![Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB...](https://diaaz.space/uploads/posts/2025-02/thumbs/1738994989_0001.jpg)
Beyləqan-Daşburun avtomobil yolunun kənarında, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz obyekt inşa edilir. Rubrika.az-a daxil olan məlumata görə inşa edilən 2 min kvadrat metrlik qanunsuz obyektin tikintisi üçün Dövlət Şəhərsalma və Arxektura Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının icazəsi alınmayıb.
Bildirək ki, tikinti işlərinin aparılması prosedurları və qaydaları, tikinti normativləri Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Ancaq Beyləqan-Daşburun avtomobil yolunun kənarında, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilən obyektdə tikinti normalarına və qaydalarına ümumiyyətlə riayət olunmur.
Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında Beyləqan-Daşburun avtomobil yolunun kənar hissəsində aparılan tikinti barədə heç bir məlumatlara rast gəlinmir.
Rubrika.az saytına daxil olan məlumatda bildirilir ki, qanunsuz tikintinin icazəni Beyləqan rayon icra başçısı Əziz Əzizov verib. Verilən məlumattda boldirilir ki ,qanunsuz tikintiyə icazə üçün icra başçısı ilə xüsusi ' marağlar"çərçivəsində razılaşırılıb.
Məsələ ilə bağlı araşdırmamız davam edir.
![Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB...](https://diaaz.space/uploads/posts/2025-02/1738994996_01.jpg)
![Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB...](https://diaaz.space/uploads/posts/2025-02/1738994928_02.jpg)
![Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB...](https://diaaz.space/uploads/posts/2025-02/1738995017_03.jpg)
![Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB...](https://diaaz.space/uploads/posts/2025-02/1738994941_04.jpg)