Azərbaycan siyasətinin uzunömürlü, lakin ürəkbulandıran fiqurlarından biri olan Sərdar Cəlaloğlu artıq illərdir Demokrat Partiyasının sədri kimi çıxış edir.
Lakin onilliklər boyu fəaliyyətə baxmayaraq, rəhbərlik etdiyi partiyaya nə sosial baza formalaşdıra bilib, nə də ictimai rəydə ciddi etimad qazanıb. Bu, təkcə siyasi şəraitlə bağlı deyil. Cəlaloğlunun öz siyasi davranışları, qeyri-sabit mövqeləri və prinsipiallıqdan uzaq çıxışları bunun əsas səbəblərindəndir.
Adam nə ixtisası olan “morq”, yəni ölüxana sahəsində nəticə əldə edə bilib, nə də siyasət sahəsində. Boş-boş danışmaqdan başqa bacardığı iş yoxdur. Yazdıqları kitablar da plagiat. İnana bilmərəm ki, bir nəfər belə onun yazdığı kitabı 2-3 səhifədən o yana oxuya bilib.
Sərdar Cəlaloğlu ixtisası kimi, siyasi meyitdir. Neçə dəfə deputatlığa namizədliyini verib, danışıqlara gedib, iqtidar kabinetlərində əməkdaşlıq etdiyi siyasətçiləri, “dost” dediyi adamları satıb, amma yenə də nə yarındığı iqtidarın, nə də seçicilərin etimadını qazana bilib. Gəlib çatıb ahıl yaşına, amma təəssüf ki, özünü ahıl adam kimi apara bilmir.
Sərdar Cəlaloğlu ictimai müstəvidə özünü prinsipial və düz danışan siyasətçi kimi təqdim etməyə çalışır. Amma reallıqda onun çıxışları çox zaman populist, məqsədyönlü və dəyişkən xarakter daşıyır. Bir gün iqtidara qarşı sərt danışır, ertəsi gün həmin iqtidarın siyasətini dolayı yolla müdafiə edən fikirlər səsləndirir. Bu ziddiyyətli yanaşma onu nə iqtidar, nə də müxalifət düşərgəsində etibarlı tərəfdaş kimi görməyə imkan verir.
Cəlaloğlunun son zamanlar “siyasi dialoqdan çıxması” barədə bəyanatı da onun səmimiyyətinə kölgə salır. Əgər doğrudan da demokratik dəyərlərə inanırsa, dialoqdan imtina etməsi bu prinsiplərlə ziddiyyət təşkil edir.
Siyasi dialoq cəmiyyətin irəliləyişi üçün vasitədirsə, ondan qaçmaq yalnız şəxsi maraqlara xidmət edir. Fikrimcə, bu addım Cəlaloğlunun diqqət mərkəzində qalmaq, öz siyasi mövqeyini “zərbə altında lider” obrazı ilə qorumaq cəhdidir.
Ondan lider olar? 37 ildir lider ola bilməyib, indi 70 yaşından sonra olacaq? Xalq üçün zərrə qədər də əməyi olmayıb. Barmağını qatlasın görək kimin üçün nə edib? Mən deyim o, nə edib? Çömçə kimi ara qarışdırıb.
Adı da gərək elə “çömçə” olsun.
Uzun illərdir siyasətdə olan bir şəxs kimi real dəyişikliklərə, təşkilati inkişaflara, yeni ideyalara imza atmayıb. Lakin, hələ də televiziyalarda və mətbuatda özünü “müxalifətin səsi” kimi göstərməyə çalışır. Bu, siyasi şəffaflıqdan çox, şəxsi eqo və özünüreklamın göstəricisidir.
Azərbaycanın demokratik gələcəyi real, şəffaf və məsuliyyətli siyasətçilərə ehtiyac duyur. Cəlaloğlu kimi illərlə xalqın etimadını qazana bilməyən, amma özünü dəyişməz lider kimi göstərən fiqurlar artıq bu prosesin qarşısında əngələ çevriliblər.
Onun fəaliyyəti siyasi mədəniyyətin inkişafına deyil, onun aşınmasına xidmət edir. Əgər o, doğrudan da demokratik dəyərləri qorumaq istəyirsə, ilk növbədə öz siyasi davranışlarını bu dəyərlərə uyğunlaşdırmalıdır.
Razi Nurullayev, Milli Cəbhə Partiyasının sədri, millət vəkili
“Cebheinfo.az”