İcra hakimiyyətinin yeni binasını bu şirkət layihələndirəcək .....                     Azərbaycanda toylarla bağlı yeni qadağa? .....                     “QİSAS ALMAQ ÜÇÜN GÖZLƏRİMİ ŞİKƏST ETDİ” .....                     Məktəblərdə YENİ PULQOPARTMA ÜSULU .....                     “İranın paytaxtı köçürülməlidir” .....                     AHİK-də daxili intriqalar pik həddə çatır .....                     Paşinyanın “Zəngəzur dəhlizi”nə etirazı Rusiyaya yox, ABŞ-yə jestdir .....                     "Bu nə xidmət, bu nə iş prinsipidir" .....                     “Kiçik olmaq – zəif olmaq demək deyil” .....                     "Bir neçə ay içərisində sülh sazişinin imzalanması baş tuta bilər" .....                     "Qarşıda ciddi mübarizə gözlənilir..." .....                     "Mənə o qədər qeyri-etik və haqsız sözlər yazdılar ki..." .....                     Azərbaycana gələn turistlərin sayı azalıb: NİYƏ? .....                     Paşinyan əsl erməni kimi ona təzyiq edən hər tərəfə "hə" deyir .....                     Aldığınız ətin rənginə, qoxusuna fikir verin .....                     "Danimarkaya dron hücumlarının arxasında nə dayanır?" .....                     Eldar Quliyev Berdiməhəmmədovun saxta ordenlə təltif edilməsindən danışdı .....                     Slutski yenidən LDPR-in sədri seçilib .....                     Cəbrayılda yeni park salınır, .....                     Toronto Azərbaycan Evinin iş prinsipi və ənənəvi “paxlava” diasporu .....                     Nazirliyin yarım milyondan çox pul xərclədiyi sərginin rəsmi saytı niyə işləmir? .....                     Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi həyata keçirilib .....                     "A-Qroup Sığorta Şirkəti"nin ödənişləri azalıb .....                     Azərbaycanda yeni tədris üsulu peyda olub .....                     Qazidən saxta təltiflərə reaksiya .....                     Əxlaqsızlığı təbliğ edən tiktoker yenidən həbs olundu .....                     Ermənistan parlamenti qondarma “erməni soyqırımını” inkarın kriminalizasiyası ilə bağlı .....                     Ukrayna ərazisinin bir hissəsini itirsə də... .....                     Nazir Qərərgah rəisini ehtiyata buraxdı .....                     Aqil Abbasdan Çingiz Abdullayevə CAVAB .....                     "Bizim əmək son 5 ildə dəyişilməyib..." .....                     "Əliyevi və məni təbrik etməlisiz" .....                     Elvin Silvanın haqqına girib? .....                     Elm və Təhsil Nazirliyində yarpaq tökümü .....                     Elm və Təhsil Nazirliyində iki istefa və YENİ TƏYİNATLAR .....                     “İmişlidəki ‘Peşəfest’də hörmətsizlik gördüm” .....                     Bakıda xanım sahibkarın BMW-sindən oğurluq .....                     “AQTA məhsullarda çirklənməni müəyyən etsə də, gizlədir” .....                     Xocavənddə 1 fərdi yaşayış evinin təmirinə 59 minə yaxın vəsait xərclənəcək .....                     Şimal-şərq küləyi əsəcək .....                 

“QİSAS ALMAQ ÜÇÜN GÖZLƏRİMİ ŞİKƏST ETDİ” - Elmlər doktoru Milli Oftalmologiya Mərkəzinin həkimindən şikayətçidir
Tarix: Bu gün, 07:42 | Çap et

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimiƏliyeva Tərlan Aydın qızıilə bağlı “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Müəyyən səbəblərdən adının çəkilməsini istəməyən xanım elmlər doktoru iddia edir ki, Tərlan Əliyeva hər iki gözünü şikəst edib.

Şikayətçi bildirir ki, 2022-ci ildə şəkər xəstəliyi ilə əlaqədar gözlərinin müayinə və müalicə olunması üçün Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. O, məlum müraciəti əsasında akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə yönləndirilib. “Əsl faciə də məhz o zamandan başladı”, - deyən xanımın sözlərinə görə, həkim Tərlan Əliyeva onu qəbul edərək bildirib:

“Bizim müəssisə TƏBİB-in tabeçiliyində deyil və burada sığorta yoxdur. Amma sol gözünüzdə katarakta var, onun üçün 800 manat, sol göz dibinizin əməliyyatı üçün isə 2500 manat ödəməli olacaqsınız. Bundan əlavə, İran istehsalı linzanın qiyməti 1 000 manat, Amerika istehsalı linza isə 2500 manatdır. Sizi qane edirsə, əməliyyat üçün vaxt seçək”.

Şikayətçi deyir ki, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciətindən sonra Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə göndərildiyini qarşı tərəfind diqqətinə çatdırdıqda, o, çox sərt reaksiya verib: “Mən deyəndə ki, Mehriban xanımın xətti ilə gəlmişəm, Tərlan həkim "bizdə belə bir göndəriş yoxdur, gedə bilərsiniz", - dedi”.

Bundan sonra o, Milli Oftalmologiya Mərkəzinin digər korpusunda yerləşən dəftərxanaya müraciət edərək, Birinci vitse-prezidentin Katibliyinin rəisi Altay Həsənovun imzası ilə 2022-ci ilin aprel ayında daxil olan göndəriş məktubunu taparaq, həkim Tərlan Əliyevaya təqdim edib. “Görünür, tələb etdiyim vəsaiti ödəmədiyim üçün həkim “qisasını” gözlərimdən alaraq, sol gözümü şikəst, sağ gözümü isə tamamilə kor etdi”, - deyən elmlər doktoru bildirir ki, bundan sonra mediaya müraciət etmək məcburiyyətində qalıb:

““Kanal 24”-ün əməkdaşlarının müdaxiləsi nəticəsində baş həkim Aygün Məmmədbəyli çoxsaylı həkimlərdən ibarət konsilium (təşxis qoymaq və müalicə üsullarını müzakirə etmək üçün toplanan həkimlərin məsləhət şurası – red.) təşkil etdi. Konsilium üzvlərinin hər biri ayrı-ayrılıqda gözlərimi müayinə edərək, yekdilliklə "uğursuz əməliyyatın fəsadlarıdır" qənaətinə gəldilər. Buna baxmayaraq, baş həkim Aygün Məmmədbəyli Tərlan Əliyevanın etdiyi, cinayətə bərabər əməliyyatın üstünü ört-basdır etmək üçün 2 ildir konsiliumun rəyini gizlədir. Hətta xəstəlik tarixçəsi (anket) xəstəxanadan "yoxa"çıxıb. Dəfələrlə baş həkimə müraciət etsəm də, konsiliumun cavabını, rəsmi rəyi ala bilmirəm”.

Şikayətçi onu da iddia edir ki, Milli Oftalmologiya Mərkəzinin Şəkərli diabetin göz fəsadları və tor qişanın patologiyası şöbəsinin baş həkimi Aygün Məmmədbəyli və həkim Tərlan Əliyeva birləşib xəstələri soyurlar:

“Aygün Məmmədbəyli xəstəxanada bütün aparatlardan keçmək, bütün posedurlar, bütün əməliyyatlar üçün “taksa” qoyub, tibbi xidmətin növündən, dərəcəsindən asıll olaraq, 20 manatdan 3-4 min manatadək pul tələb olunur. Zərifə Əliyeva kimi görkəmli şəxsiyyətin, böyük alimin, Ulu Öndər Heydər Əliyevin sevimli, unudulmaz ömür-gün yoldaşının, Azərbaycana 44 günlük Vətən müharibəsinin Müzəffər sərkərdəsi, cənab Prezident İlham Əliyev kimi dünya liderləri arasında xüsusi çəkisi, nüfuzlu yeri olan bir oğul bəxş edən ananın adını daşıyan göz xəstəlikləri institundakı biabırçıllq, rüşvətxorluq, qanunların kobud şəkildə pozulması Zərifə xanımın müqəddəs ruhuna xəyanətdir”.

Məsələ ilə bağlı Milli Oftalmologiya Mərkəzinin Şəkərli diabetin göz fəsadları və tor qişanın patologiyası şöbəsinin həkimi Tərlan Əliyeva ilə əlaqə saxlmağa çalışdıq. Tərlan xanım suallarımızı cavabsız qoydu.

Xəstəxananın Milli Oftalmologiya Mərkəzinin Şəkərli diabetin göz fəsadları və tor qişanın patologiyasının baş həkimi Aygün Məmmədbəyli isə bildirdi ki, şikayətçinin narazılıqlarından xəbəri var: “Yaxın günlərdə xanım burada olub, müayinədən keçib. Bir gözü zəifdir, o bri gözünün eynəklə 70% görməsi var. Ancaq eynək taxmaqdan imtina edir. Yenə də xanımı dəvət edirik ki, gəlib institutun baş orqanı olan konsiliumdan keçsin və əməkdaşlar bir daha ona nə lazımdırsa, hər şeyi izah etsinlər”.

Aygün Məmmədbəyli sonda əməkdaşımıza daha ətraflı məlumat üçün rəsmi qaydada məktub göndərməli olduğumuzu bildirdi.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İcra hakimiyyətinin yeni binasını bu şirkət layihələndirəcək - TƏFƏRRÜAT
Bu gün, 07:48
Azərbaycanda toylarla bağlı yeni qadağa? – Dəyişiklik gündəmdə
Bu gün, 07:44
“QİSAS ALMAQ ÜÇÜN GÖZLƏRİMİ ŞİKƏST ETDİ” - Elmlər doktoru Milli Oftalmologiya Mərkəzinin həkimindən şikayətçidir
Bu gün, 07:42
Məktəblərdə YENİ PULQOPARTMA ÜSULU - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:38
“İranın paytaxtı köçürülməlidir” − Pezeşkian
Bu gün, 07:35
AHİK-də daxili intriqalar pik həddə çatır -General qızına "DUR" deyən olacaqmı?!
Bu gün, 07:32
Paşinyanın “Zəngəzur dəhlizi”nə etirazı Rusiyaya yox, ABŞ-yə jestdir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:46
"Bu nə xidmət, bu nə iş prinsipidir" - GİLEY
Bu gün, 06:43
“Kiçik olmaq – zəif olmaq demək deyil” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
"Bir neçə ay içərisində sülh sazişinin imzalanması baş tuta bilər" - GƏLİŞMƏ
Bu gün, 06:36
"Qarşıda ciddi mübarizə gözlənilir..."
Bu gün, 06:33
"Mənə o qədər qeyri-etik və haqsız sözlər yazdılar ki..."
Bu gün, 06:31
Azərbaycana gələn turistlərin sayı azalıb: NİYƏ? - AKTUAL
Bu gün, 06:25
Paşinyan əsl erməni kimi ona təzyiq edən hər tərəfə "hə" deyir - FAKT BUDUR!
Bu gün, 06:22
Aldığınız ətin rənginə, qoxusuna fikir verin – Dabaq xəstəliyi TƏHLÜKƏSİ
Dünən, 17:01
"Danimarkaya dron hücumlarının arxasında nə dayanır?" - "The Wall Street Journal"
Dünən, 17:00
Eldar Quliyev Berdiməhəmmədovun saxta ordenlə təltif edilməsindən danışdı - “Tədbirə səfirlə birgə getmişdik, “Dədə Qorqud”la nə işimiz var?!”
Dünən, 16:58
Slutski yenidən LDPR-in sədri seçilib
Dünən, 16:40
Cəbrayılda yeni park salınır, layihə işləri 835 min manata başa gələcək
Dünən, 16:35
Toronto Azərbaycan Evinin iş prinsipi və ənənəvi “paxlava” diasporu - QALMAQAL
Dünən, 16:33
Nazirliyin yarım milyondan çox pul xərclədiyi sərginin rəsmi saytı niyə işləmir?
Dünən, 16:26
Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi həyata keçirilib
Dünən, 16:26
"A-Qroup Sığorta Şirkəti"nin ödənişləri azalıb
Dünən, 15:35
Azərbaycanda yeni tədris üsulu peyda olub - Şagird və müəllimlər çətin durumda
Dünən, 15:32
Qazidən saxta təltiflərə reaksiya - "Nə etik, nə də hüquqi əsasları var"
Dünən, 15:29
Əxlaqsızlığı təbliğ edən tiktoker yenidən həbs olundu
Dünən, 15:26
Ermənistan parlamenti qondarma “erməni soyqırımını” inkarın kriminalizasiyası ilə bağlı qanun layihəsini rədd etdi
Dünən, 15:24
Ukrayna ərazisinin bir hissəsini itirsə də... - ŞƏRH
Dünən, 15:21
Nazir Qərərgah rəisini ehtiyata buraxdı - ƏMR
Dünən, 15:19
Aqil Abbasdan Çingiz Abdullayevə CAVAB – “Üç min yazıçı haradadır, pambıq yığırıq?!”
Dünən, 15:03
"Bizim əmək son 5 ildə dəyişilməyib..." - NARAZILIQ VAR...
Dünən, 14:57
"Əliyevi və məni təbrik etməlisiz" - Makronla zarafat etdi, Trampa sataşdı
Dünən, 13:07
Elvin Silvanın haqqına girib? - Bir-birimizin gözünün içinə baxırdıq...
Dünən, 12:59
Elm və Təhsil Nazirliyində yarpaq tökümü - “İnanmıram Elnur Nəsibov və Ceyhun Kərəmov könüllü vəzifədən getsin”
Dünən, 12:54
Elm və Təhsil Nazirliyində iki istefa və YENİ TƏYİNATLAR - ADLAR...
Dünən, 12:49
“İmişlidəki ‘Peşəfest’də hörmətsizlik gördüm” - Deputat gileyləndi
Dünən, 12:46
Bakıda xanım sahibkarın BMW-sindən oğurluq - Külli miqdarda pul və qızıllar....
Dünən, 12:43
“AQTA məhsullarda çirklənməni müəyyən etsə də, gizlədir” – Təhlükəli çaylarla bağlı QALMAQALLI AÇIQLAMA
Dünən, 12:40
Xocavənddə 1 fərdi yaşayış evinin təmirinə 59 minə yaxın vəsait xərclənəcək - İşləri görəcək şirkətin 1.8 milyon borcu var
Dünən, 12:36
Şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:30
Zəngəzur və Araz layihəsi əsl inqilab olacaq -ŞƏRH
Dünən, 12:18
İcra Hakimiyyəti 40 min manata xarici ölkələrin bayraqlarını alır - TƏFƏRRÜAT
Dünən, 12:15
Macarıstan Azərbaycana görə bunu qadağan etdi
Dünən, 12:13
“FINCA Azərbaycan”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 12:04
Xocavənd şəhərində evlərin təmirinə 3 milyon manat ayrıldı
Dünən, 12:01
"MİDA" 2 milyon vergi borcu olan şirkətə 4 milyonluq - SİFARİŞ VERDİ
Dünən, 11:57
İxtisar bəhanəsi ilə OYUNBAZLIQ... - Qarabağ Qazisi NARAZILIQ EDİR...
Dünən, 11:55
Elarizin kürəkəninin 12 il həbsi tələb edildi - MƏHKƏMƏ
Dünən, 11:45
Polad Bülbüloğlu və Çingiz Abdullayev bizi Kremlə satdılar – Azərbaycanı hədəfə alan Rusiyanın yanında yer alanlar
Dünən, 11:44
Bəşər Əsədi Moskvada zəhərləyiblər - KİV
Dünən, 11:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru