"Bakıxanov Trikotaj" ASC səhmdarlarını .....                     Nazirlik mərhum nazirə məxsus olduğu deyilən şirkətlə 3,7 milyonluq müqavilə bağladı .....                     Mehdiyevin həyat yoldaşı məhkəmədə niyə uduzdu? .....                     Azərbaycan Suriyaya qazın həcmini artıra bilər .....                     Bu ərazidə sosial evlər tikiləcək, 36 milyonluq layihə başlayır .....                     Araz Abdullayev evləndi .....                     Qarabağda göründü, üç ölkəyə göndərildi .....                     SOCAR-ın sabiq maliyyə direktoru rus-hind neftayırma şirkətinə rəhbər təyin olunub .....                     “Tramp dəhlizi” üçün təhlükə .....                     Azərbaycanda bu şirkətə baş direktor seçiləcək .....                     Valideyn övladını məktəbə yola salmaq üçün .....                     “Rusiya anladı və geri addım atır, çünki artıq coğrafiyanın ağası deyil, bir daha da olmayacaq” .....                     Pulyeyən məmurun DASTANI... .....                     Qobu bələdiyyəsinin “mələkləri” kimdir? .....                     İran, Əməvilərin yolunu gedir .....                     Naxçıvan "canişinliyinin" siyasi reallığı .....                     Varlı və yaşlı ermənilər Azərbaycanla sülh istəyir .....                     “Layihə İstehsal Texnologiya Elektronika Xidmət” MMC vergi borcu üzə çıxdı .....                     Rusiyaya qarşı "ikinci cəbhə" aç dedilər, təhqir etdilər .....                     Paşinyanın hiyləgər planı: Təxribata əl atacaq? .....                     Deputatın borc içində üzən şirkəti TENDER UDUR .....                     “Rusiyadan hər cür təxribat gözləmək olar” .....                     Azərbaycan qanunları Zakir Quliyevin umrunda da deyil... .....                     Bakı və İrəvan 2026-cı ildə Sülh Müqaviləsi imzalaya bilər .....                     Doğrudanmı, ABŞ-la yaxınlaşma Azərbaycanda daxili siyasətə köklü təsir edəcək?! .....                     Rusiya XİN-i artıq çoxdan səyyar sirkə çevrilib .....                     Evini qızdırmaq üçün ağacları kəsdi, əvəzində özünə 5 il cəza kəsildi .....                     Şəkidə abadlıq işləri də BAMƏZƏDİR .....                     "Babamın sarayını ermənilər otel kimi istifadə ediblər" .....                     Zəngəzur dəhlizi hamının işinə yarayır... .....                     Ruslar Səfərov qardaşlarını öldürüb, cinsiyyət orqanlarını kəsiblər .....                     İrəvandan mühüm gediş: 5 ölkədən cavab gözlənilir .....                     Ermənistan məhkəməsi Serj Sarkisyanın cinayət işinin bağlanması ilə bağlı müraciətini rədd edib .....                     İŞİD terror təşkilatının qurbanıyam .....                     Narkoloji Mərkəzin həbs edilən direktorunun məhkəməsinə şahidlər məcburi gətiriləcək .....                     Azərbaycan AŞPA-ya ancaq bu halda qayıda bilər .....                     ƏÜO-nun hərbi qulluqçuları Türkiyədə keçirilən komando kursunda iştirak edirlər .....                     DİQQƏT: Təhlükəli məhsullar “Saf Ət" MMC-yə məxsusdur... .....                     İranla bağlı dəhşətli ssenari masada: 3 ölkə birləşir .....                     ABŞ hərbi qüvvələri Ermənistanı tərk etdilər .....                 

“Tramp dəhlizi” üçün təhlükə - NƏ BAŞ VERİR?
Tarix: Bu gün, 08:55 | Çap et

“Hesab edirəm ki, amerikalılar Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkilərinin nəticələrini gözləyəcəklər. TRIPP-in (Zəngəzur dəhlizi - red.) həyata keçirilməsi üçün real addımlar yalnız seçkilərdən sonra və yalnız hakim partiya qalib gələrsə, atılacaq. Yəni vəziyyəti öz xeyrinə dəyişmək üçün Rusiyanın 8-9 ay vaxtı var”.

Bunu Ermənistan APRI analitik mərkəzinin rəhbəri Benjamin Poqosyan erməni mediasına müsahibəsində deyib. Bildirib ki, həm Tehran, həm Moskva hələ gözləyir: “Vaşinqtonda yalnız niyyət memorandumu və bəyannamə imzalanıb. Hələlik real addımlar atılmayıb. Sünikdə amerikalılar peyda olmayıb, amerikan-erməni şirkəti isə hələlik qeydiyyatdan keçməyib. Düşünürəm ki, İran Sünikdə hansı amerikalıların və hansı məqsədlərlə peyda olacağını anlamaq üçün gözləyəcək. Rusiyaya gəlincə, strateji baxımdan Moskva üçün Cənubi Qafqaz ABŞ-dən qat-qat vacibdir. Rusiya üçün bura keçmiş Sovet İttifaqının ərazisidir və burada həmişə öz maraqlarını bəyan edir. Buna görə də uzunmüddətli perspektivdə ruslar çətin ki, Ermənistanda 99 il ərzində qeyri-müəyyən səlahiyyətlərə malik Amerika şirkətinin peyda olmasından məmnun olsunlar. Ancaq hələlik TRIPP, sadəcə, Vaşinqtonda imzalanmış bəyannamədir. Deməli, hələ heç nə baş vermir və hesab edirəm ki, Rusiya da gözləyir. Rusiya hələlik bu istiqamətdə ciddi səy göstərməyin lazımsız olduğunu anlayır. Ortada yalnızca niyyət memorandumu da var, deməli, yeni hökumət yaranarsa, Vaşinqton bəyannaməsinin onun üçün heç bir hüquqi qüvvəyə malik olmadığını bəyan edə bilər”.

Yeri gəlmişkən, ötən həftə Zəngəzur dəhlizinin bir hissəsi olacaq Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin təməl qoyulub. “224 kilometrlik xətt bizim sərhədlərimizə düşür. Naxçıvan sərhədində 170 kilometrlik bir xətt var: 150 kilometri hazırdır, bərpa olunacaq, 20 kilometri də tikiləcək, bunu Azərbaycan edəcək. Bizim tərəflə eyni vaxtda tamamlanacaq. Eyni zamanda Zəngəzurda - Ermənistanda 43 kilometrlik bir xətt çəkiləcək”, - deyə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu deyib. Türkiyəli nazirin sözlərinə görə, Zəngəzur dəhlizinin 2029-cu ilin sonunadək istismara verilməsi planlaşdırılır. “Zəngəzur dəhlizi sülh layihəsidir. Bunun həyata keçirilməsi ilə Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq yeni bir ölçü alacaq”. Bunu avqustun 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan artıq təməli atılan 224 kilometrlik Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin Zəngəzur dəhlizinin onurğa sütunu olacağını vurğulayıb.

Beləliklə, təhlillər göstərir ki, Paşinyan hökuməti və ABŞ tələsməsə, “Tramp dəhlizi” gerçəkliyə çevrilməyə bilər. Bunun üçün addımlar sürətləndirilməlidir.

Bəs ekspertlərin qənaəti nədən ibarətdir? Paşinyan gələnilki seçkilərdə məğlub olarsa, “Tramp yolu” açılmaya bilərmi? Moskva və Tehranın Zəngəzurla bağlı son açıqlamaları qaneedici deyilmi?

Siyasi ekspert Azad Məsiyev “Yeni Müsavat”a bildirdi ki, Zəngəzur dəhlizinin Rusiyanın nəzarətində açılması üçün üçtərəfli razılaşma var: “Bu maddənin icra edilməməsi üçün Paşinyana təzyiq oldu və Qərbin təlimatını yerinə yetirdi. Hazırda Paşinyan Ermənistanda Rusiyanın nüfuzunun azalması üçün siyasəti davam etdirir. Ancaq bizə fərq etmir ki, dəhlizə kim nəzarət edəcək. Əsas məsələ maneəsiz gediş-gəlsin olmasıdır”.

A.Məsiyev dedi ki, sadəcə, Cənubi Qafqazda böyük güclərin maraqları toqquşur: “Əgər ABŞ Ukraynada geri çəkilərsə, Rusiya Cənubi Qafqazda Vaşinqtona güzəştə gedəcək. Yəni bağlı qapılar arxasında bir anlaşma olacağı istisna deyil. Ukrayna cəbhəsində vəziyyət ağırlaşacaqsa, o zaman bizim regionda da gərginlik artacaq, dəhlizlə bağlı tərəflər üz-üzə gələcəklər”.

A.Məsiyev qeyd etdi ki, Ermənistanda 2026-cı ildə gərgin seçkilər olacaq: “Bu seçki ölkənin taleyinin hansı qütbün təsiri altında olacağı uğrunda rəqabətlə keçəcək. Birləşmiş Ştatlar bölgədə təsirinin güclənməsi üçün bir logistika şirkəti vasitəsilə yerləşməyə çalışır. Ermənistan da buna 8 avqust anlaşmasında razılıq verib. Bu da Rusiya və İranın maraqlarına ziddir. Üstəlik, Moskva 10 noyabr sənədinə istinad edir. Ona görə də böyük güclərin maraqları uzlaşmasa, hansısa kompromis olmasa, Ukrayna ilə bağlı razılaşmalar əldə edilməsə, Cənubi Qafqazda vəziyyət gərginləşə bilər. Çünki bizim region dünyanın bir parçasıdır və geosiyasi mübarizədə baş verənlərin bölgəmizə təsiri qaçımazdır. Ona görə də qarşıda ciddi və strateji bir rəqabətin olacağı şübhə doğurmur. Bir daha qeyd etməliyəm ki, ABŞ-Rusiya danışıqları, Ukrayna ilə bağlı razılaşmalar Zəngəzur dəhlizinə nəzarət faktorunda ciddi rol oynayacaq. Azərbaycan gərginlikdə maraqlı deyil və regionda iqtisadi dirçəlişin tərəfdarıyıq. Biz Naxçıvana quru yol istəyirik. Bu öhdəliyi Ermənistan götürüb. İrəvan indi borcludur ki, dəhlizi açsın. Sadəcə, məsələnin uzanması mümkündür. Xüsusən də seçkilərə görə yubana bilər”.

Qeyd edək ki, Naxçıvanla Azərbaycanın qalan ərazisini Ermənistan üzərindən birləşdirəcək bu 42 kilometrlik yol ABŞ şirkətinə həvalə ediləcək və Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu adlanacaq. Prezident Donald Tramp bildirib ki, yol 99 illiyinə icarəyə veriləcək, amma sonradan daha 99 il uzadılacaq. İkinci Qarabağ müharibəsi bitəndən bəri Azərbaycanla Ermənistan bu nəqliyyat yolu ilə bağlı heç cür ortaq məxrəcə gələ bilmirdi. Xüsusilə Rusiya 10 noyabr bəyanatına istinad edərək bu dəhlizə iddiasını hər fürsətdə ortaya qoyub. İranın mühafizəkar hakimiyyət qolu “Zəngəzur dəhlizi”ni özünün “qırmızı xətti” sayıb.

Rusiya Xarici İşlər Nazirliyi (XİN) “Tramp marşrutu” layihəsinin detallarını öyrənmək niyyətindədir. Avqustun 13-də keçirilən brifinqdə Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Fadeyev belə deyib.

“Tramp marşrutu”na gəlincə, biz öz mövqeyimizi sonraya saxlamışıq. Rusiya XİN layihənin təfərrüatlarını öyrənəcək, yeri gəlmişkən, bu detallar hələ açıqlanmayıb. Bu halda Cənubi Qafqaza regiondankənar qüvvələrin cəlb edilməsi sülh gündəliyinin irəliləməsinə kömək etməli, yeni problemlər və yeni ayırıcı xətlər yaratmamalıdır", - o qeyd edib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bakıxanov Trikotaj" ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 11:07
Nazirlik mərhum nazirə məxsus olduğu deyilən şirkətlə 3,7 milyonluq müqavilə bağladı - DETALLAR
Bu gün, 11:02
Mehdiyevin həyat yoldaşı məhkəmədə niyə uduzdu? - İLGİNC
Bu gün, 10:59
Azərbaycan Suriyaya qazın həcmini artıra bilər
Bu gün, 10:56
Bu ərazidə sosial evlər tikiləcək, 36 milyonluq layihə başlayır - TENDER
Bu gün, 10:40
Araz Abdullayev evləndi
Bu gün, 10:34
Qarabağda göründü, üç ölkəyə göndərildi – Dünya bundan danışır
Bu gün, 09:23
SOCAR-ın sabiq maliyyə direktoru rus-hind neftayırma şirkətinə rəhbər təyin olunub - BUNDAN SONRA...
Bu gün, 08:58
“Tramp dəhlizi” üçün təhlükə - NƏ BAŞ VERİR?
Bu gün, 08:55
Azərbaycanda bu şirkətə baş direktor seçiləcək - TOPLANTI
Bu gün, 08:45
Valideyn övladını məktəbə yola salmaq üçün minimum 200–230 manat xərcləməlidir
Bu gün, 08:39
“Rusiya anladı və geri addım atır, çünki artıq coğrafiyanın ağası deyil, bir daha da olmayacaq” - GƏLİŞMƏ
Bu gün, 08:25
Pulyeyən məmurun DASTANI... - İTTİHAM VAR...
Bu gün, 08:15
Qobu bələdiyyəsinin “mələkləri” kimdir? - İLGİNC İDDİALAR
Bu gün, 08:05
İran, Əməvilərin yolunu gedir - FAKT BUDUR...
Bu gün, 07:56
Naxçıvan "canişinliyinin" siyasi reallığı - Axsaq atın kor da nalbəndi olar...
Bu gün, 07:54
Varlı və yaşlı ermənilər Azərbaycanla sülh istəyir - AKTUAL
Bu gün, 07:10
“Layihə İstehsal Texnologiya Elektronika Xidmət” MMC vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:08
Rusiyaya qarşı "ikinci cəbhə" aç dedilər, təhqir etdilər - Kaladze
Bu gün, 07:07
Paşinyanın hiyləgər planı: Təxribata əl atacaq? - GƏLİŞMƏ
Bu gün, 07:05
Deputatın borc içində üzən şirkəti TENDER UDUR - AXI NİYƏ?..
Bu gün, 07:01
“Rusiyadan hər cür təxribat gözləmək olar” - Qulamhüseyn Əlibəyli
Bu gün, 06:58
Azərbaycan qanunları Zakir Quliyevin umrunda da deyil... - BU DA FAKT...
Bu gün, 06:56
Bakı və İrəvan 2026-cı ildə Sülh Müqaviləsi imzalaya bilər - “Foreign Policy”
Bu gün, 06:48
Doğrudanmı, ABŞ-la yaxınlaşma Azərbaycanda daxili siyasətə köklü təsir edəcək?! - İNCƏLƏMƏ
Bu gün, 06:46
Rusiya XİN-i artıq çoxdan səyyar sirkə çevrilib - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:44
Evini qızdırmaq üçün ağacları kəsdi, əvəzində özünə 5 il cəza kəsildi - TƏFƏRRÜAT
Bu gün, 06:42
Şəkidə abadlıq işləri də BAMƏZƏDİR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:40
"Babamın sarayını ermənilər otel kimi istifadə ediblər"
Bu gün, 06:31
Zəngəzur dəhlizi hamının işinə yarayır... - ÇÜNKİ...
Bu gün, 06:28
Ruslar Səfərov qardaşlarını öldürüb, cinsiyyət orqanlarını kəsiblər – vəhşi və əxlaqsız mesaj
Bu gün, 06:22
İrəvandan mühüm gediş: 5 ölkədən cavab gözlənilir – Azərbaycan da var
Bu gün, 06:19
Ermənistan məhkəməsi Serj Sarkisyanın cinayət işinin bağlanması ilə bağlı müraciətini rədd edib
Dünən, 18:03
İŞİD terror təşkilatının qurbanıyam - Suriya Prezidenti
Dünən, 17:55
Narkoloji Mərkəzin həbs edilən direktorunun məhkəməsinə şahidlər məcburi gətiriləcək - TƏFƏRRÜAT
Dünən, 17:54
Azərbaycan AŞPA-ya ancaq bu halda qayıda bilər - Şərtlər MƏLUM OLDU
Dünən, 17:52
ƏÜO-nun hərbi qulluqçuları Türkiyədə keçirilən komando kursunda iştirak edirlər
Dünən, 17:23
DİQQƏT: Təhlükəli məhsullar “Saf Ət" MMC-yə məxsusdur... - İTTİHAM VAR...
Dünən, 17:18
İranla bağlı dəhşətli ssenari masada: 3 ölkə birləşir – Kritik proses başladı
Dünən, 17:12
ABŞ hərbi qüvvələri Ermənistanı tərk etdilər
Dünən, 17:07
Azərbaycanda iri zavodun direktoru dəyişib - BUNDAN SONRA...
Dünən, 17:01
Laçının Zəfər salnaməsi: tariximizin şanlı səhifəsi - MƏQALƏ
Dünən, 16:58
Rəqsanənin azadlığa çıxma haqqı açıqlandı: 1 milyon 150 min manat ... - TƏFƏRRÜAT
Dünən, 16:49
Deputatın azərbaycanlı köməkçisinin "prava"sı əlindən alındı
Dünən, 16:44
Gəncə “Asan Xidmət”də dözülməz vəziyyət - GİLEY
Dünən, 16:31
Dövlət Agentliyi xarici şirkətlərlə 3 milyon manatlıq - MÜQAVİLƏLƏR BAĞLADI
Dünən, 16:27
Tramp maraqlarını Ukrayna və Rusiya vasitəsilə həyata keçirir - Cəlaloğlu
Dünən, 16:18
TƏBİB-in tabeli tibb müəssisələrinə yeri rəhbər şəxslər təyin olunub - ƏMR
Dünən, 16:07
AHİK-in vədini gözləyən işçi ağır vəziyyətdə - Sahib Məmmədova müraciət etdi
Dünən, 16:05
Bölgələrdə ət bahalaşıb: “Bakıda da qiymətlər arta bilər” - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 15:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru