Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ətrafında cərəyan edən olaylar bir zamanlar ona biət edən və hal-hazırda da görəv başında olan məmurlar üçün də elektroşok effekti oynamış oldu. Hər halda, görünəni və hiss olunanı odur ki, artıq bəziləri özlərini güvənsizlikdə hiss etmələri bir yana, sabah nələrin baş verə biləcəyini belə təxmin edərək ciddi təlaş keçirməkdədir.
Bu barədə "DİA-AZ"ın əldə etdiyi məlumata görə, konkret olaraq Şirvan şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov Ramiz Mehdiyevin ev dustaqlığı xəbərini şok effekti ilə qraşılayanlardandır. Onun hətta "gör Mehdiyev belə oldusa, bizi nə edəcəklər" deyərək reaksiya verməsi ilə də diqqətə gəlib.
Bu barədə danışan mənbə qeyd edir ki, eyni zamanda Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov, Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov da eyni qaydada ciddi təlaş keçirənlərdəndir. Hacıqabul rayon icra hakimiyyəinin başçılsı Sevindik Hətəmov isə çoxdan ehtiyatını tutub. Bunu deyən məbnə iddia edir ki, Bərdənin icra başçısı Vidadi İsayev isə bu gün Bakıda olub: "O da həyəcan içindədir, hər halda Ramiz Mehdiyevin əlindən su içənlərdən biridir. Bu su isüə burunlarından irin-qan formasında gəlməsə, onlar düzələnə oxşamır..."