“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... .....                     Bakıda itləri üçün doğum günü mərasimi keçirdilər .....                     Azərbaycanda da məşhur olan arıqlama dərmanı insanı ÖLDÜRÜRMÜŞ .....                     "Azərbaycanfilm"də olan yanğının şahidləri: .....                     Dövlət Xidmətinin 664 min manatlıq tenderləri ləğv olundu .....                     Ermənistan təhlükəsizlik qüvvələri arxiyepiskop .....                     Mülayim cənub-şərq küləyi əsəcək .....                     Yaxın Şərq yenidən dizayn edilir: “İbrahim razılaşması”na qayıdış .....                     Kinostudiyada baş verən partlayışla bağlı Baş Prokurorluqda araşdırma aparılır .....                     Bakıda rəsmi dükanda OĞURLUQ TELEFONLAR SATILIR? .....                     "Əməliyyat olundum, hər şey yaxşıdır" .....                     Pezeşkianın Azərbaycan ƏNDİŞƏSİ... .....                     Bakıda kişi "lyuka" düşdü: İki gündür tapılmır .....                     "Klinikaya 150 manat ödədim, amma qızımın dərdini deyə bilmədilər" .....                     ““Qurani-Kərim”də Məhərrəm ayında toy qadağası ilə bağlı heç nə yoxdur, baş yarmaqdan, üz cırmaqdan uzaq olmalıdırlar” .....                     12 günlük savaşda məqsədə çatıldımı? .....                     Ekologiya sistemli şəkildə məhv edilir, amma... .....                     Partlayış baş verən “Azərbaycanfilm”ə kim rəhbərlik edir... .....                     Ermənistanda Paşinyanın saxta səs yazısı ilə bağlı cinayət işi açılıb .....                     Rusiyadan NATO və Ermənistana növbəti mesaj .....                     Füzulinin icra başçısı Şəhid Milli Qəhramanın oğlunun toprağını əlində alır? .....                     Rusiya ordusu Zaporojyedə intensiv hücuma hazırlaşır .....                     Qənirə Ataşova ABŞ vətəndaşı oldu .....                     "Azərbaycanfilm" kinostudiyasında baş verən yanğının səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır .....                     İrəvandakı həbslər sülhü yaxınlaşdırır? .....                     Türkiyə MMU-nun nümayəndə heyəti Quru Qoşunları Komandanlığını ziyarət edib .....                     Ter-Petrosyan Katolikosu Paşinyanın təzyiqlərinə qarşı soyuqqanlı olmağa çağırdı .....                     İsrail İrana qarşı hərbi əməliyyatın nəticələri haqqında ətraflı məlumat təqdim edib .....                     "Elm və təhsil nazirliyi imtahan keçirə bilmir" .....                     Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi .....                     Şəhid polkovnikin oğluna leytenant rütbəsi verildi .....                     Ermənistanda daha bir arxiyepiskopun iqamətgahında axtarış aparılıb .....                     Fazil Mustafa RUS İŞĞALINI TƏRƏNNÜM ETDİ... .....                     `Capago Azərbaycan` viza mərkəzində PULQOPARMA ÜSULU... .....                     NBA-nın pos terminalında ÖDƏNİŞ PROBLEMİ .....                     Bunların QIZIL ZƏMANƏTi də QƏLPDİR! .....                     Zelenski Putinin arzusunu açıqladı .....                     “Onlara oxumağı qadağan edirəm” .....                     "Mənzil sahibləri əksər hallarda prosesdən yayınırlar" .....                     Paşinyan "B" planına keçdi .....                 

İnam Kərimov “Alverçi mafiyası” ilə bacarmır? - “Bu qurumların işinə nəzarət olmasa...”
Tarix: 26-08-2019, 08:58 | Çap et
İnam Kərimov “Alverçi mafiyası” ilə bacarmır?
"Yayın ortasında iki manata kartof olmaz". Ötən həftə kənd təsərrüfatı yarmarkasına, "Yaşıl bazar"-a və paytaxtdakı supermarketlərdən birinə baxış keçirən Baş nazirin müavini Əli Əhmədov meyvə-tərəvəzin qiymətinə münasibətini bildirərkən belə deyib. Xatırladaq ki, Ə.Əhmədov kənd təsərrüfatı naziri İnam Kərimovla birlikdə satışa çıxarılan ərzaq və kənd təsərrüfatı məhsullarının qiyməti və keyfiyyəti ilə maraqlanıb, satıcıları və alıcıları dinləyib.

Əli Əhmədov jurnalistlərə bildirib ki, hazırda ölkə vətəndaşlarının ərzaq və qidaya olan tələbatının əksər hissəsi yerli istehsal hesabına ödənilir: “Azərbaycan vətəndaşı ərzaq qıtlığından əziyyət çəkməməlidir. İstəyirik ki, “tarladan-süfrəyə” zəncirində iştirak edən hər iki tərəf - fermer də, istehlakçı da məmnun qalsın. Fermerlər istehsal etdikləri məhsulları müvafiq bir qiymətə sata bilsinlər ki, ailə büdcələrini formalaşdırsınlar, digər tərəfdən isə istehlakçı üçün də məhsulun qiyməti əlverişli olmalıdır”.

Nazirlər Kabinetindən verilən açıqlamada isə bildirilib ki, hökumət üzvlərinin bazarda apardığı təftişin məqsədi qiymətlərin süni artırılması faktlarını aşkara çıxarmaq olub: “Hökumət qiymətlərin süni şəkildə artırılmasının qarşısının alınması məsələsini həmişə diqqətdə saxlayır və bu istiqamətdə zəruri işlər görür”.

O da bildirilib ki, reydlər zamanı bazarlardakı və yarmarkalardakı qiymətlər arasında böyük fərqlər aşkar olunub: “Hökumət bu məsələnin üzərində ciddi düşünməlidir. Biz ərzaq mallarının qiymətlərinin hədsiz artımına yol verməməliyik. Əgər kimsə qiyməti süni yolla qaldırısa, hökumət iqtisadi tədbirlərlə buna cavab verə bilər. Belə tədbirlərdən biri ticarət nöqtələrinin və vasitəçilərin sayının artırılması olardı. Bu, qiymətləri nizamlamağa imkan verər”.

Xatırladaq ki, dünya iqtisadi sistemləri üç qrupa bölünür. Bunlar ənənəvi, inzibati amirlik və bazar iqtisadiyyatı sistemləridir ki, bunlardan dünya ölkələrində sonuncu ikisi daha çox yayılıb. Əgər inzibati amirlik sistemində iqtisadi münasibətlər, o cümlədən də bazar münasibətləri dövlət tərəfindən təşkil olunur və tənzimlənirsə, bazar iqtisadiyyatı sistemlərində bu münasibətləri bazarın özü tənzimləyir. Amma bir şərtlə ki, azad rəqabətli bazar mühiti yaradılmış olsun. Burada məhsulların qiyməti tələb və təklifə uyğun olaraq tənzimlənir və dövlətin qiymətlərə hər hansı müdaxiləsi baş vermir. Bazarda inhisarçının olması isə bütün sistemi pozur və süni qiymət artımına gətirib çıxarır.

Azərbaycan bazarlarında inhisarçılığın mövcud olması isə heç kimə sirr deyil. İstənilən sahədə qiymətlər tələb-təklif qanunları ilə deyil, inhisarçıların diktəsi ilə müəyyən olunur. Bu baxımdan da, inhisarçılar istədikləri zaman qiymətləri artıra və azalda bilirlər. Əksər hallarda isə süni qiymət artımının heç bir qanunauyğunluğu olmur. Yəni məhsulun maya dəyəri artmadığı halda qiymətlər bahalaşır. Bu baxımdan da, indiki vəziyyətdə bəzən hökumətin müdaxiləsinə ehtiyac yaranır. Başqa sözlə desək, azad və rəqabətli bazar mühiti olmadığından, bazar iqtisadiyyatının tələblərinə uyğun olmasa da, inzibati nəzarət qaçılmaz olur.

“Altay” Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, hazırda plan sisteminin tətbiqi arzuolunmaz olsa da, hökumətin nəzarəti vacibdir:

“Doğrudur, bazar iqtisadiyyatı şəraitində dövlətin inzibati müdaxilə etmək imkanları yoxdur. Amma müəyyən stimullaşdırıcı, həvəsləndirici və dəstəkləyici tədbirlər görülə bilər. Ölkədə kifayət qədər kənd təsərrüfatı məhsulu istehsal olunur. Sadəcə, onların toplanması, paylanması, istehlakçılara çatdırılması ilə bağlı problemlər var. Biz illərdir ki, bildiririk ki, kənd təsərrüfatı yarmarkalarında alverçilər məskən salıb. Rayonlarda, o cümlədən də Tovuzda meyvə-tərəvəz “su qiymətinə”dir. Məsələn, Bakıda 50-60 qəpik olan pomudor 30 qəpik, zoğal 20 qəpik, kartof 40 qəpikdir. “Alverçi mafiyası” bunları yerlərdən alıb, 4-5 qat bahasına satırlar. Təxminən 1000-2000 nəfər alverçi ölkədə milyonlarla insana ziyan vurur - həm fermerlər ziyana düşür, həm alıcılar. Bunun nəticəsidir ki, Bakıda kənd təsərrüfatı məhsullarının qiymətləri Avropa qiymətləri ilə eynidir. Dövlət Bakı, Gəncə, Sumqayıt və digər iri şəhərlərdə daimi yarmarkalar təşkil etməli və ödənişsiz və ya simvolik qiymətlərlə, məsələn 1-2 manat (o da təmizlik işlərinin görülməsi üçün) fermerlərə yer ayırmalıdır”.

Elçin Bayramlı deyir ki, digər xarici ölkələrdə dövlətin kənd təsərrüfatı məhsullarını tənzimləməsi ilə bağlı təcrübələr var:

“Dövlət əvvəlcədən fermerlərlə müqavilə bağlayır, məhsul yetişən zaman onu normal qiymətə alır və bazarlarda satışını təşkil edir. Ya da kəndlilərin öz məhsullarını gətirib satmasına şərait yaradılmalıdır. Bazara girə bilməyən fermerlərə bəzən yollarda da əngəl yaradılır. Ümumiyyətlə, yol polisinin müdaxiləsinin qarşısı alınmalıdır”. İqtisadçıya görə, tənzimlənmə işləri ilk növbədə Kənd Təssərrüfatı Nazirliyi məşğul olmalıdır: “Amma bu Nazirlik hesablamalarla məşğuldur. Onsuz da Statistika Komitəsi var və bu Komitə lazimi hesablamaları aparır. Nazirliyin təşkil etdiyi yarmarkalarda isə qiymət bazardan daha bahadır. Ümumiyyətlə, hesab edirəm ki, ölkədə aqrar məhsulların baha olmasının birinci səbəbkarı Kənd Təssərrüfatı Nazirliyi, ikinci səbəkar isə Dövlət Gömrük Komitəsidir. Bu iki qurum ölkədə bahalaşma, narazılıq yaradır, ölkədən valyutanın çıxmasına səbəb olur. Bu qurumların işinə nəzarət olmasa, vəziyyət pisləşməkdə davam edəcək”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
Bu gün, 13:05
Bakıda itləri üçün doğum günü mərasimi keçirdilər - VİDEO
Bu gün, 13:03
Azərbaycanda da məşhur olan arıqlama dərmanı insanı ÖLDÜRÜRMÜŞ - DİQQƏT!
Bu gün, 12:46
"Azərbaycanfilm"də olan yanğının şahidləri: - "Yer silkələndi, elə bildik, zəlzələ oldu"
Bu gün, 12:40
Dövlət Xidmətinin 664 min manatlıq tenderləri ləğv olundu - DETALLAR
Bu gün, 12:34
Ermənistan təhlükəsizlik qüvvələri arxiyepiskop Mikael Ajapakhyanı saxlayıblar
Bu gün, 12:31
Mülayim cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:21
Yaxın Şərq yenidən dizayn edilir: “İbrahim razılaşması”na qayıdış - GƏLİŞMƏ
Bu gün, 12:15
Kinostudiyada baş verən partlayışla bağlı Baş Prokurorluqda araşdırma aparılır - TƏFƏRRÜAT
Bu gün, 12:10
Bakıda rəsmi dükanda OĞURLUQ TELEFONLAR SATILIR? _ Vətəndaş NƏ ETSİN?
Bu gün, 12:08
"Əməliyyat olundum, hər şey yaxşıdır"
Bu gün, 12:00
Pezeşkianın Azərbaycan ƏNDİŞƏSİ... - Düşməni Tehranda axtarmaq əvəzinə...
Bu gün, 11:54
Bakıda kişi "lyuka" düşdü: İki gündür tapılmır
Bu gün, 11:50
"Klinikaya 150 manat ödədim, amma qızımın dərdini deyə bilmədilər" - Müğənni Aysun
Bu gün, 11:45
““Qurani-Kərim”də Məhərrəm ayında toy qadağası ilə bağlı heç nə yoxdur, baş yarmaqdan, üz cırmaqdan uzaq olmalıdırlar” - deputat
Bu gün, 11:41
12 günlük savaşda məqsədə çatıldımı? - İNCƏLƏMƏ
Bu gün, 11:33
Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır
Bu gün, 11:30
Partlayış baş verən “Azərbaycanfilm”ə kim rəhbərlik edir...
Bu gün, 11:23
Ermənistanda Paşinyanın saxta səs yazısı ilə bağlı cinayət işi açılıb
Bu gün, 11:20
Rusiyadan NATO və Ermənistana növbəti mesaj - “İzvestiya” nəşri
Bu gün, 11:18
Füzulinin icra başçısı Şəhid Milli Qəhramanın oğlunun toprağını əlində alır? - BU NƏDİ BELƏ?
Bu gün, 11:04
Rusiya ordusu Zaporojyedə intensiv hücuma hazırlaşır
Bu gün, 10:57
Qənirə Ataşova ABŞ vətəndaşı oldu
Bu gün, 10:48
"Azərbaycanfilm" kinostudiyasında baş verən yanğının səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır - RƏSMİ AÇIQLAMA
Bu gün, 10:45
İrəvandakı həbslər sülhü yaxınlaşdırır? - AKTUAL
Bu gün, 10:31
Türkiyə MMU-nun nümayəndə heyəti Quru Qoşunları Komandanlığını ziyarət edib
Bu gün, 10:27
Ter-Petrosyan Katolikosu Paşinyanın təzyiqlərinə qarşı soyuqqanlı olmağa çağırdı - İrəvanda gərgin anlar
Bu gün, 10:16
İsrail İrana qarşı hərbi əməliyyatın nəticələri haqqında ətraflı məlumat təqdim edib
Bu gün, 10:12
"Elm və təhsil nazirliyi imtahan keçirə bilmir" - İTTİHAM VAR...
Bu gün, 10:05
Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:02
Şəhid polkovnikin oğluna leytenant rütbəsi verildi - AÇIQLAMA
Bu gün, 10:00
Ermənistanda daha bir arxiyepiskopun iqamətgahında axtarış aparılıb - “Sputnik Ermənistan”
Bu gün, 09:57
Fazil Mustafa RUS İŞĞALINI TƏRƏNNÜM ETDİ... - "1828-ci ildə buradan qopmasaydıq..."
Bu gün, 09:47
`Capago Azərbaycan` viza mərkəzində PULQOPARMA ÜSULU... - "Ayıb deyilmi?!."
Bu gün, 09:39
NBA-nın pos terminalında ÖDƏNİŞ PROBLEMİ - Bank da yaxasını kənara çəkir...
Bu gün, 09:31
Bunların QIZIL ZƏMANƏTi də QƏLPDİR! - FAKT BUDUR...
Bu gün, 09:24
Zelenski Putinin arzusunu açıqladı - "Dağılmış Avropanı görmək..."
Bu gün, 09:14
“Onlara oxumağı qadağan edirəm” - Səsi batan xanəndələr: günah kimdədir?
Bu gün, 09:11
"Mənzil sahibləri əksər hallarda prosesdən yayınırlar" - ÖNA GÖRƏ DƏ...
Bu gün, 09:10
Paşinyan "B" planına keçdi - İndi nə edəcək?..
Bu gün, 09:08
Qərb Universitetində ŞƏRQ ÜSULU - ÖZBAŞINALIQ...
Bu gün, 08:54
ƏSL DƏLİXANA: Xəstənin qızıllarını lombarda girov qoydular... - TƏFƏRRÜAT
Bu gün, 08:50
Əliyevlə Pezeşkianın telefon söhbəti VƏ... - GƏLİŞMƏ
Bu gün, 08:42
Cəlilabad sakini ACINACAQLI DURUMDA - kömək istəyir...
Bu gün, 07:16
Kredit götürmək istəyənlər oxusun – Bunu mütləq bilməlisiniz…
Bu gün, 07:04
Mehrab Xəlilovun rəhbəri olduğu “Jobs” MMC vətəndaşları aldadıb? - Serbiyada küçələrdə qalmışıq
Bu gün, 06:59
Pentaqon ABŞ müdafiə büdcəsinin Çinin cilovlanmasına yönəldiyini bildirib
Bu gün, 06:56
Azərbaycanda səssiz problem: “Çox böyük təhlükəyə çevriləcək” - NƏ ETMƏLİ?
Bu gün, 06:55
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı departamentinun işi də alaylarımçıqdır - GİLEY
Bu gün, 06:43
İşdən çıxarılmış direktor Prezidentdən kömək istədi - MÜRACİƏT
Bu gün, 06:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru