MTN çetesi “Koçak Gold”un 39 kiloqram qızılını necə yağmalayıb - İLGİNC
Tarix: 22-10-2018, 08:49 | Çap et
 Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq generallarının araşdırılmayan daha bir cinayəti üzə çıxıb. 2011-ci ilin dekabrında Bakı şəhərində Türkiyənin məşhur “Koçak Gold” şirkətinin qızıl-zinət əşyaları daşıyan nümayəndələrinə qarşı “mahmudovçu”lar tərəfindən planlanan hücum olub.
Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanovun rəhbərlik etdiyi dəstə üzvləri Pehlivan Hamit Ahmeti saxlayıblar. Ondan ölkəyə gətirdiyi 40 kiloqram çəkidə olan qızıl-zinət əşyaları götürülüb. Ona qarşı MTN-in İstintaq İdarəsində Cinayət Məcəlləsinin 206-cı(qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Pehlivan Hamitdən onun qızıl-zinət əşyalarını ölkəyə qaçaqmalçılıq yolu ilə gətirməsini təsdiqləyən ifadə alınıb. Sonradan isə “mahmudovçu”ların klassik pul qoparma sxemi işə düşüb.
Məlumata görə, Pehlivan Hamitin azad edilməsi üçün danışıqlara başlayan “mahmudovçu”lar onun azad edilməsi üçün böyük məbləğ istəyiblər. Bir aya yaxın davam edən get-gəldən sonra Pehlivan Hamitin ölkəyə qaçaq yolla gətirdiyi 40 kiloqram qızılın müsadirəsi və 50 min dollar qarşılığında yüngül cəzaya məhkum olunması razılaşdırılıb. Həmin qızıl-zinət əşyalarının 1 kiloqram 360 qramı dövlət nəfinə müsadirə edilib. Yerdə qalan 39 kiloqrama yaxın qızıl-zinət əşyaları “mahmudovçu”larda qalıb. Bu gün də həmin qızıl-zinət əşyalarının harada olduğu araşdırılmayıb. Pehlivan Hamitin cinayət işi üzrə materialları Yasamal Məhkəməsinə göndərən “mahmudovçu” generallar Pehlivan Hamitin sonradan yüngül cəza ilə azad edilməsinə nail olublar. Belə məlumatlar var ki, “Koçak Gold”un Azərbaycandakı sonrakı fəaliyyəti “mahmudovçu”ların nəzarəti altında həyata keçib.
Qeyd edək ki, 2017-ci ilin martında Bakı Hərbi Məhkəməsinin sədri hakim Həbib Həsənovun sədrliyi ilə ləğv edilmiş MTN-nin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə prosesdə zərərçəkmiş Aslan Cahangirov ölkəyə qaçaq yolla qızıl daşınmasından danışmışdı. Demişdi ki, Dubaydan 95 min manatlıq qızıl alaraq Bakıya gətirmək istəyib. Həmin qızılları gömrükdən keçirmək üçün Elxan Hüseynova verib, özü isə Dubayda qalıb.
Zərərçəkmişin ifadəsindən sitat: “Hamı bilir ki, qızıl Azərbaycana qaçaq yolla gəlir. Mənim də alverçi olduğumu bilirdilər. Gömrükdə olan monopoliyadan yayınmaq üçün qızılları Elxana verdim ki, o keçirsin”.
Bakı Hərbi Məhkəməsində MTN-in sabiq vəzifəli şəxsləri Sübahir Qurbanov, Fizuli Əliyev, Teymur Quliyev, Zaur Məmmədov, Natiq Alıyev, Natavan Mirvətova, Fərhad Atayev, Elşad Əzizov, Anar Şirəliyev və Eşqin Əliyevin cinayət işi bu ilin aprelində yekunlaşıb. Maraqlıdır ki, prosesdə “mahmudovçu” dəstənin “Koçak Gold”un 39 kiloqram qızılının yağmalanması barədə epizod olmayıb. Həmin qızılların kimlərin cibinə getməsi, ölkəyə qızıl-zinət əşyalarının qaçaq yolla daşınmasında hansı üsullardan istifadə olunması haqda da araşdırmamızın nəticəsini təqdim edəcəyik.
Qeyd edək ki, artıq general Sübahir Qurbanovla birgə mühakimə olunan 2 sabiq MTN-çi azad edilib.
Baş Prokurorluq həmin şəxslərin azad edilməsi ilə bağlı yaydığı məlumatda onların az ağır cinayət törətmələri, istintaqla yaxından əməkdaşlıq etmələri və cəzalarını yüngülləşdirən digər hallar müəyyən olunduğunu açıqlayıb. Cinayət Məcəlləsinin maddələrinin sanksiyası daxilində 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzasının əvvəli 2015-ci il 17 oktyabr tarixdən olan Eşqin Əliyev, eləcə də cəzasının əvvəli 2015-ci il 18 oktyabr tarixdən olan Anar Şirəliyev cəza müddətlərinin sona çatması ilə əlaqədar azadlıqdan məhrum etmə cəzasından azad olunublar. “Yeni Müsavat”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın bu təkidinin səbəblərinə gəlincə... - ŞƏRH
Bu gün, 13:17 |
|
|
|
• İranlı ekspertdən QARABAĞ ETİRAFLARI... - “Qarabağın ermənilərdə qalması üçün heç nə etmədik”
Bu gün, 13:12 |
|
|
|
• Tramp ABŞ-Rusiya-Ukrayna üçtərəfli sammitinin təşkil edilməsini mümkün hesab edir
Bu gün, 13:03 |
|
|
|
• Tramp bu ittifaqı dağıda biləcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 13:00 |
|
|
|
• Ukraynada atəşkəslə bağlı razılıq əldə olundu - KİV
Bu gün, 12:41 |
|
|
|
• Dövlət Sərhəd Xidmətinin bir qrup hərbçiləri təltif edilib - SİYAHI
Bu gün, 12:38 |
|
|
|
• DSX-nin hərbçilərinə ali hərbi rütbələr verilib - SƏRƏNCAM
Bu gün, 12:37 |
|
|
|
• Təhsil müəssisəsi 1,4 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:26 |
|
|
|
• Rusiyanın İnterpola verdiyi azərbaycanlı bu ölkədə TUTULDU - VİDEO
Bu gün, 12:17 |
|
|
|
• Əzrayıla dönmüş “Etalon” CAN ALMAĞA DAVAM EDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 12:13 |
|
|
|
• Putin Trampa ədalətli seçkilərin necə keçirildiyini başa salıb
Bu gün, 12:00 |
|
|
|
• Şamaxıda 15 yaşlı qız nişanlandı: Polis atanı məsuliyyətə cəlb etdi - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• AIDA-nın rəisi BMT Fondunun Məşvərət Qrupuna üzv seçilib
Bu gün, 11:53 |
|
|
|
• Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirilib - VİDEO
Bu gün, 11:51 |
|
|
|
• Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək
Bu gün, 11:48 |
|
|
|
• “CDC Klinik”də işçilərin hüququ POZULUR - NARAZILIQ VAR
Bu gün, 11:43 |
|
|
|
• İlham Əliyev "binokl diplomatiyası"nı necə dəfn etdi? - AKTUAL
Bu gün, 11:33 |
|
|
|
• Bu halda işəgötürən maddi məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 11:29 |
|
|
|
• Siyəzən İcra Hakimiyyəti bir ildə yolların təmirinə nə qədər pul xərcləyib? - DETALLAR
Bu gün, 11:25 |
|
|
|
• "Trampın iddia etdiyi Nobel sülh mükafatı almaq istəyi sual altında qaldı" - Qulamhüseyn Əlibəyli
Bu gün, 11:23 |
|
|
|
• Trampla görüşdə Putindən xoşagəlməz hərəkət: - “Bunu edib getdi”
Bu gün, 11:17 |
|
|
|
• Sabiq nazirdən Rusiya ilə bağlı sensasion açıqlama: - Azərbaycana qarşı bu taktikanı seçib
Bu gün, 11:14 |
|
|
|
• Onlar sözü bir yerə qoya bilmədilər: Biz verdiyimiz SÖZÜ TUTAQ! - FÜRSƏTDİR...
Bu gün, 11:08 |
|
|
|
• Həsənov qardaşlarından BAHALI ALIŞ-VERİŞ... - TƏFƏRRÜAT
Bu gün, 11:03 |
|
|
|
• “Saatlıda 80-nə yaxın tibbi kadr çatışmır, yenə Kubadan həkim gətirəcəklər?!” - PROBLEM
Bu gün, 10:56 |
|
|
|
• Bakıya xalasıgilə gələn qız itkin düşdü - FOTO
Bu gün, 10:43 |
|
|
|
• Putinin adamının müəmmalı İran səfəri - Bakıya qarşı oyun?
Bu gün, 10:36 |
|
|
|
• Keçmiş deputat həbsdəki Eldar Həsənova AZADLIQ TƏLƏB ETDİ - MÜRACİƏT
Bu gün, 10:01 |
|
|
|
• “Botoks məni elə günə qoydu ki, toylarım əldən gedirdi” - “Həkimə pul verirlər ki, məni o ifritəyə bənzət”
Bu gün, 09:59 |
|
|
|
• Ev bazarında “makler” özbaşınalığı: Nə zaman son qoyulacaq? - AKTUAL
Bu gün, 09:47 |
|
|
|
• Başçını ittiham edən qohumu barədə qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:33 |
|
|
|
• “Azərbaycanlı ana kimi düşməni bağışlamıram” - Xalq artisti
Bu gün, 09:30 |
|
|
|
• Barışıq tələskənliyi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Ayvazyanın GERİ ZƏKASI...
Bu gün, 09:19 |
|
|
|
• Su həmişə təmizlik mənbəyi deyil... - NƏ ETMƏLİ?
Bu gün, 09:13 |
|
|
|
• “Rusiya Güney Qafqaza girəcək...” - Sensasion iddia
Bu gün, 09:02 |
|
|
|
• Paşinyan “ev tapşırığı”nın icrasına başladı - Əliyevin o tələbi...
Bu gün, 08:48 |
|
|
|
• Trampın uduzmadığı, Putininsə qalib gəldiyi ALYASKA GÖRÜŞÜ... - GƏLİŞMƏ
Bu gün, 08:39 |
|
|
|
• Dövlət Departamentinin hesabatı: faktlar, düşüncələr, proqnozlar - İNCƏLƏMƏ
Bu gün, 07:09 |
|
|
|
• Tramp-Putin görüşü nəyi sübut etdi? - FƏRİD ŞAHBAZLI YAZIR
Bu gün, 07:04 |
|
|
|
• Bələdiyyənin vergi borcuna görə bələdiyyə sədrinin ölkədən çıxışına qadağa qoyuldu - İLGİNC
Bu gün, 06:59 |
|
|
|
• Təhsil nazirliyi milyonluq TENDERİ kimə həvalə etdi? - TƏFƏRRÜAT
Bu gün, 06:54 |
|
|
|
• İcra başçıları kütləvi şəkildə İSTEFAYA GÖNDƏRİLİR - səlahiyyətləri isə...
Bu gün, 06:50 |
|
|
|
• Korrupsioner direktoru nazir HİMAYƏ EDİR - İTTİHAM VAR...
Bu gün, 06:46 |
|
|
|
• Zəngəzur dəhlizi Naxçıvan sakinləri üçün AÇIQ OLACAQ? - deputat ŞƏRH EDİR
Bu gün, 06:30 |
|
|
|
• Trampla Putin yenidən görüşə bilər - bu dəfə Moskvada...
Bu gün, 06:23 |
|
|
|
• Trampla Putin Ukrayna ilə bağlı ANLAŞDI - TOP KİYEVDƏDİR...
Bu gün, 06:20 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı gizli “Qara Siyahı” – Sənədlər ortaya çıxdı
Bu gün, 00:53 |
|
|
|
• Zəngəzur dəhlizi Türkiyəni və türk dövlətlərini gücləndirəcək - AKTUAL
Bu gün, 00:46 |
|
|
|
• Borclu şirkət necə tenderi UDDU? – “Azərbaycanda dəbdir ki...”
Dünən, 18:07 |
|
|
|
|