"Evlərin kvadratları təxminən 20-25 kvadratmetr az yazılıb..." - ÖZBAŞINALIQ!
Tarix: 21-02-2025, 08:56 | Çap et
 Müğənni Nura Suri yaşadığı binanın Mənzil-Tikinti Kooperativindən (“Yapı İnşaat” MTK) narazıdır.
"DİA-AZ" xəbər verir ki, bu barədə danışan Nura Suri açıqlamasında deyir ki, MTK kommunal xərcləri ödəməyən bir neçə qonşuya görə digər bina sakinlərini də kommunal xidmətlərdən məhrum edir.
“Kommunal xidmətləri ödəməyənlərə görə biz, ödəyən sakinlər əziyyət çəkirik. Tez-tez suyu kəsirlər. Artıq bir həftədir ki, lift bağlıdır. Komendant da deyir ki, liftin platası yanıb, təmir üçün 900 manat lazımdır”, – Nura Suri deyir.
Onun sözlərinə görə, kommunal xərclər, liftdən istifadə və bu kimi məsələlərə daha sonra biri də əlavə olunub:
“Bir gün xəbər tutduq ki, binamızın qarajını satıblar. Halbuki qaraja görə hər ay pul ödəyirdik. MTK uşaq meydançası üçün nəzərdə tutulan ərazini ödənişli dayanacaq etdi. Artıq 16 ildir ki, bu binada yaşayıram. İllərdir bu kimi problemlərlə üzləşirik”.
Binanın problemlərdindən danışan Nura Suri dərdlərini kimə danışacaqlarını bilmədiyini deyir:
“Sadaladığım problemlərlə əlaqədar MTK-ya zəng edirəm, məni komendanta yönəldirlər. Firdovsi adlı komendant da deyir ki, sənədlə binanı təhvil almamışam. Bizi axmaq yerinə qoyurlar. Davamlı olaraq pul alırlar. Lakin binanın istismarı, həyətin abadlaşdırılması və s. kimi işləri görmürlər. Kommunal ödənişlərdən əlavə bizdən müxtəlif bəhanələrlə pul yığırlar. Kommunalı ödəməyən qonşulara görə gah suyu kəsirlər, ya da lifti bağlayırlar. Başımıza oyun açırlar. MTK iş adamı Şahmar Vəliyevindir. Heç kim ona nəsə deyə bilmir. Hamı qorxur ki, başına bir iş gələr, ya da nəsə olar”.
Müğənni daha bir məsələyə toxunub, bildirib ki, mənzili MTK-dan müqavilə əsasında alıb. Sonradan əmlak çıxarışı alarkən görüb ki, sənəddə mənzilin kvadratı az göstərilib:
“Bütün çıxarışlarda evlərin kvadratları təxminən 20-25 kvadratmetr az yazılıb. Əlimdə bunu sübut edəcək sənəd- müqavilə də var. Belə çıxır ki, mən evimi satanda, 20-25 kvadratmetrə görə pul itirəcəyəm. Hüquqşünaslarla danışdım, dedilər ki, bu hal məhkəmə predmetidir”.
Nura Suri deyir ki, bina sakinləri mövcud problemlərlə əlaqədar məhkəməyə müraciət edəcəklər:
“Bəzi qonşularla danışıb, məhkəməyə müraciət etməyi təklif etdim. Onlar da razıdırlar. Sadəcə, bizə yaxşı hüquqşünas lazımdır. Elə bir hüquqşünas olsun ki, sabah kimsə ona zəng edib, qorxudanda geri çəkilməsin, işi yaxşı aparsın, ört-basdır etməsin”.
“Yapı İnşaat” MTK-dan isə KİV-ə bildirilib ki, binanın mülkiyyətçiliyi artıq onlarda deyil.
“Bina sakinləri özlərinin Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini yaradıblar. Mənzillərin çıxarışlarında sahənin az göstərilməsinə gəlincə, bununla əlaqədar Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etsinlər”, – MTK-dan bildirilib.
Binanın komendantı ilə əlaqə saxlamaq mümkün olmayıb.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ramiz Mehdiyevin "qara kassası" üzə çıxdı - Ağır ittihamlar
Dünən, 23:39 |
|
|
|
| • Daha bir icra hakimiyyətində əməliyyat – o da həbs edildi
Dünən, 23:10 |
|
|
|
| • Ermənistan məktəblərində Azərbaycan dili tədris olunacaq
Dünən, 18:11 |
|
|
|
| • Bir nazir, bir agentlik sədri vəzifədən ÇIXARILACAQ - TƏFƏRRÜAT
Dünən, 18:00 |
|
|
|
| • Zaqatala sakinini döyüb öldürən daha bir nəfər SAXLANILDI
Dünən, 17:48 |
|
|
|
| • Eynulla Fətullayevdən Mehdiyevlə bağlı mövqe - Bəlkə, FHN-ə hücum edək?
Dünən, 17:46 |
|
|
|
| • Cənubi Qafqazdan Ağ Evə uzanan yeni "geopolitik tunel" - Tramp bu regionu Qərbin Avrasiya sisteminə birləşdirir
Dünən, 17:42 |
|
|
|
| • Ermənistanda “Trans Akademiyası” yaradılıb: LGBT liderləri yetişdirirlər - MƏNHUS SİYASƏT
Dünən, 16:51 |
|
|
|
| • "Dəyişən yalnız icra başçılarıdır, sistem isə eyni qalır" - ONA GÖRƏ DƏ...
Dünən, 16:48 |
|
|
|
| • AMEA-nın “Gənclər Akademiyası”na sədr təyin edildi - BUNDAN SONRA...
Dünən, 16:40 |
|
|
|
| • “DTX-nın yeni həbslər həyata keçirməsi ehtimalı böyükdür...” - ÇÜNKİ...
Dünən, 14:05 |
|
|
|
| • Ramiz Mehdiyev klanına qarşı “təmizləmə əməliyyatı” sürətlənir, geniş həbslər bu tarixdən başlanacaq - Kürəkəni də...
Dünən, 14:03 |
|
|
|
| • GDU nəzdində Regional Kollecdə nə baş verir? - Emin Əmrullayev və Ülkər Səttarova niyə susur..
Dünən, 13:58 |
|
|
|
| • “Ermənistanda vətəndaş qarşıdurması olacaq”
Dünən, 13:33 |
|
|
|
| • Xalq artisti "Şən gənc"dən niyə getdi?
Dünən, 13:32 |
|
|
|
| • GƏLƏCƏKDƏN GƏLƏN DOVĞA... - SAB HEYRƏTLƏNDİRİR...
Dünən, 13:29 |
|
|
|
| • “Paşinyan İrəvanda Əliyevin şərəfinə məscid tikəcək” - KİV
Dünən, 13:21 |
|
|
|
| • Nazir hamilə arvadının şəklini paylaşdı - Tənqid olundu
Dünən, 13:20 |
|
|
|
| • Ermənilər sərhəddə bunkerlər tikirlər - Orduya yeni silahlar verildi
Dünən, 13:15 |
|
|
|
| • ABŞ məhkəməsi əslən Dmanisidən olan avtoritetə 25 il həbs cəzası verib
Dünən, 13:05 |
|
|
|
| • “Əgər referendum keçirilsəydi, çox riskli olardı” - MÜSAHİBƏ
Dünən, 13:03 |
|
|
|
| • Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzindən 9 milyonluq sifariş - QALİB
Dünən, 13:01 |
|
|
|
| • Bakı razılaşmaları praktiki müstəviyə köçürür - ŞƏRH
Dünən, 12:55 |
|
|
|
| • “Çempionat oyunlarımızda 3-4 min azararkeş görəndə sevinirik” – Qurbanov
Dünən, 12:50 |
|
|
|
| • Sabah bəzi yerlərə yağış yağacaq - belə deyirlər...
Dünən, 12:47 |
|
|
|
| • Vilayət Eyvazov Kürdəmirdə vətəndaş qəbulu və sıra baxışı keçirib - FOTO
Dünən, 12:46 |
|
|
|
| • Müştəri taksidən düşmək istəmədi - Maşını polis şöbəsinə sürdü
Dünən, 12:43 |
|
|
|
| • Tovuzda bacı qardaşını döyüb dişlərini tökdü - TƏFƏRRÜAT
Dünən, 12:41 |
|
|
|
| • G7 ölkələri Ukraynanın enerji sisteminin bərpasına yardım edəcək
Dünən, 12:36 |
|
|
|
| • Naxçıvan Kənd Təsərrüfatı Nazirliyində qalmaqal: İşçilər naziri döyüblər? - "...təzə nazirin danlağının dozası çox olub"
Dünən, 12:34 |
|
|
|
| • Paşinyana ağır ittiham - Revanşistlər müdafiədən çıxır
Dünən, 11:48 |
|
|
|
| • Sərdar Cəlaloğlunun bacısı oğlunun nədə ittiham olunduğu bilindi - Bu qədər cəza gözləyir
Dünən, 11:38 |
|
|
|
| • Qızı şikayət etdi, Sabirabadda direktorun 100 minlik yeyintisi üzə çıxdı - TƏFƏRRÜAT
Dünən, 11:27 |
|
|
|
| • Toy kortejində "iki təkər" qaldıran azərbaycanlıya cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 11:14 |
|
|
|
| • Bu şirkət nazirliyin tenderinə “zerkalnı” məbləğ təklif edib
Dünən, 11:05 |
|
|
|
| • Ramiz Mehdiyevin arvadı da işdən çıxarıldı - ƏMR
Dünən, 11:03 |
|
|
|
| • Məşhur xanəndə duet ortağı ilə SEVGİLİDİR? - özləri aydınlıq gətirdi
Dünən, 10:58 |
|
|
|
| • Gürcüstan Avronest PA-da iştirakını dayandırıb
Dünən, 10:54 |
|
|
|
| • Donald Trampın oğlu Ermənistana səfər edəcək - KİV
Dünən, 10:51 |
|
|
|
| • “İcra başçıları “bir köynək, bir şalvarla” gəlir, gedəndə isə xəzinələri olur” - Partiya sədri
Dünən, 10:46 |
|
|
|
| • "TikTok"da saxta elanlar vasitəsilə dələduzluq edən şəxs saxlanılıb
Dünən, 10:41 |
|
|
|
| • “Oğlumun bədəni 70 faiz çürüyüb, dərman pullarımızı məktublara veririk” -Əməkdar artistdən ürək ağrıdan ETİRAFLAR
Dünən, 10:38 |
|
|
|
| • “Varfarin”lə bağlı YENİ XƏBƏR – Qıtlıq aradan QALXIB?
Dünən, 10:36 |
|
|
|
| • Elmira Rəhimova səhhətindən danışdı - “Həkimlərin nəzarəti altındayam”
Dünən, 10:16 |
|
|
|
| • “Ramiz Mehdiyevin pulu büdcəmizdən çoxdur, Rusiyanın adamıdır...” - Rəşid Mahmudov
Dünən, 10:14 |
|
|
|
| • Elton Məmmədov büdcə vəsaitini banka qoymaqla faiz götürüb? - İDDİA
Dünən, 10:01 |
|
|
|
| • “İcra başçıları özlərini toxunulmaz sayırlar” - Novella Cəfəroğlu
Dünən, 09:54 |
|
|
|
| • Moskvada qətl törədən azərbaycanlılara bu tarixdə HÖKM OXUNACAQ
Dünən, 09:51 |
|
|
|
| • Mahir Əmrəlinin dayısı oğlunun meyiti tapılıb - ARAŞDIRMA BAŞLADI
Dünən, 09:38 |
|
|
|
| • Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatıb - FOTO
Dünən, 09:34 |
|
|
|
|