Paşinyanın “Zəngəzur dəhlizi”nə etirazı Rusiyaya yox, ABŞ-yə jestdir .....                     "Bu nə xidmət, bu nə iş prinsipidir" .....                     “Kiçik olmaq – zəif olmaq demək deyil” .....                     "Bir neçə ay içərisində sülh sazişinin imzalanması baş tuta bilər" .....                     "Qarşıda ciddi mübarizə gözlənilir..." .....                     "Mənə o qədər qeyri-etik və haqsız sözlər yazdılar ki..." .....                     Azərbaycana gələn turistlərin sayı azalıb: NİYƏ? .....                     Paşinyan əsl erməni kimi ona təzyiq edən hər tərəfə "hə" deyir .....                     Aldığınız ətin rənginə, qoxusuna fikir verin .....                     "Danimarkaya dron hücumlarının arxasında nə dayanır?" .....                     Eldar Quliyev Berdiməhəmmədovun saxta ordenlə təltif edilməsindən danışdı .....                     Slutski yenidən LDPR-in sədri seçilib .....                     Cəbrayılda yeni park salınır, .....                     Toronto Azərbaycan Evinin iş prinsipi və ənənəvi “paxlava” diasporu .....                     Nazirliyin yarım milyondan çox pul xərclədiyi sərginin rəsmi saytı niyə işləmir? .....                     Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi həyata keçirilib .....                     "A-Qroup Sığorta Şirkəti"nin ödənişləri azalıb .....                     Azərbaycanda yeni tədris üsulu peyda olub .....                     Qazidən saxta təltiflərə reaksiya .....                     Əxlaqsızlığı təbliğ edən tiktoker yenidən həbs olundu .....                     Ermənistan parlamenti qondarma “erməni soyqırımını” inkarın kriminalizasiyası ilə bağlı .....                     Ukrayna ərazisinin bir hissəsini itirsə də... .....                     Nazir Qərərgah rəisini ehtiyata buraxdı .....                     Aqil Abbasdan Çingiz Abdullayevə CAVAB .....                     "Bizim əmək son 5 ildə dəyişilməyib..." .....                     "Əliyevi və məni təbrik etməlisiz" .....                     Elvin Silvanın haqqına girib? .....                     Elm və Təhsil Nazirliyində yarpaq tökümü .....                     Elm və Təhsil Nazirliyində iki istefa və YENİ TƏYİNATLAR .....                     “İmişlidəki ‘Peşəfest’də hörmətsizlik gördüm” .....                     Bakıda xanım sahibkarın BMW-sindən oğurluq .....                     “AQTA məhsullarda çirklənməni müəyyən etsə də, gizlədir” .....                     Xocavənddə 1 fərdi yaşayış evinin təmirinə 59 minə yaxın vəsait xərclənəcək .....                     Şimal-şərq küləyi əsəcək .....                     Zəngəzur və Araz layihəsi əsl inqilab olacaq .....                     İcra Hakimiyyəti 40 min manata xarici ölkələrin bayraqlarını alır .....                     Macarıstan Azərbaycana görə bunu qadağan etdi .....                     “FINCA Azərbaycan”da yeni təyinat .....                     Xocavənd şəhərində evlərin təmirinə 3 milyon manat ayrıldı .....                     "MİDA" 2 milyon vergi borcu olan şirkətə 4 milyonluq .....                 

“Kiçik olmaq – zəif olmaq demək deyil” - HƏQİQƏTƏN DƏ...
Tarix: Bu gün, 06:40 | Çap et

Hazırda Moldovadakı vəziyyət siyasətçilərin və ekspertlərin diqqət mərkəzindədir. Bazar günü ölkədə parlament seçkiləri keçirilib. Prezident Maya Sandunun rəhbərlik etdiyi Avropa yönümlü “Fəaliyyət və həmrəylik” partiyası (PAS) yeni parlamentdə mütləq çoxluq əldə edib. Rusiyapərəst müxalifəti isə yenidən məğlub olub.

Səslərin 100%-i sayıldıqdan sonra məlum olub ki, “Fəaliyyət və həmrəylik” partiyası (PAS) 50,20% səs toplayaraq parlamentdəki 101 yerdən 55-ni qazanıb. Qeyd edək ki, PAS əvvəlki parlamentdə 61 mandata malik idi.

Daha bir Avropa yönümlü siyasi təşkilat – “Alternativ” bloku ilkin məlumata görə, səkkiz mandat əldə edəcək.

Mərkəzi Seçki Komissiyasının hesablamalarına əsasən, Rusiyapərəst “Vətənpərvər blok”u 24,17% səs toplayıb və bu, ona 26 mandat qazandırır.

“Vətənpərvər blok”un tərkibinə sabiq prezident İqor Dodonun rəhbərlik etdiyi Sosialistlər Partiyası, digər keçmiş prezident Vladimir Voroninin başçılıq etdiyi Kommunistlər Partiyası, eləcə də 2001–2008-ci illərdə baş nazir olmuş Vasile Tarlevin “Moldovanın Gələcəyi” partiyası daxildir.

Bundan başqa, parlamentə daha iki partiya keçə bilib: Moldovanın Rumıniya ilə birləşməsini müdafiə edən milli-mühafizəkar Vasile Kostyukun rəhbərlik etdiyi “Ev demokratiyası” partiyası və populist Renato Usatının “Bizim partiya”sı.

Moldova prezidenti Maya Sandu bəyan edib ki, parlament seçkilərinin nəticələri ölkə əhalisinin Aİ-yə inteqrasiyasına güclü dəstəyini göstərib. O, mətbuat konfransında deyib: “Seçkilərin nəticələri ölkə üçün qələbədir, tək bir partiya üçün yox”.

Avropa İttifaqına gedən yolumuzun təmin olunmasına sevinirəm... Mən həqiqətən istəyirdim ki, moldovalılar Moldovanın taleyi barədə qərarı özləri versinlər. Mən istəyirəm ki, Moldova azad və demokratik bir ölkə olsun”, – Sandu əlavə edib.

Seçkilər partiya siyahıları üzrə keçirilib. Parlamentə düşmək üçün partiyalar ən azı 5%, bloklar isə ən azı 7% səs toplamalı idilər.

Seçki kampaniyası gedişində çoxsaylı qalmaqallar yaşanıb, hakimiyyət və müxalifət bir-birini mümkün saxtakarlıqlara hazırlaşmaqda ittiham edib. Səsvermədən az əvvəl onlarla şəxs saxlanılıb, onlara kütləvi iğtişaşlar təşkil etməyə hazırlaşmaq ittihamı irəli sürülüb.

Hələ ötən il prezident seçkiləri kampaniyasından bəri ölkədə axtarışda olan və Rusiyada gizlənən biznesmen İlan Şorla bağlı iddialar səsləndirilir. Müstəqil araşdırmaçılar və hökumət nümayəndələri bildiriblər ki, “Şor şəbəkəsi” adlanan qurum birbaşa rüşvət yolu ilə on minlərlə seçicini nəzarətdə saxlayıb. Bu şəbəkə Rusiyadan daxil olan pullar hesabına dezinformasiya yaymağa cəhd edib.

Avropa siyasətçiləri seçkilərin nəticələrini müsbət qarşılayıblar.

Moldova, sən bunu yenə bacardın”, – Avropa Komissiyasının sədri Ursula fon der Lyayen X sosial şəbəkəsində yazıb. O, Moldovanın açıq şəkildə Avropa, demokratiya və azadlıq yolunu seçdiyini vurğulayıb: “Bizim qapımız açıqdır. Hər addımında sənə dəstək olacağıq. Gələcək sənin əlindədir”.

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas isə seçkilərin nəticələri barədə danışarkən Rusiyanı yada salıb: “Rusiyanın genişmiqyaslı dezinformasiya kampaniyalarına və səs almaq cəhdlərinə baxmayaraq, azadlığa can atan xalqı heç bir qüvvə dayandıra bilməz”.

Ukrayna prezidenti Volodimir Zelenski də Maya Sandunu partiyasının qələbəsi münasibətilə təbrik edib: “Bu seçkilər göstərdi ki, Rusiyanın vəziyyəti qarışdırmaq fəaliyyətləri uğursuz olacaq, Moldova isə Avropada qazanacaq. Rusiyanın dağıdıcı fəaliyyəti, daimi dezinformasiyası heç bir nəticə vermədi. Ən önəmlisi odur ki, Moldova bütün kömək edənlərlə birgə təhlükələrdən effektiv şəkildə qorundu”.

Moldova prezidenti Maya Sandu artıq qələbəni qeyd edir. O, seçkilərdə dəstəyə görə ölkə vətəndaşlarına təşəkkür edib və əlavə edib ki, ölkənin Avropa kursu indi təhlükəsizlikdədir.

Amma doğrudanmı Moldovanın Avropa kursuna heç bir təhlükə yoxdur? Seçkilərin nəticələrini necə qiymətləndirmək olar? Axı, bu, Moskvanın sürünən təcavüzü, onun hibrid əməliyyatlarına açıq zərbədir. Lakin Moldovadakı Qərbyönlü əhval-ruhiyyə Moskvanın tərəfdarlarını əsla razı salmır. Bu isə seçkidən sonrakı dövrdə vəziyyətin ciddi şəkildə qarışması riski yaratmırmı?

Bununla bağlı fikirlərini Pressklub.az-la bölüşən tarix elmləri doktoru, Kişinyovdakı Effektiv Siyasət İnstitutunun direktoru Vitali Andriyevski deyir ki, “kiçik olmaq zəif olmaq demək deyil”.

Bu, Moldova və onun prezidenti Maya Sandu haqqındadır. Kreml və onun müxtəlif partiya və bloklara yığılmış marionetkaları qorxulu qüvvə təsiri bağışlayırdı. Prosesə hər şeyi qoşmuşdular: yüz milyonlarla dollar, bütöv jurnalist və təbliğatçı orduları, televiziya kanalları, şəbəkələrdəki botlar, seçici səsini almaq üçün şəbəkələr, hətta mitinq və aksiyalarda təzyiq üçün “döyüş qrupları”. Adama elə gəlirdi ki, buna qarşı dayanmaq mümkün deyildi.

Amma nəticə məlumdur. Rusiya uduzdu. Moldova tab gətirdi. Avropa yönümlü qüvvələrin qələbəsi təkcə seçki uğuru deyil – bu, ölkəmizi imperiyanın qırıntısına çevirmək istəyən Kreml strategiyasına zərbədir. Bu gün hakimiyyətin bütün əsas institutları Avropayönlü qüvvələrin əlindədir. Bu, həm bizə, həm də dünyaya siqnaldır: kiçik Moldova nəhəng təzyiq və korrupsiya maşınını dayandıra bildi”, – tarixçi vurğulayıb.

Ekspert Rusiyanın bununla barışıb-barışmayacağı sualını da cavablandırıb. “Əlbəttə ki, yox. Kreml qisas alacaq. Artıq yeni “qəhrəmanlar” və siyasi marionetkalar axtarır, çünki köhnələri ümidləri doğrultmadı. Yeni partiyalar, yeni simalar, yeni hücumlar olacaq. Qarşıda bizi informasiya kampaniyaları, küçə təxribatları, iqtisadi şantaj cəhdləri gözləyir. Amma bir “amma” var – indi həm xalq, həm də hakimiyyət qələbənin dadını duydu.

Moldova sübut etdi: kiçik olmaq – zəif olmaq demək deyil. Ölkənin iradəsi var, məqsədi var, Avropa gələcəyinə inamı var. Elə bu da bizi Kremlin milyonlarından və təbliğatından daha güclü edir. Bizim əsas silahımız var – birlik və Moldovanın dayanacağına, yenidən qalib gələcəyinə inam”, – Andriyevski yekunlaşdırıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyanın “Zəngəzur dəhlizi”nə etirazı Rusiyaya yox, ABŞ-yə jestdir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:46
"Bu nə xidmət, bu nə iş prinsipidir" - GİLEY
Bu gün, 06:43
“Kiçik olmaq – zəif olmaq demək deyil” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
"Bir neçə ay içərisində sülh sazişinin imzalanması baş tuta bilər" - GƏLİŞMƏ
Bu gün, 06:36
"Qarşıda ciddi mübarizə gözlənilir..."
Bu gün, 06:33
"Mənə o qədər qeyri-etik və haqsız sözlər yazdılar ki..."
Bu gün, 06:31
Azərbaycana gələn turistlərin sayı azalıb: NİYƏ? - AKTUAL
Bu gün, 06:25
Paşinyan əsl erməni kimi ona təzyiq edən hər tərəfə "hə" deyir - FAKT BUDUR!
Bu gün, 06:22
Aldığınız ətin rənginə, qoxusuna fikir verin – Dabaq xəstəliyi TƏHLÜKƏSİ
Dünən, 17:01
"Danimarkaya dron hücumlarının arxasında nə dayanır?" - "The Wall Street Journal"
Dünən, 17:00
Eldar Quliyev Berdiməhəmmədovun saxta ordenlə təltif edilməsindən danışdı - “Tədbirə səfirlə birgə getmişdik, “Dədə Qorqud”la nə işimiz var?!”
Dünən, 16:58
Slutski yenidən LDPR-in sədri seçilib
Dünən, 16:40
Cəbrayılda yeni park salınır, layihə işləri 835 min manata başa gələcək
Dünən, 16:35
Toronto Azərbaycan Evinin iş prinsipi və ənənəvi “paxlava” diasporu - QALMAQAL
Dünən, 16:33
Nazirliyin yarım milyondan çox pul xərclədiyi sərginin rəsmi saytı niyə işləmir?
Dünən, 16:26
Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi həyata keçirilib
Dünən, 16:26
"A-Qroup Sığorta Şirkəti"nin ödənişləri azalıb
Dünən, 15:35
Azərbaycanda yeni tədris üsulu peyda olub - Şagird və müəllimlər çətin durumda
Dünən, 15:32
Qazidən saxta təltiflərə reaksiya - "Nə etik, nə də hüquqi əsasları var"
Dünən, 15:29
Əxlaqsızlığı təbliğ edən tiktoker yenidən həbs olundu
Dünən, 15:26
Ermənistan parlamenti qondarma “erməni soyqırımını” inkarın kriminalizasiyası ilə bağlı qanun layihəsini rədd etdi
Dünən, 15:24
Ukrayna ərazisinin bir hissəsini itirsə də... - ŞƏRH
Dünən, 15:21
Nazir Qərərgah rəisini ehtiyata buraxdı - ƏMR
Dünən, 15:19
Aqil Abbasdan Çingiz Abdullayevə CAVAB – “Üç min yazıçı haradadır, pambıq yığırıq?!”
Dünən, 15:03
"Bizim əmək son 5 ildə dəyişilməyib..." - NARAZILIQ VAR...
Dünən, 14:57
"Əliyevi və məni təbrik etməlisiz" - Makronla zarafat etdi, Trampa sataşdı
Dünən, 13:07
Elvin Silvanın haqqına girib? - Bir-birimizin gözünün içinə baxırdıq...
Dünən, 12:59
Elm və Təhsil Nazirliyində yarpaq tökümü - “İnanmıram Elnur Nəsibov və Ceyhun Kərəmov könüllü vəzifədən getsin”
Dünən, 12:54
Elm və Təhsil Nazirliyində iki istefa və YENİ TƏYİNATLAR - ADLAR...
Dünən, 12:49
“İmişlidəki ‘Peşəfest’də hörmətsizlik gördüm” - Deputat gileyləndi
Dünən, 12:46
Bakıda xanım sahibkarın BMW-sindən oğurluq - Külli miqdarda pul və qızıllar....
Dünən, 12:43
“AQTA məhsullarda çirklənməni müəyyən etsə də, gizlədir” – Təhlükəli çaylarla bağlı QALMAQALLI AÇIQLAMA
Dünən, 12:40
Xocavənddə 1 fərdi yaşayış evinin təmirinə 59 minə yaxın vəsait xərclənəcək - İşləri görəcək şirkətin 1.8 milyon borcu var
Dünən, 12:36
Şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:30
Zəngəzur və Araz layihəsi əsl inqilab olacaq -ŞƏRH
Dünən, 12:18
İcra Hakimiyyəti 40 min manata xarici ölkələrin bayraqlarını alır - TƏFƏRRÜAT
Dünən, 12:15
Macarıstan Azərbaycana görə bunu qadağan etdi
Dünən, 12:13
“FINCA Azərbaycan”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 12:04
Xocavənd şəhərində evlərin təmirinə 3 milyon manat ayrıldı
Dünən, 12:01
"MİDA" 2 milyon vergi borcu olan şirkətə 4 milyonluq - SİFARİŞ VERDİ
Dünən, 11:57
İxtisar bəhanəsi ilə OYUNBAZLIQ... - Qarabağ Qazisi NARAZILIQ EDİR...
Dünən, 11:55
Elarizin kürəkəninin 12 il həbsi tələb edildi - MƏHKƏMƏ
Dünən, 11:45
Polad Bülbüloğlu və Çingiz Abdullayev bizi Kremlə satdılar – Azərbaycanı hədəfə alan Rusiyanın yanında yer alanlar
Dünən, 11:44
Bəşər Əsədi Moskvada zəhərləyiblər - KİV
Dünən, 11:40
Rayonlarda evlərin qiyməti niyə Bakıya yaxınlaşır? - AKTUAL
Dünən, 11:24
Gürcüstanda erməni həbs olundu
Dünən, 11:23
“Zəngəzur dəhlizi adı dəyişməz, Paşinyanın blefləri keçməz” - ŞƏRH
Dünən, 11:03
Ermənistan bu türk ölkəsi ilə vizanı ləğv etdi
Dünən, 11:01
İranla Azərbaycan arasında dərman və tütün qaçaqmalçılığına şərait yaradan vəzifəli şəxslər həbs olunub
Dünən, 10:59
Seçki günü təxribatlar planlaşdırılır - Gürcüstan DTX
Dünən, 10:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru