Avropa lider böhranı ilə üzləşib .....                     İrəvanda ilk Azərbaycan səfiri .....                     Azərbaycanda ilk yaşanır: bu şəxslər də vergi ödəməli olacaqlar .....                     Kirayə mənzil bazarındakı təklif-tələb balanssızlığı .....                     Dövlət Xidməti 6 milyon manata nələr alır? .....                     Azərbaycan Moskvada keçiriləcək müsabiqədə iştirakdan imtina edib .....                     Rusiya Britaniyaya qarşı cavab sanksiyaları tətbiq edib .....                     Kremlin soyuq müharibəsinin yeni dalğası: .....                     "Bakı Metropoliteni"nin Müşahidə Şurasının tərkibi dəyişib .....                     Overçuk İrəvana səfər edib, Paşinyanla görüşüb .....                     Pulu Rəqsanəyə və onun həyat yoldaşına şəxsən özüm vermişəm .....                     Adəm Məmmədovun vəkilliyinə xitam verildi .....                     Ermənistanda köhnələr HOQQA VERİR .....                     Rusiya Vaşinqtonda Avropadan Ukrayna ilə bağlı konstruktiv ideyalar eşitməyib .....                     Hindistanın ən çox axtarılan cinayətkarlarından biri Azərbaycanda tutulub .....                     Sumqayıtda təmir və abadlıq işləri ilə bağlı .....                     "Vasmoy" bazarında .....                     Sabirabad və Şəkiyə yeni prokuror təyin edilib .....                     Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir .....                     "Respublika" qəzeti fəaliyyətini dayandırdı, əksər işçilər "Xalq"da .....                     Sumqayıtda bu məktəbin əsaslı təmirinə 4,4 milyon manat ayrılıb .....                     “Səhiyyənin Təminat Mərkəzi” qripə qarşı 1 milyonluq peyvənd alır .....                     “Kontakt Home”dan şikayətlər səngimir .....                     İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin .....                     Anam etsəydi, Prezidentə müraciət etməzdim .....                     “Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir? .....                     38 dərəcə isti olacağı gözlənilir .....                     Rusiyada azərbaycanlının evlənməsinə icazə verilmədi .....                     Saç ustası liposaksiya əməliyyatını necə edir? .....                     "YENİ NAZİR "ƏJDAHA SUYUN QABAĞINI KƏSƏN KİMİ" DAVRANIR" .....                     Gülağa Aslanlı açıq ürək əməliyyatı keçirdi .....                     Qod Nisanovun övladının şad gününə onlar da qatılıb .....                     Rusiyada azərbaycanlılar üçün YENİ QADAĞA .....                     London Zelenskini devirməyə çalışır? .....                     Tramp Ermənistanı “Albaniya” adlandırdı .....                     Mandatını və partiyasını qızına miras qoyan ATA .....                     İrəvan Tehranın simasında özünə strateji tərəfdaş tapıb .....                     Gənc hərbi pilotlarla təlim-məşq uçuşları keçirilib .....                     Münasibətlərin normallaşmasına qərar verilib .....                     Vaşinqtonda NÖQTƏ: ATƏT-in Minsk qrupu tamam arxivlik oldu .....                 

Qusar təhsilinin ÜZQARASI... - BU NƏDİ BELƏ?
Tarix: 5-07-2025, 09:21 | Çap et

Etibarlı mənbədən "DogruXeber.az"a təqdim olunan məlumatlara əsasən, Qusar rayonunun Piral kənd tam orta məktəbində baş verənlər nəzarətdən çıxmış vəziyyətin artıq adiləşdirildiyini, təhsilin məqsədi ilə gəlirin marağının yerlərini dəyişdirdiyini bir daha göstərir.

Məktəbdə sinifdənkənar və sinifdənxaric fəaliyyətlər demək olar ki, formallığa çevrilib. Təşkilat saatları kağız üzərində “keçilir”, realda isə keçirilmədiyinə dair kifayət qədər sübut var. Sinif guşələri ya ümumiyyətlə yoxdur, ya da ötən illərin paslı materialları ilə vitrin naminə saxlanılır. Sinif rəhbərlərinin icra etməli olduğu sənədlər – illik iş planı, valideynlərlə iş jurnalı, sinif rəhbərinin gündəliyi və s. ya mövcud deyil, ya da illərdir yenilənmir. Bu məktəbdə “görülmüş iş” anlayışı sadəcə jurnal səhifəsində qalan söz yığınından ibarətdir.

Əsl fəaliyyət isə məktəbin içində gizli şəkildə yürüdülən pullu repetitorluq mexanizmidir. Direktor Ağamət Ağamətov və həyat yoldaşı, fizika müəllimi Akina Ağamətova məktəbi tamamilə özəlləşdirilmiş hazırlıq kursuna çeviriblər. Biologiya kabineti artıq laboratoriya deyil, ailə biznesinin məşğələ otağıdır. Uşaqlar dərs saatı ərzində dərslərdən çıxarılır, həmin otaqda direktor və həyat yoldaşı ilə pullu məşğələyə cəlb olunurlar. Hətta bəzi hallarda şagirdlər Qusar şəhərində yerləşən şəxsi evə çağırılır və orada dərs adı altında pul qarşılığında hazırlaşdırılır.

Məsələn, 01 aprel 2024-cü il tarixində 10-cu sinif şagirdləri Muradxanova Liana, Abbasov Orxan və Ağamirzəyev Zamir dərs saatında Piral kəndindən 23 km uzaqdakı Akinanın evində pullu dərsdə olublar. 31 may 2024-cü ildə isə 7-ci sinif şagirdləri İsayev Cavid və Əlisultanova Qızılgül üçüncü dərs zamanı digər fəndən çıxarılaraq biologiya otağında ayrıca məşğələyə cəlb olunublar. Həmçinin, 2024-2025-ci dərs ili və ondan əvvəlki illərdə Səfiyeva Elnaz, Saruxanova Sofiya, İsayev Murad, Muradxanova Alyona, İsayeva Elmina, Rüstəmova Nayira, Mikayılov Fariz və Xaspoladov Elnur kimi şagirdlər günün birinci yarısında icbari təhsildən yayınaraq Qusar şəhəri, Cibir, Hil və digər kəndlərdə repetitorların yanına göndərilib. Bütün bunlara isə məktəb rəhbərliyi bilərəkdən şərait yaradıb.

Direktor Ağamət Ağamətovun özü də hələ 2021-ci ildən başlayaraq, 2025-ci ildə 11-ci sinfi bitirmiş Abbasov Orxan, eləcə də hazırda 11-ci sinifdə təhsil alan Ağadadaşova Fatma və digər şagirdləri rəsmi tədris proqramından yayındıraraq, direktor otağında və biologiya kabinetində “özəl dərslərə” cəlb edib. Orxanın vaxtilə sinif yoldaşlarına dediyinə görə, atası hər ay direktora 30 manat ödəyib ki, oğlu bu “əlavə diqqətdən” yararlansın. Digər şagirdlər də təsdiqləyirlər ki, direktor istədiyi vaxt Orxanı dərsdən çıxarıb, öz otağında məşğələyə aparırdı.

Bu qanunsuz fəaliyyətdən cəsarətlənən digər müəllimlər də prosesə qoşulub. Qusar şəhərindən gələn qadın rəsm müəllimi 2023-2024-cü dərs ilində şagirdləri səhər dərslərindən çıxararaq onlara ayrıca, pullu dərslər keçib. İsayeva Elmina (10-cu sinif, hazırda məzun) hər ay 30 manat, Müslümova Leyla (9-cu sinif, hazırda 10-cu sinif şagirdi) isə 20 manat ödəyib. Riyaziyyat müəllimi Ramiz Məcidov, psixoloq Əfsanə Müslümova (ixtisasca azərbaycan dili müəllimi) da eyni praktikaya qoşulublar – direktorun “xeyir-duası” ilə məktəbdə pullu dərslər keçiblər.

2022-2023-cü dərs ilində 9-cu sinif şagirdlərindən ibarət qrup yaradılıb. Direktorun göstərişi ilə Azərbaycan dili müəllimi Aytən Abdurəhmanova bu qrupa dərs saatı ərzində pullu dərs deyib. Hər şagirddən aylıq 30 manat alınıb. Bu fəaliyyətin qanunsuzluğu isə rəhbərlik tərəfindən guya “şagirdlərin nəticələrini yaxşılaşdırmaq məqsədi” ilə əsaslandırılıb.

Burada adıçəkilən bütün hallar təkcə etik pozuntu deyil – bu, həmçinin Təhsil Nazirinin müvafiq əmrlərinin kobud şəkildə pozulmasıdır. Məktəb rəhbərliyi və bir qrup müəllim tərəfindən həyata keçirilən bu fəaliyyət açıq şəkildə icbari təhsilin sabotajıdır. Hökumət tərəfindən təmənnasız təhsil almaq üçün yaradılmış mühit, konkret şəxslərin şəxsi gəlir mənbəyinə çevrilib.

Bu hal davam etdiyi müddətdə valideynlərin və şagirdlərin ədalətə olan inamı, təhsilin dəyəri və dövlətin etibarı birgə şəkildə aşınır.

"DogruXeber.az" 











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avropa lider böhranı ilə üzləşib - Professor
Dünən, 18:11
İrəvanda ilk Azərbaycan səfiri - “Böyük məsuliyyət daşıyacaq”
Dünən, 18:09
Azərbaycanda ilk yaşanır: bu şəxslər də vergi ödəməli olacaqlar
Dünən, 18:06
Kirayə mənzil bazarındakı təklif-tələb balanssızlığı qiymət artımına səbəb olub
Dünən, 18:02
Dövlət Xidməti 6 milyon manata nələr alır? - TENDERLƏR, ŞƏRTLƏR
Dünən, 18:00
Azərbaycan Moskvada keçiriləcək müsabiqədə iştirakdan imtina edib - DETALLAR..
Dünən, 17:56
Rusiya Britaniyaya qarşı cavab sanksiyaları tətbiq edib
Dünən, 17:53
Kremlin soyuq müharibəsinin yeni dalğası: - Podolyak Azərbaycana qarşı görün nə dedi
Dünən, 17:51
"Bakı Metropoliteni"nin Müşahidə Şurasının tərkibi dəyişib
Dünən, 17:50
Overçuk İrəvana səfər edib, Paşinyanla görüşüb - TƏFƏRRÜAT
Dünən, 17:16
Pulu Rəqsanəyə və onun həyat yoldaşına şəxsən özüm vermişəm - ZƏRƏRÇƏKƏN DANIŞDI
Dünən, 17:12
Adəm Məmmədovun vəkilliyinə xitam verildi - TƏFƏRRÜAT
Dünən, 17:07
Ermənistanda köhnələr HOQQA VERİR
Dünən, 16:07
Rusiya Vaşinqtonda Avropadan Ukrayna ilə bağlı konstruktiv ideyalar eşitməyib - Lavrov
Dünən, 15:51
Hindistanın ən çox axtarılan cinayətkarlarından biri Azərbaycanda tutulub - TƏFƏRRÜAT
Dünən, 15:46
Sumqayıtda təmir və abadlıq işləri ilə bağlı - TENDERLƏR YEKUNLAŞDI
Dünən, 15:44
"Vasmoy" bazarında ÖLÜM
Dünən, 15:39
Sabirabad və Şəkiyə yeni prokuror təyin edilib - ƏMR
Dünən, 15:32
Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir – Rəsmi statistika
Dünən, 13:02
"Respublika" qəzeti fəaliyyətini dayandırdı, əksər işçilər "Xalq"da - AÇIQLAMA
Dünən, 13:00
Sumqayıtda bu məktəbin əsaslı təmirinə 4,4 milyon manat ayrılıb
Dünən, 12:58
“Səhiyyənin Təminat Mərkəzi” qripə qarşı 1 milyonluq peyvənd alır
Dünən, 12:57
“Kontakt Home”dan şikayətlər səngimir - “Qızıl Zəmanət” müştəriləri tələyə salıb
Dünən, 12:55
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin dövlətə milyonlarla manat borcu yaranıb
Dünən, 12:50
Anam etsəydi, Prezidentə müraciət etməzdim - Aparıcıdan Aysuna qınaq
Dünən, 12:48
“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir? - GİLEY
Dünən, 12:40
38 dərəcə isti olacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:37
Rusiyada azərbaycanlının evlənməsinə icazə verilmədi - Məhkəməlik oldu
Dünən, 12:36
Saç ustası liposaksiya əməliyyatını necə edir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:25
"YENİ NAZİR "ƏJDAHA SUYUN QABAĞINI KƏSƏN KİMİ" DAVRANIR" - “Bu sifarişlər olmasa, özəl sektor lap can verər..."
Dünən, 12:18
Gülağa Aslanlı açıq ürək əməliyyatı keçirdi - FOTO
Dünən, 12:11
Qod Nisanovun övladının şad gününə onlar da qatılıb - FOTO
Dünən, 12:06
Rusiyada azərbaycanlılar üçün YENİ QADAĞA - Bu dəfə uşaqlar...
Dünən, 12:00
London Zelenskini devirməyə çalışır? - KİV
Dünən, 11:58
Tramp Ermənistanı “Albaniya” adlandırdı
Dünən, 11:56
Mandatını və partiyasını qızına miras qoyan ATA - Ağamalılar ailəsi niyə siyasəti şəxsi mülkə ÇEVİRİR?
Dünən, 11:54
İrəvan Tehranın simasında özünə strateji tərəfdaş tapıb - “Nezavisimaya qazeta”
Dünən, 11:52
Gənc hərbi pilotlarla təlim-məşq uçuşları keçirilib - VİDEO
Dünən, 11:38
Münasibətlərin normallaşmasına qərar verilib - İNCƏLƏMƏ
Dünən, 11:36
Vaşinqtonda NÖQTƏ: ATƏT-in Minsk qrupu tamam arxivlik oldu - ŞƏRH
Dünən, 11:30
“Azəraqrartikinti” ÇÖKÜŞDƏ... - mənfəəti 4 dəfəyə yaxın azalıb
Dünən, 11:24
Paşinyan xalqa müraciətində niyə referendumdan danışmadı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:21
Şəkidə vəfat edənlərin sayı yeni doğulanları ÖTÜB – STATİSTİKA
Dünən, 11:16
Bakıda sosial şəbəkələrdə qız şəkilləri bəyənən kişini sevgilisi döydü - TƏFƏRRÜAT
Dünən, 11:12
İrəvan seçimi etdi: əməldən işə nə zaman keçiləcək? - AKTUAL
Dünən, 11:10
"Dekan müvaini Abbas Əhmədov məkanı basaraq, dərsimizi zorla pozdu..." - NDU-da QALMAQAL BİTMƏK BİLMİR...
Dünən, 11:06
Fermerlərin DİZİ YERƏ GƏLİB: Məcnun müəllimin umrunda da deyil... - əslində BAŞI DA ÇIXMIR...
Dünən, 10:46
Azərbaycan Rusiyadan haqqını TƏLƏB EDİR
Dünən, 10:43
Qobu bələdiyyəsinin TORPAQ HOQQABAZLIĞI... - İTTİHAM VAR...
Dünən, 10:41
Zəngəzurda qeyri-adi versiya: İran “Əfqanıstan ssenarisi”ni tətbiq edəcək? - TƏFƏRRÜAT
Dünən, 10:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru