Azərbaycan və Ermənistan nümayəndələri Antalyada görüşə bilər... .....                     Bayrağı Meydanda ilk dəfə kim qaldırıb? .....                     Ziya Məmmədov uzun müddət sonra burada göründü .....                     Qusmana Türkiyədə mükafat verildi .....                     Şimal-Cənub Nəqliyyat Dəhlizinin ən səmərəli marşrutu Azərbaycan üzərindən keçir .....                     Vətən müharibəsi iştirakçısı olan vəkil vəfat etdi .....                     Şeyxin etiraz etdiyi BU QANUN .....                     Hərbi parad həm də... .....                     “Tik-tokerlərin “lüks həyat” görüntülərinin arxasında təhlükəli plan var” .....                     “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin vergi borcu olan şirkətlə yarımmilyonluq planı .....                     Pensiya sistemində dəyişiklik: Yaş artacaq, ya məbləğ? .....                     Elektromobil alanı cəzalandırmaq məntiqsiz addımdır .....                     Azərbaycan Bayrağı dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir .....                     Sərkisyan deyib ki, istefasından sonra Putin ona 3 dəfə zəng edib... .....                     AMEA müqəddəs yerdir: İMKAN VERİN, YESİNLƏR... .....                     LEVİTAN, ŞƏMİSTAN BƏY, MÜMTAZ... .....                     Mahir Emreli ağır zədələndi, gözyaşlarını saxlaya bilmədi .....                     Gecə ərzində Rusiya üzərində 44 Ukrayna PUA-sı vurulub .....                     Bu parad həm də o demək idi ki... .....                     Əliyevin ZƏFƏR YÜRÜŞÜ... .....                     Burda sığorta olundunsa... BATDIN! .....                     ABŞ-nin ŞATDAUN QAYĞISI .....                     `Baku Electronics` mənşəyi bəlli olmayan məhsulları satır .....                     Dövlət qurumlarında planlanan YENİ İXTİSAR DALĞASI .....                     Keçmiş deputatın şirkəti XALQA QARŞI... .....                     Qalıcı sülh iradəsinin ehtişamı .....                     Təhsildə Keyfiyyət Təminatı Agentliyinin KEYFİYYƏTSİZ İŞLƏRİ .....                     Göygöl səhiyyəsində SAXTA TENDER HOQQASI .....                     GDU nə idi ki... nəzdindəki də nəsə olsun... .....                     Hesablama Palatası sədrinin milyonçu qaynatası YANLIŞ HESAB APARDI VƏ... .....                     Zəfər Günü dünyada və regionda yeni reallıqlar .....                     Rusiya xarici işlər naziri postunda kimin olmasının əhəmiyyəti yoxdur .....                     AZTV-nin aparıcısı işini tərk edib dənizçi oldu .....                     "Xəstə kimi olmuşdum, görəsən, mənə nə demək istəyirdi" .....                     MİNLƏRLƏ CAN QURBAN OLDU... .....                     “Parad revanşistlərə xəbərdarlıq, dostlara isə güvən mesajıdır” .....                     Əfqanıstandan çıxmaq alyansın ən böyük məğlubiyyəti idi .....                     Övladı əsgərliyə gedən .....                     İcra hakimiyyətinin binasına sərxoş vəziyyətdə girən şəxs həbs edildi .....                     "Azerbaijan Rigs" MMC auditor .....                 

Meliorasiya İdarəsi ilə Sudan İstifadə Birliyi “sudan çıxmır” - Zərdabda su işində xaos
Tarix: 27-07-2025, 06:19 | Çap et

"DoğruXeber.az" informasiya portalının redaksiyasına daxil olmuş məlumata əsasən, Zərdab rayonunda suvarma sistemləri ətrafında baş verənlər korrupsiyanın və nəzarətsizliyin bariz göstəricisinə çevrilib.

Suvarma – kənd təsərrüfatı üçün həyati əhəmiyyət daşıyan bu sahə Zərdabda nəzarətdən çıxıb. İdarəçilikdəki pərakəndəlik, qiymət manipulyasiyası və məsuliyyətsizlik rayon sakinlərini və fermerləri sözün əsl mənasında çarəsiz vəziyyətə salıb. Redaksiyamıza daxil olan məlumatlara əsasən, suyun dəyəri süni şəkildə şişirdilir, dövlətin təqdim etdiyi resurslar vətəndaşlara rəsmi mənbədən kənar, qeyri-rəsmi yollarla satılır.

Zərdab Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Peyman Sadiqi ilə redaksiyamız tərəfindən əlaqə saxlanılıb. Sadiqi bildirir ki, idarə tərəfindən su “Sudan İstifadə Birliyi”nə hər kubmetri cəmi 50 qəpikdən verilir. Lakin həmin birlik bu suyu əhaliyə 7-10 manata qədər baha qiymətə satır. Qanunazidd bu əməl, əslində dövlət resurslarının şəxsi mənfəət naminə istismar olunmasından başqa bir şey deyil. Sadiqinin sözlərinə görə, birlik müstəqil hüquqi şəxsdir və idarənin bu qiymət artımına nəzarət səlahiyyəti yoxdur.

Zərdabda su işində xaos – Meliorasiya İdarəsi ilə Sudan İstifadə Birliyi “sudan çıxmır”

Peyman Sadiqi

Mövqeyini öyrənmək üçün redaksiyamız tərəfindən “Sudan İstifadə Birliyi”nin rəhbəri Eldəniz Vəliyevlə də əlaqə saxlanılıb. Vəliyev bu ittihamları təkzib edərək bildirib ki, suyun qiyməti yalnız üzv və qeyri-üzvlər arasında fərqləndirilir: üzvlərə 2 manat, qeyrilərə 2 manat 50 qəpik. Onun açıqlamasından belə çıxır ki, suyun 7-10 manata satılması barədə iddialar qərəzlidir.

Lakin reallıq başqa mənzərə ortaya qoyur. 13 saylı sahənin su istifadəçisi Natiq bəyin iddiasına görə, Eldəniz Vəliyev dövlətin 50 qəpiyə verdiyi suyu 7-10 manata satır və toplanan vəsaitin yalnız az bir hissəsi – 18 min manatı rəsmi hesabatlara düşür. Qalan 70 mindən artıq vəsait isə guya şəxsən Eldəniz Vəliyevin bank hesabına yönəldilir. Əgər bu iddialar doğrudursa, ortada açıq şəkildə cinayət tərkibli əməllər və vəzifə səlahiyyətlərindən sui-istifadə var.

Əslində, bu hal ölkədə illərdir müzakirə olunan su siyasətinin necə çökdüyünü sübut edir. Dövlət Su Ehtiyatları Agentliyi yaradılarkən ictimaiyyət bu sahədə sistemli nəzarət və şəffaflıq gözləyirdi. Lakin görünən odur ki, Zərdabda su resursları qeyri-rəsmi bazara çevrilib və nə Meliorasiya idarəsinin, nə də Agentliyin buna əngəl olacaq real mexanizmi yoxdur. Əksinə, bu strukturlar arasında əlaqə yoxluğu və məsuliyyətdən yayınma halları vəziyyəti daha da kritikləşdirir.

Burada əsas sual yaranır: suyu bu qədər baha satan “birlik” kimə və nə üçün cavabdehlik daşıyır? Dövlətə məxsus su resurslarını özəl kommersiya məhsuluna çevirməyə kim icazə verib? İdarələrin bir-birinə “bizimlə əlaqəsi yoxdur” cavabları verməsi, məsuliyyətin paylaşdırılması yox, bölüşdürülməsi deməkdir. Ortada isə bir həqiqət qalır – fermer susuz, torpaq məhsulsuz, cavabdeh şəxslər isə məsuliyyətsizdir.

Bu məqalə sadəcə Zərdab rayonunda baş verən bir hadisəni deyil, bütövlükdə ölkədəki su idarəçiliyi böhranını da açıq şəkildə göstərir. Mövcud vəziyyət təkcə hüquqi yox, həm də sosial və iqtisadi təhlükədir. Dövlətin susması isə bu korrupsiya mexanizmini stimullaşdırır.

Araşdırmamız davam edir.

DogruXeber.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan və Ermənistan nümayəndələri Antalyada görüşə bilər...
Bu gün, 18:06
Bayrağı Meydanda ilk dəfə kim qaldırıb? - AKTUAL
Bu gün, 18:03
Ziya Məmmədov uzun müddət sonra burada göründü - FOTO
Bu gün, 17:56
Qusmana Türkiyədə mükafat verildi
Bu gün, 17:53
Şimal-Cənub Nəqliyyat Dəhlizinin ən səmərəli marşrutu Azərbaycan üzərindən keçir - deputat
Bu gün, 17:52
Vətən müharibəsi iştirakçısı olan vəkil vəfat etdi
Bu gün, 13:23
Şeyxin etiraz etdiyi BU QANUN yenidən gündəmdə
Bu gün, 13:18
Hərbi parad həm də... GÜC NÜMAYİŞİDİR...
Bu gün, 11:00
“Tik-tokerlərin “lüks həyat” görüntülərinin arxasında təhlükəli plan var” - FAKT BUDUR!
Bu gün, 10:58
“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin vergi borcu olan şirkətlə yarımmilyonluq planı - TƏFƏRRÜAT
Bu gün, 10:55
Pensiya sistemində dəyişiklik: Yaş artacaq, ya məbləğ? - Görünəni odur ki...
Bu gün, 10:52
Elektromobil alanı cəzalandırmaq məntiqsiz addımdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:00
Azərbaycan Bayrağı dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir - MƏQALƏ
Bu gün, 09:54
Sərkisyan deyib ki, istefasından sonra Putin ona 3 dəfə zəng edib... - Nədən danışıblar?..
Bu gün, 09:08
AMEA müqəddəs yerdir: İMKAN VERİN, YESİNLƏR... - ETİRAZ VAR!
Bu gün, 09:06
LEVİTAN, ŞƏMİSTAN BƏY, MÜMTAZ... - replika
Bu gün, 09:01
Mahir Emreli ağır zədələndi, gözyaşlarını saxlaya bilmədi - FOTO
Bu gün, 08:56
Gecə ərzində Rusiya üzərində 44 Ukrayna PUA-sı vurulub - KİV
Bu gün, 08:31
Bu parad həm də o demək idi ki... - SÖZARDI...
Bu gün, 08:27
Əliyevin ZƏFƏR YÜRÜŞÜ... - GƏLİŞMƏ
Bu gün, 08:24
Burda sığorta olundunsa... BATDIN! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:20
ABŞ-nin ŞATDAUN QAYĞISI - Müzakirə davam edir...
Bu gün, 08:11
`Baku Electronics` mənşəyi bəlli olmayan məhsulları satır - Rəsmi qurumlar HARA BAXIR?
Bu gün, 08:09
Dövlət qurumlarında planlanan YENİ İXTİSAR DALĞASI - BELƏ HARA GEDİRİK?
Bu gün, 08:03
Keçmiş deputatın şirkəti XALQA QARŞI... - GİLEY
Bu gün, 07:59
Qalıcı sülh iradəsinin ehtişamı - Bahəddin Həzi yazır...
Bu gün, 07:45
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin KEYFİYYƏTSİZ İŞLƏRİ - NARAZILIQ VAR...
Bu gün, 07:36
Göygöl səhiyyəsində SAXTA TENDER HOQQASI - BU NƏDİ BELƏ?
Bu gün, 07:31
GDU nə idi ki... nəzdindəki də nəsə olsun... - İTTİHAM VAR...
Bu gün, 07:27
Hesablama Palatası sədrinin milyonçu qaynatası YANLIŞ HESAB APARDI VƏ... - TƏFƏRRÜAT
Bu gün, 07:07
Zəfər Günü dünyada və regionda yeni reallıqlar - İNCƏLƏMƏ
Bu gün, 07:01
Rusiya xarici işlər naziri postunda kimin olmasının əhəmiyyəti yoxdur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:57
AZTV-nin aparıcısı işini tərk edib dənizçi oldu - “Arzum gəmi kapitanı olmaqdır”
Bu gün, 06:54
"Xəstə kimi olmuşdum, görəsən, mənə nə demək istəyirdi" - Xalq artisti
Bu gün, 06:51
MİNLƏRLƏ CAN QURBAN OLDU... - Günün qutlu olsun, BAYRAĞIM!
Bu gün, 06:42
“Parad revanşistlərə xəbərdarlıq, dostlara isə güvən mesajıdır” - AKTUAL
Bu gün, 06:37
Əfqanıstandan çıxmaq alyansın ən böyük məğlubiyyəti idi - NATO-nun sabiq baş katibi
Bu gün, 06:34
Övladı əsgərliyə gedən DEPUTATLAR
Dünən, 11:00
İcra hakimiyyətinin binasına sərxoş vəziyyətdə girən şəxs həbs edildi - TƏFƏRRÜAT
Dünən, 10:58
"Azerbaijan Rigs" MMC auditor - SEÇİR
Dünən, 10:53
Ata ilə oğulun `ANA VƏTƏN` DAVASI... - AÇIQLAMA
Dünən, 10:49
Azərbaycandan sonra digər ölkələr də bu addımı atmağa başlayıb - bərpası mümkündürmü?
Dünən, 10:46
"Bəzi yerlərdə rusların sayı Ukrayna döyüşçülərindən 20 dəfə çoxdur..." - Hərbçi Pokrovskdakı vəziyyətdən danışır...
Dünən, 10:44
“Həmin zabit əsgərlərinə deyib ki, indi də gedirik bizdən incik Şuşanın könlünü almağa...” - xalq artisti
Dünən, 10:18
Tramp G20-nin Cənubi Afrikada keçirilməsini rüsvayçılıq adlandırdı - Heç bir ABŞ rəsmisi iştirak etməyəcək
Dünən, 10:11
Nazir müavininə yaxın şirkət Qubada bayram tədbiri keçirəcək - TƏFƏRRÜAT
Dünən, 10:06
Pokrovskun itirilməsi Ukrayna üçün fəlakət deyil, lakin...
Dünən, 09:44
Swiss Dent klinikası: Bura qəssabxanadır, yoxsa?.. - NARAZILIQ VAR...
Dünən, 09:42
Paşinyandan Qarabağ açıqlaması - Səhvə yol verdim
Dünən, 09:33
İşdən çıxarılan direktor Təhsil İdarəsini məhkəməyə verib - TƏFƏRRÜAT
Dünən, 09:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru