Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan 23 ölkədən qızıl idxal edib.
Yeniavaz.comaçıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin ilk 8 ayında ölkəyə 3 milyard 750 milyon 287 min 420 dollar (6,4 milyard manat) dəyərində 38 min 458,6 kiloqram qızıl idxal olunub.
Azərbaycanın idxal etdiyi qızılın bir qramının orta gömrük dəyəri 97,5 dollar (166 manat) olub.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan aşağıdakı ölkələrdən qızıl idxal edib:
Rusiya – 6 783,68 kq (bir qramın orta gömrük dəyəri 96,8 dollar)
ABŞ – 4 453,16 kq (103 dollar)
Böyük Britaniya – 4 860,9 kq (99 dollar)
Avstraliya – 4 120,75 kq (89,3 dollar)
Cənubi Afrika Respublikası – 2 526,6 kq (105,9 dollar)
Qazaxıstan – 2 556,83 kq (102,5 dollar)
Meksika – 2 557,6 kq (91,3 dollar)
Kanada – 1 398,88 kq (94,6 dollar)
İsveçrə – 1 470,02 kq (98,7 dollar)
Çin – 1 186,22 kq (92,4 dollar)
Özbəkistan – 1 226,92 kq (101,8 dollar)
Türkiyə – 1 115,84 kq (89 dollar)
Almaniya – 1 062,49 kq (90,2 dollar)
Braziliya – 1 021,46 kq (93,3 dollar)
İspaniya – 692,15 kq (105,7 dollar)
Qırğızıstan – 417,36 kq (106,9 dollar)
İtaliya – 296,48 kq (105,4 dollar)
Filippin – 278,61 kq (101,7 dollar)
Honkonq – 184,29 kq (90,8 dollar)
Yaponiya – 149,89 kq (104 dollar)
İsveç – 38,16 kq (107,4 dollar)
Rumıniya – 48,12 kq (103,1 dollar)
Zimbabve – 12,2 kq (92,9 dollar)
Ən yüksək qiymətə qızıl İsveç, Qırğızıstan və Cənubi Afrika Respublikasından, ən aşağı qiymətə isə Türkiyə və Avstraliyadan idxal olunub.