Qarabağ əlili olan polkovnik-leytenantın xanımından Mehriban Əliyevaya MÜRACİƏT... - "İnanıram ki..."
Tarix: 8-04-2019, 09:19 | Çap et
 Azərbaycan Respublikasının Vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya
Çox hörmətli Mehriban xanım!
Bu məktubu yazmağa Sizə olan inamım vadar etdi. Burada mən Sizə həyat yoldaşımın və ailəmizin Azərbaycanın müstəqilliyi və Qarabağ savaşında apardığı mübarizədən qısaca söhbət açmaq istəyirəm. İnanıram ki, məktubumu oxuduqdan sonra bu günə kimi həyat yoldaşımın layiq olduğu qiyməti ala bilməsi üçün müvafiq qurumlara göstərişlər verəcəksiz.
Həyat yoldaşım Habil Sabir oğlu Şirinov 1983-cü ildə Azərbaycan Tibb Universitetinə daxil olduqdan sonra Bakı şəhərinə köçdük. O, 1987-ci ildən Xalq Hərəkatına qoşuldu. O, həmişə deyirdi ki, Qarabağı saxlamaq üçün ora köçüb əhalimizin sayını artırmalıyıq. Bu minvalla həyat yoldaşım 1989-cu ildə könüllü olaraq hər tərəfdən erməni kəndləri ilə əhatə olunmuş Ağdərə rayonunun İmarət–Qərvənd kəndinə getdi və bizi də özü ilə apardı. Həmin vaxt yoldaşım kliniki təcili yardım xəstəxanasında cərrah kimi interna keçirdi. 1990-cı ildə isə təyinatını Bakıdan dəyişib Ağdərə rayonu İmarət-Qərvənd kəndinə aldı. Biz Bakıdan qeydiyyatdan çıxıb İmarət-Qərvənd kəndinə pasport qeydiyyatına düşdük. Azərbaycan tarixində Qarabağın təlatümlü illərində yeganə ailə oldu ki, mən həyat yoldaşım, 7 yaşlı qızım Rəvanə və 6 yaşlı oğlum Zaur Qarabağa qeydiyyata düşərək orada əhalimizin sayını 4 nəfər artırdıq.

Həyat yoldaşım 1989-cu ildən 1991-ci il sentyabr ayına kimi İmarət-Qərvənd kəndinin həm baş həkimi, həm də kəndin özünümüdafiə dəstəsinin başçılarından biri oldu. erməni faşistləri rus hərbçilərinin köməyi ilə 1991-ci ilin sentyabr ayının 10-dan kəndi hər tərəfdən hücuma keçdilər. Kəndin kişiləri səngərlərdə düşman hücumunun qarşısını alırdılar. Döyüşlər gedə-gedə bir neçə gün ərzində qadın, qoca və uşaqları Kəlbəcərin Ağdaban kəndinə çıxarıb sentyabrın 23-nə kimi kəndi müdafiə edə bildilər. Mərkəzdən kömək olmadığı üçün İmarət-Qərvənd kəndi sentyabrın 23-dən 24-nə keçən gecə süqut etdi. Həyat yoldaşım məcbur qalıb bizi İmişliyə atasıgilə gətirdi və özü Kəlbəcərə qayıtdı. Azərbaycan müstəqillik qazandıqdan sonra Milli Ordumuzun ilk zabitlərindən oldu.
O, həm cərrah, həm döyüşçü kimi, Ağdərə, Laçın, Kəlbəcər, Murov, Füzuli, Tərtər, Ağdam, Goranboy döyüşlərində iştirak etdi. Minlərlə yaralı əsgəri döyüş meydanından çıxarılmasını təşkil etdi. Yüzlərlə yaralıya cərrahi köməklik göstərdi. Özü döyüşlərdə bir dəfə yaralandı, iki dəfə kontuziya aldı. Atəşkəsdən sonra da Milli Orduda vicdanla və qüsursuz xidmıt etdi. Həyat yoldaşım Milli Ordu tərkibində leytenant rütbəsindən polkovnik-leytenant rütbəsinə qədər yüksəldi. 2004-cü ildə yaşla əlaqədar olaraq ordu sıralarından ehtiyata buraxıldı.
Hal-hazırda hərbi təqaüdçüdür və 2-ci qrup Qarabağ müharibəsi əlilidir. Tərxis olunduqdan sonra tam yaddan çıxarılıb. Milli Ordunun yaranmasında müstəsna əməyi olsa da, hətta bayram günlərində də yada salınmır. Qeyd edim ki, həyat yoldaşım Nəsimi rayon Hərbi Komisarlığında qeydiyyatdadır.
Qarabağdan məcburi çıxarıldıqdan sonra bizimlə maraqlanan olmadı. Yoldaşım döyüşlərdə olduğu üçün bu haqda kimsəyə müraciət etmədi. Yəni, məcburi köçkün statusu bizə verilmədi. Böyük oğlum Şirinli Zaur Habil oğlu Volqaqrad Polis Akademiyasını bitirib. Hələ də işləmir. Hal-hazırda mən, həyat yoldaşım, kişik oğlum Şirinli Rəvan Habil oğlu evsizik və Nəsimi rayon Polis İdarəsində qeydiyyatdayıq. Bakı şəhəri Azər Əliyev küçəsi ev 9, mənzil 57-də kirayə yaşayırıq.
Hörmətli Mehriban xanım. Həyat yoldaşım deyir ki, mən vətən üçün etdiklərimi maddiyyat xatirinə deyil, vətənə olan sevgimə görə etmişəm. O deyir ki, əgər bu gün də Ali Baş Komandan İlham Əliyev döyüş əmri verərsə bütün bacarığı ilə döyüşə atılmağa tam hazırdır. Amma bununla bərabər mən hiss edirəm ki, o bizim həyat şəraitimizi istədiyi kimi təmin edə bilmədiyi üçün çox sıxıntı keçirir. Bir daha qeyd edirəm ki, həyat yoldaşımın ən böyük arzusu torpaqlarımızı düşməndən azad edilməsində şəxsən iştirak etmək və Azərbaycan Dövlətinin daha da qüdrətli olması üçün əlindən gələni etməkdir.
Hörmətli Mehriban xanım, mən, Sizin Azərbaycan Dövləti və xalqı üçün gələcəkdə daha çox işlər görəcəyinizə inanıram. İnanıram ki, bizim ailəmizə çatan haqqın verilməsi üçün müvafiq Nazirlik və Komitələrə lazımi göstərişlər verəcəksiniz.
Əvvəlcədən ailəmiz və öz adımdan Sizə dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə Kərbəlayi Şirinova Nəcibə Vəli qızı
Tel: 051-566-74-40. \\moderator.az\\


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Müğənni Əminə Zeynalova imkanlı şəxslərin etibarından su-istfadə edərək dələduzluq edib?
Bu gün, 15:41 |
|
|
|
• Ermənistandan sülh mesajı: - Bayram günüdür
Bu gün, 12:51 |
|
|
|
• Müəllimlər üçün gizlədilən vakant yerlər - Bunu kim edir?
Bu gün, 12:28 |
|
|
|
• “Rusiya hərbi bazasını Ermənistandan çıxaracaq” – Verdyandan SENSASİON AÇIQLAMA
Bu gün, 11:53 |
|
|
|
• Bakının küçələrində təmizlik işləri həyata keçirilib - FOTO
Bu gün, 11:44 |
|
|
|
• BU MASANIN HEÇ BİR KÖŞƏSİNDƏ RUSİYA YOXDUR... - ÖNƏMLİ OLANI DA BUDUR!
Bu gün, 11:38 |
|
|
|
• Buna Azərbaycanın razılığı lazım olacaq - Nikol
Bu gün, 11:26 |
|
|
|
• Ukrayna öz ərazilərindən imtina etmək fikrində deyil - Zelenski
Bu gün, 11:23 |
|
|
|
• Ermənilər bunu etsə, ABŞ Bakıya görə hərəkətə keçəcək – Ağ Evdə Rusiyanı sarsıdan detal
Bu gün, 11:21 |
|
|
|
• İran da yolların açılmasında maraqlı olmalıdır - Armen Qriqoryan
Bu gün, 11:16 |
|
|
|
• HƏR ŞEY BİTDİ: İndi nə etməliyik?.. - "İndi biz bu prosesdə Ermənistanla ayaqlaşmalıyıq..."
Bu gün, 10:43 |
|
|
|
• İrandan Azərbaycana daha bir absurd ittiham - Cavab gecikmədi
Bu gün, 10:34 |
|
|
|
• “Akkord” satdığı evə FƏRQLİ SƏNƏD VERİB... - Məhkəmə də vətəndaşa qarşıdır...
Bu gün, 10:30 |
|
|
|
• İki ölkə vətəndaşları arasında ikitərəfli ticarət təhlükəsizliyin etibarlı təminatı olacaq - Ermənistanın Baş naziri
Bu gün, 10:26 |
|
|
|
• "Bizim restoranlar ancaq manatlıq çay verə bilərlər..." - BACARMIRLAR...
Bu gün, 10:25 |
|
|
|
• Rusiyanın müxtəlif təxribatlara əl atacağı bəlli idi - deputat
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanın logistik marşrutlarına Ermənistanın inteqrasiyası ABŞ-Rusiya əlaqələrinə müsbət təsir göstərəcək - Paşinyan
Bu gün, 10:15 |
|
|
|
• "Bu ancaq Azərbaycanda ola bilər..." - GİLEY
Bu gün, 10:14 |
|
|
|
• Müharibə iştirakçısı iş yoldaşını aldadıb, pulunu mərc oyununa köçürdü - TƏFƏRRÜAT
Bu gün, 10:05 |
|
|
|
• Paşinyan Ağ Evdə Qarabağdan köçmüş ermənilərin geri qayıtması haqda suala məhəl qoymadı... - "Hraparak"
Bu gün, 10:00 |
|
|
|
• Minsk Qrupu niyə ləğv olunur? - Paşinyandan CAVAB
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycanlı prezidentin İRƏVAN SƏFƏRİ... - GƏLİŞMƏ
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan vasitəsilə Rusiyaya çıxış əldə edəcəyik - Paşinyan
Bu gün, 09:25 |
|
|
|
• ABŞ bütün məsələləri Rusiya ilə razılaşdırıb, "Tramp yolu" onlara da lazımdı - deputat
Bu gün, 09:23 |
|
|
|
• Putin, Makron, mollalar... - onların dediyi olmadı
Bu gün, 09:20 |
|
|
|
• 200 illik sistem dəyişir – TRIPP layihəsinin əsas məqsədi və riskləri
Bu gün, 09:15 |
|
|
|
• SEPAH-dan Qafqazda müharibə təhdidi – İran və Rusiya Azərbaycan-Ermənistan sülhünə qarşı cəbhə qurur
Bu gün, 09:10 |
|
|
|
• Rusiyanı təəccübləndirən tarix: Tbilisi vuruldu, İrəvan təhdid edildi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 09:07 |
|
|
|
• Sülh sazişinin mətni bu tarixdə dərc olunacaq - KİV
Bu gün, 08:59 |
|
|
|
• Rusiyadan “pomidor” həmləsi - Fermerlər deyir ki...
Bu gün, 08:38 |
|
|
|
• `Kontakt Home`dan yeni hoqqabazlıq... - Etdiyin ödəniş ləğv olunur...
Bu gün, 08:29 |
|
|
|
• Paşinyan Vaşinqtondakı mövqeyini erməni xalqına və erməni lobbisinə yedirdə biləcəkmi? - GÖRÜLƏSİ İŞ ÇOXDUR...
Bu gün, 08:19 |
|
|
|
• Qərb üçün hansı tərəfin qalib gəlməsi o qədər də vacib deyildi... - əsas məsələ konfliktin bitməsi idi..."
Bu gün, 06:42 |
|
|
|
• Təhsil sisteminin BOZ KARDİNALI... - və onun QARA FİKİRLƏRİ...
Bu gün, 06:38 |
|
|
|
• İmişlidə Mərkəzi Mal bazarının müdirindən qeyri-insani ADDIM - TƏFƏRRÜAT
Bu gün, 06:35 |
|
|
|
• Azərbaycanda istehlak kreditlərinə də limit qoyula bilər? - AKTUAL
Bu gün, 06:29 |
|
|
|
• Məleykə Abbaszadə İTTİHAM OLUNUR - Məhkəməyə müraciət olundu
Bu gün, 06:27 |
|
|
|
• Azərbaycan və Ermənistan XİN rəhbərləri ATƏT sədrinə birgə müraciət imzaladılar
Bu gün, 06:22 |
|
|
|
• "Gör, qadın belə söz deyər?" - FOTO
Bu gün, 06:20 |
|
|
|
• Vaşinqton görüşündə daha nələr razılaşdırılıb? – Zəngəzurla bağlı iki qeyd
Bu gün, 06:16 |
|
|
|
• Ermənistan blokadadan çıxır - Paşinyan
Bu gün, 06:14 |
|
|
|
• Paris Ermənistan və Bakı tərəfindən verilən Minsk Qrupunun strukturlarının ləğvinə dair çağırışa qoşulub
Bu gün, 06:13 |
|
|
|
• Donald Tramp Ağ Evin rəmzi açarını Prezident İlham Əliyevə təqdim edib
Bu gün, 06:11 |
|
|
|
• Paşinyan ATƏT-in Minsk Qrupunu münaqişənin simvolu adlandırıb
Bu gün, 06:06 |
|
|
|
• "Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq - Prezident İlham Əliyev
Bu gün, 00:24 |
|
|
|
• İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
Bu gün, 00:22 |
|
|
|
• Zəngəzur dəhlizi üzrə ABŞ ilə əməkdaşlıq 99 il davam edəcək - Tramp
Bu gün, 00:20 |
|
|
|
• ABŞ ilə Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb
Dünən, 23:58 |
|
|
|
• ABŞ-nin vasitəçiliyi ilə həyata keçirilən proseslərin geopolitik əhəmiyyəti diqqətəlayiqdir - Pənah Hüseyn
Dünən, 18:05 |
|
|
|
• Naxçıvanın mobil operator şirkətinə yeni direktor təyin olunub - BUNDAN SONRA...
Dünən, 18:01 |
|
|
|
|