“İstəsəm, lap 20 yaşında qızla evlənərəm”.
Yenicag.az xəbər verir ki, bu sözləri aşıq Namiq Fərhadoğlu “Həmin Zaur” verilişində deyib.
42 yaşlı sənətçi aparıcı Zaur Kamalın “bu yaşdan sonra sənə kim gələcək?” atmacasına belə reaksiya verib:
“İstəsəm, lap 20 yaşında qızla evlənərəm. 50 yerdən elçi çıxanlar var. Amma qızımın 18 yaşı var. Ona görə abrımdan utanıram ki, olmaz. Amma 25-30 yaşda qızla evlənərəm”








