Əbülfəs Qarayev görəv başında son günlərini qeyd edir... - Nazirliyi ləğv oluna bilər...
Tarix: 16-08-2019, 10:21 |
Çap et
DİA.AZ: - Az əvvəl məlumat verərək bildirdik ki, ölkədə total kadr və struktur islahatları gözlənilir. Bununla bağlı DİA.AZ-a danışan bilgili mənbə iddia edir ki, qeyd olunan proses boyunca Mədəniyyət Nazirliyinin birdəfəlik ləğvi də gözdən keçirilir.
Mənbə diaaz.space-a bildirir: "Ola bilsin ki, Mədəniyyət Nazirliyi birdəfəlik ləğv edilsin və yerində ayrıca xidmət yaradılsın. Hələlik müzakirə gedir".
Mənbə bildirir ki, amma istənilən qərarda itirən Əbülfəs Qarayev olacaq: "Onun gedişi məsələsi qətiləşib".
Onu da bildirək ki, Mədəniyyət Nazirliyi ilə yanaşı Dövlət Gömrük Komitəsinin də ləğv edilərək Vergilər Nazirliyinə birləşdirilməsi ideyası mövcuddur və xeyli müddətdir bu ideya ictimai müzakirədədir.