Dövlət Xidmətinin 8,4 milyon manat vergi borcu var .....                     Bu gün Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə .....                     Tofiq Cəfərli vəzifəsindən azad edildi .....                     Rusiyadakı dairələr ölkəmizi süni “mərmi” böhtanı ilə “vurmaq istəyirlər” .....                     "Olmayan məhsulları necə sata bilirsiniz, axı..." .....                     “Bu pulu vermək bizi yandırır” .....                     "İran İslam İnqilabı Keşikçiləri Korpusunun Azərbaycana qarşı təhdidi ilk deyil..." .....                     "Azərbaycan Dəmir Yolları"nın Müşahidə Şurası yenidən formalaşdırılıb .....                     AZAL-ın Müşahidə Şurasının üzvləri dəyişib .....                     Rusiya Prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib .....                     "Əfqanıstan da Pakistan kimi bizim strateji müttəfiqimiz olacaq" .....                     Nuranə Babayeva şöbə müdiri təyin olundu .....                     Paşinyandan Ter-Petrosyana məsləhət: .....                     Baş nazir millətinə reallıqları çatdırır .....                     Füzuli Rayon Mərkəzi Xəstəxanası artezian quyu qazdırır .....                     “7-dən 77-yə hər kəs anlayır ki, Rusiyadan ancaq fəlakət, qan, ölüm gələr” .....                     ASCO-nun Müşahidə Şurasının tərkibi dəyişib .....                     Xalq artisti yatağa düşdü .....                     “Bakı Yoltexnikatəmir” ASC-nin səhmdarları toplanır .....                     “Əli Kərimli bu gerçəyi anlamırsa, yaxud anlamaq istəmirsə... .....                     7 ildir müqavilə bağlayıb, 5 ildir pulunu ödəyib, amma evinə sahib ola bilmir... .....                     Ekologiya Nazirliyindən biganəlik: Ağaclar quruyur... BİZƏ NƏ? .....                     Əvvəlcə pulsuz xidmət göstərirdilər, amma indi... .....                     Overçuk Paşinyana "Tramp yolu" ilə bağlı hansı xəbərdarlığı etdi?.. .....                     Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi .....                     "Ramiz Mehdiyevin kadrları bu gün Azərbaycanda “at oynadır”lar" .....                     "İranı hədə-qorxu gəlmək üzrə "dünya çempionu" saymaq olar" .....                     ƏMƏK MÜBAHİSƏLƏRİ: məhkəməsiz olmazmı? .....                     Milli Onkologiya Mərkəzinin tenderi BAŞ TUTMADI .....                     İlham Əliyev Türkmənistana .....                     Şəkidə polis meşəlik ərazidə çətənə kolları və 8 kiloqram marixuana aşkarlayıb .....                     ABŞ belə asanlıqla Ukraynadakı savaşdan İMTİNA ETMƏZ... .....                     "AMEA-da ən yağlı, yeməli şöbənin mudirisən, yemək əvəzinə, hoqqa çıxarırsan..." .....                     Şəki sakini məhkəmə icraçılarından GİLEYLƏNİR .....                     İlham Əliyev Kəlbəcərdə Rusiyaya hansı mesajları verdi? .....                     Dövlətdən dəstək aldı... BAŞINA OYUN GƏLDİ... .....                     Toylara gətirilən bahalı müğənnilər kimə lazımdır? .....                     İrəvanda hökumət kilsə ilə həlledici savaşa çıxır... .....                     Azərbaycanla Ermənistan arasında sülhü kim istəmir? .....                     İranın mövqeyinin bir adı var: DÜŞMƏNÇİLİK... .....                 

“7-dən 77-yə hər kəs anlayır ki, Rusiyadan ancaq fəlakət, qan, ölüm gələr” - HƏQİQƏTƏN DƏ...
Tarix: Bu gün, 10:45 | Çap et

Rusiya – Ukrayna müharibəsi tam şiddəti ilə davam edir. Alyaskada baş tutan Tramp – Putin, ardınca Vaşinqtonda keçirilən Tramp – Zelenski – Avropa liderləri görüşü sülhə dair müəyyən ümidlər yaratsa da, hansısa real nəticədən söhbət gedə bilməz. Hətta, bu görüşlərin nəticəsizliyi fonunda, daha genişmiqyaslı müharibə təhlükəsindən danışanlar var.

Fakt da odur ki, bu gün Ukrayna insanı meydanda işğalçıya qarşı qəhrəmancasına savaşır, böyük dirəniş göstərir. Kimin kiminlə nə haqda danışmasından asılı olmayaraq, xalq öz torpağı, suverenliyi, namusu uğrunda canından-qanından keçməyə tərəddüd etmir.

AYNA.AZ mövzu ətrafında Ukraynada yaşayan azərbaycanlı jurnalist, “Birlik” Odessa Azərbaycanlıları Diaspor Təşkilatının sədr müavini Anar Natiqoğlu ilə həmsöhbət olub. Beləliklə:

- İstər Alyaskada reallaşan Tramp – Putin görüşü, istərsə də Ağ Evdə Tramp, Zelenski və Avropa liderlərinin iştirakı ilə keçirilən görüş, bu görüşdən çıxan nəticə Ukrayna cəmiyyətində necə qarşılandı?

- Alyaskada keçirilən Tramp - Putin görüşü, təbii ki, konkret nəticə olmaması baxımından Ukrayna ictimaiyyəti tərəfindən məyusluqla qarşılandı. Amma bu, gözlənilən idi. Digər tərəfdən illərdir yaxın qonşulardan başqa heç bir ölkəyə səfər etməyən Putinin uzaq bir məsafə qət edərək müzakirələr aparması, savaşı bitirmək niyyətini ortaya qoyması irəliyə doğru addım sayıla bilər. Bu, həm də Avropa liderləri üçün Trampın sülhpərvər missiyasını tamamilə ələ almaq istəyi fonunda, Putinin əslində "səmimi" şəkildə öz ərazi iddialarından əl çəkmək istəməməsi cavabı ilə bir siqnal oldu. Tramp Nobel sülh mükafatı, Amerikanın verdiyi kreditləri geri qaytarmaq dərdində olduğunu daha açıq şəkildə ortaya qoymuş oldu. Az qala, deyə ki, “Putinin istədiyini verin, savaş dayansın, sonra inkişaf edib çiçəklənin, pul qazanın, borcumuzu verin”. Amma bir maraqlı məqam var ki, Ukraynanın Amerika ilə birgə istismarına dair bağlanan müqavilədə yer alan qiymətli metalların əsas yataqları Putinin iddia etdiyi iki əsas vilayətin - Donetsk və Luqanskın ərazisinə düşür.

- Son günlərin əsas müzakirə mövzusu Tramp administrasiyasının Ukraynanın sülh müqabilində ərazi güzəştinə getməsi ilə bağlı mövqeyidir. Kiyev və sıravi ukraynanlılar ərazi güzəştinə hazırdırmı?

- Burda ikibaşlı məsələ var. Həm Tramp, həm Putin bilir ki, 3 ildir, özündən dəfələrlə güclü resurslara, orduya sahib Rusiya qarşısında rəşadətlə dirəniş göstərən Ukrayna dövləti, ordusu, xalqı heç bir zaman ərazi güzəştinə getməyəcək. Sadəcə söhbət Donetsk və Luqansk vilayətlərinin hazırda Ukraynanın nəzarətində olan hissəsindən çıxma məsələsi var. Əslində, Krım və bu iki vilayətin böyük hissəsi elə 2014-cü ildən işğal altındadır. Savaşın ilk günündən bu günə qədər başda Prezident Zelenski olmaqla, Ukrayna dövlət rəsmiləri dəfələrlə danışıqlar üçün rusların 24 fevral 2022-ci ilə qədər olan mövqelərə çəkilməli olduğunu bildiriblər. İşğalçı tərəf isə hələ yarıdan çoxunun və vilayət mərkəzinin Ukraynanın nəzarətində olduğu Xerson və Zaporojyeyə də iddia edir. Üstəlik, bunlardan kənarda qeyri-müəyyən bufer zona da təklif edir. Bu isə artıq şərq və cənubun tam işğalını rəsmiləşdirmək istəyi deyil, faktiki Ukraynanın yarısını iflic vəziyyətdə saxlamaqdır – bu, mümkün olan məsələ deyil. Bu plan, sadəcə Ukraynada hakimiyyətin dəyişib, Putinin qubernator təyin etdiyi kimsənin iş başına gələcəyi versiyasında baş tuta bilər.

Amma Ukrayna ictimaiyyəti, hətta rusdilli əhali belə, artıq kimin kim olduğunu anlayır. 10 ildən çoxdur rusların nəzarətində olan Krım və Donetsk-Luqanskda yaşayış şəraiti Ukraynadan üstün deyil. Üstəlik, 21-ci əsrdə bu bölgələr ciddi içməli su, kanalizasiya problemi yaşayır. Bu isə “rusları müdafiə edirəm” deyib, əslində onların yaşadığı əraziləri yerlə yeksan edən, həm milyonlarla rus əsgərini, həm də Ukraynada yaşayan yüzminlərlə rusu, rusdilli mülkü əhalini qətlə yetirən Putin və onun rejiminin “səmimiyyətini” göstərir. “Odessanı sevirik” deyirlər, hər gecə onlarla dron göndərib şəhəri dağıdır, mülki insanları, uşaqları qətl edirlər. Bu, təxminən meymunun sevdiyindən balasını boğması ilə müqayisə oluna bilər.

- Ümumiyyətlə, Ukrayna xalqı üçün hansı prioritetdir: “nəyin bahasına olur-olsun, sülh”, yoxsa “Vətən bölünməz”?

- Bu mövzuya öncələr də toxunmuşuq. Ukraynada bəlli bir kəsim var ki, nə olur-olsun, sülh istəyir. Bunlar əsasən yalnız öz biznesini düşünən, müharibə şəraitində az qazanan, yaxud özləri və yaxınları indiyə qədər müxtəlif şərtlərdə savaşmaqdan boyun qaçıranlardır. Təbii ki, aralarında yaxınları savaşda olanlar da yox deyil. Bu tip düşünənlər “hansı torpaq gedir-getsin” düşüncəsi ilə patriotluqdan daha çox gəlir əldə etmək və özünün, yaxınlarının canının sağ qalmasını arzu edənlərdir. Amma artıq müəyyən itkilərə məruz qalmış və işğalçı orduya, dövlətə nifrət hissi bəsləyən böyük bir kəsim heç bir ərazi güzəştini qəbul edə bilməz.

Sizə bir fakt deyim. 2022-ci ilin pasxa günlərində rusların atdığı ballistik raket nəticəsində 3 aylıq Kira, anası Valeriya və nənəsi Lyudmila evin içində həlak oldu. Təsadüfən marketdə olan ailə başçısı Yuriy Qlodan sonra könüllü savaşa qatıldı və həlak oldu. İndi onların soyadına Semya Qlodan küçəsi var şəhərimizdə. Savaşın yarımçıq qoyduğu yüzminlərlə talelər var. Bu gün Rusiya təbliğat maşını və onlara qulluq edənlər Ukraynada tez-tez komissarlıqların küçədə adamları zorla aparmaları faktını yayır, “Ukrayna xalqı döyüşmək istəmir” fonu yaradır. Amma əl-ayağını itirən, bu halda da protezlə könüllü şəkildə cəbhə bölgəsinə yollanan minlərlə gənc oğlan və qız haqqında danışılmır. Mənim şəxsən tanıdıqlarım var belələri arasında.

Ukrayna dövləti, xalqı, ordusu bu 3 ildə verdiyi mücadilə ilə özünü sübut edib. Artıq Rusiya ilə arada bir ideoloji uçurum yaranıb. Bunu orta məktəb sagirdləri, yeniyetmələr, tələbələr də gözəl başa düşürlər ki, şimaldan xeyir gəlməz, qan işğal, ölüm gələr. Əgər Putin 2022-ci ildə geniş savaş başlatmasaydı, bəlkə də, siyasi mühitdə öz agenturasını iqtisadi problemlər fonunda hakimiyyətə yenə gətirə bilərdi, ikinci "Yanukoviç" dönəmi başlada bilərdi. Amma o qatar artıq gedib. Ona görə də aqressivdir. Anlayır ki, Ukraynada bir daha rusiyayönümlü siyasi qrup və ya şəxslər heç bir seçkidə uğur qazana bilməzlər. Bu savaşla Putin 20 il öncə Avropaya istiqamət kursu götürən Ukraynanı özündən daha da uzaqlaşdırdı. Artıq Ukrayna təkcə coğrafiya olaraq deyil, geopolitik, iqtisadi maraqlar baxımından da Avropanın həm giriş qapısı, həm təhlükəsizlik sərhədi, həm də mərkəzidir! Bu savaşla qoca qitə Ukrayna və ukraynalıların timsalında həm də çoxlu savadlı, çalışqan, vuruşan yeni nəfəs kontingent qazanmış oldu.

- Zelenskiyə Vaşinqtonda olarkən prezident seçkiləri ilə bağlı sual ünvanlandı. O da “əvvəlcə təhlükəsizlik, sonra seçki” mesajını verdi. Xalq necə, ölkədə növbəti prezident seçkisi istəyirmi?

- Seçki məsələsi bu şərtlərdə birmənalı şəkildə mümkün deyil. Ölkənin böyük bir hissəsində savaş gedir və böyük şəhərlər vaxtaşırı raket-dron hücumuna məruz qalır. Fiziki olaraq nəinki seçki, hər hansı bir qapalı və ya açıq yerdə keçirilən toplantı və ya mitinq belə, təhlükəsizlik baxımından risklidir.

- Deyək ki, Ukraynada seçkilər keçiriləsi oldu. İndiki məqamda Zelenskinin qələbə şansı varmı?

- Zelenski son vaxtlara qədər keçirilən reytinq sorğularında yenə 50+ üstünlüyünü qoruyub saxlayır. Məsələ burasındadır ki, hər kəsə aydındır ki, dövlət başçısı və komandasının əsas fəaliyyət dövrü seçildiyi müddətin ikinci yarısına düşür, bəzən bu da yetmədiyi üçün ikinci dönəm seçilməyə ehtiyac olur. Bu baxımdan Zelenski nə yatdı ki, nə yuxu görsün?! Adamın prezidentliyinin ilk dönəmi daxili siyasi çəkişmələr və Rusiya ilə “soyuq müharibə”, ikici yarısı isə aktiv savaş fazasına düşdü. Bəlkə də, sülh dönəmi olsaydı, artıq seçki yolu ilə hakimiyyətdən getmişdi və ya ikinci dəfə seçilmişdi. Bunlar ehtimallardır. İndi isə fakt odur ki, bir dövlət başçısı kimi özünü sübut etməyə imkan verilmədi.

Hər bir Prezident kimi Zelenskinin də öz seçici kontingenti, sevənləri var. İstəməyənlər, müxalif olanlar, nifrət edənlər də yox deyil. Hətta, bu savaşın başlanmasında onu günahkar sayanlar da tapılır. Halbuki, işğalçı qalıb o tərəfdə. Bu məntiqlə Zelenski savaş başlayan kimi postunu tərk edib qaçmalı və yaxud təslimcilik aktına qol çəkməli idi. Amma adam yerində qaldı, xalqla, ordu ilə bərabər dirəniş göstərdi. Savaşın ilk günlərində mərmi belə, çatışmırdı düşmən texnikasını vurmaq üçün. O ki qaldı Zelenskinin bundan sonrakı siyasi taleyinə. Çox çətin proqnozlaşdıra bilinəcək məsələdir. Çünki xeyli insan itkisi var, dağıntılar var. İstər-istəməz dövlət başçısı kimi onun üzərində olan məsuliyyətlər var.

Savaşın necə bitəcəyi məsələsi burda açar rolunu oynayır. Zelenski artıq vuruşan, dirənən xalqın, ölkənin, ordunun başçısı kimi tarixə düşüb. Ona görə də hər hansı ərazi güzəştinə getməyəcək. Həm də bu, təkcə onun səlahiyyəti deyil. Mən deyərdim ki hakim "Xalqın xidmətçisi" partiyasının çoxluq təşkil etdiyi parlament də bu qərarı vermək istəməyəcək. Qalır tək bir variant - referendum və xalqın mövqeyi. Ukrayna xalqı seçməlidir: güzəştlər müqabilində sülh və ya sona qədər savaş.

- Son olaraq: bu gün Avropa tərəfindən Kiyevə birmənalı dəstək verilməsinə baxmayaraq, Ağ Ev rəhbərliyinin alverçi münasibəti ucbatından Moskva özünü daha inamlı hiss edir. Belə bir şəraitdə Rusiya – Ukrayna müharibəsindən gözləntilər nədən ibarətdir: sülh, dondurulmuş münaqişə, yoxsa müharibə?

- İndiki bu reallığı Trampın alver təfəkkürü və Putinin cığallıqları fonunda, Avropanın tam dəstəyi və işğalçı üzərində tam qələbə olmasa da, rusların xeyli geri oturdulması dəyişə bilər. Avropa və Rusiyanın digər qonşuları, Cənubi Qafqaz ölkələri və Orta Asiya xalqları da Rusiya Ukraynada uğur qazanarsa, bir gün qapılarının döyüləcəyini anlayır. Amerika və Çinə tam məğlub duruma düşmüş Rusiya, Avropanın daha sərbəst, özünə əmin yaşaması baxımından, bəlkə də, sərf etməyə bilər. Amma dağılmış sovetlərdən qalma Rusiyanı toparlayıb qonşulara real təhdid formasına salan Putin rejiminin kaprizlərinə də kimsə sonuna qədər dözmək fikrində deyil məncə.

Zelenski Amerikada açıq mövqe ortaya qoydu. Həm təhlükəsizlik qarantiyası istədi, həm də bunun təminatı üçün Ukrayna ordusunun güclənməsi, təyyarələr və hava hücumundan müdafiə sistemlərinin verilməsi, eyni zamanda dron və digər silahların istehsalına dəstək verilməsi ilə bağlı yardım paketi tələb etdi Amerikadan və digər Avropa ölkələrindən. Eləcə də işğalçıya qarşı sanksiyaların artırılmasının vacibliyini vurğuladı. Bu isə o deməkdir ki, kimsə Rusiyanın sakitcə işğal etdiyi ərazilərdən çəkiləcəyinə və sülhə razı olacağına inanmır. Çünki tarixdə belə hallar olub və Rusiya heç bir müqavilənin şərtlərinə davamlı əməl etməyib.

Bütün hallarda, şəxsən mən düşünürəm ki, payızın ortalarında hansısa formada atəş dayanacaq.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət Xidmətinin 8,4 milyon manat vergi borcu var - DETALLAR
Bu gün, 12:01
Bu gün Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək
Bu gün, 11:57
Tofiq Cəfərli vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 11:54
Rusiyadakı dairələr ölkəmizi süni “mərmi” böhtanı ilə “vurmaq istəyirlər” - AMMA...
Bu gün, 11:37
"Olmayan məhsulları necə sata bilirsiniz, axı..." - NARAZILIQ VAR...
Bu gün, 11:34
“Bu pulu vermək bizi yandırır” - Şərurlu İsfəndiyar
Bu gün, 11:18
"İran İslam İnqilabı Keşikçiləri Korpusunun Azərbaycana qarşı təhdidi ilk deyil..." - SON DA OLMAYACAQ...
Bu gün, 11:15
"Azərbaycan Dəmir Yolları"nın Müşahidə Şurası yenidən formalaşdırılıb
Bu gün, 11:11
AZAL-ın Müşahidə Şurasının üzvləri dəyişib
Bu gün, 11:09
Rusiya Prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
Bu gün, 11:06
"Əfqanıstan da Pakistan kimi bizim strateji müttəfiqimiz olacaq" - GƏLİŞMƏ
Bu gün, 11:01
Nuranə Babayeva şöbə müdiri təyin olundu - BUNDAN SONRA...
Bu gün, 10:54
Paşinyandan Ter-Petrosyana məsləhət: - sakitləş və dinc həyatdan zövq al
Bu gün, 10:52
Baş nazir millətinə reallıqları çatdırır - ONA GÖRƏ DƏ...
Bu gün, 10:50
Füzuli Rayon Mərkəzi Xəstəxanası artezian quyu qazdırır
Bu gün, 10:49
“7-dən 77-yə hər kəs anlayır ki, Rusiyadan ancaq fəlakət, qan, ölüm gələr” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:45
ASCO-nun Müşahidə Şurasının tərkibi dəyişib
Bu gün, 10:39
Xalq artisti yatağa düşdü
Bu gün, 10:31
“Bakı Yoltexnikatəmir” ASC-nin səhmdarları toplanır
Bu gün, 10:27
“Əli Kərimli bu gerçəyi anlamırsa, yaxud anlamaq istəmirsə... demək, onun islahı qeyri-mümkündür”
Bu gün, 10:17
7 ildir müqavilə bağlayıb, 5 ildir pulunu ödəyib, amma evinə sahib ola bilmir... - NARAZILIQ VAR...
Bu gün, 10:12
Ekologiya Nazirliyindən biganəlik: Ağaclar quruyur... BİZƏ NƏ? - VİDEOFAKT
Bu gün, 10:02
Əvvəlcə pulsuz xidmət göstərirdilər, amma indi... - BU NƏDİ BELƏ?
Bu gün, 09:55
Overçuk Paşinyana "Tramp yolu" ilə bağlı hansı xəbərdarlığı etdi?.. - “Hraparak”
Bu gün, 09:41
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 09:39
"Ramiz Mehdiyevin kadrları bu gün Azərbaycanda “at oynadır”lar" - İTTİHAM VAR...
Bu gün, 09:29
"İranı hədə-qorxu gəlmək üzrə "dünya çempionu" saymaq olar" - HƏ, VALLAH...
Bu gün, 09:19
ƏMƏK MÜBAHİSƏLƏRİ: məhkəməsiz olmazmı? - Ekspert danışır...
Bu gün, 09:17
Milli Onkologiya Mərkəzinin tenderi BAŞ TUTMADI - TƏFƏRRÜAT
Bu gün, 09:12
İlham Əliyev Türkmənistana GEDİB
Bu gün, 09:06
Şəkidə polis meşəlik ərazidə çətənə kolları və 8 kiloqram marixuana aşkarlayıb - FOTO
Bu gün, 09:02
ABŞ belə asanlıqla Ukraynadakı savaşdan İMTİNA ETMƏZ... - Ümumiyyətlə, imtina etməz...
Bu gün, 08:59
"AMEA-da ən yağlı, yeməli şöbənin mudirisən, yemək əvəzinə, hoqqa çıxarırsan..." - DİLÇİ-ALİMDƏN İLGİNC ETİRAZ
Bu gün, 08:52
Şəki sakini məhkəmə icraçılarından GİLEYLƏNİR - "Artıq 9 ay müddət keçməsinə baxmayaraq..."
Bu gün, 08:45
İlham Əliyev Kəlbəcərdə Rusiyaya hansı mesajları verdi? - İLGİNC
Bu gün, 08:37
Dövlətdən dəstək aldı... BAŞINA OYUN GƏLDİ... - MÜRACİƏT
Bu gün, 08:31
Toylara gətirilən bahalı müğənnilər kimə lazımdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:31
İrəvanda hökumət kilsə ilə həlledici savaşa çıxır... - Görünəni odur ki...
Bu gün, 07:30
Azərbaycanla Ermənistan arasında sülhü kim istəmir? - GƏLİŞMƏ
Bu gün, 07:26
İranın mövqeyinin bir adı var: DÜŞMƏNÇİLİK... - FAKT BUDUR!
Bu gün, 07:25
Bu qida məhsulları BAHALAŞACAQ... - GÖZLƏNTİ
Bu gün, 07:22
Xaricdə təhsil alan azərbaycanlı tələbələr Elm və Təhsil Nazirliyindən cavab gözləyir - “Biz qorxurduq ki...”
Bu gün, 07:06
Vüqar Əsgərov gömrük sistemini qarışdırır - İTTİHAM VAR...
Bu gün, 07:04
Bülletendə olanların pulu aylardır ödənilmir - “sistemdə problem var” bəhanəsi ilə xəstələrə dərd verilir
Bu gün, 06:59
Əbülfəz Elçibəyin vəfatından 25 il ötür - ANIM
Bu gün, 06:52
Rusiya sürətlə Azərbaycanın düşməninə çevrilir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:46
Gələcəyin sahibləri - Eltən Törəçi yazır...
Bu gün, 06:44
İmtahan, yoxsa tələ? - AKTUAL
Bu gün, 06:40
Kərki geri qaytarılarsa, İran daha sərt ritorika ilə çıxış edəcək - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:38
"Həmin məhsullar heç kimə satılmayıb, rahat ola bilərsiniz..." - FOTO
Bu gün, 06:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru