"Bu nə dərəcədə düzgündür? "Kapital Bank" mənim kredit borcumu resturuktizasiya edib, ancaq mənə aylıq ödənişdən cox faiz borcu gəlir..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Hüquqşünaslar" sosial qrupundakı paylaşımında Murad Məmmədli adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "2028-ci ilə qədər mən 5 min borca əlavə 3 minə qədər faiz ödəyəcəm, bu doğrudur??!
Mən kimə, hara şikayət edə bilərəm ki, ancaq ödənişi ödəyim və ya faiz azaldılsın...
Belə qaniçən olmaq lazım deyil... Mən məcbur bu müqaviləyə qol çəkdim... Özü də tələsdirdilər, çünki həm də maaş "sosial mənfi"ye düşürdü..."