Dayanıqlı və Opreativ Sosial Təminat Agentliyi (DOST) növbəti tenderinə yekun vurub.
Tribunainfo.az xəbər verir ki, dünən açıqlanan nəticələrə görə, Agentlik DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin inzibati binasının dam örtüyünün əsaslı təmir işləri həyata keçiriləcək.
Məlumatda deyilir ki, tenderin qalibi “CREAT COMPANY” MMC olub. Şirkət DOST-un binasının damını 54 min 421 manata təmir edəcək. Həmin təmir işləri isə 2.683 kvadrat metr sahəni əhatə edəcək.
Qeyd edək ki, “Creat Company” MMC son bir ildə 11 tenderin qalibi olub. Həmin tenderlər əsasən yerli İcra Hakimiyyətlərinin keçirdiklərindən ibarət olub.









