Təməlinə haram qatılmış “Körpü-Bina Tikinti” -yoxsa elmin, təhsilin xarabalıqları üzərində hegamoniyanın binasını inşa etdirən İlhamə Abdullayeva?!
Tarix: 25-03-2025, 17:51 | Çap et
Ey fələk zülmün əyandır, bu necə dövrü-zamandır ki, işim ahu fəğandır, məni yandırma amandır, gözümün əşki rəvandır, ürəyim dopdolu qandır, hamı qəmdən bu yamandır ki, bəzi əhli-qələmlər, buraxıb canıma qəmlər ki, bəs Abşeron təhsili batıbdır, Təhsilin naziri yatıbdır, regionalın müdiri olan İlhamə xanım da aləmi bir birinə qatıbdır...Məni qınamayın, ey dəyərli oxucularım, çünki Abşeron-Xızı RTİ-də baş verənlər haqqında danışanda adamın şairliyi tutur, saz axtarırsan ki, gördüyün, eşitdiyin dəhşətləri nəzmə çəkəsən,dastan bağlayasan ki, bəlkə bunları görməzdən gələnlərin gözü açıla, millətin gələcəyini məhv edənləri görələr, baş verənlərə “dur” deyələr. Deyilənlərə görə vəzifəyə yaxın qohumu “Körpü-Bina Tikinti” şirkətinin rəhbəri Xəlil Göyüşovun hərtərəfli yardımı ilə təyin olunan İlhamə xanım kresloya oturar oturmaz rüşvətə, helə əvvəllər də ona yaxın olan korrupsiyaya körpü atıb, elmin, təhsilin xarabalıqları üzərində hegamoniyanın binasını inşa etdirib. Ölkə KİV-lərinə, sosial medyaya ötəri nəzər salmaq kifayətdir ki, Abşeron-Xızı RTİ-nin tabeliyində olan məktəblərdə nələr baş verdiyindən hali olasan. Qısacası bu regionda ölkə qanunları işləmir, “kəndxudanı gör kəndi çap” prinsipi ilə təhsil sistemi məhv edilir. Burada şagirdlərə millətin gələcəyi gözüylə baxılmır, potensial gəlir mənbəyi kimi yanaşılır. Yuxarı siniflərdə təhsil bazar qanunları ilə həyata keçirilir, jurnallarda 35-40 şagirdin adı yazılsa da siniflərdə 5-10 nəfər şagird oturur ki, onlar da gününü keçirmək üçün məktəbə gələnlərdir. Oxuyanlar isə elə məktəb direktorlarının, RTİ əməkdaşlarının hazırlıq kurslarında təhsil alırlar. Bir şagirdin 1500-2500 manat arasında “yola verildiyini” nəzərə alsaq ortada hansı məbləğin dolaşdığını təsəvvür etmək çətin olmaz. Məktəblərdə dərs saatlarının satılması adi hal alıb, bütün müəllimlər “varabskoy qanunlarla” aylığa otuzdurulub, binəva müəllimlər hədə-qorxu altında daimi psixoloji basqıyla fəaliyyət göstərmək məcburiyyətində qalıblar. Müxtəlif adlar altında pul toplanılması, yersiz yoxlamalar vasitəsilə məktəblərin talanması adi hal alıb. Təbii ki, bütün bunlar İlhamə xanımın xəbəri olmadan baş vermir. Bayramlar ayı olan mart ayında məktəblər konkret olaraq “bayram bazarına” çevrildi. Verilən məlumatlara görə İlhamə xanımın bayramlarını təbrik etmək məktəb direktorlarında heç də bayram əhval ruhiyyəsi yaratmayıb. Xüsusilə bir məmur qazancına uyğun gəlməyən dəbdəbəli həyat tərzi, övladına etdiyi bahalı toy məclisi də medyanın sevimli mövzularındandır. Doğrudan da söylənilənlər doğrudursa bir məmur maaşıyla belə dəbdəbəli həyat tərzinin sirri nədədir?. Ulu öndərin “millətin gələcəyi” adlandırdığı bu sahədə illərdir ki, müxtəlif adlar altında islahatlar aparıldığı söylənilsə də sirr deyil ki, təhsil sistemi Azərbaycanın ən ağrılı yeri olaraq qalıbdır. Etiraf edək ki ,dövlət tərəfindən kifayət qədər diqqət və vəsait ayrılmasına baxmayaraq hələ ki, ciddi bir irəliləyiş əldə olunmayıb. Əlqərəz, yazdıqca qurtarmaz, deməklə bitməz hadisələr baş verir Abşeron-Xızı RTİ-də. Di gəl ki, sanki, ən böyük regional təhsil idarəsini İlhamə xanıma peşkəş eləyiblər, bəxşiş veriblər. Baş verənləri nə bir görən var, nə bir “dur” deyən tapılır. Abşeron Xızı RTİ-də təhsil adına bir rəzalət yaşanır, gələcəyimiz məhv edilir. Bunun bədəli ağır olacaq, çox ağır. Yəqin ki, bir gün qaranlıqlar aydınlığa çıxacaq, çox əməllər aşkarlanacaq. Onda bu gün susanlar hansı cavabı verəcək bilmirik... Rəhmətlik Sabir bunları görsəydi, deyərdi ki,“At çölə getsin, nə dəbistandı bu, Elm adına bir quru böhtandı bu, Dur qaçaq, oğlum, baş-ayaq qandı bu” Davamı var..
NİCAT MAHMUDOV - rubrika.az


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Overçuk Ermənistan üçün “çox pis ssenari”ni təsvir edib
Bu gün, 11:48 |
|
|
|
• Rusiya ermənilərinin lideri: - Bakıdan növbəti qələbə...
Bu gün, 11:45 |
|
|
|
• "Gərək alternativ yollardan istifadə edək..."
Bu gün, 11:37 |
|
|
|
• Putin Azərbaycana heyət göndərir - Kremlin şərti var, Bakı isə...
Bu gün, 11:07 |
|
|
|
• “Şərurlu İsfəndiyar” həmişə geyindiyi köynəyin - Qiymətini açıqladı
Bu gün, 11:05 |
|
|
|
• AZAL təyyarəsinin faciəsi: Moskva niyə həqiqəti gizlədir? - AKTUAL
Bu gün, 10:59 |
|
|
|
• Qazaxıstan Təhlükəsizlik Şurasının keçmiş katibinə qarşı cinayət işi açıldı
Bu gün, 10:53 |
|
|
|
• Qarabağ veteranı bülleten pulunu ALA BİLMİR... - ETİRAZ VAR...
Bu gün, 10:39 |
|
|
|
• Oliqarx-məmurun nəvəsi avtoşluqda ad çıxarıb... - Övladdan nəvə...
Bu gün, 10:30 |
|
|
|
• HDQ-də nümunəvi gəmi döyüş təlimləri keçirilib - VİDEO
Bu gün, 10:16 |
|
|
|
• Şadlıq sarayları əhaliyə “toy tutur” - məcburi menyu problemi
Bu gün, 10:14 |
|
|
|
• Pasiyentlər həkim otağının qapısında niyə saatlarla gözləməlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:11 |
|
|
|
• Rasim Balayevin səhhətində problem yarandı
Bu gün, 10:05 |
|
|
|
• Ermənistan Baş naziri Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib - KİV
Bu gün, 09:56 |
|
|
|
• Əməkdar artistdən həmkarlarına İRAD - "Muğamı regionlara, bölgələrə bölməyin"
Bu gün, 09:55 |
|
|
|
• Rusiya kompensasiyanı ödəməli olacaq: Qaçış yoxdur - ÇÜNKİ...
Bu gün, 09:53 |
|
|
|
• Azərbaycan Dövlət Rəssamlıq Akademiyası abituriyentlərin qeydiyyatını niyə təsdiqləmir? - rektordan AÇIQLAMA
Bu gün, 09:47 |
|
|
|
• Azərbaycanla normal iqtisadi münasibətlərimiz var - Rusiya Baş nazirinin müavini
Bu gün, 09:41 |
|
|
|
• Rusiya narazı qaldığını gizlədə bilmir - NECƏ OLMALI İDİ Kİ...
Bu gün, 09:36 |
|
|
|
• Rusiyanın kompensasiya yalanı ifşa olundu - sərt reaksiyalar
Bu gün, 09:24 |
|
|
|
• Dollarla bağlı mühüm proqnoz – Dəyişiklik ola bilər
Bu gün, 09:22 |
|
|
|
• Ata qızının videolarını TikTok-da paylaşan kürəkənini öldürdü - Şəmkirdə ŞOK CİNAYƏT
Bu gün, 09:15 |
|
|
|
• İran Zəngəzur dəhlizində “payçı” olacaq? - görünəni odur ki...
Bu gün, 09:10 |
|
|
|
• Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar... - Nə vəzifə... nə də pul...
Bu gün, 09:07 |
|
|
|
• ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycan ərazisində radioloji vəziyyət necədir? - ARAŞDIRMA
Bu gün, 09:03 |
|
|
|
• Paşinyandan böyük erməni yalanına zərbə - GƏLİŞMƏ
Bu gün, 09:00 |
|
|
|
• "Guya müalicəyə getmişdim... əsəb keçirib ger döndüm..." - NARAZILIQ VAR...
Bu gün, 08:56 |
|
|
|
• Satdıqları məhsula sahiblənmirlər... - AXI NİYƏ?
Bu gün, 08:40 |
|
|
|
• Şəmkirdə törədilmiş qətlin təfərrüatları məlum oldu - Mərhumun da əlində bıçaq olub
Bu gün, 07:33 |
|
|
|
• Mehdiyevdən qalma LİMİT OYUNU - və ya ABSURD QADAĞA
Bu gün, 07:25 |
|
|
|
• Beyləqan sakini ölümlə hədələnir - Vətəndaş hüquq mühafizə orqanlarından yardım istəyir
Bu gün, 07:17 |
|
|
|
• Yeni tikililər bahalaşıb, sakinlər "şəhər"dən qaçır , Bakı ətrafında da infrastruktur böhranı davam edir
Bu gün, 07:14 |
|
|
|
• Rusiya bizə NƏ EDƏ BİLƏR? - İNCƏLƏMƏ
Bu gün, 07:05 |
|
|
|
• Müəllimlərdən Emin Əmrullayevə şikayət - Bakı məktəbində qalmaqal
Bu gün, 07:02 |
|
|
|
• Vəfat etmiş qazinin anasına “Bank of Baku”dan BİABIRÇI TƏLƏB – “Borcu ödəyin, oğlunuz rahat yatsın”
Bu gün, 06:59 |
|
|
|
• Mingəçevirdə MİSTİK TENDER - FOTO
Bu gün, 06:54 |
|
|
|
• Avropa dövlətləri Şimali Koreya qədər ola bilmədilər - Partiya sədri Qərb liderlərini "qorxaq" adlandırdı
Bu gün, 06:50 |
|
|
|
• Bu iki qurumun taleyi sual altında - AKTUAL
Bu gün, 06:46 |
|
|
|
• Şəmkirdə qayınata kürəkənini bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 06:34 |
|
|
|
• "Siz bir yerdə oturmusuz, amma mən o restorandan bu restorana qaçıram"
Bu gün, 06:30 |
|
|
|
• "Məhkəmə məhdudiyyətlərinin qoyulması doğru qərar deyil" - deputat
Bu gün, 06:27 |
|
|
|
• ABŞ Rusiya və Çini cilovlamaq strategiyasından özünümüdafiəyə keçid etmək istəyir - "Politico":
Bu gün, 06:23 |
|
|
|
• Zakir Fərəcov universitetə qəbul olan şəhid övladları ilə görüşüb - FOTO
Dünən, 21:21 |
|
|
|
• Hindistan Azərbaycanla bağlı geri addım atdı - “News18”-
Dünən, 18:12 |
|
|
|
• Rusiya yaxşı olar ki, itməkdə olan etimad mühitinin bərpasına fokuslansın - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:10 |
|
|
|
• İrəvan Ermənistana necə verildi? – Kuba jurnalı
Dünən, 17:56 |
|
|
|
• Süleyman Mikayılov Ələt sakinləri ilə görüşdü - FOTOLAR
Dünən, 17:55 |
|
|
|
• “İşə çıxmıram, universiteti uşaqlar idarə edirlər” - Rektor
Dünən, 17:47 |
|
|
|
• Hüquqşünasdan sensasion açıqlama: - “İndiki gəncləri tərbiyələndirmək...”
Dünən, 17:44 |
|
|
|
|