“Tramp yolu” gürcülərin də işinə yarayacaq... .....                     Yanğın anından video paylaşdı: Bu restoranı ittiham etdi .....                     “Şayiə yayırlar ki, Tahir partiyanı pulla satıb” .....                     Türkiyə ilə əlaqələrin normallaşmasına Ermənistan yox, Azərbaycan maneə yaradır? .....                     Zaxarovanın Cənubi Qafqaz barədə tənqidi və Rusiya narahatlığı .....                     Vergi xidməti kartla ödənişi təbliğ edir, amma bunlar... .....                     Zaqatalada arılar kütləvi halda MƏHV OLUR .....                     “Musiqili meyxananın banisi Nizami Rəmzidən əvvəl Ağasəlim Çıldaq və Molla Məmməddir” .....                     DOST-un “qızıldan qiymətli” damı: 54 min manata təmir ediləcək .....                     "Onun təhsilə vurduğu ziyanı aradan qaldırmaq üçün 8 il vaxt lazımdır" .....                     Dövlət xərçəngə yoluxanları Allahın ümidinə BURAXIR? .....                     Avropa İttifaqından Ukraynaya görə ABŞ-yə etiraz: İyrənclik edirsiniz .....                     Azərbaycanda tanınmış rəssam vəfat etdi .....                     Türkiyə-İsrail gərginliyi: BAKI NARAHATDIR... .....                     Deputatla bağlı ittiham dolu iddialar... .....                     AZƏRİQAZ işçisi Prezidentdən kömək istəyir .....                     SOCAR-da işçi ixtisarı ƏVVƏLKİ TEMPİNDƏ... .....                     İrəvan Moskvadan uzaqlaşır: Paşinyanın Qazaxıstan səfərinin detalları .....                     "Kənd məktəblərinin bağlanması kəndlərin boşalmasına səbəb ola bilər" .....                     Pulla tikilən evlər pulsuz sökülür .....                     Ermənistan müxalifəti “birləşir” .....                     "Nədənsə onun yanında uşaq kimi oluram..." .....                     Zelenski və Yermak "Instagram"da bir-birini izləmədən çıxardı .....                     Avropa Komissiyası Rusiyaya qarşı 20-ci sanksiya paketinin hazırlanmasına başlayıb .....                     "Tramp Marşrutu" Ermənistan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirəcək .....                     Trampın UKRAYNA PLANI... .....                     Abonentin iştirakı olmadan sayğac dəyişdirilə bilər? .....                     Kamran Qasımov TƏBİB-dən bu quruma getdi .....                     Ermənilərlə danışmağın .....                     AZAL səyahətləri daha rahat edir .....                     Türkiyənin məşhur otellər şəbəkəsinin Bakıda yerləşdiyi obyekt müsadirə olunub .....                     Bakcell lotereyasında 7-ci lüks avtomobil udulub .....                     Tahir Kərimliyə qarşı kampaniyanı Adəm İsmayıl təşkil etdirir? .....                     Almaniyada azərbaycanlıya görə ara qarışıdı .....                     Dövlətə xəyanət etməkdə təqsirləndirilən Zahirəddin İbrahimovun .....                     Aytən Səfərovadan barəsində yayılan iddialara CAVAB .....                     “Napoli”də “Qarabağ”la oyundan öncə gərgin iclas .....                     Ləğv prosesində olan sığorta şirkətinin vergi borcu .....                     Əxlaqsızlığı təbliğ edən meyxanaçı .....                     “Defisə görə müraciət etməyin!” .....                 

Türkiyə ilə əlaqələrin normallaşmasına Ermənistan yox, Azərbaycan maneə yaradır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Tarix: Bu gün, 10:01 | Çap et

Ermənistan xarici işlər naziri Ararat Mirzəyan qəribə açıqlama verib. Öncə o bildirib ki, Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması Ermənistan üçün mühüm prioritetdir. Ardınca qeyd edib ki, İrəvan eyni zamanda, Azərbaycanla əldə olunan sülhün institusional şəkildə möhkəmləndirilməsində də maraqlıdır və hər iki istiqamətdə “səmimi səylər” göstərir.

Daha sonra Mirzəyan iddia edib ki, Ankara ilə normallaşma prosesi guya Bakı ilə sülh danışıqlarından asılı deyil. Bununla belə, o, iki xətt arasında müsbət qarşılıqlı təsirin mümkünlüyünü istisna etməyib: “Əgər bu iki proses arasında səbəb-nəticə əlaqəsi axtarsaq, tam əminliklə deyə bilərik ki, Türkiyə ilə münasibətlərin tam tənzimlənməsi Ermənistan-Azərbaycan normallaşmasına mənfi deyil, əksinə, müsbət təsir göstərə bilər”.

Beləcə, erməni XİN başçısı yenə “atı arabanın arxasına” qoşmağa çalışıb. Çünki cəm iki gün öncə Türkiyə xarici işlər naziri Hakan Fidan demişdi ki, Ankaranın İrəvanla diplomatik münasibətləri yalnız Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra normallaşa bilər. “Azərbaycan və Ermənistan sülh müqaviləsini imzalayanda biz də Ermənistanla münasibətləri normallaşdırmağa hazır olacağıq”, - Fidan vurğulayıb və onu da əlavə edib ki, Türkiyə eyni mövqeni dəfələrlə (!!) bəyan edib və bu siyasətə sadiqdir.

O zaman Mirzəyanın bunun ziddinə fikir söyləməsinin anlamı nə? İrəvan Bakı və Ankaranın arasının dəyəcəyinəmi ümid edir? Yəni ki, Türkiyə ilə əlaqələrin normallaşmasına Ermənistan yox, Azərbaycan maneə yaradır...

Professor Qabil Hüseynlinin sözlərinə görə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Azərbaycan-Ermənistan sülh prosesi ilə sinxronluq təşkil edir. Onun fikrincə, Bakı və Ankara “saat əqrəblərini” tutuşdurur və koordinasiyalı şəkildə hərəkət edir. “Bu da konfidiensial addımlar deyil. Azərbaycan və Türkiyə müttəfiq güclər olaraq bir çox məsələlərdə ortaq mövqedən çıxış edirlər. Biz olmayan tribunada Türkiyə sözümüzü deyir, Türkiyə olmayan platformada biz qardaş mesajını çatdırırıq. Bu baxımdan, Ermənistanla münasibətlər də paralel şəkildə inkişaf etməkdədir. Amma Azərbaycanın Ankara-İrəvan əlaqələrinin tam yaxşılaşmasına əngəl olması iddiaları kökündən yanlışdır”, - deyə Q.Hüseynli belə şərh edib.

Professor bunun belə olmadığını izah edib: “Əvvəla, Ermənistanın Müstəqillik aktında Türkiyənin 6 vilayətinə ərazi iddiası yer alır. Doğrudur, son olaraq Ağrı dağını gerbdən çıxardılar, amma ərazi iddiaları qalır. Ona görə Ermənistan qanunvericiliyə dəyişiklik edəndə təkcə Azərbaycana deyil, Türkiyəyə qarşı ərazi iddialarını da oradan qaldırmalıdır. Ankaranın digər tələbi isə Zəngəzur dəhlizi ilə bağlıdır. Bu koridor açılmadığı halda ”Marqara" keçid məntəqəsi də işə düşməyəcək. O nöqteyi-nəzərdən Mirzəyanın normallaşmaya maneə kimi Azərbaycanı göstərmək istəməsi uğursuz yanaşmadır. Fakt budur ki, Türkiyənin öz tələbləri və gözləntiləri var".

Q.Hüseynlinin sözlərinə görə, yəni Azərbaycan qardaş ölkə qarşısında şərt və ya diktə şəklində tələb qoymayıb ki, Ermənistanla quru sərhədləri açmasın: “Əksinə, hazırkı sülh dönəmində Türkiyə bu addımı atsa belə, Azərbaycan etiraz etməyəcək. Çünki Prezident Qazaxıstanda elan etdi ki, Ermənistana qoyulan tranzit embarqosu aradan qaldırılıb. Bu gün Azərbaycan üzərindən Rusiya və Qazaxıstan taxılı Ermənistana daşınır. Bu mənada, Türkiyənin quru sərhədlər bağlı atacağı addıma Azərbaycanın hər hansı protesti olmayacaq. Sadəcə, regiondakı proseslər, Zəngəzur dəhlizi və ərazi iddiaları məsələsi həllini tapmalıdır. Türkiyənin Ermənistandan ayrıca gözləntiləri var. Odur ki, problem və əngəl yaradan tərəf İrəvandır. Ermənistan dəhlizin tikintisi üçün addım atmayıb, konstitusiyaya düzəliş etməyib, hələ bir Azərbaycanı ittiham edir. Paşinyan hakimiyyəti tələsməlidir ki, bu problemləri yoluna qoyaraq Rusiyanın təsirlərini azaltsın, Türkiyə vasitəsi ilə Avropaya çıxsın”.

Siyasi şərhçi Alim Nəsirov isə hesab edir ki, Mirzəyan bununla Bakı və Ankaranı üz-üzə qoya biləcəyini hesablayıb: “Lakin onun yanlış məntiqi İrəvanın öz işinə xələl gətirir. Ermənistan ərazi iddialarına son qoymasa, qanunvericilik aktlarından onu çıxarmasa münasibətlərin tamamilə normallaşması real deyil. Bakı İrəvana sonuncu ”ev tapşırığı" verib və bunu tezliklə yerinə yetirməlidir. Amma Paşinyan 2026-ci il parlament seçkilərindən sonra referenduma getməyi planlaşdırıb. O deməkdir ki, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları ən azı 2027-ci ilədək Ermənistan konstitusiyasında qüvvədə olacaq. Belə olan halda, Mirzəyan hansı haqla günahı Azərbaycanda görür?"

A.Nəsirovun fikrincə, Ermənistan Türkiyə ilə sərhədlərin açılmasından böyük fayda götürəcək: “Bu, onun iqtisadi cəhətdən Rusiyadan asılılığını azaldacaq. Eyni zamanda, avrointeqrasiya yolunu sürətləndirəcək. Ermənistan bazarlarını türklər götürəcək, inşaat sektorundan tutmuş tekstil sahəsinə qədər ciddi təsiri olacaq. Bu fürsəti dəyərləndirmək istəyən tərəf addımlarını sürətləndirməlidir. Sadəcə, Mirzəyan daxili auditoriyaya hesablanmış bəyanatlar verir”.

Ekspertin sözlərinə görə, rəsmi İrəvan Ermənistan-Türkiyə münasibətlərini, Ermənistan-Azərbaycan münasibətlərindən ayrı tutur: “Hər halda, ermənilərin baş diplomatının dediklərindən gəlinən nəticə bunu deməyə əsas verir. Çünki Mirzəyan Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşmasının İrəvanın Bakı ilə əlaqələrində də müsbət dinamika yarada biləcəyi qənaətinə gəlir. Əslində, buna qənaət demək bir o qədər yerinə düşmür. Erməni nazir müəyyən mənada, şərt dili ilə danışır. Təxminən belə: Ankara Ermənistanın Azərbaycanla münasibətlərini yaxşılaşdırmaq və sülh quruculuğuna töhfə vermək istəyirsə, İrəvanla normallaşma prosesinə getməlidir. Halbuki, Hakan Fidan məsələni fərqli qoymuşdu. Türkiyəli nazir, faktiki olaraq, bildirmişdi ki, Ermənistan üçün Türkiyə iqtisadi planda vacibdir və bu vacibliyin dividend qazandırmasını istəyənlər İrəvanın Bakı ilə sülhə gəlməsinə çalışmalıdırlar”.

“Yeni Müsavat” 











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Tramp yolu” gürcülərin də işinə yarayacaq... - AYDIN OLDU...
Bu gün, 10:19
Yanğın anından video paylaşdı: Bu restoranı ittiham etdi - FOTO, VİDEO
Bu gün, 10:10
“Şayiə yayırlar ki, Tahir partiyanı pulla satıb” - QALMAQAL
Bu gün, 10:05
Türkiyə ilə əlaqələrin normallaşmasına Ermənistan yox, Azərbaycan maneə yaradır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:01
Zaxarovanın Cənubi Qafqaz barədə tənqidi və Rusiya narahatlığı - İNCƏLƏMƏ
Bu gün, 09:50
Vergi xidməti kartla ödənişi təbliğ edir, amma bunlar... - GİLEY
Bu gün, 09:45
Zaqatalada arılar kütləvi halda MƏHV OLUR – Karantin tətbiq olunacaq?
Bu gün, 09:36
“Musiqili meyxananın banisi Nizami Rəmzidən əvvəl Ağasəlim Çıldaq və Molla Məmməddir”
Bu gün, 09:33
DOST-un “qızıldan qiymətli” damı: 54 min manata təmir ediləcək - BU NƏDİ BELƏ?
Bu gün, 09:31
"Onun təhsilə vurduğu ziyanı aradan qaldırmaq üçün 8 il vaxt lazımdır" - ETİRAZ
Bu gün, 09:28
Dövlət xərçəngə yoluxanları Allahın ümidinə BURAXIR? - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 09:27
Avropa İttifaqından Ukraynaya görə ABŞ-yə etiraz: İyrənclik edirsiniz - “Financial Times”
Bu gün, 09:24
Azərbaycanda tanınmış rəssam vəfat etdi
Bu gün, 09:23
Türkiyə-İsrail gərginliyi: BAKI NARAHATDIR... - Görünəni odur ki...
Bu gün, 09:12
Deputatla bağlı ittiham dolu iddialar... - TƏFƏRRÜAT
Bu gün, 09:10
AZƏRİQAZ işçisi Prezidentdən kömək istəyir - MÜRACİƏT
Bu gün, 09:05
SOCAR-da işçi ixtisarı ƏVVƏLKİ TEMPİNDƏ... DAVAM EDİR!
Bu gün, 08:55
İrəvan Moskvadan uzaqlaşır: Paşinyanın Qazaxıstan səfərinin detalları - NƏ BAŞ VERİR?
Bu gün, 08:47
"Kənd məktəblərinin bağlanması kəndlərin boşalmasına səbəb ola bilər" - deputat
Bu gün, 08:45
Pulla tikilən evlər pulsuz sökülür - AKTUAL
Bu gün, 08:44
Ermənistan müxalifəti “birləşir” – Paşinyana qarşı “ümumi hücum” planı
Bu gün, 08:39
"Nədənsə onun yanında uşaq kimi oluram..." - FOTO
Bu gün, 08:22
Zelenski və Yermak "Instagram"da bir-birini izləmədən çıxardı
Bu gün, 08:20
Avropa Komissiyası Rusiyaya qarşı 20-ci sanksiya paketinin hazırlanmasına başlayıb - KİV
Bu gün, 08:18
"Tramp Marşrutu" Ermənistan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirəcək - Paşinyan belə deyir...
Dünən, 18:14
Trampın UKRAYNA PLANI... NƏ QƏDƏR REALDIR?
Dünən, 17:52
Abonentin iştirakı olmadan sayğac dəyişdirilə bilər? - AKTUAL
Dünən, 17:49
Kamran Qasımov TƏBİB-dən bu quruma getdi - ƏMR
Dünən, 17:45
Ermənilərlə danışmağın MƏNASI VARMI?
Dünən, 17:42
AZAL səyahətləri daha rahat edir - minik talonlarını artıq “Apple Wallet” və “Google Wallet”də saxlamaq mümkündür
Dünən, 17:36
Türkiyənin məşhur otellər şəbəkəsinin Bakıda yerləşdiyi obyekt müsadirə olunub - DETALLAR
Dünən, 17:33
Bakcell lotereyasında 7-ci lüks avtomobil udulub
Dünən, 17:29
Tahir Kərimliyə qarşı kampaniyanı Adəm İsmayıl təşkil etdirir? - "Qol-qanadımı qırmaq istəyirlər" - SENSASİON AÇIQLAMA
Dünən, 17:21
Almaniyada azərbaycanlıya görə ara qarışıdı - Polis şöbəsində qarşısında AKSİYA
Dünən, 17:16
Dövlətə xəyanət etməkdə təqsirləndirilən Zahirəddin İbrahimovun həbs müddəti uzadılıb
Dünən, 17:11
Aytən Səfərovadan barəsində yayılan iddialara CAVAB - "Hüquq-mühafizə orqanlarına müraciət etmişəm"
Dünən, 17:10
“Napoli”də “Qarabağ”la oyundan öncə gərgin iclas - Konte onları günahlandırdı
Dünən, 17:07
Ləğv prosesində olan sığorta şirkətinin vergi borcu - 1,3 MİLYON MANATA YAXINLAŞIB
Dünən, 17:00
Əxlaqsızlığı təbliğ edən meyxanaçı - “Dedim, bəlkə, məni anlayar”
Dünən, 16:55
“Defisə görə müraciət etməyin!” - DYP-dən sürücülərə çağırış
Dünən, 16:49
GÜNÜN SUALI: 5 mərtəbəli binanın zirzəmisi necə obyektə çevrildi…. - Hacıbaba Babayev icazə verib?
Dünən, 16:22
Rusiya ordusu Kupyanski ələ keçirdiyini elan etdi -şəhər “tam təmizləndi”
Dünən, 16:09
Elmira Axundovanın yaxın adamı ilə bağlı Ali Məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Dünən, 16:02
Xəzərdə suyun azalması ilə bağlı HƏYƏCAN TƏBİLİ – Qorxunc xəstəliklər ARTA BİLƏR
Dünən, 15:57
Cümşüd Nuriyev Vəhdət Partiyasından xaric edildi - AÇIQLAMA
Dünən, 15:54
Ruslar Kiyevdəki səfirliyimizi vurmalarını ETİRAF ETMİRLƏR... amma təəssüf etdiklərini deyirlər... - səfirimiz Rusiya XİN-də olub...
Dünən, 15:51
"SOCAR AQS" İŞİ: Evində işlətdiyi şəhid xanımının adına texnika alıbmış... - RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?
Dünən, 15:46
Əmrullayev bu cəsarəti haradan alır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:39
İrəvanda ikibaşlı OYUN - GƏLİŞMƏ
Dünən, 15:34
Bir nəfərin dolanması üçün ən azı 443 manat lazımdır – Rəsmi statistikaya istinadən hesablama
Dünən, 15:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru