Rusiyadakı dairələr ölkəmizi süni “mərmi” böhtanı ilə “vurmaq istəyirlər” .....                     "Olmayan məhsulları necə sata bilirsiniz, axı..." .....                     “Bu pulu vermək bizi yandırır” .....                     "İran İslam İnqilabı Keşikçiləri Korpusunun Azərbaycana qarşı təhdidi ilk deyil..." .....                     "Azərbaycan Dəmir Yolları"nın Müşahidə Şurası yenidən formalaşdırılıb .....                     AZAL-ın Müşahidə Şurasının üzvləri dəyişib .....                     Rusiya Prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib .....                     "Əfqanıstan da Pakistan kimi bizim strateji müttəfiqimiz olacaq" .....                     Nuranə Babayeva şöbə müdiri təyin olundu .....                     Paşinyandan Ter-Petrosyana məsləhət: .....                     Baş nazir millətinə reallıqları çatdırır .....                     Füzuli Rayon Mərkəzi Xəstəxanası artezian quyu qazdırır .....                     “7-dən 77-yə hər kəs anlayır ki, Rusiyadan ancaq fəlakət, qan, ölüm gələr” .....                     ASCO-nun Müşahidə Şurasının tərkibi dəyişib .....                     Xalq artisti yatağa düşdü .....                     “Bakı Yoltexnikatəmir” ASC-nin səhmdarları toplanır .....                     “Əli Kərimli bu gerçəyi anlamırsa, yaxud anlamaq istəmirsə... .....                     7 ildir müqavilə bağlayıb, 5 ildir pulunu ödəyib, amma evinə sahib ola bilmir... .....                     Ekologiya Nazirliyindən biganəlik: Ağaclar quruyur... BİZƏ NƏ? .....                     Əvvəlcə pulsuz xidmət göstərirdilər, amma indi... .....                     Overçuk Paşinyana "Tramp yolu" ilə bağlı hansı xəbərdarlığı etdi?.. .....                     Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi .....                     "Ramiz Mehdiyevin kadrları bu gün Azərbaycanda “at oynadır”lar" .....                     "İranı hədə-qorxu gəlmək üzrə "dünya çempionu" saymaq olar" .....                     ƏMƏK MÜBAHİSƏLƏRİ: məhkəməsiz olmazmı? .....                     Milli Onkologiya Mərkəzinin tenderi BAŞ TUTMADI .....                     İlham Əliyev Türkmənistana .....                     Şəkidə polis meşəlik ərazidə çətənə kolları və 8 kiloqram marixuana aşkarlayıb .....                     ABŞ belə asanlıqla Ukraynadakı savaşdan İMTİNA ETMƏZ... .....                     "AMEA-da ən yağlı, yeməli şöbənin mudirisən, yemək əvəzinə, hoqqa çıxarırsan..." .....                     Şəki sakini məhkəmə icraçılarından GİLEYLƏNİR .....                     İlham Əliyev Kəlbəcərdə Rusiyaya hansı mesajları verdi? .....                     Dövlətdən dəstək aldı... BAŞINA OYUN GƏLDİ... .....                     Toylara gətirilən bahalı müğənnilər kimə lazımdır? .....                     İrəvanda hökumət kilsə ilə həlledici savaşa çıxır... .....                     Azərbaycanla Ermənistan arasında sülhü kim istəmir? .....                     İranın mövqeyinin bir adı var: DÜŞMƏNÇİLİK... .....                     Bu qida məhsulları BAHALAŞACAQ... .....                     Xaricdə təhsil alan azərbaycanlı tələbələr Elm və Təhsil Nazirliyindən cavab gözləyir .....                     Vüqar Əsgərov gömrük sistemini qarışdırır .....                 

“Əli Kərimli bu gerçəyi anlamırsa, yaxud anlamaq istəmirsə... demək, onun islahı qeyri-mümkündür”
Tarix: Bu gün, 10:17 | Çap et

Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli Fransanın RFI radiostansiyasının rus xidmətinə müsahibə verib. Haqqın.az yazır ki, AXCP sədri müsahibəsində bir sıra ziddiyyətli bəyanatlar və açıq-aşkar manipulyasiya xarakterli şərhlər səsləndirib.

Maraqlıdır ki, RFİ jurnalisti müsahibədə Azərbaycan əleyhinə qərəzli mövqeyi ilə seçilib. Məsələn, Azərbaycan Prezidentinin Vaşinqtona səfərindən az sonra dərc olunmuş ABŞ Dövlət Departamentinin “siyasi məhbuslar” hesabatına çoxlu istinadlar edib. “Əlbəttə, "siyasi məhbuslar" mövzusu Ə.Kərimlinin də ürəyincə olan mövzudur, çünki radikal müxalifət bu mövzuda beynəlxalq strukturların diqqətini və qrantlarını cəlb etmək vasitəsi kimi istifadə olunur", - deyə Haqqın.az yazır.

Müsahibəyə gəlincə, Ə.Kərimli “Azərbaycan müxalifətinin sıxışdırılması və siyasi meydanda zərərsizləşdirilməsi” barədə ağızdolusu danışır, amma ölkədə siyasi dialoqun təşəbbüskarının məhz Azərbaycan hakimiyyəti olduğunu ya “unudur”, ya da bilərəkdən görməzlikdən gəlir. Rusdilli sayt bu mövzudakı şərhində yazır ki, AXCP ardıcıl olaraq hakimiyyətin dialoq təşəbbüsü rədd edib, konstruktiv əməkdaşlıq proseslərində iştirak edən qüvvələri isə tənqid edib və təzyiq göstərib.

AXCP sədri hakimiyyətə iddialı olduğunu desə də, yenə də unudur ki, uzun illər ardıcıl olaraq bütün səviyyələrdə seçkiləri boykot edib. Əslində Ə.Kərimli seçkilərdə iştirakdan imtina etməklə bu prosesi gözdən salmaq üçün çalışıb. Nəhayət, AXCP sədrinin indilikdə hakimiyyətə qarşı yenidən “boy göstərmək cəhdi” Vaşinqton görüşündən narahat olan Rusiya və Fransanın anti-Azərbaycan mövqeyinə dəstək kimi qiymətləndirilə bilər.

Hakim Yeni Azərbaycan Partiyasının Milli Məclisdəki təmsilçilərindən olan Aydın Mirzəzadə “Yeni Müsavat”a dedi ki, AXCP sədrinin açıqlamaları təəccüblü deyil: “Radikal müxalifətçi Əli Kərimli heç vaxt Azərbaycanı sevməyib. Onun fəaliyyəti dövründə özünü hüquqşünas, demokrat müxalifət kimi göstərsə də, əslində əsas məqsədi Azərbaycan iqtidarına deyil, ümumilikdə Azərbaycana müxalif olmaqdır. Torpaqlarımız 30 ilə yaxın müddətdə işğal altında qalanda bir dəfə də olsun ki, işğaldan, bir milyona yaxın məcburi köçkün faktorundan, onların acınacaqlı həyatından danışmayıb. Ermənistanı heç zaman pisləməyib. Azərbaycana qarşı xaricdən olan siyasi təzyiqlərdən də danışmayıb. Vətən müharibəsi dövründə Fransa və bir neçə digər dövlətin ölkəmizə qarşı təzyiqlərinə susub. İndinin özündə də işğaldan azad olunan torpaqlarda görülən işlərdən, Türk dünyasının birliyinin yaradılması üçün Azərbaycanın göstərmiş olduğu fəaliyyətdən heç zaman söz açmayıb. O, həmişə Azərbaycana müxalif olaraq, beynəlxalq birlikdə ölkəmizi mənfi qələmə verməyə çalışıb. Əli Kərimli olmayan məsələləri şişirtməyə, eyni zamanda onu zorla Azərbaycana diktə etməyə çalışır. Siyasi məhbus məsələsindən danışır. Halbuki ölkəmizdə siyasi əqidəsinə görə həbs edilən bir nəfər də yoxdur. Bütün məhkəmə prosesləri açıq şəkildə keçirilir. Əgər Azərbaycanda radikal müxalifət sıxışdırılırsa, niyə Əli Kərimli sərbəst gəzir? Necə olur ki, bu gün Azərbaycan iqtidarını Əli Kərimlidən də sərt tənqid edən Qüdrət Həsənquliyev, Fazil Mustafa və digərləri ölkə parlamentində fəaliyyət göstərirlər? Əli Kərimli Fransa mətbuatına verdiyi müsahibədə Fransanın Azərbaycana qarşı ədalətsiz mövqeyinə, Parisin İrəvanın işğalçılıq siyasətinə nədənsə heç bir fikir bildirmədi. Eyni zamanda nədən Azərbaycan Prezidentinin Vaşinqtona uğurlu səfərinə və bu səfər nəticəsində bədnam "907-ci düzəliş"in dayandırılması barədə ABŞ Prezidentinin sərəncamına toxunmadı? Amerika ilə Azərbaycan arasında strateji əməkdaşlıq barədə sazişin imzalanmasına hazırlığın getməsinə nə üçün toxunmur? Əli Kərimlinin indi Fransa radiosuna müsahibə verməsi mümkündür ki, xaricdən gələn tapşırıqdır. Azərbaycanın müstəqil xarici siyasət yürütməsi, ABŞ kimi ölkə ilə Trampın gəlişindən sonra münasibətlərin əvvəlki konstruktiv həddə çatması həmin dairələri narahat edir. Əli Kərimli vasitəsilə onlar buna kölgə salmağa çalışırlar. Əvvəlki sədr Əbülfəz Elçibəydən təhvil aldığı siyasi partiyada Elçibəy dövründə fəaliyyət göstərən şəxslərdən kimsə qalmadı. Onların hamısını partiyadan uzaqlaşdırdı. Mətbuatda da göründüyü kimi, onun rəhbərlik etdiyi təşkilatda şəxsiyyətəpərəstlik yaranıb. Onu tənqid etmək, fərqli fikir söyləmək mümkün deyil. Qurultay qabağı namizədliklərini verəcək insanlar təcili partiyadan xaric olunur. Onun partiyasında özündən başqa kimsə Azərbaycan siyasətində tanınmır. Öz təşkilatında tərəfdarlarına nümunə olmayan bu gün Azərbaycan cəmiyyətinə nə nümunə verə bilər?"

AMİP liderinin köməkçisi Əli Orucov Ə.Kərimlinin islahını qeyri-mümkün sayır: “Heç kim inkar etmir ki, partiyaların və mətbuatın, eləcə də vətəndaş cəmiyyəti institutlarının tam sərbəst fəaliyyət göstərməsində çatışmazlıqlar qalır. ABŞ Dövlət Departamentinin yaydığı hesabatda Azərbaycanla bağlı hissəsində əksini tapanlar şişirdilib. Bu, Azərbaycanı istəməyən və təzyiq altında saxlamaq istəyən qüvvələrə pas ötürməkdir. Azərbaycan elə bir geopolitik məkanda yerləşir ki, mərkəzi hakimiyyət möhkəm olmasa, indiki mürəkkəb dönəmdə idarə etmək və təhlükəsizliyini, maraqlarını qorumaq çətin olardı. Demokratiya adı altında anarxiya Azərbaycanı uçuruma aparardı və əldə edilən böyük zəhmət və səylər hesabına uğurlar da puç olardı. Dünya dəyişir, mübarizənin üsulları və metodları də dəyişir. Ancaq AXCP və onun lideri Əli Kərimli hələ də 90-cı illərdə qalıb. Elə zənn edir ki, Azərbaycanı xarici ölkələrə, xüsusən də Fransa kimi bizə münasibəti neqativ olan dövlətin mediasında pisləməklə nəyəsə nail ola biləcək. Problemlərin olduğunu heç kəs inkar etmir, ancaq bu problemlər daxildə dialoq və dəyirmi masa arxasında müzakirəyə çıxarılıb həll edilir. Fransa ermənidən betərdir. AXCP lideri bu gerçəyi anlamırsa, yaxud anlamaq istəmirsə, demək, onun islahı qeyri-mümkündür”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyadakı dairələr ölkəmizi süni “mərmi” böhtanı ilə “vurmaq istəyirlər” - AMMA...
Bu gün, 11:37
"Olmayan məhsulları necə sata bilirsiniz, axı..." - NARAZILIQ VAR...
Bu gün, 11:34
“Bu pulu vermək bizi yandırır” - Şərurlu İsfəndiyar
Bu gün, 11:18
"İran İslam İnqilabı Keşikçiləri Korpusunun Azərbaycana qarşı təhdidi ilk deyil..." - SON DA OLMAYACAQ...
Bu gün, 11:15
"Azərbaycan Dəmir Yolları"nın Müşahidə Şurası yenidən formalaşdırılıb
Bu gün, 11:11
AZAL-ın Müşahidə Şurasının üzvləri dəyişib
Bu gün, 11:09
Rusiya Prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
Bu gün, 11:06
"Əfqanıstan da Pakistan kimi bizim strateji müttəfiqimiz olacaq" - GƏLİŞMƏ
Bu gün, 11:01
Nuranə Babayeva şöbə müdiri təyin olundu - BUNDAN SONRA...
Bu gün, 10:54
Paşinyandan Ter-Petrosyana məsləhət: - sakitləş və dinc həyatdan zövq al
Bu gün, 10:52
Baş nazir millətinə reallıqları çatdırır - ONA GÖRƏ DƏ...
Bu gün, 10:50
Füzuli Rayon Mərkəzi Xəstəxanası artezian quyu qazdırır
Bu gün, 10:49
“7-dən 77-yə hər kəs anlayır ki, Rusiyadan ancaq fəlakət, qan, ölüm gələr” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:45
ASCO-nun Müşahidə Şurasının tərkibi dəyişib
Bu gün, 10:39
Xalq artisti yatağa düşdü
Bu gün, 10:31
“Bakı Yoltexnikatəmir” ASC-nin səhmdarları toplanır
Bu gün, 10:27
“Əli Kərimli bu gerçəyi anlamırsa, yaxud anlamaq istəmirsə... demək, onun islahı qeyri-mümkündür”
Bu gün, 10:17
7 ildir müqavilə bağlayıb, 5 ildir pulunu ödəyib, amma evinə sahib ola bilmir... - NARAZILIQ VAR...
Bu gün, 10:12
Ekologiya Nazirliyindən biganəlik: Ağaclar quruyur... BİZƏ NƏ? - VİDEOFAKT
Bu gün, 10:02
Əvvəlcə pulsuz xidmət göstərirdilər, amma indi... - BU NƏDİ BELƏ?
Bu gün, 09:55
Overçuk Paşinyana "Tramp yolu" ilə bağlı hansı xəbərdarlığı etdi?.. - “Hraparak”
Bu gün, 09:41
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 09:39
"Ramiz Mehdiyevin kadrları bu gün Azərbaycanda “at oynadır”lar" - İTTİHAM VAR...
Bu gün, 09:29
"İranı hədə-qorxu gəlmək üzrə "dünya çempionu" saymaq olar" - HƏ, VALLAH...
Bu gün, 09:19
ƏMƏK MÜBAHİSƏLƏRİ: məhkəməsiz olmazmı? - Ekspert danışır...
Bu gün, 09:17
Milli Onkologiya Mərkəzinin tenderi BAŞ TUTMADI - TƏFƏRRÜAT
Bu gün, 09:12
İlham Əliyev Türkmənistana GEDİB
Bu gün, 09:06
Şəkidə polis meşəlik ərazidə çətənə kolları və 8 kiloqram marixuana aşkarlayıb - FOTO
Bu gün, 09:02
ABŞ belə asanlıqla Ukraynadakı savaşdan İMTİNA ETMƏZ... - Ümumiyyətlə, imtina etməz...
Bu gün, 08:59
"AMEA-da ən yağlı, yeməli şöbənin mudirisən, yemək əvəzinə, hoqqa çıxarırsan..." - DİLÇİ-ALİMDƏN İLGİNC ETİRAZ
Bu gün, 08:52
Şəki sakini məhkəmə icraçılarından GİLEYLƏNİR - "Artıq 9 ay müddət keçməsinə baxmayaraq..."
Bu gün, 08:45
İlham Əliyev Kəlbəcərdə Rusiyaya hansı mesajları verdi? - İLGİNC
Bu gün, 08:37
Dövlətdən dəstək aldı... BAŞINA OYUN GƏLDİ... - MÜRACİƏT
Bu gün, 08:31
Toylara gətirilən bahalı müğənnilər kimə lazımdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:31
İrəvanda hökumət kilsə ilə həlledici savaşa çıxır... - Görünəni odur ki...
Bu gün, 07:30
Azərbaycanla Ermənistan arasında sülhü kim istəmir? - GƏLİŞMƏ
Bu gün, 07:26
İranın mövqeyinin bir adı var: DÜŞMƏNÇİLİK... - FAKT BUDUR!
Bu gün, 07:25
Bu qida məhsulları BAHALAŞACAQ... - GÖZLƏNTİ
Bu gün, 07:22
Xaricdə təhsil alan azərbaycanlı tələbələr Elm və Təhsil Nazirliyindən cavab gözləyir - “Biz qorxurduq ki...”
Bu gün, 07:06
Vüqar Əsgərov gömrük sistemini qarışdırır - İTTİHAM VAR...
Bu gün, 07:04
Bülletendə olanların pulu aylardır ödənilmir - “sistemdə problem var” bəhanəsi ilə xəstələrə dərd verilir
Bu gün, 06:59
Əbülfəz Elçibəyin vəfatından 25 il ötür - ANIM
Bu gün, 06:52
Rusiya sürətlə Azərbaycanın düşməninə çevrilir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:46
Gələcəyin sahibləri - Eltən Törəçi yazır...
Bu gün, 06:44
İmtahan, yoxsa tələ? - AKTUAL
Bu gün, 06:40
Kərki geri qaytarılarsa, İran daha sərt ritorika ilə çıxış edəcək - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:38
"Həmin məhsullar heç kimə satılmayıb, rahat ola bilərsiniz..." - FOTO
Bu gün, 06:35
Rusiya imtina etdi, Azərbaycan üçün şans yarandı – Həmin şəxslər ölkəmizə gələrsə…
Bu gün, 06:31
ABŞ müttəfiqlərinə Ukrayna danışıqları ilə bağlı kəşfiyyat məlumatlarını açıqlamağı qadağan edib - CBS telekanalı
Bu gün, 06:26
Rəqsanə İsmayılovanın həyat yoldaşının vəkili - Qərar veriləcək
Dünən, 18:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru