
Bu gün, 10:08
İrəvanda narahatlıq başladı: - “Yol kəsişməsi” Ermənistan deyil, Naxçıvan olacaq
Bu gün, 10:05
Federasiya prezidenti Gürcüstanda qəfil vəfat etdi - Foto
Bu gün, 10:00
Tramp Ağ Evdə Azərbaycan və Ermənistan liderlərini sülh danışıqları üçün qəbul edəcək - The Washington Post
Bu gün, 09:57
Korrupsiya qalmaqalı ilə işdən çıxarılan məktəb direktoru özü haqqındakı əmrlə razılaşmaq istəmir
Bu gün, 09:53
Vüsal Aslanov Nəbi Məmmədovu yüksək vəzifəyə təyin etdi - ƏMR
Bu gün, 09:51
İki uşaq anasının ölümünə səbəb olan rezidentura kursu keçməyən həkimlə bağlı QƏRAR
Bu gün, 09:43
Hazırlaşın! Bir neçə gün sonra Zəngəzurda… – Xaçikyandan ŞOK
Bu gün, 09:37
Əliyev və Trampla görüşdən əvvəl Paşinyandan mesaj: - İmzalayacağıq
Bu gün, 09:35
Sülh sazişi nə vaxt imzalanacaq? - AÇIQLAMA
Bu gün, 09:33
İcra hakimiyyəti bu şirkətlə yarım milyonluq alqı-satqı müqaviləsi bağladı
Bu gün, 09:30
Bakıda tailandlı iş qadını 50 min manatla masaj şirkəti qurdu
Bu gün, 09:27
ANCA-nın Azərbaycanı ittiham edən “ağzı” OVULMALIDIR!
Bu gün, 09:06
"Belə dələduzluq olmaz..." - NARAZILIQ VAR...
Bu gün, 09:02
Bu ermənini Qarabağa KİM BURAXIB AXI?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:55
Rusiyanın “üç meymun” siyasəti: görmür, eşitmir... - NƏ ETMƏLİ?
Bu gün, 08:40
Azərbaycan təhsilində TEXNİKİ NASAZLIQ... - İLGİNC İDDİALAR...
Bu gün, 08:38
Rüstəm Şahbazov-Rafiq Cəlilov birliyi: sovetdən qalan zavodları “ciblərində daşıyır”… - İTTİHAM VAR...
Bu gün, 08:33
Makron Bakıya qarşı bunu da etdi: öz səfirinə Şuşa cəzası - BAŞI QAÇIB...
Bu gün, 08:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru