Rusiya ilə NATO arasında yeni toqquşma meydanı: Baltikyanı .....                     "Melaniya Tramp: kölgədən çıxan və siyasətə təsir edən birinci xanım" .....                     "Yolu vermişəm cavanlara, onlar çıxsın" .....                     BMT-də Azərbaycanın bəyanatı səsləndirilib .....                     Azərbaycan Prezidentinin ABŞ-a səfəri zamanı əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət daşıyır .....                     İngilis dili ikinci Ana dilimizə necə çevrilə bilər... .....                     Rusların artıq “oyanıb” reallığı qəbul etməsinin vaxtı çatıb .....                     Putin Gerasimovdan hədiyyə gözləyir, yoxsa qovacaq .....                     Azərbaycan–İsrail münasibətləri: Susulanlar və qınananlar .....                     Biz güclüyüksə... NƏDƏN iş dalınca Gürcüstana gedirik? .....                     Paşinyan seçkidə uduzsa, sülh müqaviləsi dalana dirənəcək .....                     Həbs olunan azərbaycanlı generalın işi üzrə rəis də TUTULDU .....                     Putin Moskvada Trampla görüşməyə hazırdır .....                     Bakıda həbsdə olan Vardanyanın adamının qətli... .....                     Rusiya Moldovaya nəzarət etməyə çalışır .....                     Sübhani gedər ayaqda da içinin çirkini tökdü... .....                     Xaçmazda şəhidlərimizin əziz xatirəsi yad edilib .....                     "Respublikanski"ni diqqətlə yoxlayın; onda görəcəksiniz ki... .....                     "Onların qəhrəmanlığı heç zaman unudulmayacaq" .....                     Gömrük qapılarında DÖVLƏTİ QARƏT EDƏN quldur şəbəkəsi... .....                     Avropa hər ay Rusiyadan 1 milyard avro dəyərində neft və qaz alır .....                     "Çətin günlərdən qorxmayın..." .....                     Prezidentin çıxışı Rusiyanın bəzi dairələrini niyə narahat edib? .....                     Ermənistanın Süniki kimə daha çox lazımdır: Amerikaya, İrana, Avropaya, ya Rusiyaya? .....                     “AccessBank”ın başından problem əskik olmur... .....                     Dövlət çətiri altında qurulan QUMAR BİZNESİ İFLAS HƏDDİNDƏ... .....                     Veteranlara verilən 80 manat... ARTACAQMI? .....                     Fərid Əsgərov generalı işdən ÇIXARDI .....                     "Çörəyiniz çıxan orqanı belə urvatsız etməyin!" .....                     Bu Türk xalqı Putinin əlinə oynayır... .....                     İrəvanda ara qızışır: yeni oyunçu meydanda .....                     Paşinyanı hakimiyyətdən yalnız terrorla devirə bilərlər .....                     Lavrovdan şok: İrana yeni hücumlar olacaq .....                     Paşinyan və Quterreş Ermənistan-Azərbaycan sülh sazişinin paraflanmasını müzakirə edib .....                     Ərzaq qıtlığı təhlükəsi: Çıxış yolu varmı? .....                     Qafqaz üçün yeni bir mərhələnin başlanğıcını gördük .....                     Rusiya keniyalıları zorla Ukrayna cəbhəsinə göndərir .....                     "Bu, Azərbaycan diplomatiyasının növbəti uğurudur" .....                     Bakıya ağlasığmaz şərt: .....                     Şuşada 12 binanı 31 milyon manata tikəcək .....                 

Ermənistanın Süniki kimə daha çox lazımdır: Amerikaya, İrana, Avropaya, ya Rusiyaya? - BBC yazır
Tarix: Dünən, 12:04 | Çap et

DİA-AZ “BBC News Azərbaycanca”nın hazırladığı materialı təqdim edir:

Son illərdə Ermənistanın cənubundakı Sünik vilayəti İrəvanla Bakı arasında yeni münaqişə zonasına və Qarabağ ermənilərinin qaçdığı qapıya çevrilib. İndi isə hər iki ölkənin liderləri aralarında sülhün bərqərar olduğunu deyirlər, Sünikdən isə ABŞ, Rusiya və Avropa İttifaqının maraqlarının kəsişdiyi ticarət yolunun bir hissəsi olan "Tramp marşrutu" keçəcək.

"Biz Tramp yolu üzərindəyik, həmçinin "Sülh kəsişməsi", "İpək yolu", "Zəngəzur dəhlizi" və "Sünik qapısı" kimi tanınan bu yoldayıq. Amma görünüşü belədir", - deyə jurnalist Marut Vanyan əllərini açaraq bildirir.

Ətrafda Ermənistanla İran sərhədində sovet dövründən qalmış dəmir yolunun xarabalıqları var. Onun tikintisi hələ Rusiya imperiyası dövründə başlamışdı və sonradan Bakı–İrəvan dəmir yolu magistralının bir hissəsinə çevrilmişdi. İndi isə bu xətdən cəmi on-on beş metr rels və bir neçə paslı vaqon qalıb.

Marut Vanyan
Marut Vanyan 2023-cü ilin sentyabrında Qarabağdan qaçıb.


Sözügedən tərk edilmiş stansiyanın, şüşələri sınmış pəncərələrinin qarşısında Bakı komissarı Stepan Şaumyanın büstündən qalmış postament durur. Komissarın başının qalıqları yan tərəfə atılıb. Nisbətən yaxşı qalmış başqa bir heykəl isə ya kəndli qadın, ya da fəhlə obrazıdır; yalnız qolu qopub.

"Bura hələ ki, heç də Amerika üslubunda görünmür", — deyə Marut zarafatla əlavə edir. Onun 42 yaşı var, intellektual görkəmi: arıq bədəni, eynəkləri, düşüncəli baxışı ilə yanaşı, sonsuz zarafatları ilə seçilir: "Niyə ermənilər aspirini sevmir? Çünki o, ağrını azaldır!"

Ermənistanın cənubundan keçən dəmir yolu Qarabağ uğrunda müharibənin başlandığı 1990-cı illərin əvvəllərində dağıdılıb.

Otuz il sonra, Azərbaycan mübahisəli ərazi üzərində nəzarəti bərpa etdikdə, sülh öz-özünə geri dönmədi.

Prezident İlham Əliyev Sünikdən keçən bir dəhlizin açılmasını tələb edirdi, bu bölgə həm də Zəngəzur adlanır - layihənin ilkin adı da buradan gəlir: Zəngəzur dəhlizi.

Bu dəhliz ölkəni onun eksklavı olan Naxçıvanla birləşdirməlidi.

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistandan keçən yüklərə sərhəd və gömrük nəzarətinin tətbiq olunmasında israr edirdi, lakin Bakı bu dəhlizin heç bir yoxlama olmadan açılmasını istəyirdi.

Sərhədlərdə toqquşmalar baş verirdi və Ermənistanda bir çoxları Sünikdə yeni müharibə gözləyirdi.

Marut üçün bu o demək idi ki, 2023-cü ilin sentyabrında Qarabağdan Ermənistana qaçdıqdan sonra, bir müharibə teatrından digərinə düşmüşdü: bu bölgə növbəti münaqişə zonasına çevrilə bilərdi.

Qaliblər və məğlublar yer dəyişmişdi: əgər 1990-cı illərdə bütün azərbaycanlı əhali erməni qoşunlarının hücumundan qaçaraq Qarabağdan çıxmışdısa, indi Azərbaycan ordusunun əməliyyatı nəticəsində bütün Qarabağ erməniləri bölgəni tərk etmişdi.

2023-cü ildə Qarabağlıların yolundakı ilk dayanacaq məhz Ermənistanın cənubundakı Sünik vilayəti oldu, lakin Marut dərhal burada məskunlaşmadı.

Onun qohumları İrəvanda yerləşdi, çünki orada iş tapmaq daha asan idi, Marut isə iki il ərzində qaçqın statusunda altı ünvanı dəyişdi və nəhayət Sünikə qayıtdı.

Burada yaşamaq daha ucuzdur, adət-ənənələr Qarabağdakına daha yaxındır və yerli sakinlər demək olar ki, Qarabağ ermənilərinin danışdığı eyni dialektdə danışırlar.

"Tramp marşrutu" elan olunan kimi Marut onun üçün seçilən yerə yollanıb

Bu müddət ərzində bölgə xeyli dəyişib.

Qədim Qoris şəhəri Dağlıq Qarabağa gedən yolun əsas dayanacağı idi, lakin əvvəllər işlək olan yol indi tikanlı məftillərə aparır.

Bu yolda böyük mehmanxana yerləşir. Əvvəllər Ermənistan Prezidenti, Rusiya və Qərb jurnalistləri burada qalırdı, indi boşdur.

Foyedə və pilləkənlərdə işıq yoxdur.

Marut azsaylı sakinlərdən biridir.

O, çox sadə şəraitli bir otaqda böyük endirimlə qalmaq üçün razılaşıb.

İstilik sistemi yoxdur, çünki bir qonaq üçün onu işə salmayacaqlar.

Əlavə ödənişlə elektrikli qızdırıcı götürmək mümkündür.

İndi Sünikin gələcəyi ABŞ Prezidenti Donald Tramp ilə bağlıdır, o, "Zəngəzur dəhlizi" ətrafındakı mübahisəni gözlənilmədən həll etdi.

Avqust ayında o, Ermənistan və Azərbaycan liderlərini Ağ Evdə qəbul etdi və onlar kompromisə gəldilər.

Yolun idarəçiliyi 99 ilə qədər müddətə bir Amerika şirkətinə veriləcək və marşrut "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" adlanacaq (ingilis dilində qısaltması - TRIPP).

Ermənistanla İran arasında sərhəd Araz çayı boyunca keçir.

Dəmir yolundan əlavə, bu razılaşmada qaz kəməri, neft kəməri və optik-lifli kabelin çəkilməsini də nəzərdə tutulur.

İndi həm Əliyev, həm də Paşinyan deyirlər ki, iki ölkə arasında sülh bərqərar olub və artıq müharibə olmayacaq.

Tramp da mütəmadi olaraq, münaqişənin başa çatması barədə hesabat verir, baxmayaraq ki, Ermənistanı Albaniya, Azərbaycanı isə Kamboca ilə qarışdırır.

Əslində sülh müqaviləsi hələ imzalanmayıb və 2026-cı ilin ortalarına qədər imzalanması da çətin görünür.

"Tramp marşrutu"nun necə görünəcəyi də hələ məlum deyil.

Əliyevin Ermənistan tərəfinin heç bir yoxlama aparmadığı bir dəhliz tələbindən imtina edib-etməyəcəyi də aydın deyil.

Bu tələb Paşinyanın qəbul etməyə hazır olmadığı demək olar ki, yeganə şərt olaraq qalır.

Lakin Trampın müdaxiləsi yalnız iki ölkə arasındakı münasibətləri deyil, həm də əvvəllər Rusiyanın dominant olduğu postsovet məkanındakı geosiyasi vəziyyəti köklü şəkildə dəyişə bilər.

ABŞ Dövlət Departamentinin rəsmisi sentyabr ayının sonunda bəyan edib ki, Cənubi Qafqaz və Mərkəzi Asiya Vaşinqton üçün uzunmüddətli maraq kəsb edir.

Sünikdə yeni müharibə olmasın deyə dua edirlər.

Sentyabrda Dövlət Departamentinin digər yüksək vəzifəli nümayəndəsi İrəvana səfər edib və marşrut üzrə işlərin başlanması üçün ABŞ-ın 145 milyon dollar ayıracağını açıqlayıb.

Əgər 2020-ci ilin sonunda müharibənin dayandırılması ilə bağlı razılaşma (onun sözlərinə görə), şəxsən Vladimir Putin tərəfindən rus dilində hazırlanmışdısa, yeni sülh müqaviləsinin mətni Vaşinqtonda təsdiqlənib və ingilis dilində yazılıb.

Moskva bu yolun açılmasında aparıcı rol oynamaq iddiasında idi, lakin indi bu yol ABŞ Prezidentinin adını daşıyacaq və Rusiyaya bu layihədə heç bir rol verilməyib.

Kreml istəyirdi ki, yolu Rusiya FSB-nin sərhəd qoşunları qorusun, lakin həm Azərbaycan, həm də Ermənistan bunu istisna edir.

Ruslar hələ də Ermənistanla İran sərhədində - Tramp marşrutunun keçməli olduğu ərazidə xidmət aparırlar.

Ermənilərin Qarabağı tərk etməsindən sonra Qoris öz əhəmiyyətini itirdi

Biz bunu öz gözümüzlə gördük: qarşımızda "Rusiya FSB-nin Sərhəd Xidməti" yazısı olan "UAZ Patriot" avtomobili park etdi.

Avtomobildən geyimində ayı və Rusiya üçrəngli bayrağı təsvir əks olunmuş nişan olan bir gənc çıxdı.

Onu yalnız bir şey maraqlandırırdı: dronu kim uçurur?

Dronu biz uçurmamışdıq.

Moskva gözlənildiyi kimi ABŞ-ın Cənubi Qafqazda fəallaşmasına əsəbi reaksiya verdi.

"Qərb sistemli şəkildə Rusiyanı sərhədlərimiz boyunca bizi qonşu dövlətlər (keçmiş qardaş sovet respublikaları) vasitəsilə düşmənçiliklə əhatə etməyə davam edir. Qafqaz qonşularımız - Azərbaycan və Ermənistanda yeni dönüşlər baş verir", - deyə Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin yazıb.

Lakin Bakı və İrəvandakı ekspertlər öz "düşmənçiliyini" Qərbin oyunları ilə deyil, Rusiyanın bölgədəki sərt siyasəti və Ukraynadakı müharibəsi ilə izah edirlər.

Elə burada, Sünikdə, Ermənistanın ən böyük vergi ödəyicisi yerləşir və bu müəssisə də ruslara məxsusdur.

Zəngəzur mis-molibden kombinatı dağlarda yerləşən nəhəng açıq mədən sahəsidir.

Ermənistanın Avropa İttifaqına üzv olmaq kursunu elan etməsinə baxmayaraq, 2022-ci ildə Nikol Paşinyan hökuməti bu müəssisənin ABŞ və Britaniya sanksiyaları altında olan rus milyarderinə yaxın şirkətlərə verilməsini təsdiqlədi.

Lakin Rusiyanın təsirindən daha aydın şəkildə burada İranın varlığı hiss olunur.

Sünik İran İslam Respublikası üçün əsas ticarət mərkəzidir.

Yollarda İran nömrəli yük maşınları hərəkət edir, vilayət mərkəzi Kapan şəhərində isə telefonla biznes müzakirə edən, qalın jilet geyinmiş İranlı biznesmenlər görünür.

İki ölkə arasındakı sərhəd Araz çayı boyunca uzanır və "Tramp marşrutu" məhz bu çayın kənarı ilə keçməlidir.

"Tramp marşrutu" ilə bağlı danışıqlar hələ yeni başlamış olsa da, İran şirkətləri artıq Araz çayı üzərindən həm Ermənistana, həm də Azərbaycana yeni körpülər tikirlər.

Arxivi olan noutbuk Marutun Qarabağdan çıxara bildiyi yeganə şey idi.

Bu körpülərdən biri faktiki olaraq, ABŞ Prezidentinin adını daşıyacaq yolun üzərindən keçir.

ABŞ-ın İsrailin İranla müharibəsindəki son iştirakı nəzərə alınarsa, Amerika və İran şirkətlərinin Ermənistanın Sünik vilayətində sülh şəraitində birgə fəaliyyət göstərə biləcəyi suallar doğurur.

İran həmçinin Ermənistana təbii qaz tədarük edir, bu qaz elektrik enerjisinə çevrilir və sonra geri, İrana ixrac olunur.

Regionda daha bir oyunçu Avropa İttifaqıdır, o, gələcək marşrutu Rusiyadan yan keçməklə Avropanı Mərkəzi Asiya və Çinlə birləşdirən "Orta Dəhliz"in bir hissəsi kimi görür.

Sünikdə Aİ-nin monitorinq missiyası fəaliyyət göstərir, bu missiya Ermənistan-Azərbaycan sərhədində atəşkəsin qorunmasına nəzarət edir.

Regionda yaxın zamanlarda Fransanın konsulluğu da açılıb, bu ölkə qarabağlı qaçqınlar üçün sosial proqramları maliyyələşdirir və hətta Ermənistana silah satır, formal olaraq qarşı tərəflərdə dayansalar da: Fransa NATO-nun, Ermənistan Rusiyanın rəhbərlik etdiyi KTMT blokunun üzvüdür.

"Ermənistan hakimiyyəti deyir ki, hər şey yaxşı olacaq, milyardlarla investisiya gələcək, yollar açılacaq, İranla, Amerika ilə, Avropa ilə, Türkiyə ilə, Azərbaycanla ticarət aparacağıq, hər şey yaxşı olacaq", - deyə Marut Vanyan gülümsəyərək bildirir.

O bu proqnozlara inanmağa tələsmir.

Sünik sakinləri son beş ildə yeni müharibə qorxusu ilə yaşayıblar.

Marut hər gün YouTube-da erməni ekspertlərin çıxışlarına baxır, onların çoxu Azərbaycanın Ermənistana yenidən hücum edəcəyinə əmindirlər.

Müxalifətçi şərhçilər yaxın müharibəni proqnozlaşdırır, hakimiyyətə yaxın olanlar isə əksinə, sülh və açıq sərhədlər vəd edirlər.

Onlar Ermənistanın əvvəlki rəhbərlərini tənqid edirlər, guya Qarabağ uğrunda münaqişəni Ermənistanın öz maraqlarından üstün tutublar.

"İndi hər şey sakitdir. Amma sabah nə olacağını bilmirik", - deyə Marut ah çəkir.

Lakin Ermənistan hakimiyyətini tənqid edənlər belə Vaşinqton görüşündən sonra sərhəd kəndlərinin bir dəfə belə atəşə tutulmadığını inkar edə bilmirlər.

Yeni münaqişə ilə bağlı daimi spekulyasiyalar insanların həyat enerjisini iflic edir: xüsusilə müharibədən yeni qaçanlar üçün.

Musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya ilə NATO arasında yeni toqquşma meydanı: Baltikyanı - NƏ BAŞ VERİR?
Bu gün, 02:36
"Melaniya Tramp: kölgədən çıxan və siyasətə təsir edən birinci xanım" - "The Times"
Bu gün, 02:35
"Yolu vermişəm cavanlara, onlar çıxsın"
Bu gün, 02:30
BMT-də Azərbaycanın bəyanatı səsləndirilib - İnsan hüquqları mexanizmləri ikili standartlardan azad edilməlidir
Bu gün, 02:25
Azərbaycan Prezidentinin ABŞ-a səfəri zamanı əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət daşıyır - MƏQALƏ
Dünən, 21:25
İngilis dili ikinci Ana dilimizə necə çevrilə bilər... - AKTUAL
Dünən, 19:29
Rusların artıq “oyanıb” reallığı qəbul etməsinin vaxtı çatıb - ABŞ-ın vitse-prezidenti
Dünən, 19:26
Putin Gerasimovdan hədiyyə gözləyir, yoxsa qovacaq - “Kremlyovskaya Tabakerka”
Dünən, 17:01
Azərbaycan–İsrail münasibətləri: Susulanlar və qınananlar - İNCƏLƏMƏ
Dünən, 16:45
Biz güclüyüksə... NƏDƏN iş dalınca Gürcüstana gedirik? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:36
Paşinyan seçkidə uduzsa, sülh müqaviləsi dalana dirənəcək - Görünəni odur ki...
Dünən, 16:30
Həbs olunan azərbaycanlı generalın işi üzrə rəis də TUTULDU - TƏFƏRRÜAT
Dünən, 13:00
Putin Moskvada Trampla görüşməyə hazırdır - Peskov
Dünən, 12:58
Bakıda həbsdə olan Vardanyanın adamının qətli... - Ermənistanı kim qarışdırır...
Dünən, 12:36
Rusiya Moldovaya nəzarət etməyə çalışır - Sandu
Dünən, 12:34
Sübhani gedər ayaqda da içinin çirkini tökdü... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 12:32
Xaçmazda şəhidlərimizin əziz xatirəsi yad edilib - FOTO
Dünən, 12:30
"Respublikanski"ni diqqətlə yoxlayın; onda görəcəksiniz ki... - "MALIYYƏ MAXİNASİYALARI"
Dünən, 12:27
"Onların qəhrəmanlığı heç zaman unudulmayacaq" - partiya sədri
Dünən, 12:21
Gömrük qapılarında DÖVLƏTİ QARƏT EDƏN quldur şəbəkəsi... - Bu faktları araşdıran olarsa...
Dünən, 12:18
Avropa hər ay Rusiyadan 1 milyard avro dəyərində neft və qaz alır - "Tayms"
Dünən, 12:11
"Çətin günlərdən qorxmayın..." - ÇAĞIRIŞ
Dünən, 12:08
Prezidentin çıxışı Rusiyanın bəzi dairələrini niyə narahat edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:06
Ermənistanın Süniki kimə daha çox lazımdır: Amerikaya, İrana, Avropaya, ya Rusiyaya? - BBC yazır
Dünən, 12:04
“AccessBank”ın başından problem əskik olmur... - İNDİ DƏ...
Dünən, 11:07
Dövlət çətiri altında qurulan QUMAR BİZNESİ İFLAS HƏDDİNDƏ... - İLGİNC FAKTLAR
Dünən, 11:02
Veteranlara verilən 80 manat... ARTACAQMI? - AKTUAL
Dünən, 10:56
Fərid Əsgərov generalı işdən ÇIXARDI - ƏMR
Dünən, 10:54
"Çörəyiniz çıxan orqanı belə urvatsız etməyin!" - ETİRAZ VAR!
Dünən, 10:49
Bu Türk xalqı Putinin əlinə oynayır... - FAKT BUDUR!
Dünən, 10:48
İrəvanda ara qızışır: yeni oyunçu meydanda – İnanılmaz Moskva detalı
Dünən, 10:44
Paşinyanı hakimiyyətdən yalnız terrorla devirə bilərlər - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:41
Lavrovdan şok: İrana yeni hücumlar olacaq - TASS
Dünən, 10:38
Paşinyan və Quterreş Ermənistan-Azərbaycan sülh sazişinin paraflanmasını müzakirə edib
Dünən, 10:36
Ərzaq qıtlığı təhlükəsi: Çıxış yolu varmı? - AKTUAL
27-09-2025, 18:25
Qafqaz üçün yeni bir mərhələnin başlanğıcını gördük - ABŞ
27-09-2025, 18:23
Rusiya keniyalıları zorla Ukrayna cəbhəsinə göndərir – SENSASİON DETALLAR
27-09-2025, 18:20
"Bu, Azərbaycan diplomatiyasının növbəti uğurudur" - deputat
27-09-2025, 16:19
Bakıya ağlasığmaz şərt: - Qarşılığında Ermənistan İrana birləşsin!
27-09-2025, 16:16
Şuşada 12 binanı 31 milyon manata tikəcək - ŞİRKƏT MƏLUM OLDU
27-09-2025, 15:02
Gürcüstanda Azərbaycandan gələn maşında 50 milyonluq heroin TAPILDI - TƏFƏRRÜAT
27-09-2025, 14:59
Ermənistan heyəti Lyublyanaya gedəcək - NATO PA sessiyasında iştirak etmək üçün...
27-09-2025, 14:54
“Ağ Ev Tiflisə sahib olmaq üçün Bakı və İrəvanla əlaqələri dərinləşdirəcək” - “Tejarat News”
27-09-2025, 14:51
Şixlinski və səfərovların işini aparan müstəntiqin “başı dərddə” - KREML TƏLƏSDİRİR, CİNAYƏT İŞİ DALANA DİRƏNİB
27-09-2025, 14:35
Zəngəzur dəhlizi üçün son düyməyə BASILIB - GƏLİŞMƏ
27-09-2025, 14:30
“Dərslər 40, tənəffüslər 10 dəqiqə olsun” – Mütəxəssisdən yeni təklif
27-09-2025, 13:16
İftixar Piriyevin yeri niyə boş qalıb? - AÇIQLAMA
27-09-2025, 13:14
KEÇMİŞ BAŞÇININ 2 MİLYONU YOXA ÇIXIB – "Pulu oğlu xərcləyib, indi atasının qorxusundan məni şərləyir"
27-09-2025, 13:10
“Bu sözümə görə Eldar Quliyev mənimlə düşmən oldu”
27-09-2025, 13:02
Minatəmizləmə Agentliyi 4 şirkətlə 17,8 milyon manat müqavilə bağladı
27-09-2025, 12:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru