"Veysəloğlu"nun "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" adlı motivasiya tədbirində şirkətin uğurları və yeni istiqamətlər müzakirə olundu - FOTO
Tarix: 3-03-2025, 15:17 | Çap et
 Fevral ayının 28-də Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) Bakıdakı "Gülüstan" Sarayında özünün ənənəvi "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" adlı motivasiya yönümlü növbəti tədbirini keçirib. Tədbirə Şirkətlər Qrupunda rəhbər vəzifələrdə çalışan 450-dən artıq əməkdaş iştirak edib. Digər əməkdaşlara isə tədbiri xüsusi proqram vasitəsilə kənardan izləmək imkanı yaradılıb. Tədbirə tanınmış ssenarist və aktyor Azər Aydəmir və "Veysəloğlu"nun əməkdaşı Aysel Fərziyeva aparıcılıq ediblər. Azərbaycan Respublikasının Dövlət Himni və Veysəloğlu Şirkətlər Qrupunun himninin səslənməsindən sonra, tədbir iştirakçıları "Qalib ölkənin uğurları – 2024" və "VŞQ-də uğurun izləri – 2024" adlı videoçarxları, eləcə də VŞQ-nin 30 illik yubileyə həsr olunmuş imic videosunu izləyiblər. Tədbir Veysəloğlu Qrupa daxil olan şirkətlərin rəhbərləri: Bəxtiyar Allahverdi, Natəvan İbrahimova, Rəşad İbrahimov və Məmmədqulu Süleymanlının iştirakı ilə keçirilən "2024 Uğurlarımız: Çıxardığımız Nəticələr və Gələcəyə Baxış" adlı panel müzakirələri ilə davam edib. Baş tutan maraqlı müzakirədə şirkət rəhbərləri məsul olduqları sahələrdə il ərzində qazanılan uğurlardan və gələcək perspektivlərdən ətraflı bəhs ediblər, onlara ünvanlanan sualları cavablandırıblar. Fasilə zamanı tədbir iştirakçıları zalın müxtəlif yerlərində quraşdırılan Şirkətlər Qrupuna aid "Brandwall"ların önündə çəkdirdikləri fotolarla #GücümüzBirliyimizdədir2025 adlı həştəq ilə maraqlı paylaşımlar ediblər. Tədbir Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Şəhriyar İmanovun gözəl ifalarının sədaları altında şam yeməyi və Şirkətin dəyərləri ilə bağlı keçirilən intellektual oyunla davam edib. Motivasiya tədbirinin ikinci hissəsi təsis olunan "Vəfa Zirvəsi" adlı nişanın əməkdaşlara təqdimatı ilə başlayıb. Əvvəlcə, ömürlərinin 10 və 15 ilini "Veysəloğlu"da keçirən əməkdaşlara bürünc və gümüşdən hazırlanmış, Şirkətlər Qrupunun loqosunu özündə əks etdirən nişanlar və diplomlar VŞQ-nin təsisçisi və Baş direktoru Aydın Talıbov tərəfindən şəxsən təqdim edilib və onların hər biri ilə xatirə fotosu çəkdirilib. Eyni zamanda VŞQ və əməkdaşın prototipinin ilk təqdimatı da məhz bu tədbirdə baş tutub. Sonra söz Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş direktoru Aydın Talıbova verilib. Şirkət rəhbəri çıxışında "Veysəloğlu"nun keçdiyi çətin və şərəfli inkişaf yolundan bəhs edib. Xüsusilə də, "Vəfa Zirvəsi" nişanının təsis edilməsi və onu əməkdaşlara şəxsən təqdim olunmasından zövq aldığını bildirib. Təsisçinin çıxışı yekunlaşandan sonra, o, əməkdaşların ünvanladığı sualları cavablandırıb. Aydın Talıbovun çıxışından sonra proqramda "İlin Nominasiyaları"nın mükafatlandırılması həyata keçirilib. Layihələr barədə VŞQ Baş İcraçı Direktorunun müşaviri, Qiymətləndirmə Komissiyasının sədri İlqar Nuri ətraflı məlumat verib. O, qeyd edib ki, Komissiyaya Şirkətlər Qrupunun əməkdaşları tərəfindən ümumilikdə 85 layihə təqdim edilib, onlardan yalnız 8-i favorit hesab olunub. Komissiya sədri həmçinin bildirdi ki, onlara bu seçimi etmək çox çətin olub, çünki təqdim olunan layihələrin böyük əksəriyyəti məzmunu və faydalılığı ilə seçilib. "Təsisçidən Özləl Nominasiya" üzrə Şirkətdə çalışan qazi və veteranlara qayğı göstərən "Sizə Minnətdarıq" adlı layihə qalibi mükafatlandırıldı. Bu mükafatı layihə rəhbəri Eldəniz Seyidova Şirkətin təsisçisi Aydın Talıbovun həyat yoldaşı Afət Talıbova təqdim etdi. "İlin Ən Mənfəətli Şirkəti" nominasiyası üzrə qalib Aydın Talıbov tərəfindən "Veysəloğlu Distribusiya" elan olundu. Sonra ömürlərinin 20 və 25 ildən artıq dönəmini "Veysəloğlu"ya həsr edən əməkdaşlara qızıl və platindən hazırlanmış "Vəfa Zirvəsi" nişanının növbəti təqdimatı keçirilib. Bu nişanlar da əməkdaşlara şəxsən Aydın Talıbov tərəfindən təqdim edilib. Bununla da tədbirdə iştirak edən 189 rəhbər şəxs "Vəfa Zirvəsi" nişanı ilə təltif edildi. Nişanla təltif olunmağı gözləyən 1000-dən artıq əməkdaşa isə bu təltifin mərhələli şəkildə veriləcəyi gözlənilir. "İlin Nominasiyaları"nın mükafatlandırılmasının davamı olaraq "İlin Şirkəti" də elan olunub. Bu barədə ətraflı məlumat verən VŞQ-nin Maliyyə Direktoru Könül Kərimova çıxışında qeyd edib ki, sözügedən nominasiya üzrə qalibin seçilməsi biznes subyektlərinin göstəricilərinə uyğun rəqəmlərin ətraflı təhlilindən sonra baş tutub. Hamının maraqla gözlədiyi bu məlumatı tədbir iştirakçılarına şəxsən Aydın Talıbov açıqladı. Məlum oldu ki, builki "İlin Şirkəti" nominasiyasının qalibi "Oba" marketlər şəbəkəsi olub. Əməkdaşlar üçün böyük motivasiya ruhu verən bu tədbir xatirə fotosunun çəkdirilməsi ilə yekunlaşdı.





|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya “azlıq kartı” oynayır: Azərbaycan hansı cavabı verə bilər? - AKTUAL
Bu gün, 01:52 |
|
|
|
• "Bu məsələdə İranda ciddi narahatlığın olduğunu müşahidə edirik" - ŞƏRH
Bu gün, 01:48 |
|
|
|
• Müğənni Rəqsanə İsmayılova xərçəng xəstəsi imiş... - qızı AÇIQLADI
Bu gün, 01:42 |
|
|
|
• “Azneft” İstehsalat Birliyi cərimələnə bilər
Dünən, 18:05 |
|
|
|
• Fətulla Mustafayev NQS işçilərindən pul yığır – Hüquq müdafiəçisi
Dünən, 18:00 |
|
|
|
• Avropa Rusiyaya qarşı əlavə sanksiyalar haqqında düşünür
Dünən, 17:58 |
|
|
|
• Paşinyan Qarabağ klanına qarşı HƏRƏKƏTƏ KEÇİR
Dünən, 17:52 |
|
|
|
• “Dağ boyda qardaşı torpağa şəhid verdim ki, kimsə gəlib...” - Şəhid qardaşından ETİRAZ
Dünən, 17:46 |
|
|
|
• Pezeşkian və Paşinyandan Əliyevin təklifinə dəstək: - Hazırıq
Dünən, 17:42 |
|
|
|
• Rəqsanənin səhhətində problemlər var – Vəkil
Dünən, 17:39 |
|
|
|
• AZƏRİQAZ LƏĞV OLUNUR? - NHMT-dan MÜHÜM ARAYIŞ
Dünən, 17:37 |
|
|
|
• Ruslar bizi HARDAN... HARAMIZDAN vura bilərlər... - DİQQƏT!
Dünən, 17:33 |
|
|
|
• Şərurlu İsfandiyar işi dayandırdı: Min nəfər işsiz qaldı - TƏFƏRRÜAT
Dünən, 17:13 |
|
|
|
• "Onları Şəhidlər xiyabanında dirəyə bağlamaq lazımdır" - ÇAĞIRIŞ
Dünən, 17:05 |
|
|
|
• Mən Prezident olduğum müddətdə ABŞ qoşunları Ukraynaya göndərilməyəcək - Tramp
Dünən, 17:01 |
|
|
|
• Krımın Ukrayna qaytarılması və Ukraynanın NATO-ya üzv olması mümkün deyil - ABŞ lideri
Dünən, 16:54 |
|
|
|
• Ukrayna çoxlu ərazi qazanacaq - Tramp
Dünən, 16:49 |
|
|
|
• İranı həyəcanlandıran siyahı: düşmənin dövlət sirri ələ keçdi – Tək şərt var
Dünən, 16:41 |
|
|
|
• Müğənni Rəqsanə İsmayılovanın apellyasiya şikayətinə baxılacaq
Dünən, 16:37 |
|
|
|
• Şair Məmməd İsmayıl vəfat edib
Dünən, 16:36 |
|
|
|
• Daha bir əməliyyat rəzaləti: Xəstənin çılpaq görüntüləri yayıldı - VİDEO
Dünən, 15:35 |
|
|
|
• Sülh göyərçinləri uçurdan bir dövlət kimi görünməkdənsə, güclü olmağın tərəfdarıyam - Tural Abbaslı
Dünən, 15:29 |
|
|
|
• “Tramp marşrutu”nun təhlükəsizliyini kim TƏMİN EDƏCƏK... - Paşinyan AÇIQLADI
Dünən, 15:27 |
|
|
|
• Bakıda cütlük nişan günü ayrıldı - Film kimi məhkəmə
Dünən, 15:19 |
|
|
|
• İmamoğlu həbsxanadan MÜSAHİBƏ VERDİ: - Onun prezidentliyə namizədliyini DƏSTƏKLƏDİ
Dünən, 15:13 |
|
|
|
• Ukrayna qüvvələri Rusiyanın yanacaq qatarını məhv edib
Dünən, 15:04 |
|
|
|
• Neft işçiləri ETİRAZ edir: Yeni sədrin QANUNSUZ əməlləri - SKANDAL MƏLUMATLAR
Dünən, 14:56 |
|
|
|
• Netanyahu Avstraliyanın Baş nazirini zəif siyasətçi adlandırıb
Dünən, 14:50 |
|
|
|
• Üçüncü qüvvələrin sərhədlər yaxınlığında olması ilə bağlı narahatlığımız aradan qaldırılmalıdır - İran Prezidenti
Dünən, 14:45 |
|
|
|
• Gəncədə dayısı və arvadını bıçaqlamaqda təqsirləndirilən şəxs 19 il azadlıqdan məhrum edilib - TƏFƏRRÜAT
Dünən, 13:38 |
|
|
|
• Ağ Evdə Ukrayna müzakirələri: - "Mən hamını sevirəm, rusları da"
Dünən, 13:00 |
|
|
|
• Azərbaycan Fransaya neft satışını bərpa edib – Ölkələrin siyahısı
Dünən, 12:58 |
|
|
|
• Tramp həmin görüşdə Azərbaycandan danışdı - “Armİnfo”
Dünən, 12:55 |
|
|
|
• “İçinizdə hürün, insanların inancına…” – Kamrandan Vüqara sərt sözlər
Dünən, 12:51 |
|
|
|
• İnstaqramda özünü kanal rəhbəri kimi təqdim edən şəxs həbs edilib
Dünən, 12:47 |
|
|
|
• Rusiya-Ukrayna SAVAŞI DAVAM EDƏCƏK... - Görünəni odur ki...
Dünən, 12:42 |
|
|
|
• "Onlara “dur” deyən yoxdur..." - NARAZILIQ VAR...
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı - NƏ BAŞ VERİR?
Dünən, 12:30 |
|
|
|
• Nazirlik mindən çox mənzilin qiymətini bu şirkətlə müəyyən edəcək - TENDER NƏTİCƏSİ
Dünən, 12:27 |
|
|
|
• Ermənistanın Yekaterinburqdakı konsulluğu bağlanıb - “Ura.ru”
Dünən, 12:24 |
|
|
|
• İrəvan və Bakı arasında imzalanan sənədlər sülh sazişinin əsasını təşkil edə bilər - MDB-nin Baş katibi
Dünən, 12:22 |
|
|
|
• Qaz keçir... sərfiyyat qeydə alınmır və belədə qaz itkisi yaranır - DÖVLƏTİN SƏRVƏTİ BELƏ TALANIR...
Dünən, 12:14 |
|
|
|
• Əsas "nüvə"si AFFA-da təmsil olunan "Azərlotereya" yenə Premyer Liqaya "çökdü" - “Misli” futbolumuza nə verib, nə alır?
Dünən, 12:07 |
|
|
|
• ABŞ-nin yeni səfirinin Bakıya gəlişi tezləşir - Gözlənti
Dünən, 11:58 |
|
|
|
• Ermənistan ordusunda kütləvi ixtisarlar başlayıb – “Hraparak”
Dünən, 11:55 |
|
|
|
• Yetərsay çatmadı, bir qurumun 2 tenderi - LƏĞV OLUNDU
Dünən, 11:25 |
|
|
|
• Bağlanmış müqaviləni icra edə bilməyən “GROVV AUDİT AND CONSULTİNG” QSC satınalmalarda necə qalib çıxır - İLGİNC FAKTLAR...
Dünən, 11:21 |
|
|
|
• “Elə kişilər var ki, atası onun əvəzinə bir lək soğan əksəydi, daha yaxşı olardı” - ETİRAZ
Dünən, 11:17 |
|
|
|
• Zaman ermənilərin əleyhinə işləyir - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:02 |
|
|
|
• Astarada başçıya söykənən ÖZBAŞINALIQ... - İTTİHAM VAR...
Dünən, 11:00 |
|
|
|
|