Bu ərazidə sosial evlər tikiləcək, 36 milyonluq layihə başlayır .....                     Araz Abdullayev evləndi .....                     Qarabağda göründü, üç ölkəyə göndərildi .....                     SOCAR-ın sabiq maliyyə direktoru rus-hind neftayırma şirkətinə rəhbər təyin olunub .....                     “Tramp dəhlizi” üçün təhlükə .....                     Azərbaycanda bu şirkətə baş direktor seçiləcək .....                     Valideyn övladını məktəbə yola salmaq üçün .....                     “Rusiya anladı və geri addım atır, çünki artıq coğrafiyanın ağası deyil, bir daha da olmayacaq” .....                     Pulyeyən məmurun DASTANI... .....                     Qobu bələdiyyəsinin “mələkləri” kimdir? .....                     İran, Əməvilərin yolunu gedir .....                     Naxçıvan "canişinliyinin" siyasi reallığı .....                     Varlı və yaşlı ermənilər Azərbaycanla sülh istəyir .....                     “Layihə İstehsal Texnologiya Elektronika Xidmət” MMC vergi borcu üzə çıxdı .....                     Rusiyaya qarşı "ikinci cəbhə" aç dedilər, təhqir etdilər .....                     Paşinyanın hiyləgər planı: Təxribata əl atacaq? .....                     Deputatın borc içində üzən şirkəti TENDER UDUR .....                     “Rusiyadan hər cür təxribat gözləmək olar” .....                     Azərbaycan qanunları Zakir Quliyevin umrunda da deyil... .....                     Bakı və İrəvan 2026-cı ildə Sülh Müqaviləsi imzalaya bilər .....                     Doğrudanmı, ABŞ-la yaxınlaşma Azərbaycanda daxili siyasətə köklü təsir edəcək?! .....                     Rusiya XİN-i artıq çoxdan səyyar sirkə çevrilib .....                     Evini qızdırmaq üçün ağacları kəsdi, əvəzində özünə 5 il cəza kəsildi .....                     Şəkidə abadlıq işləri də BAMƏZƏDİR .....                     "Babamın sarayını ermənilər otel kimi istifadə ediblər" .....                     Zəngəzur dəhlizi hamının işinə yarayır... .....                     Ruslar Səfərov qardaşlarını öldürüb, cinsiyyət orqanlarını kəsiblər .....                     İrəvandan mühüm gediş: 5 ölkədən cavab gözlənilir .....                     Ermənistan məhkəməsi Serj Sarkisyanın cinayət işinin bağlanması ilə bağlı müraciətini rədd edib .....                     İŞİD terror təşkilatının qurbanıyam .....                     Narkoloji Mərkəzin həbs edilən direktorunun məhkəməsinə şahidlər məcburi gətiriləcək .....                     Azərbaycan AŞPA-ya ancaq bu halda qayıda bilər .....                     ƏÜO-nun hərbi qulluqçuları Türkiyədə keçirilən komando kursunda iştirak edirlər .....                     DİQQƏT: Təhlükəli məhsullar “Saf Ət" MMC-yə məxsusdur... .....                     İranla bağlı dəhşətli ssenari masada: 3 ölkə birləşir .....                     ABŞ hərbi qüvvələri Ermənistanı tərk etdilər .....                     Azərbaycanda iri zavodun direktoru dəyişib .....                     Laçının Zəfər salnaməsi: tariximizin şanlı səhifəsi .....                     Rəqsanənin azadlığa çıxma haqqı açıqlandı: 1 milyon 150 min manat ... .....                     Deputatın azərbaycanlı köməkçisinin "prava"sı əlindən alındı .....                 

“Rusiya anladı və geri addım atır, çünki artıq coğrafiyanın ağası deyil, bir daha da olmayacaq” - GƏLİŞMƏ
Tarix: Bu gün, 08:25 | Çap et

Həştərxanda Azərbaycan və Rusiya Hökumətlərarası Komissiyanın 23-cü iclasından sonra iki ölkənin xarici işlər nazirləri arasında telefon danışığı Bakı-Moskva münasibətlərində yumşalma olması rəyini yaradıb. Tədbirin əvvəldən nəzərdə tutulduğu kimi Moskvada deyil, Azərbaycanla daima münasibətləri isti olan Həştərxan vilayətində keçirilməsi də diqqət çəkib. Birgə Hökumətlərarası Komissiyanın iclasının əsas nəticəsi ondan ibarətdir ki, siyasi turbulentlik şəraitində iqtisadi blok sabitləşdirici funksiyanı yerinə yetirməkdə davam edir. İştirakçılar 2024-2026-cı illər üçün ikitərəfli əməkdaşlığın “yol xəritəsi”nin həyata keçirilməsi kursunu təsdiqləyiblər. Müzakirə zamanı aqrar-ərzaq ticarətində qeyri-tarif maneələr və qarşılıqlı məhdudiyyətlər müzakirə olunub.

Bu mövzudakı təhlilində Haqqın.az saytı yazır ki, Həştərxan vilayəti ənənəvi olaraq “yumşaq güc buferi” rolunu oynayır: “2010-cu ildə Həştərxanda Heydər Əliyevin abidəsi ucaldılıb, regional büdcədən ayrılan vəsait hesabına Azərbaycanın Qubadlı rayonunda uşaq bağçası tikilir. Belə ki, Babuşkin Tatarıstanın rəhbəri Rüstəm Minnixanovla tandemdə qeyri-rəsmi rabitəçi kimi çıxış edir, Bakı ilə Moskva arasında birbaşa əlaqə kanallarını saxlayır. Üstəlik, iqtisadi diplomatiya kəskin siyasi bucaqları yumşaltmaq üçün əsas alət rolunu oynayır”.

İndi əsas sual budur ki, hökumətlərarası məsləhətləşmələrin bərpası siyasi normallaşma prosesinin başlanğıcı deməkdirmi? Unutmayaq ki, münasibətlərin gərgin olduğu son 7-8 ayda Bakının prioriteti Vaşinqtonla konstruktiv qarşılıqlı əlaqəni bərpa etmək və Avropa İttifaqı ilə enerji və qaz nəqli sahəsində əməkdaşlığı dərinləşdirmək olub.

Azərbaycan Rusiya ilə münasibətlərin diplomatik qarşıdurma səviyyəsinə çatdırılmasında heç vaxt maraqlı olmayıb. Münasibətlərdə gərginliyin qalmasında da istəkli deyil. Sadəcə olaraq, əgər Moskva Bakı ilə strateji tərəfdaşlıq səviyyəsində münasibətlərə malikdirsə, bunun heç də yuxarıdan aşağı baxmaq demək olmadığını anlamalıdır. Azərbaycan özünə qarşı bu cür yanaşmanı heç kəsdən qəbul edə bilməz. Bu gün rəsmi Bakının Kremldən heç bir umacağı yoxdur. Ən azı, normal qonşuluq münasibətləri qorunub saxlanılmalıdır.

Azərbaycan gərginliyin dərinləşməsində maraqlı olmayaraq, diplomatik kanallar vasitəsilə hüquqi mexanizmlərin işə salınmasını üstün tutur. Qonşuluq siyasətində qarşılıqlı etimad, sabitlik və beynəlxalq hüquqa hörmət Azərbaycanın əsas prioritetləri sırasındadır. Bakı heç bir ölkənin daxili işlərinə qarışmaq fikrində deyil, eləcə də öz dövlətimizə qarşı xoş olmayan niyyətlərə göz yummayacaq. Ötən həftə deputat Qüdrət Həsənquliyev təklif etmişdi ki, Azərbaycan Rusiya ilə gərginliyi azaltmağa çalışmalıdır. O bildirmişdi ki, indiki vəziyyətdə Moskva ilə münasibətləri pisləşdirməyə ehtiyac yoxdur. Lakin gərginliyə səbəb olan addımları da məhz Rusiya atıb. Azərbaycan adekvat cavab verib və geri çəkilməyib. İndi isə hər şeyi sıfırlayıb yenidən başlamaq üçün fürsət var. Sadəcə, Moskva da siyasətinə korrektələr etməlidir...

ReAl Partiyasının sədri Natiq Cəfərlinin sözlərinə görə, bəli, Rusiyanın ritorikasından, əməllərindən qaynaqlanan, Kreml üzündən yaranmış Azərbaycan-Rusiya gərginliyi indi səngiyir. Partiya liderinin fikrincə, Moskva anladı ki, Bakı ilə belə üslubda davrana, danışa bilməyəcək, buna görə də geri addım atır: “Olsun, gərginliyin azalması yaxşıdır”.

N.Cəfərli hesab edir ki, coğrafiya taleyimizdir, buna görə də bütün qonşularla normal münasibətlər ölkəmiz üçün prioritet olmalıdır: “Əslində Bakının bir gözləntisi var - Kreml bərəbərhüquqlu, qarşılıqlı, birtərəfli yox, məhz qarşılıqlı hörmətə söykənən münasibətlərə öyrəşməlidir. Moskva bunu nə qədər tez anlasa, qonşularla bərabər hüquqlara malik olduğunu tez dərk etsə, Kreml üçün bir o qədər yaxşı olar. Moska artıq cazibə mərkəzi, hegemon, coğrafiyanın ağası deyil, bir daha da olmayacaq. Rusiya bu yeni reallıqla barışıb yaşamağı öyrənməlidir”. Onun qənaətinə görə, yaxın günlərdə Azərbaycan və Rusiya rəhbərləri görüşəcək, gərginlik minimuma enəcək, amma heç nə unudulmayacaq.

Ehtiram Mehdiyev

Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev baş verənlərin qarşı tərəfin ucbatından olduğunu düşünür: “Azərbaycan Rusiya ilə əlaqələrə həmişə yüksək dəyər verib. Ukrayna müharibəsindən iki gün əvvəl imzalanan bəyannamə də bunun göstəricisi idi. Təyyarəmizin vurulmasına qədər isə münasibətlərdə axsama yox idi. Ona görə də indi ritorika yumşala, qarşılıqlı səfərlər, yaxud təmaslar ola bilər, amma mülki təyyarəmizlə bağlı tələblərimiz dəyişməyib. Əgər Rusiya indi azalmış görünən gərginliyin tam aradan qalxmasında maraqlıdırsa, kompensasiya ödəsin, məsuliyyət daşıyanları istintaqa cəlb etsin. Bizim bundan başqa Rusiyadan gözləntimiz yoxdur. Təəssüf ki, Rusiya saymazyana davrandı və üstümüzə gəlməyə başladı. Son aylarda diasporamıza hücumlar, enerji obyektlərimizə zərbələr, Duma üzvlərinin, partiya sədrlərinin təhdidləri isə gərginliyi daha da artırdı. Yəni bizim günahımız olmayıb. İndi ümid edək ki, Rusiya barışıq üçün addımlarını iri atacaq”. Partiya rəsmisi əlavə edib ki, Çində keçiriləcək sammit iki ölkə liderlərinin bir araya gəlməsinə şərait yarada bilər və bu mümkün görüş münasibətlərin yenidən yaxşılaşmasına gətirib çıxaracaq.

Xatırladaq ki, iki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 4-də qurulub. Rusiyanın Bakıdakı səfirliyi isə 1992-ci il sentyabrın 25-də fəaliyyətə başlayıb. İkitərəfli münasibətlərin müqavilə-hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də imzalanmış dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilədir. 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın ticarət dövriyyəsində Rusiya üçüncü yerə çıxıb. 2024-cü ilin eyni dövründə Rusiya dördüncü yerdə idi.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu ərazidə sosial evlər tikiləcək, 36 milyonluq layihə başlayır - TENDER
Bu gün, 10:40
Araz Abdullayev evləndi
Bu gün, 10:34
Qarabağda göründü, üç ölkəyə göndərildi – Dünya bundan danışır
Bu gün, 09:23
SOCAR-ın sabiq maliyyə direktoru rus-hind neftayırma şirkətinə rəhbər təyin olunub - BUNDAN SONRA...
Bu gün, 08:58
“Tramp dəhlizi” üçün təhlükə - NƏ BAŞ VERİR?
Bu gün, 08:55
Azərbaycanda bu şirkətə baş direktor seçiləcək - TOPLANTI
Bu gün, 08:45
Valideyn övladını məktəbə yola salmaq üçün minimum 200–230 manat xərcləməlidir
Bu gün, 08:39
“Rusiya anladı və geri addım atır, çünki artıq coğrafiyanın ağası deyil, bir daha da olmayacaq” - GƏLİŞMƏ
Bu gün, 08:25
Pulyeyən məmurun DASTANI... - İTTİHAM VAR...
Bu gün, 08:15
Qobu bələdiyyəsinin “mələkləri” kimdir? - İLGİNC İDDİALAR
Bu gün, 08:05
İran, Əməvilərin yolunu gedir - FAKT BUDUR...
Bu gün, 07:56
Naxçıvan "canişinliyinin" siyasi reallığı - Axsaq atın kor da nalbəndi olar...
Bu gün, 07:54
Varlı və yaşlı ermənilər Azərbaycanla sülh istəyir - AKTUAL
Bu gün, 07:10
“Layihə İstehsal Texnologiya Elektronika Xidmət” MMC vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:08
Rusiyaya qarşı "ikinci cəbhə" aç dedilər, təhqir etdilər - Kaladze
Bu gün, 07:07
Paşinyanın hiyləgər planı: Təxribata əl atacaq? - GƏLİŞMƏ
Bu gün, 07:05
Deputatın borc içində üzən şirkəti TENDER UDUR - AXI NİYƏ?..
Bu gün, 07:01
“Rusiyadan hər cür təxribat gözləmək olar” - Qulamhüseyn Əlibəyli
Bu gün, 06:58
Azərbaycan qanunları Zakir Quliyevin umrunda da deyil... - BU DA FAKT...
Bu gün, 06:56
Bakı və İrəvan 2026-cı ildə Sülh Müqaviləsi imzalaya bilər - “Foreign Policy”
Bu gün, 06:48
Doğrudanmı, ABŞ-la yaxınlaşma Azərbaycanda daxili siyasətə köklü təsir edəcək?! - İNCƏLƏMƏ
Bu gün, 06:46
Rusiya XİN-i artıq çoxdan səyyar sirkə çevrilib - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:44
Evini qızdırmaq üçün ağacları kəsdi, əvəzində özünə 5 il cəza kəsildi - TƏFƏRRÜAT
Bu gün, 06:42
Şəkidə abadlıq işləri də BAMƏZƏDİR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:40
"Babamın sarayını ermənilər otel kimi istifadə ediblər"
Bu gün, 06:31
Zəngəzur dəhlizi hamının işinə yarayır... - ÇÜNKİ...
Bu gün, 06:28
Ruslar Səfərov qardaşlarını öldürüb, cinsiyyət orqanlarını kəsiblər – vəhşi və əxlaqsız mesaj
Bu gün, 06:22
İrəvandan mühüm gediş: 5 ölkədən cavab gözlənilir – Azərbaycan da var
Bu gün, 06:19
Ermənistan məhkəməsi Serj Sarkisyanın cinayət işinin bağlanması ilə bağlı müraciətini rədd edib
Dünən, 18:03
İŞİD terror təşkilatının qurbanıyam - Suriya Prezidenti
Dünən, 17:55
Narkoloji Mərkəzin həbs edilən direktorunun məhkəməsinə şahidlər məcburi gətiriləcək - TƏFƏRRÜAT
Dünən, 17:54
Azərbaycan AŞPA-ya ancaq bu halda qayıda bilər - Şərtlər MƏLUM OLDU
Dünən, 17:52
ƏÜO-nun hərbi qulluqçuları Türkiyədə keçirilən komando kursunda iştirak edirlər
Dünən, 17:23
DİQQƏT: Təhlükəli məhsullar “Saf Ət" MMC-yə məxsusdur... - İTTİHAM VAR...
Dünən, 17:18
İranla bağlı dəhşətli ssenari masada: 3 ölkə birləşir – Kritik proses başladı
Dünən, 17:12
ABŞ hərbi qüvvələri Ermənistanı tərk etdilər
Dünən, 17:07
Azərbaycanda iri zavodun direktoru dəyişib - BUNDAN SONRA...
Dünən, 17:01
Laçının Zəfər salnaməsi: tariximizin şanlı səhifəsi - MƏQALƏ
Dünən, 16:58
Rəqsanənin azadlığa çıxma haqqı açıqlandı: 1 milyon 150 min manat ... - TƏFƏRRÜAT
Dünən, 16:49
Deputatın azərbaycanlı köməkçisinin "prava"sı əlindən alındı
Dünən, 16:44
Gəncə “Asan Xidmət”də dözülməz vəziyyət - GİLEY
Dünən, 16:31
Dövlət Agentliyi xarici şirkətlərlə 3 milyon manatlıq - MÜQAVİLƏLƏR BAĞLADI
Dünən, 16:27
Tramp maraqlarını Ukrayna və Rusiya vasitəsilə həyata keçirir - Cəlaloğlu
Dünən, 16:18
TƏBİB-in tabeli tibb müəssisələrinə yeri rəhbər şəxslər təyin olunub - ƏMR
Dünən, 16:07
AHİK-in vədini gözləyən işçi ağır vəziyyətdə - Sahib Məmmədova müraciət etdi
Dünən, 16:05
Bölgələrdə ət bahalaşıb: “Bakıda da qiymətlər arta bilər” - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 15:39
İş başında infarkt keçirən komandirin vəzifəsi ona tapşırıldı - FOTO
Dünən, 15:29
“Piyadaların cərimələnməsi bərpa olunsun” - Tahir Kərimli
Dünən, 15:22
İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - NARAZILIQ VAR...
Dünən, 15:12
"Avrasiya üçbucağı"nın bir çox bucağı var - İNCƏLƏMƏ
Dünən, 15:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru