Lüks həyatı, bahalı avtomobili, qalmaqalları ilə gündəm olan direktorun .....                     Yevlaxda bələdiyyə sədri QANUN-MANUN HƏRLƏMİR .....                     Keçiddə atları dəyişməzlər... nazirləri dəyişmək olar... .....                     Putinin arxasında barınan Xəlilovlar... .....                     “Uğur 777” adlı Estetik Mərkəzi, YOXSA... .....                     Sahib Məmmədov CASUS OVUNA çıxıb .....                     İcra başçısının qardaşı da TENDERYEYƏN çıxdı .....                     Güney Qafqaz uğrunda SAVAŞ... .....                     Ağalar Vəliyevin şirkəti XALQA QARŞI .....                     Boğaza qədər borc içində... amma ADSEA-dan tender 'udur' .....                     "Ötən ilin keçid ballarına əsaslanaraq riskli qərarlar verməyin" .....                     Ermənistan-Azərbaycan-Rusiya üçbucağında nə dəyişib? .....                     BU NƏDİ BELƏ: Hövsanda yeni çəkilən yol su altında qaldı .....                     "Keyfiyyətli təhsil verə bilməyən universitetlərdə qəbul dayandırılmalıdır" .....                     İrandan Azərbaycana yeni təhdid .....                     Rusiyanın Belarusda payız təlimləri və: “NATO çətiri”nə inamsızlıq .....                     "Kiçik bir xəta Paşinyanın siyasi karyerasının sonunu gətirə bilər" .....                     Paşinyansız Ermənistan bizimlə savaşa cəsarət edə bilərmi? .....                     Rusiya Qafqazdan qovuldu, bu artıq faktdır .....                     Bahalı klinikalar və çarəsiz xəstələr: Qiyməti dövlət tənzimləməlidir .....                     Əmrullayevin Fuad Muradova gücü çatacaqmı? .....                     On minlərlə abituriyent informasiyasız qalır .....                     "Elə edək ki, bu turistlər Bakımıza bir də gəlsin" .....                     İrəvanın qərarı elan edildi: Zəngəzur dəhlizi belə açıqlacaq .....                     Rusiya Paşinyanı devirməyə və Azərbaycanla yeni müharibəyə hazırlaşır .....                     Ayvazovskinin büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycanın icazəsi olmadan quraşdırılması qanunsuz idi .....                     Üzr istəyib, düzəliş etməsə, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görüləcək .....                     Xaçaturyandan ermənilərə ŞOK: İrəvan dəhlizə görə səfərbər oldu .....                     Nazirlik bağça və məktəblərin təmirinə 12 milyona yaxın pul xərcləyəcək .....                     Arvadı Makronu daim buna görə alçaldırmış .....                     “Şərurlu İsfəndiyar”dan şikayətçi olan iş adamının xanımı nazirə müraciət etdi .....                     Yekaterinburq məhkəməsi “Ura.ru” saytının redaktorunun həbs müddətini uzadıb .....                     Zaxarovasayağı "sensasiya" .....                     Üzərində manatın əks olundu dəsmallar .....                     DTX-nın Azərbaycanda saxladığı Fransa şirkətinin vitse-prezidenti Anass Derraz məhkəmədə ifadə verib .....                     "Deyirəm, nə danışırsınız, necə yəni sizə aid deyil, siz özəl xəstəxanasınız?" .....                     Milyonluq layihələr bir şirkətə niyə verilib? .....                     İstilik bahalaşdı: Binaların qazı kəsiləcək? .....                     Azərbaycanla əlaqə qurulmursa, günah bizdədir .....                     Tanınmış sənətkarlarla bağlı biabırçı tərcümə xətası .....                 

Ziya Məmmədovla Səfər Əbiyevi nə birləşdirir? - İLGİNC
Tarix: 20-11-2019, 09:07 | Çap et
Ziya Məmmədovla Səfər Əbiyevi nə birləşdirir?
1993-cü ildən bu günə qədər Azərbaycanda yüksək dövlət vəzifələrində işləmiş və sonradan postlarını bu və ya digər səbəblərdən itirən şəxslər daim gündəmdə olublar. Sabiq dövlət məmurları arasında vaxtilə həbsdə olanlar, xarici ölkələrə səfir göndərilənlər var. Keçmiş iri ranqlı dövlət məmurlarının harada olmaları, məşğuliyyətləri hər zaman maraq doğurur.

2018-ci ilin aprelində keçirilən prezident seçkisindən sonra da bir neçə nazirliyin rəhbəri dəyişdirildi. Kənd təsərrüfatı naziri Heydər Əsədov vəzifəsindən azad edildi, onun yerinə İnam Kərimov nazir təyin olundu. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovu Rövşən Rzayev əvəzlədi.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da vəzifəsini itirdi. Onun yerinə bu vəzifəyə Sahil Babayev təyin olundu. Baş nazir Artur Rəsi-Zadə, onun müavinləri Elçin Əfəndiyev, İsmət Abbasov və Abid Şərifov da yeni hökumətdə yer almadı. Bu il də nazirlik və komitələrdə xeyli kadr dəyişiklikləri olub.

Bu dəyişikliklər sırasında ən diqqətçəkəni apreldə baş nazir təyin edilən Novruz Məmmədovun işdən çıxarılması oldu. N.Məmmədov hakimiyyətə sadiq kadrlardan olduğu üçün komandadan kənarda qalacağı az ehtimal edilir. Modern.az saytı yazır ki, N.Məmmədov Azərbaycan Dillər Universitetinə prorektor təyin olunacaq. Qeyd edək ki, keçmiş baş nazir fransız dili üzrə mütəxəssisdir.

N.Məmmədov Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsinin fransız dili şöbəsini bitirib. 1992-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində çalışıb. 1995-1997-ci illərdə pezidentin fransız dili üzrə tərcüməçisi olub. 1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri təyin edilib.

Bəs bundan əvvəl hansı sabiq nazirlərə vəzifə verilib, kimlər hakim komandadan birdəfəlik uzaqlaşdırılıb?

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müdir vəzifəsində işləyir. Xatırladaq ki, Səlim Müslümov 1995-ci ildən bəri hazırkı iqtidarın komandasında yüksək vəzifələr tutub. Belə ki, o, 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabrında Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə gətirilib. 2013-cü ildən 2018-ci ilin 21 aprelinə kimi isə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib.

Səlim Müslümov ötən ilin sentyabrında Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasına müəllim vəzifəsinə işə götürülmüşdü. Eks-nazir iqtisad elmləri doktoru, professordur.

Nazir kürsüsündən sonra ali məktəbə təyinat alanlardan biri də sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovdur. Prezident İlham Əliyev bir müddət əvvəl Heydər Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

H.Əsədov 1959-cu il oktyabrın 24-də anadan olub. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.

2018-ci ilin aprelində vəzifəsindən azad olunan Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyevin hansı işlə məşğul olması ilə bağlı bilgi yoxdur. O, harada işləyəcəyi ilə bağlı suala “Hələ bilmirəm və bunu gələcək göstərəcək. Bir müddət istirahətimə üstünlük verəcəm” deyə, cavab verib.

Yaş həddinə görə bu yaxınlarda təqaüdə göndərilən baş nazirin keçmiş müavini Hacıbala Abutalıbovun Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) işləyəcəyi bildirilirdi. Xatırladaq ki, 75 yaşlı sabiq vitse-premyer 31 ildir Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda “Yarımkeçiricilərin kvant elektronikası” laboratoriyasının müdiri postunu tutur. O, həmin vəzifəyə 1988-ci ildə təyin edilib. Amma AMEA bu xəbəri təkzib etdi. H.Abutalıbovun hazırda harada olduğu bilinmir.

Baş nazirin daha bir müavini Əli Həsənovun da vəzifədən azad edildikdən sonra harasa təyinatı yoxdur. İnandırıcı olmasa da, iddia olunur ki, Ə.Həsənov işdən çıxarılmasına baxmayaraq bir neçə vəzifəni hələ də icra etməkdə davam edir. O, hazırda Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədridir. Eyni zamanda Əli Həsənov Yeni Azərbaycan Partiyasının sədr müavinidir.

Mərhum prezident Heydər Əliyevin vaxtında yüksək dövlət vəzifəsinə gətirilən sabiq məmurlardan da yazmaq gərəkir. 2008-ci ildə iqtisadi inkişaf naziri nazir postunun itirən Heydər Babayev həm də hakimiyyətdən uzaqlaşdırıldı. Uzun müddət yüksək postlar tutmuş sabiq maliyyə naziri Əvəz Ələkbərov vəzifədən çıxarılandan sonra elmi araşdırmalarla yanaşı, özəl sektorda da fəaliyyət göstərir.

İlham Əliyevin prezidentliyə gəlişindən sonra - 2004-cü ilin iyulunda milli təhlükəsizlik naziri general-polkovnik Namiq Abbasov elə həmin il Azərbaycanın Özbəkistandakı səfiri təyin edildi.

2012-ci il oktyabrın 31-də prezident İlham Əliyev Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Namiq Abbasovun vəzifəsindən geri çağırılması barədə sərəncam imzalayıb. Səfir vəzifəsini tərk edəndən sonra təqaüdə çıxan Namiq Abbasov hazırda Bakıdadır.

18 ildən çox müdafiə naziri olmuş general-polkovnik Səfər Əbiyevə də vəzifədən çıxarıldıqdan sonra heç bir vəzifə verilmədi.

Bu sırada sabiq nəqliyyat naziri Ziya Məmmədov da var.

15 il təhsil naziri işləmiş Misir Mərdanov isə işsiz qalmayıb. O da Elmlər Akademiyasının Riyaziyyat İnstitutuna rəhbərlik edir.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Lüks həyatı, bahalı avtomobili, qalmaqalları ilə gündəm olan direktorun 89 min AZN-lik əməliyyatı
Bu gün, 07:45
Yevlaxda bələdiyyə sədri QANUN-MANUN HƏRLƏMİR - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:40
Keçiddə atları dəyişməzlər... nazirləri dəyişmək olar... - Əgər Əmrullayev yarıtmazdırsa...
Bu gün, 07:37
Putinin arxasında barınan Xəlilovlar... - Xəyanətlə cəsarət arasında seçim...
Bu gün, 07:34
“Uğur 777” adlı Estetik Mərkəzi, YOXSA... - Burda hətta pasiyenti döyürlər də...
Bu gün, 07:30
Sahib Məmmədov CASUS OVUNA çıxıb - BU NƏDİ BELƏ?
Bu gün, 07:26
İcra başçısının qardaşı da TENDERYEYƏN çıxdı - TƏFƏRRÜAT
Bu gün, 07:21
Güney Qafqaz uğrunda SAVAŞ... - Rusiya və ABŞ arasında...
Bu gün, 07:13
Ağalar Vəliyevin şirkəti XALQA QARŞI - NARAZILIQ VAR...
Bu gün, 07:10
Boğaza qədər borc içində... amma ADSEA-dan tender 'udur' - İcazə verin şübhələnək...
Bu gün, 07:03
"Ötən ilin keçid ballarına əsaslanaraq riskli qərarlar verməyin" - Ekspertdən abituriyentlərə ÇAĞIRIŞ
Bu gün, 07:00
Ermənistan-Azərbaycan-Rusiya üçbucağında nə dəyişib? - İNCƏLƏMƏ
Bu gün, 06:58
BU NƏDİ BELƏ: Hövsanda yeni çəkilən yol su altında qaldı - VİDEO
Bu gün, 06:56
"Keyfiyyətli təhsil verə bilməyən universitetlərdə qəbul dayandırılmalıdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:53
İrandan Azərbaycana yeni təhdid – Vilayəti nə demək istəyib?
Bu gün, 06:51
Rusiyanın Belarusda payız təlimləri və: “NATO çətiri”nə inamsızlıq - NƏ BAŞ VERİR?
Bu gün, 06:48
"Kiçik bir xəta Paşinyanın siyasi karyerasının sonunu gətirə bilər" - deputat
Bu gün, 06:47
Paşinyansız Ermənistan bizimlə savaşa cəsarət edə bilərmi? - GƏLİŞMƏ
Bu gün, 06:44
Rusiya Qafqazdan qovuldu, bu artıq faktdır - ŞƏRH
Bu gün, 06:41
Bahalı klinikalar və çarəsiz xəstələr: Qiyməti dövlət tənzimləməlidir - AKTUAL
Bu gün, 06:39
Əmrullayevin Fuad Muradova gücü çatacaqmı? - Görünəni odur ki...
Bu gün, 06:36
On minlərlə abituriyent informasiyasız qalır - Kamran Əsədov DİM-ə sərt irad tutdu
Bu gün, 06:29
"Elə edək ki, bu turistlər Bakımıza bir də gəlsin" - ÇAĞIRIŞ
Bu gün, 06:26
İrəvanın qərarı elan edildi: Zəngəzur dəhlizi belə açıqlacaq – İki ölkə…
Bu gün, 06:24
Rusiya Paşinyanı devirməyə və Azərbaycanla yeni müharibəyə hazırlaşır - ŞOK PLAN
Bu gün, 00:28
Ayvazovskinin büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycanın icazəsi olmadan quraşdırılması qanunsuz idi - Ayxan Hacızadə
Bu gün, 00:24
Üzr istəyib, düzəliş etməsə, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görüləcək - XİN
Bu gün, 00:21
Xaçaturyandan ermənilərə ŞOK: İrəvan dəhlizə görə səfərbər oldu – Yeni qərar
Dünən, 17:47
Nazirlik bağça və məktəblərin təmirinə 12 milyona yaxın pul xərcləyəcək - TENDER
Dünən, 17:41
Arvadı Makronu daim buna görə alçaldırmış - SƏBƏB
Dünən, 17:23
“Şərurlu İsfəndiyar”dan şikayətçi olan iş adamının xanımı nazirə müraciət etdi - “Narahatıq...”
Dünən, 17:19
Yekaterinburq məhkəməsi “Ura.ru” saytının redaktorunun həbs müddətini uzadıb
Dünən, 17:15
Zaxarovasayağı "sensasiya" və ya Rusiya niyə öz günahını başqasına yükləyir?!
Dünən, 17:14
Üzərində manatın əks olundu dəsmallar - Qanun buna nə deyir?
Dünən, 17:10
DTX-nın Azərbaycanda saxladığı Fransa şirkətinin vitse-prezidenti Anass Derraz məhkəmədə ifadə verib - TƏFƏRRÜAT
Dünən, 17:06
"Deyirəm, nə danışırsınız, necə yəni sizə aid deyil, siz özəl xəstəxanasınız?" - NARAZILIQ VAR...
Dünən, 17:01
Milyonluq layihələr bir şirkətə niyə verilib? - TƏFƏRRÜAT
Dünən, 16:54
İstilik bahalaşdı: Binaların qazı kəsiləcək? - Natiq Cəfərli ŞƏRH EDİR
Dünən, 16:50
Azərbaycanla əlaqə qurulmursa, günah bizdədir - Pezeşkian
Dünən, 16:48
Tanınmış sənətkarlarla bağlı biabırçı tərcümə xətası – universitet üzr istədi
Dünən, 16:45
RUSLARIN NÖVBƏTİ HAY-HƏŞİRİ... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:39
Sabiq icra başçısının dələduzluqla üzləşən oğlu: Mənə 2 milyon manatdan çox ziyan dəyib - MƏHKƏMƏ
Dünən, 16:34
Rusiya İrana yeni hücumla bağlı xəbərdarlıq etdi
Dünən, 16:31
ADSEA bir ildə Gəncə Cihazqayırma Zavodu ilə 10 milyon manatlıq müqavilə bağlayıb
Dünən, 16:28
"Bakubus"un sürücüsü səhid xanımını təhqir etdi - 50 manat CƏRİMƏLƏNDİ
Dünən, 16:26
Keçmiş məmurun biznesmen oğlu məhkəməyə gəlmir - Son xəbərdarlıq!
Dünən, 16:24
Sığorta şirkətlərində kəskin artım olan 4 şirkət - SİYAHI
Dünən, 16:08
İranda hakimiyyətə Pəhləvi gələcək, yoxsa... - “Middle East İnstitut”
Dünən, 16:05
Türkiyə Şuşada konsulluq açmağa HAZIRDIR
Dünən, 16:01
Əgər sağlamlığı yerindədirsə, niyə təqaüdə çıxmalıdır ki? - ETİRAZ
Dünən, 15:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru