
"Şikayətim Ailə Tv-dəndir". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Şəbnəm Abasova adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra bildirir: "İstər İP kabelsiz tv, istər internet şəbəkələri düzgün şəkildə işləmir. Boş yerə ödəniş edirik və xidmət sıfır.
"Qaynar xətt"lərinə zəng edəndə operatorlar adama ağıl öyrədir ki, modemi 15 dəqiqə söndürün başqa heç bir yardım etmirlər.
Bir ayda 5 dəfə internet problemi yaşayırıq, "antiinhisar"a da şikayət etməyi düşünürəm artıq..."