Tehranın Moskva ilə birləşmək planı - GƏLİŞMƏ
Xameneinin müşaviri Əli Əkbər Vilayəti yenidən Zəngəzur dəhlizi ilə bağlı iddialar irəli sürüb. İddia edir ki, bu dəhliz NATO-nun Cənubi Qafqaza, Xəzər regionu və Mərkəzi Asiyaya nüfuz etməsinə şərait yaradacaq. Və İranla Rusiyanı regionun cənubunda blokadaya salacaq.
Vilayətinin iddiaları – dəhliz layihəsini geosiyasi mübarizənin elementi kimi təqdim etməsi, xüsusilə Rusiyaya təhlükə yaratması haqda dedikləri Moskva ilə gündəliyini eyniləşdirmək və onun dəstəyini əldə etmək məqsədi daşıyır. Vurğunu məhz NATO və Rusiya üçün strateji regionlar üzərinə yönəltməsi də buna hesablanıb. Onun digər iddiası da şübhəlidir. Vilayəti deyir ki, “İran daha öncə “qırmızı xəttini” elan edib və sərhəddə (Azərbaycanla sərhəd) hərbi təlimlər keçirməklə dəhlizin açılmasının qarşısını alıb”. Hərçənd, Zəngəzur dəhlizinin indiyə qədər açılmamasına səbəb İranın sərhədə “leşkər” toplaması yox, regionda güc balansının toqquşması idi:
- Bakı, Ankara və Moskva dəhlizlə bağlı ortaq mövqedən çıxış edir, İrəvan isə Qərb tərəfdaşlarının, xüsusilə Bayden Administrasiyasının dəstəyi ilə müqavimət göstərirdi; - Rusiya Ukrayna müharibəsinə görə prosesə müdaxilə etmir/edə bilmirdi; - Bakı və Ankara alternativ variant kimi Qərbdən edilən təklifləri də dəyərləndirirdi;
Bu prosesdən kənarda qalan İran yalnız Ermənistan üçün regionda alternativ “qapı” rolunu oynayır, eyni zamanda, Fransa başda olmaqla Qərbdə dəhlizə qarşı çıxan oyunçularla “paslaşırdı”. Tehran hələ o vaxt da indiki iddiaları – “NATO/Turan dəhlizi” məsələsini Moskvanın mövqeyinə təsir etmək məqsədilə gündəmə gətirirdi.
İndi situasiyanın dəyişdiyi müşahidə edilir: Bakı, Ankara və İrəvan xəttində müzakirə edilən regional kommunikasiyanın açılması prosesində Moskvanın birbaşa iştirakı arxa plana keçib.
İranın son dövrlər Zəngəzur dəhlizi ilə bağlı intensiv açıqlamalarının birinci səbəbi budur: Moskvanı öz cəbhəsinə çəkmək, xüsusilə Tramp Administrasiyasının təklifləri fonunda.
İkinci səbəb İsraillə 12 günlük müharibədən sonra regionda İranın gücünə olan inamın azalmasıdır, xüsusilə indiyə qədər Tehranı alternativ “qapı” olaraq görən İrəvan üçün. Buna görə İran proseslərə yeganə müdaxilə imkanı olan Ermənistan amilindən məhrum olmaq riski ilə üzləşib. Vilayətinin “qırmızı xətlərdən” bəhs etməsi və “dəhlizin qarşısını biz aldıq” deməsi Ermənistana xatırlatmadır.
Tehran mövqelərini Moskva ilə birləşmək xətti üzərindən saxlamaq niyyətindədir. Mövcud şərtlərdə - ABŞ-ın prosesə müdaxiləsi fonunda İranla mövqelərini eyniləşdirmək Rusiyanın “əlini gücləndirsə” də, strateji perspektivlərdə sərfəli görünmür. Lakin əsas təhlükə cari dövrdə Tehran və Moskvanın regiona hansı təhlükələr yarada biləcəyidir. Daha öncə Bakıya qarşı Tehran-Moskva marşrutu üzərindən təhlükələr olub. Vilayətinin “passiv və müşahidəçi siyasət erası”nın bitdiyini elan etməsi də bu kontekstdə xəbərdarlıq hesab oluna bilər.
Asif Nərimanlı - "DİA-AZ"


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Xalq artisti VALYUTA QAÇAQMALÇISI ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 02:02 |
|
|
|
• Tehranın Moskva ilə birləşmək planı - GƏLİŞMƏ
Bu gün, 01:58 |
|
|
|
• ABŞ-ın rüsumlarını azaltmaq üçün Aİ Rusiya qazını Amerika LNG-si ilə əvəzləyəcək - Ursula fon der Lyayen
Bu gün, 01:46 |
|
|
|
• Azər Məmmədovun başında dayandığı İDXAL İMPERİYASI - Dövlət büdcəmizin anası belə ağlar günə qalır...
Bu gün, 01:38 |
|
|
|
• MƏMMƏDLİNİN "PAZ"I, TEYMUROVUN AMBİSİYASI, AXUNDOVUN YENİ LAYİHƏSİ... - AFFA-nın yeni sözçüsü nəyə yarıyacaq?
Bu gün, 01:28 |
|
|
|
• Səfirliklərin Bakı “döyüşü” - NƏ BAŞ VERİR?
Bu gün, 01:22 |
|
|
|
• “Onu lüt soyundurdular, ac qoydular və...” – Rusiya əsirliyində yaşananlar
Bu gün, 01:20 |
|
|
|
• Gəncədə klinika meyiti "girov" götürüb: Mərhumun yaxınlarından etiraz - BU NƏDİ BELƏ?
Bu gün, 01:11 |
|
|
|
• “Rusiya parçalanacaq, Qusman haqsızlığın qurbanıdır” - ETİRAZ
Bu gün, 01:08 |
|
|
|
• Bakı bu silahları təqdim etdi - Rusiya kanalı "narahat" oldu - SİYAHI
Bu gün, 01:03 |
|
|
|
• SEPAH-dan Azərbaycana qarşı növbəti namərd hücum: bizi elə şeylərdə ittiham edirlər ki… - TƏFƏRRÜAT
Bu gün, 01:01 |
|
|
|
• Ermənistanda vəziyyət GƏRGİNLƏŞİR: - Paşinyan sözündən dönmür
Dünən, 19:23 |
|
|
|
• “Anamın ağrılardan canı qurtardı” - Milli qəhrəmanın qardaşı
Dünən, 19:21 |
|
|
|
• İran yola gəlməsə... - ŞƏRH
Dünən, 16:47 |
|
|
|
• Azərbaycanda 31 il əvvəl başlayan proses – Əliyevdən vacib gediş
Dünən, 16:43 |
|
|
|
• FHN əməkdaşı olan Mahirin ölümünün təfərrüatı - Nişanı da təxirə salınmışdı
Dünən, 16:40 |
|
|
|
• NATO-nun gizli təyyarəsi havadan Rusiyanı izləyir - Business Insider
Dünən, 16:38 |
|
|
|
• "Putinin hərbi iqtisadiyyatı çat verir: Rusiya mülki sektoru çökür" - “Bloomberg”
Dünən, 14:51 |
|
|
|
• Qarabağ qazisi və polis oğlunun məzarı Laçına köçürüldü - Torpaqlarımız azad olunandan sonra bir ilk
Dünən, 14:48 |
|
|
|
• SEPAH Zəngəzurdan əl çəkmir: NATO, sionist və pantürkistlər... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:42 |
|
|
|
• "Televiziyalar onları yığışdırmalıdır” - ÇAĞIRIŞ
Dünən, 12:03 |
|
|
|
• “Dərbəndin sahibi kimdir?” – keçmiş XİN rəhbəri rus millətçilərə cavab verdi
Dünən, 12:00 |
|
|
|
• "Nazir o vaxt yeni gələndə demişdi ki..."
Dünən, 09:17 |
|
|
|
• Binəqədinin Hacıbalası olmasa da... - HACIBABASI VAR...
Dünən, 09:15 |
|
|
|
• "Neçə gündür ki, bu sevincin nəşəsini yaşayıram..."
Dünən, 07:44 |
|
|
|
• "Yaxşı ki, Vasif Talıbovu götürdülər" - "...yoxsa Naxçıvan özü əldən gedirdi"
Dünən, 07:40 |
|
|
|
• "Parlamentdə deputatlar da var ki, hamısı mənə dəstək verir" - Xalq artisti
Dünən, 07:17 |
|
|
|
• Dövlət katibi ABŞ prezidentliyinə namizədin adını açıqladı - FOTO
Dünən, 07:14 |
|
|
|
• Ərdoğan Bakıya görə Putinlə danışacaq? – Xankəndidə mesaj verdi, sonra isə…
Dünən, 07:12 |
|
|
|
• İsrail ordusu Qəzzaya humanitar yardım göndərdiyini açıqlayıb - KİV
Dünən, 07:01 |
|
|
|
• Doğrudanmı, yasda ehsan vermək yasaqlanmalıdır? - AKTUAL
Dünən, 06:59 |
|
|
|
• Yoldaş Mikayılovun QUDA SEVGİSİ - Qanun hərləyən kimdir ki...
Dünən, 06:56 |
|
|
|
• Bakıdakı RUS AGENTURASI - İLGİNC İDDİALAR
Dünən, 06:37 |
|
|
|
• Bir sədr, 9 müşavir, 20 şöbə: “AzerGold”da diqqətçəkən vəzifə bölgüsü - BU NƏDİ BELƏ?
Dünən, 06:27 |
|
|
|
• Meliorasiya İdarəsi ilə Sudan İstifadə Birliyi “sudan çıxmır” - Zərdabda su işində xaos
Dünən, 06:19 |
|
|
|
• Mobil telefon təhsilə əngəlmi, fürsətmi? - Baxır, kim nə üçün istifadə edir...
Dünən, 06:11 |
|
|
|
• "1 uşaq gəlir, 4 yazın. 3 uşaq gəlir, 5 yazın..." - "Bunu bütün bağçalar belə edir..."
Dünən, 06:08 |
|
|
|
• Kreml rusiyalıları YouTube-dan uzaqlaşdıra biləcəkmi?.. - GƏLİŞMƏ
Dünən, 06:01 |
|
|
|
• Putin Rusiya-Azərbaycan gərginliyi haqda niyə susur?.. - “O heç nə deməyəcək...”
Dünən, 05:59 |
|
|
|
• Ermənistanda faşizm əleyhinə abidəni sökürlər
Dünən, 05:55 |
|
|
|
• Bakıda məsciddə dəhşətli QƏTL: Vətən müharibəsi iştirakçısı SAXLANILDI - FOTO
Dünən, 05:50 |
|
|
|
• Bakının daşınmaz əmlak bazarı: Qiymətlər niyə “cib yandırır”? - AKTUAL
Dünən, 05:46 |
|
|
|
• Makronla Ərdoğan Qəzzadakı vəziyyəti müzakirə ediblər - "X"
Dünən, 05:44 |
|
|
|
• Yeni doktrina formalaşır... - layihə təkcə region deyil, dünya üçün də əhəmiyyətlidir
Dünən, 05:42 |
|
|
|
• "Hamı öndə olmaq, daha yaxşısını etmək istəyir"
26-07-2025, 22:01 |
|
|
|
• Ermənistanın ticarət dövriyyəsi kəskin şəkildə azaldı
26-07-2025, 21:59 |
|
|
|
• İsgəndər Xəlilovdan xəbər var: Rusiya kanallarının hədəfə aldığı iş adamı ailəsi ilə bu ölkədədir - TƏFƏRRÜAT
26-07-2025, 21:57 |
|
|
|
• Dmitri Peskov bu reallıqları çox yaxşı anlayır - AMMA...
26-07-2025, 18:00 |
|
|
|
• Tur şirkətlərinin FIRILDAĞI - Onları necə seçək, nələrə fikir verək?
26-07-2025, 17:02 |
|
|
|
• Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb
26-07-2025, 16:57 |
|
|
|
|