Səs yazısı yayılan məktəb direktoru ilə bağlı araşdırmalara başlanıldı .....                     Pezeşkian şayiələrə son qoydu: .....                     "Büdcə planlarını dolduran qurumlar həm əhalinin, həm sahibkarın maddi vəziyyətini çətinləşdirəcək" .....                     İsrail bu tarixdə İrana zərbə endirəcək .....                     “Bu addım Trampın sülh səylərinə açıq sabotajdır" .....                     "Layihələri elə sıralamaq olar ki, borc götürmədən və vaxtı bir qədər uzatmaqla borcsuz icra etmək olar" .....                     “Rabitəbank” və "Kommersant.az": nələr baş verir? .....                     Quru sərhədlərin açılması barədə vacib AÇIQLAMA .....                     Özünə Türkiyədə 45 min manata saat və qolbağ aldı .....                     Counz Robert Qəri “Şöhrət” ordeni ilə təltif edilib .....                     Mehdiabadda qanunsuz tikintiyə hansı məmur icazə verib? .....                     “Vergi güzəşti ləğv olunsa belə, həm sahibkarın, həm də işçinin rifahına mənfi təsirlər yaratmayacaq qaydalar tətbiq olunacaq” .....                     Bakıda ögey anasının qorxusu altında qalan qız evdən qaçdı: "Gecə saat dördə işləmiş..." .....                     Azərbaycanda sığorta şirkətinin rəhbərliyinə təyinat olub .....                     Nazirin də şikayətləndiyi dərslikləri kim hazırlayır? .....                     Dövlət qurumu kuryer poçt xidmətləri üçün şirkət tapmadı .....                     Məhkəmədə qalmaqal: .....                     Kilsənin siyasi maraqlara bağlılığı Ermənistandakı stabilliyi təhlükəyə atır .....                     "AZƏRSU", YOXSA "AZƏRYEZİD"? .....                     Dilqəm Məhərrəmovun adı siyahıda olmadı .....                     Kərəm Mustafayevin həyat yoldaşına yeni vəzifə verildi .....                     Binəqədidə iş yerində yıxılaraq ölən şəxslə bağlı araşdırma aparılır .....                     Ermənistanda respondentlərin 12%-i Paşinyana səs verməyə hazırdır .....                     Bakı Moskvaya yenə “yox” dedi .....                     Paşinyan Trampın Ermənistanı Albaniya ilə səhv salmasından narahat deyil .....                     Təyyarə qəzasında ölən bacı-qardaşın kompensasiya DAVASI .....                     10 GÜNDÜR ÖLÜB, YAXINLARININ XƏBƏRİ YOXDUR .....                     Şamaxı Xəstəxanası kimin mülküdü, Natiq Əliyevin atasının, yoxsa TƏBİB-in? .....                     Kişi geyimində evdən 45 min manat oğurlayan qadın saxlanılıb .....                     Amal Qrup MMC-nin özbaşnalığı…. .....                     Paşinyan yolların açılmasından danışdı .....                     Müdafiə naziri Çin Xalq Respublikasına işgüzar səfər edib .....                     Mollayevi cəzalandıran olacaqmı? .....                     ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" .....                     Sabiq qərargah rəisi vəfat etdi .....                     Hadrutda binalarının təmirinə 4.6 milyon manat xərclənəcək .....                     İrəvanda təşviş: .....                     “Qala Həyat”ın rəhbərliyinə təyinat olub .....                     Dövlət qurumu veb sayt yaratmaq üçün yetərli şirkət tapmadı .....                     Gecə 3-də maşınını “ştrafnoy”dan qaçırmaq istədi .....                 

Keçmiş vergilər nazirimizin biznesi nədən iflas edir? - İLGİNC
Tarix: 25-09-2019, 09:12 | Çap et
Keçmiş vergilər nazirimizin biznesi nədən iflas edir?
Hələ iyul ayının sonlarında “Yeni Müsavat” sabiq vergilər naziri Fazil Məmmədova aid “AtaBank” ASC-nin maliyyə durumunun kritik həddə qədər pisləşməsi barədə xəbər yazmışdı. Yada salaq ki, “AtaBank” ASC-nin nizamnamə kapitalının 86%-i “Synergy Group” MMC-yə, 14%-i fiziki şəxslərə (Əşrəf Kamilov 9,3%, Mahir Rəfiyev 4,7%) məxsusdur.

Bildirilirdi ki, F.Məmmədov “AtaBank”ın İdarə Heyətinin sədri, öz bacısı oğlu Dəyanət Quliyevi, onun müavini Etibar Babaşlını və bankın Müşahidə Şurasının sədri Fərid Hüseynovu vəzifələrindən azad edərək, işdən qovub. Xəbərlərə görə, buna səbəb eks-nazirə məxsus bankda tam nəzarətsizliyin, ikihakimiyyətliyin hökm sürməsi, rəhbərlik arasında da kəskin konfliktin olması qeyd edilirdi. Ancaq hələ o vaxt da bəzi ekspertlər hesab edirdi ki, eks nazirin bu addımları hansısa müsbət dəyişikliyə səbəb olmayacaq. Fazil Məmmədovun bu addımları ilə nəzarət orqanları qarşısında manevr edərək, vaxt qazandığı ehtimal olunurdu. Mütəxəssislərin fikrincə, bank yeni investor tərəfindən yenidən maliyyələşdirilməli və köklü kadr dəyişiklikləri aparılaraq, sağlamlaşdırılmalıdır.

“Yeni Müsavat” bildirir ki, 1993-cü ildən fəaliyyət göstərən “AtaBank” Azərbaycanın ən böyük kommersiya banklarından biri hesab olunurdu. 2017-ci ilin nəticələrinə görə “AtaBank” ASC Azərbaycanda ilk dəfə konsolidasiya prosesini uğurla başa vurduğuna və il ərzində imza atdığı uğurlara görə iqtisadiyyat və biznes sahəsində “İlin bankı” nominasiyasına layiq görülüb.

“”AtaBank"da böhranlı vəziyyət günü-gündən pisləşir. Hazırda çıxış yolu kimi bankda olan əmlakların dəyər-dəyməzinə satılması prosesinə başlanılıb. Hətta iş o yerə çatıb ki, son ümid yeri kimi bankın yeni inzibati binası olaraq nəzərdə tutulmuş Xocalı prospektində yerləşən 16 mərtəbəli əmlakın da satışa çıxarıldığı bildirilir". Bu xəbəri azpolitika.info-ya bankda gedən proseslərdən məlumatı olan mənbə verib. Mənbənin iddiasına görə, son zamanlar “AtaBank”ın müştəriləri olan sahibkarların, əmanətçilərin və digər fiziki şəxslərin bankın fəaliyyəti ilə bağlı haqlı narazılıqları ciddi şəkildə artıb: “Sahibkarlar hesabları üzrə əməliyyatlarını vaxtında apara bilmədiklərindən, əmanətçilər isə əmanətlərini vaxtında ala bilmədiklərindən narazıdırlar. Buna səbəb bankda ciddi şəkildə likvidlik probleminin yaranmasıdır. ”AtaBank"la bağlı ciddi problemlərlə üz-üzə qalan insanlar Maliyyə Bazarlarına Nəzarət Palatasına, Prezident Administrasiyasına və digər ünvanlara şikayət ərizələri ünvanlayırlar. Bir müddət öncə hay-küylü qərarları ilə gündəmə gəlmiş bankın sahibi, eks nazir Fazil Məmmədovdan da heç bir xəbər yoxdur. Bankın batmasını kənardan izləyən Fazil Məmmədov banka heç bir maliyyə dəstəyi göstərmir. Baxmayaraq ki, bankın ağır duruma düşməsinin əsas səbəbi kredit portfelinin əsas hissəsinin onun özünə məxsus şirkətlərdə olması və bu kreditlərin ödənilməməsidir. Eyni zamanda bu illər ərzində sahibi kimi Fazil Məmmədovun banka nəzarəti həyata keçirməməsi nəticəsində yaxın qohumları tərəfindən bankın düzgün idarə edilməməsi, idarəçilikdə intriqalara yol verilməsi nəticəsində ciddi nöqsanların yaranması olmuşdur".

Məlumatda daha sonra qeyd olunur ki, bankın ağır duruma düşməsi səbəblərindən biri də bank tərəfindən keçən ilin oktyabr-dekabr aylarında əmanət kampaniyası keçirilməklə, yüksək faizlərlə əhalidən milyonlarla əmanət cəlb edilməsidir. Böyük həcmdə yüksək faizlərlə cəlb olunmuş əmanətlərə görə faizlərin ödənilməsi üçün isə bankın gəlir mənbəyi yoxdur, hətta vaxtı çatmış əmanətlərin qaytarılmasında ciddi problemlər var. Bu səbəbdən də son ümid yeri kimi bankın yeni inzibati binası olaraq nəzərdə tutulmuş Xocalı prospektində yerləşən 16 mərtəbəli əmlakının da satışa çıxarıldığı bildirilir. Amma o da vurğulanır ki, 50 milyon dəyərində olan bu əmlakın satılması fonunda da bankın vəziyyətinin düzəlməsi mümkün olmayacaq.

Maraqlıdır ki, bankın saytında İdarə Heyətinin sədri Dəyanət Quliyev, müavini isə Etibar Babaşlı göstərilib. 1983-cü ildə Bakı şəhərində anadan olan Dəyanət Quliyev 14 mart 2016-cı il tarixindən “AtaBank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

Sonda onu da vurğulayaq ki, keçmiş məmur-oliqarx Fazil Məmmədovun əmlaklarını satışa çıxarması barədə xəbərlər yeni deyil. Bundan əvvəl də bildirilirdi ki, keçmiş nazirin bir neçə rayonda malikanəsi olub. Hər malikanəsinin qarajında isə bahalı avtomobillər saxlayırmış. Məlumatlı mənbə iddia edirdi ki, keçmiş nazir təkcə avtomobillərini deyil, bir neçə mülkünü də satışa çıxarıb. Amma bu xəbərlərin nə qədər səhih olduğu bu günədək təsdiqlənməyib. Mümkündür ki, sabiq nazir tez-tez bu cür “satıram”, “maliyyə vəziyyətim pisdir” kimi xəbərlərin tirajlanmasında maraqlı olsun.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Səs yazısı yayılan məktəb direktoru ilə bağlı araşdırmalara başlanıldı - rəsmi
Bu gün, 00:05
Pezeşkian şayiələrə son qoydu: - Mən fəxr edirəm ki, türkəm!
Bu gün, 00:00
"Büdcə planlarını dolduran qurumlar həm əhalinin, həm sahibkarın maddi vəziyyətini çətinləşdirəcək" - NƏ ETMƏLİ?
Dünən, 17:08
İsrail bu tarixdə İrana zərbə endirəcək - ŞOK İDDİA
Dünən, 16:51
“Bu addım Trampın sülh səylərinə açıq sabotajdır" - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:46
"Layihələri elə sıralamaq olar ki, borc götürmədən və vaxtı bir qədər uzatmaqla borcsuz icra etmək olar" - ŞƏRH
Dünən, 16:43
“Rabitəbank” və "Kommersant.az": nələr baş verir? - TƏFƏRRÜAT
Dünən, 16:39
Quru sərhədlərin açılması barədə vacib AÇIQLAMA - “Tasnim”
Dünən, 16:34
Özünə Türkiyədə 45 min manata saat və qolbağ aldı - FOTO
Dünən, 16:30
Counz Robert Qəri “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 16:24
Mehdiabadda qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEOFAKT
Dünən, 16:14
“Vergi güzəşti ləğv olunsa belə, həm sahibkarın, həm də işçinin rifahına mənfi təsirlər yaratmayacaq qaydalar tətbiq olunacaq” - deputat
Dünən, 16:05
Bakıda ögey anasının qorxusu altında qalan qız evdən qaçdı: "Gecə saat dördə işləmiş..." - TƏFƏRRÜAT
Dünən, 15:55
Azərbaycanda sığorta şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:53
Nazirin də şikayətləndiyi dərslikləri kim hazırlayır? - RƏSMİ
Dünən, 15:50
Dövlət qurumu kuryer poçt xidmətləri üçün şirkət tapmadı - SATINALMA LƏĞV OLUNDU
Dünən, 15:48
Məhkəmədə qalmaqal: - Təranə Səmədovanın işi başqa hakimə verildi
Dünən, 15:45
Kilsənin siyasi maraqlara bağlılığı Ermənistandakı stabilliyi təhlükəyə atır - GƏLİŞMƏ
Dünən, 15:43
"AZƏRSU", YOXSA "AZƏRYEZİD"? - Bu qurum daha nə qədər sakinlərə zülm verəcək?!
Dünən, 15:34
Dilqəm Məhərrəmovun adı siyahıda olmadı - Bu yola əl atdı
Dünən, 15:29
Kərəm Mustafayevin həyat yoldaşına yeni vəzifə verildi - FOTO
Dünən, 15:23
Binəqədidə iş yerində yıxılaraq ölən şəxslə bağlı araşdırma aparılır
Dünən, 15:16
Ermənistanda respondentlərin 12%-i Paşinyana səs verməyə hazırdır - KİV
Dünən, 13:39
Bakı Moskvaya yenə “yox” dedi - bu məsələdə...
Dünən, 13:25
Paşinyan Trampın Ermənistanı Albaniya ilə səhv salmasından narahat deyil - "Sputnik Armenia"
Dünən, 13:22
Təyyarə qəzasında ölən bacı-qardaşın kompensasiya DAVASI – Dövlət hansı qərarı VERƏCƏK?
Dünən, 13:13
10 GÜNDÜR ÖLÜB, YAXINLARININ XƏBƏRİ YOXDUR – Rusiyada rəhmətə gedən azərbaycanlının ailə üzvləri axtarılır
Dünən, 13:09
Şamaxı Xəstəxanası kimin mülküdü, Natiq Əliyevin atasının, yoxsa TƏBİB-in? – Vüqar Qurbanova sual olunur
Dünən, 13:03
Kişi geyimində evdən 45 min manat oğurlayan qadın saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:00
Amal Qrup MMC-nin özbaşnalığı…. - Təhçizatçılar Qubadlıda gördükləri işin ödənişini almaq üçün rəsmi qurumlardan imdad diləyirlər….
Dünən, 12:58
Paşinyan yolların açılmasından danışdı
Dünən, 12:47
Müdafiə naziri Çin Xalq Respublikasına işgüzar səfər edib
Dünən, 12:44
Mollayevi cəzalandıran olacaqmı? - NARAZILIQ VAR...
Dünən, 12:42
ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - BU NƏDİ BELƏ?
Dünən, 12:34
Sabiq qərargah rəisi vəfat etdi
Dünən, 12:31
Hadrutda binalarının təmirinə 4.6 milyon manat xərclənəcək
Dünən, 12:29
İrəvanda təşviş: - bu sahələr Azərbaycanın nəzarətinə keçəcək
Dünən, 12:24
“Qala Həyat”ın rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:22
Dövlət qurumu veb sayt yaratmaq üçün yetərli şirkət tapmadı - TENDER LƏĞV OLUNDU
Dünən, 12:20
Gecə 3-də maşınını “ştrafnoy”dan qaçırmaq istədi - Həbs olundu
Dünən, 12:16
Bu gün Oleq Bakinskinin məhkəməsidir - bəraət istəyir
Dünən, 12:11
Bu gün “Şərurlu İsfəndiyar”ın məhkəməsidir - həbs oluna bilər
Dünən, 12:10
Məhkəməyə versə də... FAİZ YÜKÜ DURMADAN ARTIR... - BU NƏDİ BELƏ?
Dünən, 12:02
Həkim səhvlərindən ölüm faktlarına görə məsuliyyətə cəlb edilən tibb işçiləri var - Baş Prokurorluq
Dünən, 11:51
“Almet Baku” kiçilib - HESABAT
Dünən, 11:49
"Cənab Eşqi Bağırov, siz bilirsiniz, odun peçinə uzbe qoşsaq, printer işləyər?" - ETİRAZ VAR!
Dünən, 11:41
İsrailin 5 dollarlıq yeni silahı - “Dəmir günbəz”i geridə qoydu
Dünən, 11:37
"Harda yazılıb ki, xanəndə botoks etdirməz və ya dırnaq qoydurmaz?" - Xalq artisti
Dünən, 11:31
Rəqəmsal qiyamət: apokalipsis ilə reallıq arasında - AKTUAL
Dünən, 11:28
“Sülh müqaviləsi 2026-ya qalmayacaq...” - sensasion gəlişmə
Dünən, 11:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru