"Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" .....                     Vüqar Qurbanov direktoru işdən çıxardı .....                     “Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” .....                     Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq .....                     TƏBİB qripə qarşı peyvənd alır: .....                     Dövlət Gömrük Komitəsində yeni təyinat olub .....                     Azərbaycanla sərhəddə Ukrayna agenti saxlanılıb .....                     Sülh sazişi İrəvanın İrana yolunu açır .....                     Ermənistan və İran yol məsələsi ilə bağlı razılaşma əldə etdi .....                     Rusiya Ukraynada ABŞ zavoduna hücum edib .....                     Rusiyadan sərhədimizdə sensasion əməliyyat: .....                     Paris buna məcburdur... .....                     SOCAR neftçilərə XƏBƏRDARLIQ ETDİ .....                     Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ .....                     İranla Ermənistan arasında SENSASİON ANLAŞMA .....                     Məqsəd Rusiya və İranı təsir imkanlarından məhrum etmək idi .....                     BRAVO ZAUR... nə dövlət umrundadır... nə də millət... .....                     Erməni nəşri Paşinyanın Türkiyə və Azərbaycandan maliyyə yardımı aldığını iddia etdi... .....                     Təhsil sistemində tenderi də özgəsinə vermirlər... .....                     Putinin planına sərt reaksiya: .....                     Nazirlik qonaqları üçün bilet və otel xidmətini .....                     Əməyin ödənilməsinin hansı təminatları var? .....                     Bakının bu ərazisində torpağın 1 sotu 97 min manata yaxın bahalaşıb .....                     "Daltonlar"- gəncləri tələyə salancinayət təşkilatı .....                     Pezeşkianın Paşinyana xəbərdarlığı: İrəvan eşidəcəkmi? .....                     İlkin Süleymanovun kassasiya şikayəti icraata götürüldü .....                     Paşinyan açıqladı: Bu ərazilər Bakıya qaytarılacaq .....                     Qazilər arasında dava: Tüfənglə “Prado”nu yararsız hala saldı... .....                     Azərbaycanda şirkətlər qrupuna yeni direktor təyin edilib .....                     SOCAR "RabitəBank"dan imtina etdi .....                     10 manatlıq şirkətin 655 min manatdan çox vergi borcu var .....                     "İcra şöbəsi hansısa maraqlarına görə şikayətə baxmır..." .....                     Sabunçuda televizor pultu silaha çevrildi .....                     Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmi .....                     Ermənistanla yekun sülh sazişi bu tarixdə imzalanacaq .....                     Dostu tərəfindən döyülən şəxs məhkəmədə onu bağışladı .....                     Azərbaycanda sabiq rektor vəfat etdi .....                     Dövlət qurumu 3,4 milyonluq elektrik mallarını .....                     Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub .....                     Diasporumuza qarşı “xüsusi əməliyyat” .....                 

Məşhur aşpazdan Fuad Nağıyevə sərt İTTİHAMLAR - “Tahir Əmiraslanovu Şuşadan qovdu, mənim 10 min dollarımı isə…”
Tarix: 8-03-2025, 11:26 | Çap et
Məşhur aşpazdan Fuad Nağıyevə sərt İTTİHAMLAR
Rusiyada yaşayan əslən azərbaycanlı, dünya şöhrətli kulinar, teleaparıcı, kulinariya üzrə bir çox kitabların müəllifi olan Stalik Xankişiyev öz sosial şəbəkə hesabından Dövlət Turizm Agentliyinin direktoru Fuad Nağıyev ilə bağlı çox sərt yazı qələmə alıb.

Yenicag.az xəbər verir ki, tanınmış kulinarın bir neçə gün öncə Prezident tərəfindən şiddətli töhmət alan F. Nağıyev barədə ittihamları çox ağır olub.

Fuad Nağıyevi Azərbaycanın məşhur kulinarı Tahir Əmiraslanovu Şuşada keçirilən festivaldan qovmaqda, eləcə də tanınmış qonaqları ac qoymaqda ittiham edən Stalik Xankişiyev yazının sonunda agentliyin rəhbərini ona ayrılan qonorarı “xəsis hesablaşma” uğrunda mənimsəməkdə də ittiham edib.

Yazının olduğu kimi təqdim edirik:

“Bir neçə il əvvəl məni Bakıya dəvət etdilər və Qarabağda keçirilən ilk beynəlxalq kulinariya festivalının fəxri sədri olmağımı xahiş etdilər. Mən dünyanın müxtəlif yerlərindən məşhur aşpazları dəvət edərək, vəhşilər tərəfindən dağıdılmış Şuşaya gəldikdə, dostlarıma belə bayramların niyə məhz burada keçirilməsi lazım olduğunu izah etdim. Çünki biz bu yaralı, əzilmiş torpağa həyat verməli idik.

Festival haqqında bakılı aşpazlar da eşitdilər. Hansı ki, onlar müharibə zamanı öz arzuları ilə cəbhəyə getmiş, Azərbaycan əsgərlərini ləzzətli yeməklərlə doyurmuşdular. Hətta onlar ilk qəhrəmanlardan sonra Şuşaya daxil olub orada isti çörək bişirmişdilər. Onlar da festivalda iştirak etmək istəyirdilər. Ancaq birdən Turizm Agentliyindən deyirlər ki, “bunlar lazım deyil”.

Bu necə ola bilər?! Bəs kim lazımdır? Kimi dəvət etmək lazımdır, əgər bu vətənpərvərlər gəlməyəcəksə? Onlar ailələrini tərk edib, restoranlarını buraxıb, həyatları ilə risk ediblər, bir aşpaz da şəhid olub. Şəhidlik isə şərəfdir! Ona görə də mən zəng etməli, inandırmaq, mübahisə etməli oldum. Dövlət Turizm Agentliyinə ən yüksək səviyyədən deyildi ki, məhz bu aşpazları birinci növbədə dəvət etmək lazımdır. Əgər bu Turizm Agentliyinin tərəfindən edilən ilk və son alçalıq olsaydı…

Festivala mənim müəllimim, dostum və mənim üçün böyük rəhbər olan Tahir Əmiraslanov da gəldi. O, artıq uzun illər çalışdığı təvazökar vəzifəsindən məhrum edilmişdi və təqaüdə çıxmasına cəmi 4 ay qalmışdı.

Birdən mənim yanıma bəzi uşaqlar gəlib sakitcə dedilər: “Stalik müəllim, Tahir Əmiraslanovdan xahiş edin, getsin”.

“Bu necə ola bilər?!” soruşduqda isə “belə lazımdır, bu rəhbərliyin xahişidir” dedilər. Çünki həmin gün festivalda rəhbərlikdən Fuad Nağıyev var idi. Məhz o, Tahir müəllimi işdən çıxarmışdı. O adam ki, bütün ömrünü Azərbaycana xidmətə sərf etmişdi.

Mən Tahir müəllimin mənzilində də olmuşam, onun illərdir tamamlanmamış bağ evində də. Mən bilirəm və görürəm ki, bu zəhmətkeş insan necə təvazökar yaşayır. Əgər başqaları işdən bir şey oğurlayıb evə gətirirsə, Tahir müəllim evdən götürüb işə aparırdı. Onda belə adam necə işdən çıxarıldı? Yaxşı, bəlkə bu onun qərarı deyildi, bəlkə Fuad Nağıyev belə qərar verməyib? Mən bilmirəm. Amma Azərbaycanın baş aşpazı Tahir Əmiraslanovu kulinariya festivalından qovmaq… Bu, həddən artıq ağır bir hərəkət idi!

Mehmanxananın foyesində divanda Tahir müəllim oturmuşdu, yanında isə köhnə portfel. O, Bakıya qayıtmaq üçün avtobus gözləyirdi. Onun gözlərində kədər və incidilmişlik var idi. Bu zaman Fuad Nağıyev gəldi. Mən onu görüb müraciət etdim:

“Fuad, gəlin buraya oturun, danışaq! Niyə siz Tahir müəllimi bu bayramdan qovursunuz? Azərbaycan kulinariyası üçün bu insandan daha çox iş görmüş kim var? Bu festival o olmadan necə keçə bilər? O sizə şəxsən nə pislik edib?”

Cavabında isə o yayındı, gülümsədi, özünü çox zəif aparırdı və heç bir konkret cavab vermədi.

Bundan sonra yenə mənim yanıma gənc oğlanlar gəldi: “Tahir müəllim getsin, bazar ertəsi onu çağırıb işi ilə bağlı səhvi düzəldəcəklər”.

Mən inandım. Özüm Tahir müəllimin yanına yaxınlaşıb xahiş etdim: “Əgər bu, işinizə qayıtmaqla bağlıdırsa, belə daha yaxşı olar”.

Amma aldadıldım! Onu heç yerdə çağırmadılar, işdən çıxarılma isə onun təqaüdünə təsir etdi ki, bunu özünüz də başa düşürsünüz? Alçaqlığa baxın! Fuad Nağıyev sadəcə qorxurdu ki, bəlkə respublika rəhbərliyindən kimsə Tahir müəllimi görüb onun işdən çıxarılması haqqında danışar.

Alçaqlıqdan əlavə, mən həm də utanc hissi yaşadım. Dünyanın hər yerindən gələn qonaqları mehmanxanada yalnız səhər yeməyi ilə qidalandırırdılar. Hər stenddə gözəl Azərbaycan yeməkləri hazırlanırdı, amma qonaqlar yalnız onları iyləyirdilər. Mən öz cibimdən mehmanxananın restoranından qonaqlar üçün yemək sifariş edirdim, bəzən isə onlar özləri ödəyirdilər. Milli mətbəximizin bütün yeməklərini isə yalnız iyləyirdilər.

Festivalın son günündə nəhayət qonaqlar üçün bir növ süfrə açıldı. Turizm Agentliyinin bəzi işçiləri də iştirak edirdi, Fuad Nağıyev də gəldi. Qonaqlar onu “nazir” kimi qəbul edirdilər. Fuad viski butulkalarını özü ilə gətirərək, qonaqların qarşısında sərxoş olmaqdan başqa heç nəyi ağlına gətirmədi. Qonaqlar da içdilər, amma əgər özünü nazir adlandırırsansa, əgər sənə yüksək vəzifə həvalə ediblərsə, düşün ki, sən Azərbaycanın üzüsən! Yaxşı, bir az iç, amma insani görünüşünü itirmə, xahiş edirəm! Atalarımızın inancını, xalqımızın ənənələrini unutma!

Mən yenə utandım. Yaxşı ki, Azərbaycanın həqiqətən hörmətli nümayəndələri də orada idi və bu narahatlıq anını yumşaltdılar. Qonaqlar məmnun şəkildə yola düşdülər, Dominikandan olan bir oğlan hətta Azərbaycanla vidalaşarkən səmimi şəkildə ağladı.

Festivalın ən sonunda təşkilatçılardan biri mənim yanıma gəlib dedi: “Stalik müəllim, sizə böyük təşəkkürlər! Respublika rəhbərliyi bizə sizi maddi cəhətdən mükafatlandırmağımızı tapşırdı. Festivalda iştirakınız üçün hansı məbləği almaq istərdiniz?”

“Mən buraya pul üçün gəlməmişəm! Azərbaycan mənim əcdadlarımın vətənidir, mənim üçün tək doğma torpaqdır. Xahiş edirəm, bu söhbəti burada bitirək”, – söylədim.

“Xeyr, siz məni çox çətin vəziyyətə salırsınız. Bu ən yüksək səviyyədən gələn təklifdir! Biz sizə 10.000 dollar verə bilərikmi?”, – deyə o bildirdi.

Sizə and içirəm, mən həqiqətən də Şuşaya pul üçün getməmişdim. Bəli, on min dollar böyük məbləğdir. Amma şükürlər olsun ki, mənə nəsib olanla kifayətlənirəm. Digər tərəfdən, mükafatdan tamamilə imtina etmək (bu həqiqətən də mükafat idi, çünki hər şeyi etdikdən sonra verirdilər) də düzgün deyildi.

Bilirsinizmi, mən razılaşdım. Hətta Dubaya iki bilet də aldım. Fikirləşdim ki, belə gözlənilməz pul gəlibsə, gedib istirahət edək! Amma pul yarım il keçsə də, hesabıma daxil olmadı. Mənə deyirdilər ki, bu gün günortadan sonra hesabınızı yoxlayın, pul artıq orada olacaq! Amma xeyr, yox idi! Pul mənə heç vaxt çatmadı. Mən öyrəndim ki, gecikmə Turizm Agentliyində baş verir. Mənə hər şey aydın oldu ki, bu, aşpaz-qəhrəmanlar və Tahir Əmiraslanovla bağlı prinsipial mövqeyimə görə xəsis hesablaşma idi.

Nəhayət, Bakıya zəng edib bütün bu hekayəni danışdım və dedim ki, bu pulu qəbul etməyə razılaşmağım həqiqətən də səhv idi. Bəlkə də yaxşı oldu ki, bu pulu göndərmədilər! Amma mən istəməzdim ki, kimsə bu pulu sanki mənə göndərib, özü isə cibinə atsın. Bu pullar Qarabağın azadlığı uğrunda şəhid olanların ailələrinə, yaralılara, Azərbaycan torpağı uğrunda qanını tökənlərə lazımdır!

PS. Uzun müddət düşündüm ki, baş verənlərdən yazmağa dəyərmi? Şübhəsiz ki, bəziləri fikirləşəcək ki, mən Fuad Nağıyevin indiki çətin vəziyyətindən istifadə edib hesablaşmaq istəyirəm. Amma Fuad bu vəziyyətə kiminsə iradəsi ilə deyil, öz əməlləri sayəsində düşüb. Mən sizə bu əməllərin yalnız kiçik bir hissəsindən danışdım ki, oxucularım və tanışlarım üçün aydın olsun ki, ədalət var. Belə davranmaq olmaz. Öz cibin və karyeran haqqında daha az düşünmək, ləyaqətli əməklə məşğul olmaq lazımdır, nəinki intriqalar və yaltaqlıqla… Azərbaycan Milli Aşpazlar Assosiasiyasının kollektivinin dağıdılması isə Tahir Əmiraslanovun bütün ömründə gördüyü işlərin hədər getməsidir. Mən bunu Fuad Nağıyevə bağışlaya bilmərəm. Sən nə yaratmısan ki, başqalarının yaratdığını dağıdırsan?!”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 12:36
Vüqar Qurbanov direktoru işdən çıxardı - Yeni təyinat
Bu gün, 12:14
“Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” - deputat
Bu gün, 12:11
Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq - Paşinyan
Bu gün, 12:08
TƏBİB qripə qarşı peyvənd alır: - 1 milyon manat xərclənəcək
Bu gün, 12:02
Dövlət Gömrük Komitəsində yeni təyinat olub - ƏMR
Bu gün, 12:00
Azərbaycanla sərhəddə Ukrayna agenti saxlanılıb
Bu gün, 11:58
Sülh sazişi İrəvanın İrana yolunu açır - “Bloomberg”
Bu gün, 11:54
Ermənistan və İran yol məsələsi ilə bağlı razılaşma əldə etdi - AÇIQLAMA
Bu gün, 11:53
Rusiya Ukraynada ABŞ zavoduna hücum edib
Bu gün, 11:44
Rusiyadan sərhədimizdə sensasion əməliyyat: - məxfi sənədlər ələ keçirildi
Bu gün, 11:27
Paris buna məcburdur... - ŞƏRH
Bu gün, 11:23
SOCAR neftçilərə XƏBƏRDARLIQ ETDİ - AÇIQLAMA
Bu gün, 11:16
Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ - TƏFƏRRÜAT
Bu gün, 11:13
İranla Ermənistan arasında SENSASİON ANLAŞMA – Tehranın Zəngəzur isterikası SONA ÇATIR?
Bu gün, 11:04
Məqsəd Rusiya və İranı təsir imkanlarından məhrum etmək idi - Kiviryan
Bu gün, 11:02
BRAVO ZAUR... nə dövlət umrundadır... nə də millət... - MALƏSƏF...
Bu gün, 11:00
Erməni nəşri Paşinyanın Türkiyə və Azərbaycandan maliyyə yardımı aldığını iddia etdi... - İLGİNC
Bu gün, 10:57
Təhsil sistemində tenderi də özgəsinə vermirlər... - DAHA BİR FAKT...
Bu gün, 10:53
Putinin planına sərt reaksiya: - Zəngəzur və Qarabağda...
Bu gün, 10:44
Nazirlik qonaqları üçün bilet və otel xidmətini - BU ŞİRKƏTLƏRDƏN ALDI
Bu gün, 10:40
Əməyin ödənilməsinin hansı təminatları var? - Ekspert danışır...
Bu gün, 10:35
Bakının bu ərazisində torpağın 1 sotu 97 min manata yaxın bahalaşıb
Bu gün, 10:16
"Daltonlar"- gəncləri tələyə salancinayət təşkilatı - TikTokda təhlükə
Bu gün, 10:12
Pezeşkianın Paşinyana xəbərdarlığı: İrəvan eşidəcəkmi? - GƏLİŞMƏ
Bu gün, 10:02
İlkin Süleymanovun kassasiya şikayəti icraata götürüldü
Bu gün, 09:49
Paşinyan açıqladı: Bu ərazilər Bakıya qaytarılacaq - “Respublika Meydanı”
Bu gün, 09:47
Qazilər arasında dava: Tüfənglə “Prado”nu yararsız hala saldı... - TƏFƏRRÜAT
Bu gün, 09:44
Azərbaycanda şirkətlər qrupuna yeni direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 09:43
SOCAR "RabitəBank"dan imtina etdi
Bu gün, 09:40
10 manatlıq şirkətin 655 min manatdan çox vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 09:37
"İcra şöbəsi hansısa maraqlarına görə şikayətə baxmır..." - NARAZILIQ VAR...
Bu gün, 09:30
Sabunçuda televizor pultu silaha çevrildi – ailə qalmaqalının sonu həbs oldu
Bu gün, 09:24
Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmi – Fərid Qayıbovun nəzərinə
Bu gün, 09:21
Ermənistanla yekun sülh sazişi bu tarixdə imzalanacaq - sensasion iddia
Bu gün, 09:15
Dostu tərəfindən döyülən şəxs məhkəmədə onu bağışladı - “Şikayətçi deyiləm”
Bu gün, 09:08
Azərbaycanda sabiq rektor vəfat etdi - FOTO
Bu gün, 08:54
Dövlət qurumu 3,4 milyonluq elektrik mallarını - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 08:52
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - ƏMR
Bu gün, 08:49
Diasporumuza qarşı “xüsusi əməliyyat” - Bakıdan reaksiya
Bu gün, 08:47
Bu şirkət müştəri ilə işləməyi hələ öyrənməyib... - NƏ VAXTA QƏDƏR...
Bu gün, 08:38
Rusiyanın ölkəmizə qarşı daha bir absurd addımı - BAŞLARI QAÇIB...
Bu gün, 08:26
“Ulduz”u sönən məşhurlar - Qətl, şantaj, dələduzluq...
Bu gün, 08:24
Rusiya 10 noyabr 2020-ci il sənədinə qayıtmaq üçün fürsət gözləyir - Bakıdan reaksiyalar
Bu gün, 08:14
ABŞ NATO-ya Ukrayna üçün təhlükəsizlik zəmanətlərində minimal rol oynayacağını bildirib - "Politico" nəşri
Bu gün, 07:24
"1 ildir ki, bu iki qurumun arasında qalmışam" - GİLEY
Bu gün, 07:22
"Bazarstore" mağazalarında 1 milyondan çox vergi borcu - FOTO
Bu gün, 07:16
Rayon bazarlarında qiymət paradoksu: Göy-göyərti baha, lobya isə lüks qiymətdə - NƏ ETMƏLİ?
Bu gün, 07:03
İFŞA: “Poz-Qazan” BİZİ BELƏ QARƏT EDİR... - BU DA FAKT...
Bu gün, 07:01
Möhtəşəm cütlüyün NÖVBƏTİ MƏZƏSİ - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru