Rusiya Azərbaycan qazının Ukraynaya ötürüldüyü stansiyaya zərbə endirib .....                     Ağlar günə qalan NAXÇIVAN SƏHİYYƏSİ... .....                     Qazi 2 ilə yaxındır ki, diplomunu ala bilmir .....                     Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiyaya qarşı yeni əməliyyatlarına razılıq verib .....                     Putin Kremldə Uitkoffu qəbul edir .....                     “Qarabağ”ın təklifini geri çevirdi, .....                     Qadınları təhqir etdiyinə görə işdən çıxarılan Fərhad Pərviziyə Nura Suridən REAKSİYA .....                     Moskva üçün tək çıxış yolu İrəvanda çevriliş etməkdir... .....                     Hərbi Prokurorluqda yeni təyinat .....                     Penitensiar Xidmətin Alay komandiri vəfat edib .....                     Ekologiya naziri postuna 3 namizəd var .....                     Mülayim şərq küləyi əsəcək .....                     “Qarabağ” Çempionlar Liqasına vəsiqə .....                     İrəvanda inanılmaz proses: Cəbhədə yeni “yem”, ardınca müharibə .....                     Həyat yoldaşını 9 dəfə bıçaqlayan şəxs ifadə verdi .....                     Bakıda Azərbaycan və Pakistan HDQ komandanları arasında görüş keçirilib .....                     Geosiyasi reallıqlar dəyişib: .....                     Dövlət qurumu auditor seçib .....                     Vaşinqtonda qurulan sülh masası və bölgədə pozulan səssizlik .....                     İlqar Mustafayev “əmlak kralı” imiş: Ağ Şəhərdən Şüvəlana qədər... .....                     Deputat oğlu Azərbaycanda “Espressolab” açıb .....                     Repetitor hazırlıqlarına tələbat artdı .....                     Bahar Muradova bu mərkəzə yeni direktor təyin etdi .....                     Naxçıvanda BU İL ACLIQ GÖZLƏNİLİR... .....                     Dövlət Agentliyinin tenderi ləğv edildi .....                     Pasport yox, əllər lazımdır: .....                     “Müəllim 600 manat maaşla vergi ödəyirsə, bloger niyə ödəməsin?” .....                     Putin geri çəkilmək üçün yer qoymadı: .....                     Rəşad Vəliyev 1.200.000 manatı Şəmkirdə hara xərcləyəcək .....                     İran azərbaycanlı dustaqlar barədə məlumatları niyə gizlədir? .....                     Müdafiə Nazirliyi Kəlbəcərdəki mina insidenti ilə bağlı .....                     Naxçıvan təhsil nazirinin müavini vəzifəsindən azad edilib .....                     “Air Tastes” xidməti ilə AZAL sərnişinləri üçün dadlı yenilik təqdim edib .....                     Əhali susuzluqdan qırılır, Mikayılovun adamı 38 minlik kolyedə... .....                     AQTA sahibkardan qeyri-qanuni pul tələb edir .....                     Elşad Həsənov Yasamalı XAOS MEYDANINA çevirib... .....                     Şahin Bağırov “Azərterminalkompleks” Birliyində ixtisarlara başladı .....                     Üç ölkə Türkiyəyə qarşı birləşib .....                     Burda bloklanmış kartdan belə PUL OĞURLAYIRLAR... .....                     Ermənistandakı "5-ci kolon" hələ ayaqdadır .....                 

“Qərb mediası Azərbaycan daxilində adam axtarır ki, hakimiyyəti söysün”
Tarix: 24-10-2020, 09:22 | Çap et
“Qərb mediası Azərbaycan daxilində adam axtarır ki, hakimiyyəti söysün”
Əgər Azərbaycan əsgəri Əfqanıstanda, yaxud Suriyada boz səhralar uğrunda böyük güclərin maraqlarına qurban getsəydi, ölüb-öldürsəydi, pasifistlərə haqq qazandırmaq olardı - axı niyə o torpaqlar üçün döyüşürsən?! Amma söhbət öz yurdu, düşmənin 27 ildir tapdağı altında olan Qarabağ üçün savaşmaqdan, can verməkdən, işğala son qoymaqdan gedir. Di gəl, bəzi “kosmopolit” və “sülhpərvər”, “NoWar” - “Müharibəyə yox!” deyən həmvətənlərimiz absurd ideyalarına fasilə vermədən sosial mediada elə hey yazırlar: müharibə dayansın, bu döyüşlər Azərbaycan hakimiyyətinin ömrünü uzatmağa hesablanıb və s. ilaxır...

Yaxşı, nə edək, Zəngilan, Cəbrayıl və Füzulini azad etdikdən sonra dayanaq, deyək ki, Şuşa, Laçın, Xankəndini istəmirik, təki qan tökülməsin, gəlin ruhi xəstə Paşinyanla bir masada oturaq?! Belələri azmış kimi, üstümüzə bir də bəsirət gözləri bağlanmış Qərb mediası gəlir. Azərbaycan haqda nə gəldi yazırlar, amma bizi dinləmirlər. Bütün bu söhbətlərin son günlərdə, açığı desək, lap ağı çıxıb və Avropada yaşayan soydaşlarımızın da bir çoxunun səbrini daşırıb.

Bu mövzularda həmsöhbətimiz Almaniyanın Berlin Humboldt Universitetində çalışan kulturoloq, bəstəkar və musiqişünas Elmir Mirzəyevdir. Onun “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:

- Elmir bəy, Qərb, xüsusən yaşadığınız ölkənin mətbuatına yaman qəzəblisiniz. Səbəb nədir?

- Əsasən alman mətbuatını oxuyuram, ingilisdilli medianı da izləyirəm. Bu yaxınlarda “Washington post” biabırçı yazı vermişdi. Həmin məqalə barədə AzLogos portalımızda “Washington post” və çöl donuzları" başlıqlı bir yazım da yayımlanıb. Qəzet “Suriyalı muzdluların ölümü Türkiyə və Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə necə cəlb oluna biləcəyini göstərir” adlanırdı. Müəllifi kim olsa yaxşıdır, özü Moskvada yaşayıb bu qəzetin xarici müxbiri kimi çalışan İsabella Xurşudyan adlı xanım... kiminsə şübhəsi ola bilərdi ki?

Ən dəhşətlisi odur ki, bu yaxınlarda bir nüfuzlu alman qəzetinə 6 saat müsahibə verdim. Müxbir saatlarla gözünü döyüb üzümə baxdı, ona heç cür inandıra bilmədim, bütün faktları, beynəlxalq konvensiyaları, nə bilim BMT-nin qətnamələrini, həqiqətlərin hamısını açıqladım, yenə xeyri olmadı. Onlar istəyir ki, sən deyəsən Azərbaycanda avtoritar idarəçilik var, müxalifət və ölkəmizdəki erməni azlıq “əzilir”. Bu avropalıları başa sala bilmirsən ki, Azərbaycana kim istəsən rəhbər olsa, Əliyev yox, Məmmədov, Həsənov, lap tutaq ki, elə Karapetyan soyadlı belə olsa, hətta uzaq Liviyadan da bir siyasətçini gətirib prezident qoysan, Qarabağ məsələsində yalnız bu siyasəti yeritməlidir. Başqasını xalq qəbul etməz. Onlarsa, yəni Qərb mediası Azərbaycan daxilində adam axtarır ki, hakimiyyəti söysün, bu siyasəti pisləsin. Onu da tapa bilməzlər. Mənim müsahibəmi çap etmədilər, sonra bir alman professorun da başına eyni iş gəldi.

Yaxşı, tutalım bunların gözündə mən azərbaycanlıyam, yəni tərəf tuturam (!), indi təsəvvür edin ki, “Berliner Zeitung” qəzeti hörmətli professor Mixail Reinhard Hesi çağırır, ondan müsahibə alır, sonra münaqişə ilə bağlı dediklərini dərc etmir. O da facebook hesabımda şərh yazaraq özü qeyd etdi ki, alman mətbuatından xəcalət çəkir. Bax, vəziyyət budur. Ümumiyyətlə, alman və Qərb mediası haqda anlayışım varıydı, bilirdim ki, hamısı daşnaklardan yana sino gedir. Amma daha bu qədər də olduğunu ağlıma gətirmirdim. İndi də qırsaqqız olublar ki, niyə Azərbaycanın dövlət başçısı sapsarı “Bild” dərgisinə müsahibə verməkdən imtina edib. Ay adam balası, Almaniyada hamı bilir ki, “Bild” kimi “sarı nəşr”ə nəinki dövlət rəhbəri, özünə lap azacıq hörmət qoyan sıradan vətəndaş da müsahibə verməz, ona yaxın durmaz.

- “Müharibəyə yox” deyənlər az qala Azərbaycanı günahkar çıxarırlar. Kənardan bu baxışlar necə görünür?

- Sülhdən danışanları heç zaman qınamamışam, əsla. Bizə sülh və sülhdən danışan insanlar çox lazımdır, gərəklidir. Onlar azlıqdadır və indiki halda sülh haqda danışmaq çətindir. Çünki müharibə gedir və başqa çıxış yolumuz yoxdur. Bütün müharibələr də yalnız sülh üçün aparılır. İnşallah, tezliklə qalib gələcəyik və ümid edirəm ki, müzəffər zəfərə lap az qalıb. Ondan sonra bizə dayanıqlı sülh lazımdır. Bunun üçün hamımız gərək sülhdən danışaq. Hakimiyyət də bunu edir və kifayət qədər doğru siyasətdir, çünki erməni azlıqla dil tapmalıyıq. Bu haqda bizim AzLogos portalında Hacı Hacıyevin “Marşal planı” adlı yazısı gedib, gələcəkdə tərəflərin münasibətləri bərpasında reabilitasiyanın rolu haqda geniş izah verilib. Bu işlərdən xəbərdar olan biri kimi bircə onu qeyd edim ki, bizim sülhpərvərlərin çoxu sadəlövh adamlardır. Erməni tərəfdən həmin sülh platformasına imza atanların səhifələrinə baxanda görürsən ki, az qala faşist təbliğatı aparırlar. Uzun illər azərbaycanlılarla ermənilər arasında sülh platformalarını izləmiş biri kimi əminliklə deyə bilərəm ki, bu layihələr yalnız Azərbaycanın qeyd-şərtsiz kapitulyasiyasını tədricən qəbul etdirməyə hesablanmışdı. İndi isə, Azərbaycan qalib gəldikdən sonra həmin qrantla olan sülh platformaları bitdi artıq, olmayacaq. Həmin platformaların məğzi beləydi ki, status-kvonu, “müharibənin gətirdiyi reallıqları” sonda qəbul etməlisiniz. Bu idi məsələnin kvintessensiyası. Necə ki, rəsmilər Azərbaycan prezidentinə, diplomatlarımıza söyləyirdilər, sülh platformaları da bizimkilərə çatdırırdı ki, təslim olun, reallıq belədir.

Nə Qərbə, nə ermənilərə belə sülh lazımdır, əksinə, bizə lazımdır. Ona görə müharibə qələbə ilə başa çatdıqdan sonra özümüz sülh platformaları təşkil etməliyik. Odur ki, sülhdən danışan adamlara qarşı qəddar olmaq lazım deyil. Hansısa psixi xəstələr, “qəhrəman” obrazı düzəldilmiş bəziləri haqda heç danışmaq, adlarını çəkmək istəmirəm. Bircə onu deyim ki, o adamları hüquq-mühafizə orqanları basqılardan qorumalıdır. Əvvəla, heç bir insanı hansısa fikrinə, sözünə görə linç etmək olmaz, bir də ki, biləsiniz - başlarına bir iş gəlsə, Qərb mediası həşir qoparacaq, bunu əlində “kozır” edəcək.

- Yeri gəlmiş, həmin “beyin sahib”ləri danışır ki, bu müharibə guya iqtidara əbədi hakimiyyətdə qalmaq üçün lazım imiş. Halbuki YAP müharibəsiz dövrlərdə də iqtidarda qalmağı bacarıb. Lakin faktiki olaraq ortada 27 sentyabrdan sonra tam fərqli bir Azərbaycan və onun rəhbərliyi var. Hətta deyərdim ki, cəmiyyət prezidentin potensialına bu dərəcədə bələd deyildi. Siz necə düşünürsünüz və müharibələr hakimiyyətlərə lazımdırmı?

- Bu günlərdə İlham Əliyev sözün həqiqi mənasında milli liderə çevrilib və artıq buna kimsə şübhə etməyəcək. Xalqın istəklərini tamamilə reallaşdıran, çox praqmatik bir siyasətçidir. Deyərdim ki, virtuoz, diplomatik geosiyasi durum yaratmaqla hiyləgər düşməni elə bir dalana salıb, heç bir müqavimət göstərə bilmirlər. Ümid edirəm ki, müharibədən sonra ölkədə böyük milli barış olacaq. Prezident bütün vətəndaşlarımız tərəfindən onların istəklərini maksimal, çağdaş vasitələrlə, qəhrəman Azərbaycan ordusunun şəxsi heyətində böyük tələfat, qırğınlar olmadan həyata keçirmiş bir milli lider kimi artıq qəbul olunur. Ali Baş Komandan kimi indi hamı onun siyasətinə inanır, doğru olduğunu başa düşür. Bu siyasətin ən vacib tərəfi onun praqmatik və çağdaş olmasıdır.

Mən bu prosesləri uzun illər izləmişəm, məsələni incələmiş bir çox hərbi icmalçılar, bütün xarici ekspertlər, Tomas De Vall və digərləri də deyirdi ki, Azərbaycan bunu edə bilməyəcək, münaqişənin hərbi yolu yoxdur, çünki çox ağır relyefdir, güclü istehkamlar qurulub və bu əməliyyatda yüz minlərlə insan həlak olacaq. Mən də düşünürdüm ki, bunu necə edə bilərik, çoxlu itkilərimiz ola bilər. Lakin İlham Əliyev sübut etdi ki, ən çağdaş taktika ilə bu əməliyyatları həyata keçirmək olar. Çox inanıram ki, canlı itkilərimiz azdır.

Burada İlham Əliyevin zəhməti, siyasətçi kimi bu işi ardıcıl, praqmatik şəkildə qurması yüksək dəyərləndirilməlidir. Onu da deməliyəm ki, bu azadlıq müharibəsinin planını qurmağa, onu başlamaq əmrini verməyə özündə güc, cəsarət tapmış milli lider İlham Əliyev bu qələbəmizin memarıdır. Eyni zamanda Azərbaycanın rəşadətli Ordusuna, əsgərinə, zabitinə, şəxsi heyətinə eşq olsun, onların qarşısında baş əyirik. Onlar da bilirlər ki, ortalığa çox ciddi siyasi və milli iradə qoyulub. Bunu qeyd etmək də vacibdir, çünki bildiyiniz kimi qələbənin ətrafına həmişə yığılanlar çox olur, məğlubiyyət yetim alır. Əgər bu yolda nəsə doğru getməsəydi, inanın ki, hamı İlham Əliyevi tənqid edəcəkdi, düzgün siyasət yürütmədiyini deyəcəkdilər. İndi zəfər qazanırıq deyə, çox adam bu haqda danışır, lakin onun memarının kim olduğunu qeyd etmək borcumuzdur.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya Azərbaycan qazının Ukraynaya ötürüldüyü stansiyaya zərbə endirib
Bu gün, 15:00
Ağlar günə qalan NAXÇIVAN SƏHİYYƏSİ... - İLGİNC FAKTLAR...
Bu gün, 14:59
Qazi 2 ilə yaxındır ki, diplomunu ala bilmir - “İşləmək istəyirəm, çarəsiz qalmışam...”
Bu gün, 13:42
Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiyaya qarşı yeni əməliyyatlarına razılıq verib - “X”
Bu gün, 13:32
Putin Kremldə Uitkoffu qəbul edir - KİV
Bu gün, 13:10
“Qarabağ”ın təklifini geri çevirdi, bu kluba “HƏ” söylədi
Bu gün, 13:03
Qadınları təhqir etdiyinə görə işdən çıxarılan Fərhad Pərviziyə Nura Suridən REAKSİYA – QALMAQAL
Bu gün, 12:54
Moskva üçün tək çıxış yolu İrəvanda çevriliş etməkdir... - AKTUAL
Bu gün, 12:50
Hərbi Prokurorluqda yeni təyinat - ƏMR
Bu gün, 12:47
Penitensiar Xidmətin Alay komandiri vəfat edib
Bu gün, 12:45
Ekologiya naziri postuna 3 namizəd var - AKTUAL
Bu gün, 12:38
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:29
“Qarabağ” Çempionlar Liqasına vəsiqə QAZANA BİLƏR
Bu gün, 12:26
İrəvanda inanılmaz proses: Cəbhədə yeni “yem”, ardınca müharibə – Görün nələr yazılır
Bu gün, 12:22
Həyat yoldaşını 9 dəfə bıçaqlayan şəxs ifadə verdi - MƏHKƏMƏ
Bu gün, 12:19
Bakıda Azərbaycan və Pakistan HDQ komandanları arasında görüş keçirilib - VİDEO
Bu gün, 12:12
Geosiyasi reallıqlar dəyişib: - Rusiya Azərbaycana qarşı əvvəlki gücdə deyil
Bu gün, 12:10
Dövlət qurumu auditor seçib - QALİB ŞİRKƏT, MƏBLƏĞ
Bu gün, 12:08
Vaşinqtonda qurulan sülh masası və bölgədə pozulan səssizlik - NƏ BAŞ VERİR?
Bu gün, 12:01
İlqar Mustafayev “əmlak kralı” imiş: Ağ Şəhərdən Şüvəlana qədər... - DETALLAR
Bu gün, 11:59
Deputat oğlu Azərbaycanda “Espressolab” açıb - TƏFƏRRÜAT
Bu gün, 11:56
Repetitor hazırlıqlarına tələbat artdı - “Bəzi direktorlar müəllimlərdən faiz alır”
Bu gün, 11:54
Bahar Muradova bu mərkəzə yeni direktor təyin etdi - BUNDAN SONRA...
Bu gün, 11:48
Naxçıvanda BU İL ACLIQ GÖZLƏNİLİR... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:42
Dövlət Agentliyinin tenderi ləğv edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 11:34
Pasport yox, əllər lazımdır: - Rusiya iqtisadiyyatı miqrantlara qapı açmağa məcburdur
Bu gün, 11:31
“Müəllim 600 manat maaşla vergi ödəyirsə, bloger niyə ödəməsin?” - AKTUAL
Bu gün, 11:24
Putin geri çəkilmək üçün yer qoymadı: - Müharibəni dayandırsa, uduzacaq
Bu gün, 11:20
Rəşad Vəliyev 1.200.000 manatı Şəmkirdə hara xərcləyəcək - Zaur Mikayılova sual olunur
Bu gün, 11:09
İran azərbaycanlı dustaqlar barədə məlumatları niyə gizlədir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:01
Müdafiə Nazirliyi Kəlbəcərdəki mina insidenti ilə bağlı XƏBƏR YAYDI
Bu gün, 10:58
Naxçıvan təhsil nazirinin müavini vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 10:56
“Air Tastes” xidməti ilə AZAL sərnişinləri üçün dadlı yenilik təqdim edib - DİQQƏT!
Bu gün, 10:51
Əhali susuzluqdan qırılır, Mikayılovun adamı 38 minlik kolyedə... - Vətəndaş KİMİN UMRUNDADIR Kİ?
Bu gün, 10:49
AQTA sahibkardan qeyri-qanuni pul tələb edir - ÖZBAŞINALIQ!
Bu gün, 10:43
Elşad Həsənov Yasamalı XAOS MEYDANINA çevirib... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:41
Şahin Bağırov “Azərterminalkompleks” Birliyində ixtisarlara başladı - TƏFƏRRÜAT
Bu gün, 10:35
Üç ölkə Türkiyəyə qarşı birləşib - NƏ BAŞ VERİR?
Bu gün, 10:30
Burda bloklanmış kartdan belə PUL OĞURLAYIRLAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:24
Ermənistandakı "5-ci kolon" hələ ayaqdadır - FAKT BUDUR...
Bu gün, 10:16
ABŞ Kərimovun yaxtasını 325 milyon dollara hərraca çıxarır - KİV
Bu gün, 10:14
Mərhum icra başçısına aid olduğu deyilən şirkətin səhmdarları toplanır
Bu gün, 10:10
“Fikirlərim məmurların xoşuna gəlmədiyinə görə pul buraxaraq...” – Yazıçıdan sərt sözlər
Bu gün, 10:08
İrəvanda narahatlıq başladı: - “Yol kəsişməsi” Ermənistan deyil, Naxçıvan olacaq
Bu gün, 10:05
Federasiya prezidenti Gürcüstanda qəfil vəfat etdi - Foto
Bu gün, 10:00
Tramp Ağ Evdə Azərbaycan və Ermənistan liderlərini sülh danışıqları üçün qəbul edəcək - The Washington Post
Bu gün, 09:57
Korrupsiya qalmaqalı ilə işdən çıxarılan məktəb direktoru özü haqqındakı əmrlə razılaşmaq istəmir
Bu gün, 09:53
Vüsal Aslanov Nəbi Məmmədovu yüksək vəzifəyə təyin etdi - ƏMR
Bu gün, 09:51
İki uşaq anasının ölümünə səbəb olan rezidentura kursu keçməyən həkimlə bağlı QƏRAR
Bu gün, 09:43
Hazırlaşın! Bir neçə gün sonra Zəngəzurda… – Xaçikyandan ŞOK
Bu gün, 09:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru