Yeni hökumətdə olmayacaq üç vəzifəli məmurun adları - etimad limitləri bitib
Tarix: 3-04-2018, 08:35 | Çap et
 Prezident seçkiləri yaxınlaşdıqca yeni hökumətdə yer almayacaq məmurlarla bağlı müzakirələr, hakimiyyət komandasında isə həyəcan artır. Bu müzakirələr zamanı bir çox məmurların adları hallandırılır. Yeni komandada olmayacaqlar arasında iqtisadi blokdan daha çox üç məmurun adı çəkilir.
Bunlardan biri maliyyə naziri Samir Şərifovdur.
Baş maliyyəçinin hakimiyyət daxilindəki mövqelərini laxladan əsas amil Beynəlxalq Bank olayıdır. Bu bankdan on milyardlarla manatın mənimsənilməsi üzə çıxan ilk dövrdə bütün günahlar İdarə Heyətinə rəhbərlik etmiş Cahangir Hacıyevin üzərinə yükləndi. Beləliklə də S.Şərifov Beynəlxalq Bankdakı prosesləri nəzarətdə saxlamalı olan əsas fiqur olaraq cəzadan yayına bildi. Lakin vaxt keçdikcə Beynəlxalq Bankdakı neqativ proseslər dayanmadı, bankın S.Şərifovun adamı kimi tanınan rəhbəri Elmar Məmmədovun dolların “qara bazarı”na rəhbərlik etdiyi aydınlaşdı. Maliyyə naziri bu dəfə də E.Məmmədovu qurban verməklə yaxasını kənara çəkə bildi. Lakin hətta bundan sonra da Beynəlxalq Bankın problemləri azalmadı, üstəlik, onun “Aqrarkredit”ə ötürülmüş aktivləri ilə bağlı problemlər meydana çıxmağa başladı. Bu dəfə S.Şərifov özünü kənarda saxlaya bilmədi. Belə ki, bir neçə həftə əvvəl Beynəlxalq Banka nəzarət faktiki olaraq onun əlindən alınıb, Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümova verildi. Bununla da bankın beynəlxalq aləmdə təmiz reputasiyaya malik Dövlət Neft Fondunun nəzarətinə verilməsi təmin edilmiş oldu. Bu, eyni zamanda S.Şərifova olan inamın minimuma endiyinin göstəricisi sayıla bilər: özəlləşmə ərəfəsində olan Beynəlxalq Bankda yeni problemlərin meydana çıxması heç kimə sərf etmir, hökumətə xüsusilə. Bu addım həm də 11 apreldən sonra formalaşdırılacaq yeni kabinetdə yer almayacaq məmurlardan birinin S.Şərifov olması ehtimalını artırır.
Seçkidən sonra tutduğu kreslo ilə vidalaşacaq daha bir məmur baş bankir Elman Rüstəmov ola bilər. Mərkəzi Bank rəhbərinin limiti çoxdan tükənib desək, yanılmarıq. Neft gəlirlərinin böyük axını olduğu illərdə toplanan 18 milyard dollar valyuta ehtiyatının bir ilin içində 4 milyard dollaradək azalması, ölkənin bank sektorunun ağır böhrana düşməsi, banklarda irihəcmli mənimsəmə hallarının aşkarlanması bu sektora nəzarəti həyata keçirən əsas qurum olaraq Mərkəzi Bankı və onun rəhbərini diqqət mərkəzinə gətirdi. Xüsusilə bankların bir çoxunda irihəcmli kreditlərin qaydalara zidd olaraq girov təminatı olmadan, əksər hallarda da bank rəhbərlərinin yaxınlarına paylanması, nəticədə problemli kreditlərin bütövlükdə bank sektorunun ayağında buxova çevrilməsi E.Rüstəmova olan etimadı minimuma endirdi. Buna görə də ölkədə yeni qurum - Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı və baş bankirin banklarla bağlı səlahiyyətlərinin çoxu ona verildi. Son zamanlarsa E.Rüstəmovun xaricdə biznesinin olduğuna dair məlumatlar yayılmaqdadır. Onun Gürcüstanda tikinti biznesinin olduğu, hətta devalvasiyadan az əvvəl bu biznes üçün Azərbaycan banklarından 750 milyon manat kredit götürdüyü deyilir. E.Rüstəmov bu məlumatlarla bağlı hər hansı açıqlama vermir ki, bu da onların reallıq payını artırmış olur.
Vəzifəsini itirəcək daha bir məmur olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlının adı hallanmaqdadır. Qeyd edək ki, Palataya rəhbər təyin olunduğu ilk dövrlərdə R.Aslanlıya etimad kifayət qədər böyük idi - hansı təkliflə çıxış edirdisə, dərhal icra olunurdu.
Onun təklifləri əsasında bank qanunvericiliyinə çoxsaylı dəyişikliklər edildi, Maliyyə Bazarlarına Nəzarət Palatasının hüquqları genişləndirildi. Bütün bunlardan sonra gözlənilirdi ki, əlində böyük səlahiyyətlər cəmləyən Palata bank sektorunu düşdüyü böhrandan çıxarmaq üçün real hərəkətə keçəcək. Lakin aylar ötdükcə məlum oldu ki, R.Aslanlı əldə etdiyi səlahiyyətlərdən bank sektorunun xeyrinə istifadə etmək niyyətində deyil.
“StandardBank” kimi iri bankla bağlı 3 ayda iki bir-birinə zidd qərarın qəbul olunması, yüz milyonlarla manat vəsaitin mənimsənilməsinə göz yumulması, bağlanan bankların kreditorlarına ödənişlərlə bağlı ciddi pozuntulara yol verilməsi kimi faktlar R.Aslanlıya olan etimadı minimuma endirdi. Təsadüfi deyil ki, artıq bir ilə yaxındır Palatada bütün səlahiyyətlər faktiki olaraq icraçı direktor İbrahim Alışova verilib. Bu gün R.Aslanlının deyil, quruma məhz onun rəhbərlik etdiyini artıq hamı görməkdədir. Böyük ehtimalla, seçkilərdən sonra R.Aslanlının Palatadakı formal rəhbərliyi də başa çatacaq... “Yeni Müsavat”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanda köhnələr HOQQA VERİR
Bu gün, 16:07 |
|
|
|
• Rusiya Vaşinqtonda Avropadan Ukrayna ilə bağlı konstruktiv ideyalar eşitməyib - Lavrov
Bu gün, 15:51 |
|
|
|
• Hindistanın ən çox axtarılan cinayətkarlarından biri Azərbaycanda tutulub - TƏFƏRRÜAT
Bu gün, 15:46 |
|
|
|
• Sumqayıtda təmir və abadlıq işləri ilə bağlı - TENDERLƏR YEKUNLAŞDI
Bu gün, 15:44 |
|
|
|
• "Vasmoy" bazarında ÖLÜM
Bu gün, 15:39 |
|
|
|
• Sabirabad və Şəkiyə yeni prokuror təyin edilib - ƏMR
Bu gün, 15:32 |
|
|
|
• Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir – Rəsmi statistika
Bu gün, 13:02 |
|
|
|
• "Respublika" qəzeti fəaliyyətini dayandırdı, əksər işçilər "Xalq"da - AÇIQLAMA
Bu gün, 13:00 |
|
|
|
• Sumqayıtda bu məktəbin əsaslı təmirinə 4,4 milyon manat ayrılıb
Bu gün, 12:58 |
|
|
|
• “Səhiyyənin Təminat Mərkəzi” qripə qarşı 1 milyonluq peyvənd alır
Bu gün, 12:57 |
|
|
|
• “Kontakt Home”dan şikayətlər səngimir - “Qızıl Zəmanət” müştəriləri tələyə salıb
Bu gün, 12:55 |
|
|
|
• İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin dövlətə milyonlarla manat borcu yaranıb
Bu gün, 12:50 |
|
|
|
• Anam etsəydi, Prezidentə müraciət etməzdim - Aparıcıdan Aysuna qınaq
Bu gün, 12:48 |
|
|
|
• “Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir? - GİLEY
Bu gün, 12:40 |
|
|
|
• 38 dərəcə isti olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:37 |
|
|
|
• Rusiyada azərbaycanlının evlənməsinə icazə verilmədi - Məhkəməlik oldu
Bu gün, 12:36 |
|
|
|
• Saç ustası liposaksiya əməliyyatını necə edir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:25 |
|
|
|
• "YENİ NAZİR "ƏJDAHA SUYUN QABAĞINI KƏSƏN KİMİ" DAVRANIR" - “Bu sifarişlər olmasa, özəl sektor lap can verər..."
Bu gün, 12:18 |
|
|
|
• Gülağa Aslanlı açıq ürək əməliyyatı keçirdi - FOTO
Bu gün, 12:11 |
|
|
|
• Qod Nisanovun övladının şad gününə onlar da qatılıb - FOTO
Bu gün, 12:06 |
|
|
|
• Rusiyada azərbaycanlılar üçün YENİ QADAĞA - Bu dəfə uşaqlar...
Bu gün, 12:00 |
|
|
|
• London Zelenskini devirməyə çalışır? - KİV
Bu gün, 11:58 |
|
|
|
• Tramp Ermənistanı “Albaniya” adlandırdı
Bu gün, 11:56 |
|
|
|
• Mandatını və partiyasını qızına miras qoyan ATA - Ağamalılar ailəsi niyə siyasəti şəxsi mülkə ÇEVİRİR?
Bu gün, 11:54 |
|
|
|
• İrəvan Tehranın simasında özünə strateji tərəfdaş tapıb - “Nezavisimaya qazeta”
Bu gün, 11:52 |
|
|
|
• Gənc hərbi pilotlarla təlim-məşq uçuşları keçirilib - VİDEO
Bu gün, 11:38 |
|
|
|
• Münasibətlərin normallaşmasına qərar verilib - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Vaşinqtonda NÖQTƏ: ATƏT-in Minsk qrupu tamam arxivlik oldu - ŞƏRH
Bu gün, 11:30 |
|
|
|
• “Azəraqrartikinti” ÇÖKÜŞDƏ... - mənfəəti 4 dəfəyə yaxın azalıb
Bu gün, 11:24 |
|
|
|
• Paşinyan xalqa müraciətində niyə referendumdan danışmadı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:21 |
|
|
|
• Şəkidə vəfat edənlərin sayı yeni doğulanları ÖTÜB – STATİSTİKA
Bu gün, 11:16 |
|
|
|
• Bakıda sosial şəbəkələrdə qız şəkilləri bəyənən kişini sevgilisi döydü - TƏFƏRRÜAT
Bu gün, 11:12 |
|
|
|
• İrəvan seçimi etdi: əməldən işə nə zaman keçiləcək? - AKTUAL
Bu gün, 11:10 |
|
|
|
• "Dekan müvaini Abbas Əhmədov məkanı basaraq, dərsimizi zorla pozdu..." - NDU-da QALMAQAL BİTMƏK BİLMİR...
Bu gün, 11:06 |
|
|
|
• Fermerlərin DİZİ YERƏ GƏLİB: Məcnun müəllimin umrunda da deyil... - əslində BAŞI DA ÇIXMIR...
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycan Rusiyadan haqqını TƏLƏB EDİR
Bu gün, 10:43 |
|
|
|
• Qobu bələdiyyəsinin TORPAQ HOQQABAZLIĞI... - İTTİHAM VAR...
Bu gün, 10:41 |
|
|
|
• Zəngəzurda qeyri-adi versiya: İran “Əfqanıstan ssenarisi”ni tətbiq edəcək? - TƏFƏRRÜAT
Bu gün, 10:36 |
|
|
|
• Şahin Mustafayev Moskvaya gedir? - ruslarla BARIŞIRIQ?
Bu gün, 10:10 |
|
|
|
• “Onların məqsədinin bina tikmək yox, məni həbs etdirmək olduğunu sonradan anladım” - TƏFƏRRÜAT
Bu gün, 10:06 |
|
|
|
• Vəzifəlilərlə əlbir olan iş adamına bu cəza verildi - 35 şirkəti var
Bu gün, 10:04 |
|
|
|
• “Hər şeyi serialların üstünə atmasınlar” – Deputatın fikrinə tanınmış rejissordan ETİRAZ
Bu gün, 10:02 |
|
|
|
• "Vətəndaş niyə qaz xətti üçün kiməsə pul verməlidir?" - AXI NİYƏ?
Bu gün, 09:52 |
|
|
|
• Abşeronda 6850 manatlıq lotereya biletlərini alaraq dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• “Kapitalbank”ın növbəti problemi - BU DƏFƏ...
Bu gün, 09:44 |
|
|
|
• Keçmiş deputat Hacıyev məxfi məlumatları Qərbə ötürürmüş - TƏFƏRRÜAT
Bu gün, 09:40 |
|
|
|
• İran Zəngəzur dəhlizi ilə bağlı əngəl, təhlükə törədə bilməz - ÇÜNKİ...
Bu gün, 09:37 |
|
|
|
• Əliyevin Trampla görüşündə 10 gün sonra üzə çıxan gerçək – Ağ Evdə iki fərqli olay
Bu gün, 09:35 |
|
|
|
• Pezeşkian erməniləri təriflədi - ISNA
Bu gün, 09:31 |
|
|
|
• Rusiya ağlını itirir - Bakıya qarşı artan düşmənçilik
Bu gün, 09:20 |
|
|
|
|