Gömrük Komitəsinin xanım əməkdaşına söz atan 63 yaşlı kişi həbs edildi .....                     "Fədək Market"in kassirindən ƏDV dələduzluğu .....                     “Bu bazarı çoxdan sökmək lazım idi” .....                     “Dahi şəxsin məzarını açmaq dini qaydalara ziddir” .....                     Azərbaycanla ABŞ arasında Vaşinqtonda imzalanan sənəd əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır .....                     Məşhur vəkil avtoqəzaya düşüb .....                     RabitəBank keşbekləri “qayçı”ladı: faizlər endirildi, limitlər qoyuldu .....                     Bakı ilə razılaşdılar: .....                     Azərbaycanda ilk: DTX müsadirə etdi, taleyi necə olacaq? .....                     Məhz qalib Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif edərək sülh sazişinin layihəsini təqdim edib .....                     Qarabağ qazisindən nazir Anar Əliyevə MÜRACİƏT .....                     “Daşnaksütyun” Köçəryanla yollarını ayırdı .....                     Dövlət qurumunun 390 minlik tenderinin .....                     Xocəsəndə qanunsuz tikintiyə hansı məmur icazə verib? .....                     Bu tarixdən Azərbaycanda avtomobillər kəskin bahalana bilər .....                     39 dərəcə isti olacağı gözlənilir .....                     Kəmaləddin Heydərov polkovnikə yeni vəzifə verdi .....                     Mirzoyan qırğız həmkarını Vaşinqton görüşü barədə məlumatlandırıb .....                     Ən qocaman universiteti ən böyük “bazara” çevirən rektor .....                     Bərdədə məktəb direktoru işçilərin maaşını yeyir .....                     Avropa İttifaqı Azərbaycana yeni səfir təyin edəcək .....                     Kəlbəcər yaylaqlarına giriş niyə qadağan edilib? .....                     Pərvinin paylaşımı OLAY YARATDI: “Bu qızı alan yoxdur?” .....                     Cəlilabadın icra başçısı bordürləri 50 min manata dəyişmək istəyir .....                     Ermənistanda cəmi iki nəfər sülh istəyir: .....                     İranın məqsədi regional prosesləri bloklamaqdır .....                     Qəlp çıxan `QIZIL ZƏMANƏT`... .....                     "Əminəm ki, məhsulumu ya itiriblər ya da mənimsəyiblər..." .....                     Şərur sakini şər-böhtanla ÜZ-ÜZƏ... .....                     "Bakıxanov Trikotaj" ASC səhmdarlarını .....                     Nazirlik mərhum nazirə məxsus olduğu deyilən şirkətlə 3,7 milyonluq müqavilə bağladı .....                     Mehdiyevin həyat yoldaşı məhkəmədə niyə uduzdu? .....                     Azərbaycan Suriyaya qazın həcmini artıra bilər .....                     Bu ərazidə sosial evlər tikiləcək, 36 milyonluq layihə başlayır .....                     Araz Abdullayev evləndi .....                     Qarabağda göründü, üç ölkəyə göndərildi .....                     SOCAR-ın sabiq maliyyə direktoru rus-hind neftayırma şirkətinə rəhbər təyin olunub .....                     “Tramp dəhlizi” üçün təhlükə .....                     Azərbaycanda bu şirkətə baş direktor seçiləcək .....                     Valideyn övladını məktəbə yola salmaq üçün .....                 

İranın məqsədi regional prosesləri bloklamaqdır - GÖRÜNƏNİ BUDUR...
Tarix: Bu gün, 11:30 | Çap et

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi “3+3” çərçivəsini Cənubi Qafqaz regionunda ölkələr arasında məsləhətləşmələr üçün uzunmüddətli və səmərəli bir mexanizm kimi dəyərləndirib. Diplomat bildirib ki, bu format region ölkələri, o cümlədən Azərbaycan və Ermənistan arasında mübahisələrin həlli üçün faydalı olub və indiki geosiyasi kontekstdə onun aktiv saxlanılması xüsusilə vacibdir: “3+3 çərçivəsi region ölkələri və Cənubi Qafqaz ətrafında məsləhətləşmələr üçün uzunmüddətli çərçivədir”.
Diplomat bu formatda region ölkələri arasında bir sıra görüşlərin keçirildiyini xatırladıb: “Bu, region ölkələri, o cümlədən Azərbaycan və Ermənistan arasında mübahisələrin həllinə kömək edən regiondaxili mexanizm kimi özünü doğrultmuş mexanizmdir. Bu gün bölgə ölkələri keçmişdə olduğundan daha çox belə qənaətə gəliblər ki, onlar bu mexanizmləri aktiv saxlamalı və mübahisələrin həlli üçün, eləcə də trans-regional aktorların müdaxiləsi və fəaliyyətləri fonunda onların daha səmərəli olmasına çalışmalıdırlar”. Nazirliyin sözçüsü əlavə edib ki, İran Prezidenti Məsud Pezeşkian avqustun 25-də rusiyalı həmkarı Vladimir Putinlə telefin danışığı zamanı bu mexanizmin səmərəli və effektiv formada olduğunu bir daha vurğulayıb.
Xatırladaq ki, Cənubi Qafqaz üzrə altıtərəfli əməkdaşlıq formatı təşəbbüsü 2020-ci ilin sonunda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb. Rusiya və İran bu ideyanı alqışlayıb, Ermənistan da bu formata qoşulub. Gürcüstan Rusiyaya görə bu təşəbbüsdə iştirak etməyi planlaşdırmadığını açıqlayıb.
 
“3+3” formatının Cənubi Qafqaz üçün önəmli bir platforma olduğunu vurğulayan siyasi ekspert Elçin Xalidbəyli Sherg.az-a açıqlamasında deyib ki, bu format region ölkələrinin problemlərinin həlli və qonşu dövlətlərlə münasibətlərin inkişaf etdirilməsi baxımından geniş müzakirə imkanları yaradır. Lakin ekspertin fikrincə, Cənubi Qafqazın gələcək inkişaf perspektivlərini yalnız bu formatla məhdudlaşdırmaq düzgün olmaz:
“Regionda genişmiqyaslı əməkdaşlıq və tərəfdaşlıq imkanları mövcuddur və bu səbəbdən Cənubi Qafqazı yalnız “3+3” formatına məhkum etmək yolverilməzdir. Həm də ki, hazırda formatın tərkibi bir qədər problemli xarakter daşıyır ki, bu da onun effektiv fəaliyyətinə əngəl olur. Məsələn, Gürcüstan Rusiya tərəfindən ərazi bütövlüyünə təcavüz edildiyi üçün Rusiyanın iştirak etdiyi heç bir platformada yer almaq istəmir. Həmin Rusiya bu gün Azərbaycana qarşı düşmənçilik siyasəti aparır və müxtəlif təzyiq vasitələrindən istifadə etməyə çalışır. Eyni zamanda Ermənistanla münasibətlərində də təzyiq rıçaqlarına əl atır ki, bu da onun “3+3” formatında səmimi mövqedən çıxış etməsini çətinləşdirir.
İranın mövqeyi də bu formatın effektivliyini məhdudlaşdırır. Rəsmi Tehran, xüsusən Azərbaycanla münasibətlərində reallıqdan uzaq bir xətt tutur. Ermənistanla yaxınlaşmağa çalışsa da, Azərbaycanla qarşıdurma mühitinə üstünlük verir. Ən əsası isə İran Cənubi Qafqaz üçün olduqca həlledici, taleyüklü xarakter daşıyan Zəngəzur dəhlizinin açılmasına qarşı sərt müqavimət göstərir. İran bu dəhlizin açılmasına qarşı sərt mövqe tutur və dəhlizin ABŞ tərəfindən 99 illik icarəyə götürülməsi planlarından ciddi narahatdır. Ümumiyyətlə, dəhlizin açılmasını istəmir. Belə bir kontekstdə, İranın “3+3” formatını yenidən gündəmə gətirməsi əsasən öz geopolitik maraqlarını qorumaq məqsədi daşıyır. Bütün bunları nəzərə aldıqda Rusiya və İranın özəl maraqları ucbatından “3+3” formatının effektiv olacağı qətiyyən inandırıcı görünmür. Rusiya da, İran da “3+3” formatına məhz öz geopolitik maraqlarını yerləşdirməyə çalışır. İranın indiki məqamda “3+3” formatını xatırlatması da bu maraqlardan irəli gəlir.
İran “3+3” formatını yenidən gündəmə gətirməklə Zəngəzur dəhlizinin açılmasının qarşısını ala biləcəyini düşünür. Cənubi Qafqaza kənar müdaxilələrin qarşısının alınması adı altında İran “3+3” formatını öz maraqlarının alətinə çevirmək niyyətinə düşüb. Lakin heç kim İrana belə bir imkan verməyəcək. İran Cənubi Qafqaz ölkəsi deyil. İran da, Rusiya da Cənubi Qafqaza qonşu ölkələrdir. Və onlar heç bir halda bu regiondakı proseslərin istiqamətini dəyişdirmək hüququna sahib deyillər. Cənubi Qafqazın gələcək taleyini bu regionun 3 dövləti - Azərbaycan, Ermənistan və Gürcüstan - ortaq şəkildə müəyyənləşdirə bilər”.
 
Cənubi Qafqaz uğrunda ciddi geosiyasi mübarizə getdiyini xatırladan siyasi ekspert qeyd edib ki, bu mübarizədə İran və Rusiyanın mövqeləri ciddi şəkildə zəifləyib:
“ABŞ və Qərb isə regiona daha yaxınlaşıb və burada yerləşmək üçün ciddi mexanizmlərə sahib olmağa başlayıb. ABŞ regional oyunçuya çevrilmək imkanları belə qazanıb. İran və Rusiyanın niyyəti isə heç vaxt Cənubi Qafqazın inkişafına töhfə vermək olmayıb; onlar yalnız öz geopolitik maraqlarını təmin etmək üçün bu regionda söz sahibi olmağa çalışıblar”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gömrük Komitəsinin xanım əməkdaşına söz atan 63 yaşlı kişi həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:35
"Fədək Market"in kassirindən ƏDV dələduzluğu - Məhkum edildi
Bu gün, 13:34
“Bu bazarı çoxdan sökmək lazım idi” – Vahid Əhmədov FHN-i ittiham etdi
Bu gün, 13:31
“Dahi şəxsin məzarını açmaq dini qaydalara ziddir” - Açıqlama
Bu gün, 13:23
Azərbaycanla ABŞ arasında Vaşinqtonda imzalanan sənəd əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır - Səfirlik
Bu gün, 13:18
Məşhur vəkil avtoqəzaya düşüb - qəza nəticəsində...
Bu gün, 13:03
RabitəBank keşbekləri “qayçı”ladı: faizlər endirildi, limitlər qoyuldu - TƏFƏRRÜAT
Bu gün, 13:01
Bakı ilə razılaşdılar: - Zəngəzur dəhlizinə onlar da qoşulurlar
Bu gün, 13:00
Azərbaycanda ilk: DTX müsadirə etdi, taleyi necə olacaq? - GƏLİŞMƏ
Bu gün, 12:58
Məhz qalib Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif edərək sülh sazişinin layihəsini təqdim edib - İsrafil Kərimovun yazısı...
Bu gün, 12:48
Qarabağ qazisindən nazir Anar Əliyevə MÜRACİƏT - "Bizi dövlətdən soyutmayın..."
Bu gün, 12:46
“Daşnaksütyun” Köçəryanla yollarını ayırdı - “İravunk”
Bu gün, 12:30
Dövlət qurumunun 390 minlik tenderinin - LƏĞV SƏBƏBİ AÇIQLANDI
Bu gün, 12:27
Xocəsəndə qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEO
Bu gün, 12:24
Bu tarixdən Azərbaycanda avtomobillər kəskin bahalana bilər - AKTUAL
Bu gün, 12:17
39 dərəcə isti olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:16
Kəmaləddin Heydərov polkovnikə yeni vəzifə verdi - ƏMR
Bu gün, 12:14
Mirzoyan qırğız həmkarını Vaşinqton görüşü barədə məlumatlandırıb - KİV
Bu gün, 12:00
Ən qocaman universiteti ən böyük “bazara” çevirən rektor – Elçin Babayevin həbsinə çağırış
Bu gün, 11:58
Bərdədə məktəb direktoru işçilərin maaşını yeyir - İTTİHAM VAR...
Bu gün, 11:55
Avropa İttifaqı Azərbaycana yeni səfir təyin edəcək - AÇIQLAMA
Bu gün, 11:52
Kəlbəcər yaylaqlarına giriş niyə qadağan edilib? - HƏRBÇİLƏRDƏN NARAZILIQ VAR
Bu gün, 11:49
Pərvinin paylaşımı OLAY YARATDI: “Bu qızı alan yoxdur?” - FOTO
Bu gün, 11:43
Cəlilabadın icra başçısı bordürləri 50 min manata dəyişmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:38
Ermənistanda cəmi iki nəfər sülh istəyir: - Referendumun nəticələrini gözləməliyik...
Bu gün, 11:34
İranın məqsədi regional prosesləri bloklamaqdır - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 11:30
Qəlp çıxan `QIZIL ZƏMANƏT`... - NARAZILIQ VAR...
Bu gün, 11:25
"Əminəm ki, məhsulumu ya itiriblər ya da mənimsəyiblər..." - GİLEY
Bu gün, 11:18
Şərur sakini şər-böhtanla ÜZ-ÜZƏ... - NARAZILIQ VAR...
Bu gün, 11:13
"Bakıxanov Trikotaj" ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 11:07
Nazirlik mərhum nazirə məxsus olduğu deyilən şirkətlə 3,7 milyonluq müqavilə bağladı - DETALLAR
Bu gün, 11:02
Mehdiyevin həyat yoldaşı məhkəmədə niyə uduzdu? - İLGİNC
Bu gün, 10:59
Azərbaycan Suriyaya qazın həcmini artıra bilər
Bu gün, 10:56
Bu ərazidə sosial evlər tikiləcək, 36 milyonluq layihə başlayır - TENDER
Bu gün, 10:40
Araz Abdullayev evləndi
Bu gün, 10:34
Qarabağda göründü, üç ölkəyə göndərildi – Dünya bundan danışır
Bu gün, 09:23
SOCAR-ın sabiq maliyyə direktoru rus-hind neftayırma şirkətinə rəhbər təyin olunub - BUNDAN SONRA...
Bu gün, 08:58
“Tramp dəhlizi” üçün təhlükə - NƏ BAŞ VERİR?
Bu gün, 08:55
Azərbaycanda bu şirkətə baş direktor seçiləcək - TOPLANTI
Bu gün, 08:45
Valideyn övladını məktəbə yola salmaq üçün minimum 200–230 manat xərcləməlidir
Bu gün, 08:39
“Rusiya anladı və geri addım atır, çünki artıq coğrafiyanın ağası deyil, bir daha da olmayacaq” - GƏLİŞMƏ
Bu gün, 08:25
Pulyeyən məmurun DASTANI... - İTTİHAM VAR...
Bu gün, 08:15
Qobu bələdiyyəsinin “mələkləri” kimdir? - İLGİNC İDDİALAR
Bu gün, 08:05
İran, Əməvilərin yolunu gedir - FAKT BUDUR...
Bu gün, 07:56
Naxçıvan "canişinliyinin" siyasi reallığı - Axsaq atın kor da nalbəndi olar...
Bu gün, 07:54
Varlı və yaşlı ermənilər Azərbaycanla sülh istəyir - AKTUAL
Bu gün, 07:10
“Layihə İstehsal Texnologiya Elektronika Xidmət” MMC vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:08
Rusiyaya qarşı "ikinci cəbhə" aç dedilər, təhqir etdilər - Kaladze
Bu gün, 07:07
Paşinyanın hiyləgər planı: Təxribata əl atacaq? - GƏLİŞMƏ
Bu gün, 07:05
Deputatın borc içində üzən şirkəti TENDER UDUR - AXI NİYƏ?..
Bu gün, 07:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru