Vergi xidməti kartla ödənişi təbliğ edir, amma bunlar... .....                     Zaqatalada arılar kütləvi halda MƏHV OLUR .....                     “Musiqili meyxananın banisi Nizami Rəmzidən əvvəl Ağasəlim Çıldaq və Molla Məmməddir” .....                     DOST-un “qızıldan qiymətli” damı: 54 min manata təmir ediləcək .....                     "Onun təhsilə vurduğu ziyanı aradan qaldırmaq üçün 8 il vaxt lazımdır" .....                     Dövlət xərçəngə yoluxanları Allahın ümidinə BURAXIR? .....                     Avropa İttifaqından Ukraynaya görə ABŞ-yə etiraz: İyrənclik edirsiniz .....                     Azərbaycanda tanınmış rəssam vəfat etdi .....                     Türkiyə-İsrail gərginliyi: BAKI NARAHATDIR... .....                     Deputatla bağlı ittiham dolu iddialar... .....                     AZƏRİQAZ işçisi Prezidentdən kömək istəyir .....                     SOCAR-da işçi ixtisarı ƏVVƏLKİ TEMPİNDƏ... .....                     İrəvan Moskvadan uzaqlaşır: Paşinyanın Qazaxıstan səfərinin detalları .....                     "Kənd məktəblərinin bağlanması kəndlərin boşalmasına səbəb ola bilər" .....                     Pulla tikilən evlər pulsuz sökülür .....                     Ermənistan müxalifəti “birləşir” .....                     "Nədənsə onun yanında uşaq kimi oluram..." .....                     Zelenski və Yermak "Instagram"da bir-birini izləmədən çıxardı .....                     Avropa Komissiyası Rusiyaya qarşı 20-ci sanksiya paketinin hazırlanmasına başlayıb .....                     "Tramp Marşrutu" Ermənistan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirəcək .....                     Trampın UKRAYNA PLANI... .....                     Abonentin iştirakı olmadan sayğac dəyişdirilə bilər? .....                     Kamran Qasımov TƏBİB-dən bu quruma getdi .....                     Ermənilərlə danışmağın .....                     AZAL səyahətləri daha rahat edir .....                     Türkiyənin məşhur otellər şəbəkəsinin Bakıda yerləşdiyi obyekt müsadirə olunub .....                     Bakcell lotereyasında 7-ci lüks avtomobil udulub .....                     Tahir Kərimliyə qarşı kampaniyanı Adəm İsmayıl təşkil etdirir? .....                     Almaniyada azərbaycanlıya görə ara qarışıdı .....                     Dövlətə xəyanət etməkdə təqsirləndirilən Zahirəddin İbrahimovun .....                     Aytən Səfərovadan barəsində yayılan iddialara CAVAB .....                     “Napoli”də “Qarabağ”la oyundan öncə gərgin iclas .....                     Ləğv prosesində olan sığorta şirkətinin vergi borcu .....                     Əxlaqsızlığı təbliğ edən meyxanaçı .....                     “Defisə görə müraciət etməyin!” .....                     GÜNÜN SUALI: 5 mərtəbəli binanın zirzəmisi necə obyektə çevrildi…. .....                     Rusiya ordusu Kupyanski ələ keçirdiyini elan etdi .....                     Elmira Axundovanın yaxın adamı ilə bağlı Ali Məhkəməyə müraciət edildi .....                     Xəzərdə suyun azalması ilə bağlı HƏYƏCAN TƏBİLİ .....                     Cümşüd Nuriyev Vəhdət Partiyasından xaric edildi .....                 

Türkiyə-İsrail gərginliyi: BAKI NARAHATDIR... - Görünəni odur ki...
Tarix: Bu gün, 09:12 | Çap et

“Türkiyə bu gün İsrail dövləti üçün ən ciddi təhlükədir”. Bunu İsrailin diasporla iş üzrə naziri Amiçay Çikli deyib. “Türkiyənin təcrid olunması üçün xarici əlaqələrdə hər şeyi etməliyik”, - nazir bildirib.

Ankara və Təl-Əviv arasında münasibətlərin Qəzza hadisələrinə görə ən aşağı səviyyəyə düşdüyü sirr deyil.

Nə vaxtsa əlaqələrin əvvəlki normal səviyyəyə qayıtması mümkün olacaqmı? Bunun üçün daha çox hansı tərəf addım atmalıdır?

Sabiq maliyyə naziri, professor, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”da mövcud durumdan Azərbaycan tərəfin çox narahat olduğunu söylədi: “Hər iki tərəf bizim yaxın müttəfiqimiz və dostumuzdur. Türkiyə isə həm də bizə qardaş ölkədir - kökümüz bir, dilimiz bir, dinimiz birdir. Bu gün yəhudilərin dünyada bəlkə də yaşadıqları ən təhlükəsiz məkan Azərbaycandır. Onlar bunu yaxşı bilir və dəyərləndirirlər. Ona görə də İsrail dövlətinin rəsmiləri və bütövlükdə yəhudilər Azərbaycanla dostluqdan məmnundurlar 44 günlük müharibədə bu dost və qardaş ölkələrin hər biri bizə ürəkdən dəstək verdilər.

Bütün bunların fonunda bu gün Türkiyə ilə İsrail arasında baş verənlər ən çox bizə təsir edir. Lakin təəssüf ki, Azərbaycan hökumətinin bu istiqamətdə səyləri də hələ ki bir nəticə vermir. Türkiyə və İsrailin hər birinin yerləşdikləri bölgədə öz maraqları var və onların hər biri nə olursa olsun, bu maraqları maksimum reallaşdırmağa çalışırlar. Gərginliyin bugünkü səviyyəsi də bunu deməyə əsas verir ki, tərəflər bir-birinə güzəştə getməkdən, qarşılıqlı anlaşmaqdan uzaqdılar. Ancaq böyük regionun bu iki güc sahibi, nəhayət, tək öz dövlətlərinin deyil, regionun da təhlükəsizliyi naminə bir araya gəlməkdən başqa yol olmadığını bir gerçək kimi dəyərləndirməli və qəbul etməlidilər. Türkiyə ilə İsrail arasında hərbi münaqişə nə Türkiyəyə, nə İsrailə, nə də regionun hər hansı bir ölkəsinə lazımdır. Belə bir münaqişə baş verərsə, bu, bütövlükdə beynəlxalq aləm üçün ciddi fəsadlar yaradacaq qədər təhlükəli ola bilər. Dünya dörd ildir ki, Rusiyanın Ukraynaya hərbi təcavüzünü dayandıra bilmir. Bu arada Türkiyə-İsrail hərbi münaqişəsi ciddi silkələnmələrə və çox acı nəticələrə gətirib çıxara bilər. Odur ki, tərəflər özlərində bir araya gəlmək üçün güc tapmağa məkumdular...

Türkiyə-İsrail münasibətlərində yaranmış bugünkü gərginliyin əsas günahkarlarından biri İrandır. İran müsəlman dövləti olaraq on illər boyu İsraili məhv edəcəyi ilə hədələməsəydi və bu məqsədi reallaşdırmaq üçün yüz milyardlarla dollar xərcləyib Yaxın Şərq bölgəsində onlarla proksilər yaratmasaydı, bəlkə də biz bu gün Türkiyə ilə İsrail arasında baş verənlərə şahidlik etməzdik".

“Ədalət” partiyasının sədri Mütəllim Rəhimlinin sözlərinə görə, İsrail-Türkiyə münasibətiləri durmadan gərginləşməkdədir: “Hər iki dövlət regional liderlik uğrunda mübarizə aparır və heç biri də geri çəkilmək niyyətində deyil. Dünyada dövlətlərin münasibətlərinin yenidən formalaşdırıldığı və nüfuz dairəsi uğrunda mübarizə getdiyi bir vaxtda regionun iki güclü dövləti olaraq Türkiyə və İsrailin qarşı-qarşıya durması gözlənilən idi.

İsrail özünün siyasi, hərbi gücündən və beynəlxalq dəstəyindən istifadə edərək region dövlətləri arasında parçalanma və gərginlik yaratmaqla onlar üzərində dominantlıq etməkdədir. 1948-ci ildə yaradılandan bəri BMT tərəfindən tanınan ərazilərini xeyli genişləndirməyə nail olub. Hazırda da qonşuları ilə müharibə vəziyyətindədir.

“Vəd edilmiş torpaqlar” dini inancı İsraili reallıqdan çıxararaq təhlükəli oyunçuya çevirib. Türkiyənin Adana, Qaziantep, Van, Diyarbəkir və ətraf əraziləri, Səudiyyə Ərəbistanının şimalı, Təbuk və əsasən vaxtilə yəhudilərin yaşamış olduğu Xeybər adlanan ərazilər “Böyük İsrail”in" ərazisi “sayılır”. Vaxtilə Misirin Sina yarımadasını, Suriyanın Qolan təpələrini, Fələstinin əsas ərazisinin indi də davam edən işğalı “Böyük İsrail” planının bir hissəsidir. 2025-ci ildə bütün dünyanın gözü qarşısında İsrail sözün həqiqi mənasında Qəzzanın altını üstünə çevirdi, əhalini öldürdü, yaxud köçməyə məcbur etdi.

İsrailin region üçün belə təhlükəli oyunlarına qarşı yalnız Türkiyə cəsarətli şəkildə müqavimət göstərir. Buna görə də Türkiyə faktiki olaraq İsrailin planlarının qarşısında böyük əngəl kimi görsənir. Türkiyə İsrailə qarşı parçalanmış ərəb ölkələrini səfərbər etmək potensialına malikdir. Bu isə İsrail üçün qorxunc və arzuolunmaz amil hesab olunur. Türkiyənin belə davranışı ərəb ölkələri və xalqları üçün də ilhamverici mənbə ola bilər. Bundan başqa Türkiyənin malik olduğu hərbi potensial və hər il onu artırmaq əzmi də İsraili narahat edir. Ən müasir silahlara və hava hücumlarından müdafiə vasitələrinə malik olsa da ərazisinin kiçikliyi İsrailin zəif yeridir. Bu amil onu Türkiyənin qarşısında gücsüz edir. Buna baxmayaraq, bu yaxınlarda İsrailin keçmiş hərbi rəhbərlərindən biri ölkəsinin qısa zaman ərzində Türkiyəyə qalib gələ biləcəyini iddia etmişdi. Təbii ki, bu açıqlama Türkiyənin hərbi, siyasi və diplomatik gücünün doğurduğu narahatlıqdan qaynaqlanır.

Türkiyənin Qətərlə qurduğu əməkdaşlıq rəsmi Dohanı İsrailin basqısından qurtarıb. Səudiyyə Ərəbistanı, Misir, Suriya, Fələstinlə yaradılan münasibətlər də İsraili ciddi narahat etməyə bilməz.

Silahlanmaya fövqəladə dərəcədə diqqət yetirən İsrail artıq Türkiyənin regional iddialarının qarşısında aciz vəziyyətə düşməkdədir. Müharibə ilə onun Türkiyəyə qalib gəlmək şansı yoxdur. Bu halda ərəb ölkələri də Türkiyəyə dəstək verə və müsəlman həmrəyliyi nümayiş etdirə bilərlər. Ona görə də İsrail alternativ variantdan istifadə haqqında düşünməyə başlayıb. Bu da Türkiyəyə beynəlxalq səviyyədə təzyiq göstərilməsi və onun təcrid olunmasıdır. Bu sınaqdan çıxmış variantdır. Lakin artıq bununla Türkiyəni dayandırmaq mümkün deyil. Çünki o tək deyil və onunla birlikdə olan İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı var. Hazırda Türkiyə-İsrail münasibətlərinin normallaşmasından danışmaq çox tezdir. Hətta nəzəri olaraq mümkün deyil. Ona görə də yaxın gələcəkdə gərginliyin artacağını müşahidə edə bilərik".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vergi xidməti kartla ödənişi təbliğ edir, amma bunlar... - GİLEY
Bu gün, 09:45
Zaqatalada arılar kütləvi halda MƏHV OLUR – Karantin tətbiq olunacaq?
Bu gün, 09:36
“Musiqili meyxananın banisi Nizami Rəmzidən əvvəl Ağasəlim Çıldaq və Molla Məmməddir”
Bu gün, 09:33
DOST-un “qızıldan qiymətli” damı: 54 min manata təmir ediləcək - BU NƏDİ BELƏ?
Bu gün, 09:31
"Onun təhsilə vurduğu ziyanı aradan qaldırmaq üçün 8 il vaxt lazımdır" - ETİRAZ
Bu gün, 09:28
Dövlət xərçəngə yoluxanları Allahın ümidinə BURAXIR? - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 09:27
Avropa İttifaqından Ukraynaya görə ABŞ-yə etiraz: İyrənclik edirsiniz - “Financial Times”
Bu gün, 09:24
Azərbaycanda tanınmış rəssam vəfat etdi
Bu gün, 09:23
Türkiyə-İsrail gərginliyi: BAKI NARAHATDIR... - Görünəni odur ki...
Bu gün, 09:12
Deputatla bağlı ittiham dolu iddialar... - TƏFƏRRÜAT
Bu gün, 09:10
AZƏRİQAZ işçisi Prezidentdən kömək istəyir - MÜRACİƏT
Bu gün, 09:05
SOCAR-da işçi ixtisarı ƏVVƏLKİ TEMPİNDƏ... DAVAM EDİR!
Bu gün, 08:55
İrəvan Moskvadan uzaqlaşır: Paşinyanın Qazaxıstan səfərinin detalları - NƏ BAŞ VERİR?
Bu gün, 08:47
"Kənd məktəblərinin bağlanması kəndlərin boşalmasına səbəb ola bilər" - deputat
Bu gün, 08:45
Pulla tikilən evlər pulsuz sökülür - AKTUAL
Bu gün, 08:44
Ermənistan müxalifəti “birləşir” – Paşinyana qarşı “ümumi hücum” planı
Bu gün, 08:39
"Nədənsə onun yanında uşaq kimi oluram..." - FOTO
Bu gün, 08:22
Zelenski və Yermak "Instagram"da bir-birini izləmədən çıxardı
Bu gün, 08:20
Avropa Komissiyası Rusiyaya qarşı 20-ci sanksiya paketinin hazırlanmasına başlayıb - KİV
Bu gün, 08:18
"Tramp Marşrutu" Ermənistan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirəcək - Paşinyan belə deyir...
Dünən, 18:14
Trampın UKRAYNA PLANI... NƏ QƏDƏR REALDIR?
Dünən, 17:52
Abonentin iştirakı olmadan sayğac dəyişdirilə bilər? - AKTUAL
Dünən, 17:49
Kamran Qasımov TƏBİB-dən bu quruma getdi - ƏMR
Dünən, 17:45
Ermənilərlə danışmağın MƏNASI VARMI?
Dünən, 17:42
AZAL səyahətləri daha rahat edir - minik talonlarını artıq “Apple Wallet” və “Google Wallet”də saxlamaq mümkündür
Dünən, 17:36
Türkiyənin məşhur otellər şəbəkəsinin Bakıda yerləşdiyi obyekt müsadirə olunub - DETALLAR
Dünən, 17:33
Bakcell lotereyasında 7-ci lüks avtomobil udulub
Dünən, 17:29
Tahir Kərimliyə qarşı kampaniyanı Adəm İsmayıl təşkil etdirir? - "Qol-qanadımı qırmaq istəyirlər" - SENSASİON AÇIQLAMA
Dünən, 17:21
Almaniyada azərbaycanlıya görə ara qarışıdı - Polis şöbəsində qarşısında AKSİYA
Dünən, 17:16
Dövlətə xəyanət etməkdə təqsirləndirilən Zahirəddin İbrahimovun həbs müddəti uzadılıb
Dünən, 17:11
Aytən Səfərovadan barəsində yayılan iddialara CAVAB - "Hüquq-mühafizə orqanlarına müraciət etmişəm"
Dünən, 17:10
“Napoli”də “Qarabağ”la oyundan öncə gərgin iclas - Konte onları günahlandırdı
Dünən, 17:07
Ləğv prosesində olan sığorta şirkətinin vergi borcu - 1,3 MİLYON MANATA YAXINLAŞIB
Dünən, 17:00
Əxlaqsızlığı təbliğ edən meyxanaçı - “Dedim, bəlkə, məni anlayar”
Dünən, 16:55
“Defisə görə müraciət etməyin!” - DYP-dən sürücülərə çağırış
Dünən, 16:49
GÜNÜN SUALI: 5 mərtəbəli binanın zirzəmisi necə obyektə çevrildi…. - Hacıbaba Babayev icazə verib?
Dünən, 16:22
Rusiya ordusu Kupyanski ələ keçirdiyini elan etdi -şəhər “tam təmizləndi”
Dünən, 16:09
Elmira Axundovanın yaxın adamı ilə bağlı Ali Məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Dünən, 16:02
Xəzərdə suyun azalması ilə bağlı HƏYƏCAN TƏBİLİ – Qorxunc xəstəliklər ARTA BİLƏR
Dünən, 15:57
Cümşüd Nuriyev Vəhdət Partiyasından xaric edildi - AÇIQLAMA
Dünən, 15:54
Ruslar Kiyevdəki səfirliyimizi vurmalarını ETİRAF ETMİRLƏR... amma təəssüf etdiklərini deyirlər... - səfirimiz Rusiya XİN-də olub...
Dünən, 15:51
"SOCAR AQS" İŞİ: Evində işlətdiyi şəhid xanımının adına texnika alıbmış... - RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?
Dünən, 15:46
Əmrullayev bu cəsarəti haradan alır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:39
İrəvanda ikibaşlı OYUN - GƏLİŞMƏ
Dünən, 15:34
Bir nəfərin dolanması üçün ən azı 443 manat lazımdır – Rəsmi statistikaya istinadən hesablama
Dünən, 15:26
Bəhram Bağırzadə sənətdən getdi - AÇIQLAMA
Dünən, 15:17
Maşın vuran keçmiş nazirlik işçisinin barəsində cinayət işi açılıbmış... - TƏFƏRRÜAT
Dünən, 15:12
“Veysəloğlu–Rossmann” əməkdaşları Almatıda keçirilən beynəlxalq təlimdə iştirak edib
Dünən, 15:02
Nar AzTU tələbələri üçün karyera inkişafı təlimi keçib
Dünən, 14:57
“Veysəloğlu Distribusiya”nın rəhbər heyəti Böyük Britaniyada qabaqcıl logistika təcrübələri ilə tanış olub - FOTO
Dünən, 14:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru