"Nazir o vaxt yeni gələndə demişdi ki..." .....                     Binəqədinin Hacıbalası olmasa da... .....                     "Neçə gündür ki, bu sevincin nəşəsini yaşayıram..." .....                     "Yaxşı ki, Vasif Talıbovu götürdülər" .....                     "Parlamentdə deputatlar da var ki, hamısı mənə dəstək verir" .....                     Dövlət katibi ABŞ prezidentliyinə namizədin adını açıqladı .....                     Ərdoğan Bakıya görə Putinlə danışacaq? .....                     İsrail ordusu Qəzzaya humanitar yardım göndərdiyini açıqlayıb .....                     Doğrudanmı, yasda ehsan vermək yasaqlanmalıdır? .....                     Yoldaş Mikayılovun QUDA SEVGİSİ .....                     Bakıdakı RUS AGENTURASI .....                     Bir sədr, 9 müşavir, 20 şöbə: “AzerGold”da diqqətçəkən vəzifə bölgüsü .....                     Meliorasiya İdarəsi ilə Sudan İstifadə Birliyi “sudan çıxmır” .....                     Mobil telefon təhsilə əngəlmi, fürsətmi? .....                     "1 uşaq gəlir, 4 yazın. 3 uşaq gəlir, 5 yazın..." .....                     Kreml rusiyalıları YouTube-dan uzaqlaşdıra biləcəkmi?.. .....                     Putin Rusiya-Azərbaycan gərginliyi haqda niyə susur?.. .....                     Ermənistanda faşizm əleyhinə abidəni sökürlər .....                     Bakıda məsciddə dəhşətli QƏTL: Vətən müharibəsi iştirakçısı SAXLANILDI .....                     Bakının daşınmaz əmlak bazarı: Qiymətlər niyə “cib yandırır”? .....                     Makronla Ərdoğan Qəzzadakı vəziyyəti müzakirə ediblər .....                     Yeni doktrina formalaşır... .....                     "Hamı öndə olmaq, daha yaxşısını etmək istəyir" .....                     Ermənistanın ticarət dövriyyəsi kəskin şəkildə azaldı .....                     İsgəndər Xəlilovdan xəbər var: Rusiya kanallarının hədəfə aldığı iş adamı ailəsi ilə bu ölkədədir .....                     Dmitri Peskov bu reallıqları çox yaxşı anlayır .....                     Tur şirkətlərinin FIRILDAĞI .....                     Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb .....                     Bakı Kremlə bu jesti də etdi .....                     "Çalışırıq ki, İlyas İsmayılovun siyasi xəttini davam etdirək" .....                     Şahin İsmayılov Bakının mərkəzində kafe şəbəkəsini genişləndirir .....                     Azərbaycanlıların "tac"landırdığı "qanuni oğru" .....                     Kremlin İrəvandakı emissarları iş başında: .....                     Bakı və İrəvan bir “cəbhədə” birləşir: 4 ölkə razılaşdı .....                     Ağ Evə qədər uzanan Zəngəzur dəhlizi .....                     Diana Qasparyan barəsində cinayət işi açıldı .....                     "Mixail Qusmanı tək qoymayacağıq" .....                     Ermənipərəst konqresmenlərin Trampa məktubu .....                     350 manat nizamnamə kapitalı var, .....                     Məşhur jurnalist işdən ÇIXARILDI .....                 

Kreml rusiyalıları YouTube-dan uzaqlaşdıra biləcəkmi?.. - GƏLİŞMƏ
Tarix: Bu gün, 06:01 | Çap et

llərdir ki, Rusiyanın texnologiya tənzimləyiciləri "YouTube"un təsir dairəsinə qarşı dişlərini qıcayaraq mübarizə aparırlar. Bu videoplatforma, əsasən, senzurasız xəbərlər, məlumat və əyləncənin əsas mənbəyidir, üstəlik, bir çox rusiyalı inflüenserlər və bloqerlər üçün mühüm gəlir mənbəyidir.

Rəsmilər "Google"a məxsus bu platformanı ləngidərək izləyiciləri bezdirmək məqsədilə videoların yüklənmə sürətini dözülməz dərəcədə azaldıblar. Onlar həmçinin "YouTube"un serverlərini Rusiya ərazisində yerləşdirməsi üçün Silikon vadisi şirkətini təhdid ediblər. Məqsəd isə bu yolla platformanın internet trafikinə daha effektiv nəzarət edə bilməkdir.

Eyni zamanda, hakimiyyət orqanları tənzimləyicilərin tam nəzarətində olacaq yerli alternativ platformalar yaratmağa cəhd göstəriblər.

Bəs bütün bu səylər nə nəticə verir? Ekspertlərin sözlərinə görə, hələ istədikləri nəticəyə çatmayıblar, amma bu, çox yaxındadır.

Uzun illərdir üzərində işlənən bu təşəbbüs Kremlin dəstəklədiyi daha genişmiqyaslı bir kampaniyanın – Rusiyada "idarə olunan" internet qurmaq planının tərkib hissəsidir. Belə internetdə istifadəçilərə yalnız məhdud seçimlər təklif olunur, informasiya azadlığı görüntüsü yaradılır və fəaliyyətləri yaxından izlənilir.

Keçən həftə Rusiya rəsmiləri "Meta"ya məxsus geniş istifadə olunan "WhatsApp" mesajlaşma tətbiqini ölkədə bloklamaq istiqamətində işlədikləri barədə siqnal veriblər.

""YouTube" Rusiyada son dərəcə güclüdür", - Alman Xarici Əlaqələr Şurasının Rusiya interneti üzrə tədqiqatçısı Filipp Ditrix bildirib.

"Bu, hökumət üçün ciddi təhlükədir. Əgər bir platformaya tam nəzarət edə bilirsinizsə –hansı videonun yayımlanacağını, hansının isə yox – bunu müəyyənləşdirə bilirsinizsə, bu, çox böyük üstünlük deməkdir", - o müsahibəsində deyib.

"Onlar əsas oyunçudur"

Milyonlarla rusiyalı videoyayım xidmətlərinə baxır. "YouTube" Rusiyada ən populyar platformadır və bu tendensiya 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsi başlayandan sonra daha da güclənib.

Ölümündən əvvəl korrupsiyaya qarşı mübarizəsi ilə tanınan müxalifət lideri Aleksey Navalnı tənqidi araşdırmalarını və şərhlərini "YouTube"da yayımlayırdı və bu videolar təkcə Rusiyada on milyonlarla baxış toplayırdı. Həmçinin, Yuri Dudun "YouTube" kanalına Rusiyada və xaricdə 10 milyondan çox insan abunədir. Onun iti, sürətli tempdə keçən müsahibələri böyük maraq doğurur.

"Mediascope"un bazar araşdırmasına görə, 2024-cü ilin ikinci yarısında Rusiyada 95.9 milyon yeniyetmə və yetkin şəxs ayda ən azı bir dəfə "YouTube" platformasını ziyarət edib.

Lakin bu rəqəm 2025-ci ilin ilk yarısında azalmağa başlayıb, çünki Rusiyanın tənzimləyici orqanları platformanın sürətini yavaşlatmağa başlayıblar.

"YouTube"a potensial rəqib kimi Rusiyanın internet məkanında azı beş videoyayım layihəsi ortaya çıxıb və onlardan biri də "RuNet"dir.

Rusiyanın "Facebook" ekvivalenti olan "VK" tərəfindən yaradılmış "VK Video" baxış sayına görə "YouTube"dan geri qalır, lakin auditoriyasını tədricən artırmaqdadır.

Digər platformalara isə "Qazprom"a məxsus "Rutube", 2022-ci ildə "Yandex"dən ayrılmış "Zen", eləcə də VK-ya məxsus olan və "Facebook"a bənzəyən digər sosial media platforması - "Video OK" daxildir.

F.Ditrixin fikrincə, hazırda "YouTube" üçün ən real alternativ "VK Video"dur. O hesab edir ki, çox güman ki, "VK Video" Rusiyada "YouTube"u tamamilə əvəz edəcək.

"Məncə, yeganə real və böyük alternativ "VK Video"dur. Düşünürəm ki, bu, əsas oyunçudur. Onların pulu var, dövlət dəstəyi var və bu sahəyə tam güclə girəcəklər", - o bildirib. "Onların serverləri, infrastrukturu, yaxşı proqram təminatı və yaxşı mühəndislər var. Əgər ayrılan vəsaitlər korrupsiyaya uğramasa, doğrudan da, lazım olan yerə getsə, "VK" uğur qazanacaq".

Putinin etibarlı adamı Yuri Kovalçukun nəzarətində olan SOGAZ sığorta şirkəti dövlətə məxsus təbii qaz nəhəngi - "Qazprom"un media qolu olan "Qazprom Media"nın əsas səhmdarlarından biridir. "Qazprom Media" da Kremlin rəsmi videoları yayımlamaq üçün tez-tez istifadə etdiyi "Rutube"un sahibidir.

VK-nin icraçı direktorunun atası Kremlin daxili siyasət rəhbəri olan Vladimir Kiriyenkodur. Kovalçukun böyük qardaşı oğlu Stepan da VK-da vitse-prezidentdir və digər fəaliyyətləri ilə yanaşı, "VK Video"nun inkişafına kömək edib.

Ditrix bildirib ki, hazırda "VK Video"nun ən böyük problemi onun auditoriya sayının etibarlılığıdır: "Onun fəallıq göstəricilərinin - kliklər, bəyənmələr, paylaşımlar, baxış müddəti - həqiqi, yoxsa saxta olduğunu ölçməyin real yolu yoxdur".

"Firewall"dakı növbəti kərpic

Rusiya hakimiyyətinin internet üzərində nəzarəti gücləndirmək səyləri 1990-cı illərin sonlarına qədər gedib çıxır. O vaxt yaradılan Operativ Axtarış Fəaliyyətləri Sistemi əslində internet üçün nəzərdə tutulmuş müşahidə vasitəsi idi.

İllər ərzində hakimiyyət orqanları internet şirkətlərinə nəzarəti artıran bir sıra qanunlar qəbul edib və tənzimləyici qurum "Roskomnadzor"un səlahiyyətlərini genişləndiriblər. Aparıcı yerli texnologiya nəhəngləri — "Yandex", VK, Mail.ru, "Wildberries" — Kremlə yaxın mülkiyyətçilərin əlində cəmləşib.

Həmçinin, vətəndaşların hakimiyyətin diqqətini çəkmədən məzmun oxumasına, baxmasına və ya yükləməsinə imkan verən virtual özəl şəbəkələrin (VPN) istifadəsini cinayət sayaraq qadağan ediblər. Qanunvericilər hətta VPN axtarışını cinayət hesab etməyi nəzərdən keçirir.

Prezident Vladimir Putin martda televiziyada yayımlana Kremldəki görüşündə rəsmilərdən "Microsoft" və "Zoom" kimi xarici texnologiya şirkətlərini boğmağı tələb edib. "Sadəcə onları boğmalısınız. Mən tamamilə razıyam", - Putin deyib.

"Məncə, onlar Şimali Koreya modeli yox, Çin modelinə doğru irəliləyirlər", - Ditrix bildirib. "İnsanlar düşünür ki, tam kəsilmə olacaq. Bu isə mümkün deyil. Belə olsa, iqtisadiyyata nüvə zərbəsi olardı".

"YouTube"dan uzaqlaşdırmaqla yanaşı, hakimiyyət orqanları həmçinin "super tətbiq" yaratmağa da çalışırlar. Bu tətbiq rusiyalılara çoxsaylı funksiyalar təqdim edəcək: söhbət etmək, bank əməliyyatları aparmaq, tanış olmaq, taksi çağırmaq, vergi ödəmək, musiqi yükləmək, oyun oynamaq, yemək sifariş etmək, şəkil paylaşmaq.

VK-nın hazırladığı "Max" adlı proqram martda sınaqdan keçirilib. Keçən ay Putin deyib ki, bütün dövlət xidmətləri "Max"a verilməlidir.

"Əsasən hökumət olaraq etməli olduğunuz şey ideyalar tapmaqdır: insanları bu tətbiqdən istifadə etməyə necə məcbur edək, amma buna açıq şəkildə göstəriş vermədən. Bunu üçün də ekosistemi tamamilə əvəzolunmaz etməlisiniz. Bu tətbiq vasitəsilə siz əslində hər şeyi edə bilərsiniz", - Ditrix bildirib.

Hökumət vətəndaşları populyar mesajlaşma tətbiqlərindən də uzaqlaşdırmağa çalışdığını gizlətmir. "Mediascope"nin məlumatına görə, hazırda Rusiyada ən populyar messencerlər "Telegram" və "WhatsApp"dır.

Rusiyanın tanınmış internet fəalı Sarkis Darbinyan "Current Time"a deyib: "Rusiyaları onilliklər ərzində istifadə etdikləri rahat və tanış platformalardan köçməyə məcbur etmək və tamamilə təhlükəli "Max"a etibar etmək çətin işdir".

"Ona görə də, mənə elə gəlir ki, "YouTube"da olduğu kimi, bizi burada da eyni ssenari gözləyir. "VK Video"nun populyarlığının sürətli artımı, Rusiya hakimiyyətinin etiraf etməsə də, "YouTube"u bloklamağa başlaması ilə eyni vaxtda başlayıb", o deyib.

Yazını AzadlıqRadiosunun aparıcı beynəlxalq müxbiri Mayk Ekkel hazırlayıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Nazir o vaxt yeni gələndə demişdi ki..."
Bu gün, 09:17
Binəqədinin Hacıbalası olmasa da... - HACIBABASI VAR...
Bu gün, 09:15
"Neçə gündür ki, bu sevincin nəşəsini yaşayıram..."
Bu gün, 07:44
"Yaxşı ki, Vasif Talıbovu götürdülər" - "...yoxsa Naxçıvan özü əldən gedirdi"
Bu gün, 07:40
"Parlamentdə deputatlar da var ki, hamısı mənə dəstək verir" - Xalq artisti
Bu gün, 07:17
Dövlət katibi ABŞ prezidentliyinə namizədin adını açıqladı - FOTO
Bu gün, 07:14
Ərdoğan Bakıya görə Putinlə danışacaq? – Xankəndidə mesaj verdi, sonra isə…
Bu gün, 07:12
İsrail ordusu Qəzzaya humanitar yardım göndərdiyini açıqlayıb - KİV
Bu gün, 07:01
Doğrudanmı, yasda ehsan vermək yasaqlanmalıdır? - AKTUAL
Bu gün, 06:59
Yoldaş Mikayılovun QUDA SEVGİSİ - Qanun hərləyən kimdir ki...
Bu gün, 06:56
Bakıdakı RUS AGENTURASI - İLGİNC İDDİALAR
Bu gün, 06:37
Bir sədr, 9 müşavir, 20 şöbə: “AzerGold”da diqqətçəkən vəzifə bölgüsü - BU NƏDİ BELƏ?
Bu gün, 06:27
Meliorasiya İdarəsi ilə Sudan İstifadə Birliyi “sudan çıxmır” - Zərdabda su işində xaos
Bu gün, 06:19
Mobil telefon təhsilə əngəlmi, fürsətmi? - Baxır, kim nə üçün istifadə edir...
Bu gün, 06:11
"1 uşaq gəlir, 4 yazın. 3 uşaq gəlir, 5 yazın..." - "Bunu bütün bağçalar belə edir..."
Bu gün, 06:08
Kreml rusiyalıları YouTube-dan uzaqlaşdıra biləcəkmi?.. - GƏLİŞMƏ
Bu gün, 06:01
Putin Rusiya-Azərbaycan gərginliyi haqda niyə susur?.. - “O heç nə deməyəcək...”
Bu gün, 05:59
Ermənistanda faşizm əleyhinə abidəni sökürlər
Bu gün, 05:55
Bakıda məsciddə dəhşətli QƏTL: Vətən müharibəsi iştirakçısı SAXLANILDI - FOTO
Bu gün, 05:50
Bakının daşınmaz əmlak bazarı: Qiymətlər niyə “cib yandırır”? - AKTUAL
Bu gün, 05:46
Makronla Ərdoğan Qəzzadakı vəziyyəti müzakirə ediblər - "X"
Bu gün, 05:44
Yeni doktrina formalaşır... - layihə təkcə region deyil, dünya üçün də əhəmiyyətlidir
Bu gün, 05:42
"Hamı öndə olmaq, daha yaxşısını etmək istəyir"
Dünən, 22:01
Ermənistanın ticarət dövriyyəsi kəskin şəkildə azaldı
Dünən, 21:59
İsgəndər Xəlilovdan xəbər var: Rusiya kanallarının hədəfə aldığı iş adamı ailəsi ilə bu ölkədədir - TƏFƏRRÜAT
Dünən, 21:57
Dmitri Peskov bu reallıqları çox yaxşı anlayır - AMMA...
Dünən, 18:00
Tur şirkətlərinin FIRILDAĞI - Onları necə seçək, nələrə fikir verək?
Dünən, 17:02
Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb
Dünən, 16:57
Bakı Kremlə bu jesti də etdi – Sərhədimizə ordu yığan Rusiyanın 3 hədəfi, sonra isə...
Dünən, 16:55
"Çalışırıq ki, İlyas İsmayılovun siyasi xəttini davam etdirək" - Partiya sədri
Dünən, 16:53
Şahin İsmayılov Bakının mərkəzində kafe şəbəkəsini genişləndirir - Deputatın “dadlı biznesi”
Dünən, 16:49
Azərbaycanlıların "tac"landırdığı "qanuni oğru" HAKİM QARŞISINDA
Dünən, 16:43
Kremlin İrəvandakı emissarları iş başında: - “Naxçıvan dəhlizi” yaradılsın”
Dünən, 16:36
Bakı və İrəvan bir “cəbhədə” birləşir: 4 ölkə razılaşdı – İranı qorxuya salan plan
Dünən, 16:30
Ağ Evə qədər uzanan Zəngəzur dəhlizi - GƏLİŞMƏ...
Dünən, 16:28
Diana Qasparyan barəsində cinayət işi açıldı - KİV
Dünən, 16:26
"Mixail Qusmanı tək qoymayacağıq" - Ekspert
Dünən, 16:23
Ermənipərəst konqresmenlərin Trampa məktubu - NƏ ETMƏLİ?
Dünən, 16:15
350 manat nizamnamə kapitalı var, 12 milyonluq layihəsi...
Dünən, 15:16
Məşhur jurnalist işdən ÇIXARILDI - Yeni TƏYİNAT
Dünən, 15:11
Bir neçə gün əvvəl həbsdən çıxan Fuad Cam vəfat etdi - SƏN DEMƏ...
Dünən, 13:02
Rusiya Ermənistana ordu yığır: - Paşinyanı devirmək və Azərbaycana qarşı yeni hərbi ssenarini hazırlanır?
Dünən, 13:01
Zərərçəkən jurnalist xanım prokuror tərəfindən təhdid edilir - TƏFƏRRÜAT
Dünən, 12:53
Russayağı DİSKRİMİNASİYA – Kremlin Azərbaycan azarının SƏBƏBİ NƏDİR?
Dünən, 12:50
Elçibəyin Zəngəzur planı üzə çıxdı: 1993-ci ildə Ankaradakı görüşdə… – Gizlinlər açılır
Dünən, 12:47
Azərbaycanlı iş adamları Rusiyanı təcili tərk edir – Səbəb
Dünən, 12:40
Azərbaycanda autizmli uşaqların sayı niyə artır? - BELƏ HARA GEDİRİK?
Dünən, 12:22
İran səfirindən erməni kimi açıqlama və hədə: - “Sünik – qırmızı xətdir, Ermənistanın mövqeyini dəstəkləyirik”
Dünən, 12:14
"Rusiya Azərbaycanı öz arxasınca süründürmək istəyir, ancaq bu, qeyri-mümkündür" - deputat
Dünən, 12:11
Allahverdi Yolçuyev işlə təmin olunmadığını dedi - Məlumatı təkzib etdi
Dünən, 12:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru