Külli miqdarda vergi borcu olan Dadaş Şükürov ikibaşlı oyun oynayır .....                     Bakıdakı İran mağazalarında .....                     Ümid edirəm ki, ABŞ regionda uzun müddətdir gözlənilən sülhə fundamental töhfə verəcək .....                     Rövşən Rzayevin qardaşı Konstitusiya Məhkəməsinin .....                     İqtisadi Zirvənin siyasi yükü .....                     “Kişilər Turan qurur” deyənlər görür ki... .....                     "Azərbaycan hər kəsə hörmət edir, eyni zamanda heç kəsə öz suverenliyinə zərər vermək fürsəti də tanımır" .....                     Professordan virus xəbərdarlığı .....                     Milli Məclis büdcənin icrasını təsdiqləyib .....                     Kremlin Bakıya media diversiyası: İlham Rəhimovun təbliğatının gizli məqamları .....                     "Rusiya-Azərbaycan münasibətlərində gərginlik: Kim daha çox itirir?" .....                     Səhiyyə Nazirliyinin 4.4 milyonluq tenderinə “stop” qoyuldu .....                     Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur .....                     “Şou-biznesin “Diva”sı var, niyə də “Afrodita”sı olmasın?” .....                     Müdafiə Nazirliyinin hərbçilərdən rüşvət almaqda təqsirləndirilən .....                     Naxçıvanın əxlaqsızlıqda ittiham olunan deputatını BIÇAQLAMAQ İSTƏDİLƏR .....                     AZƏRİQAZ-da fəhlə sinfinin ixtisarı `UĞURLA` davam etdirilir... .....                     Səhiyyə nazirliyi bunlarla BACARA BİLMİRSƏ... .....                     Sertifikasiyada kütləvi kəsilmə: .....                     Zelenskini Bakıya zənginə görə hədəf aldılar .....                     Rusiya kanallarından absurd çağırışlar davam edərsə... BAĞLANMALIDIR! .....                     Vikipediya QALMAQALI: Tanınmışlar haqda qərəzli və saxta ölüm xəbərlərini kim YAYIR? .....                     Nazirimiz bahalı maşınının benzinpulunu BELƏ ÇIXARIR .....                     Vəziyyətə nəzarət üçün hər şeyi etmək əmr olundu... .....                     Paşinyan Azərbaycanın şərtlərinin icrasına başladı .....                     Məhkəmə borca görə dostunu bıçaqlayan şəxslə bağlı qərarı açıqladı .....                     Naxçıvanın keçmiş nazirinə AĞIR İTTİHAM .....                     Əlillərlə bağlı BU TƏLƏB VAR... .....                     Azərbaycan mediasına hücum: Kremlin məqsədi nədir? .....                     Beynəlxalq axtarışda olan daha bir şəxs Bosniya və Herseqovinadan Azərbaycana ekstradisiya edilib .....                     DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir? .....                     İran TÜRK DÖVLƏTİNƏ çevrilə bilərmi? .....                     "İki gündür internetimiz kəsilib, amma..." .....                     Rusiya Azərbaycanın şimalını “qurdalamağa” başladı .....                     Fəxri Neftçi" Həmkarlar İttifaqından niyə çıxır? .....                     Trampın sensasion Zəngəzur dəhlizi planı .....                     Cəlilabadın icra başçısı QAZİLƏRƏ SAVAŞ ELAN EDİB .....                     Moskvaya daha bir “sürpriz” .....                     Trampın yeni planı: Nə Bakıya, nə də İrəvana sərf edir .....                     Azərbaycan təhsilinin QARA GÜNLƏRİ .....                 

Ölkədə hərbi baza yerləşdirməyimizin vaxtı çatıbmı? - GƏLİŞMƏ
Tarix: Bu gün, 06:34 | Çap et

Son günlər Rusiya ilə münasibətlərin gərginləşməsi fonunda ictimai müzakirələrdə Şuşa Bəyannaməsinin imkanlarından praktik müstəvidə istifadə olunması barədə fikirlər səslənməyə başlayıb. Konkret desək, Azərbaycanın ərazisində Türkiyə Respublikasının daimi hərbi bazasının yaradılması məsələsinin həllinə başlamağın zəruriliyi qeyd olunur.

Artıq iki azərbaycanlı ekspert Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması zamanının çatdığını bildirib.

Məsələn, tanınmış politoloq Ramiz Yunus Facebook səhifəsində belə yazıb:

“Rusiyanın postsovet məkanındakı bütün qonşularına qarşı yürütdüyü aqressiv siyasəti, 2008-ci ilin avqustunda Gürcüstana, 2014-cü ildən başlayaraq bu günədək davam edən Ukraynaya qarşı təcavüzü göstərir ki, müasir dünya cəngəllik qaydaları ilə yaşayır. Kreml göstərişi ilə Rusiyada başlanan anti-Azərbaycan isteriyası və bununla paralel qonşu İranda da ölkəmizə qarşı eyni təbliğat kampaniyasının aparılması göstərir ki, rəsmi Bakının Azərbaycanda Türkiyənin güclü hərbi bazasının yaradılması barədə siyasi qərar qəbul etməsinin vaxtı çatıb. Beləliklə, Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi real siyasi-hərbi müstəviyə keçə bilər. Əminəm ki, bu qərar dərhal həm Moskvada, həm də Tehranda Azərbaycan düşmənlərini özlərinə gətirəcək. Bununla yanaşı, Azərbaycanda Pakistan Hərbi-Hava Bazasının yaradılması imkanını da nəzərdən keçirmək pis olmazdı. Böyük Çin strateqi və mütəfəkkiri Sun Tszının dediyi kimi: “Düşməni vuruşmadan məğlub etmək – hərb sənətin zirvəsidir”.

Daha bir tanınmış analitik Eldar Namazov isə Rusiyadan mühacirət etmiş jurnalist Yevgeni Kiselyovla müsahibəsində belə deyib:

“Bu prosesi Moskva heç bir təzyiqlə, qorxutma ilə dayandıra bilməyəcək. Əksinə, biz siyasətimizi daha da sərtləşdirəcəyik və lazım gələrsə, ərazimizdə Türkiyə hərbi bazası yaradacağıq. Rusiya da bununla barışmalı olacaq”.

Maraqlıdır, bu ideyanın bugünkü şəraitdə reallaşdırılması nə dərəcədə mümkündür? Belə bir addım zaman-zaman münasibətləri pisləşdirməyə meylli bəzi qonşuları ayılda bilərmi? Ümumiyyətlə, bu yenilik Azərbaycanın və Cənubi Qafqazın təhlükəsizlik məsələlərinə necə təsir göstərəcək?

Pressklub.az-ın suallarına tanınmış hərbi ekspert, Azərbaycanın Müdafiə Nazirliyinin informasiya-analitik idarəsinin sabiq əməkdaşı Azad İsazadə cavab verib.

“Birinci suala gəldikdə – bəli, bu mümkündür. Azərbaycan öz ərazisində Türkiyə Silahlı Qüvvələrinin bazasını rahatlıqla yerləşdirə bilər. Amma gəlin görək, bu nə dərəcədə məqsədəuyğundur. Hər hası bir dövlətin digər dövlətin ərazisində yerləşdirdiyi hərbi baza sırf hərbi obyekt deyil, daha çox hərbi-siyasi addım, hərbi-siyasi obyektdir. Yəni bu, başqa bir dövlətin burada mövcudluğu, öz maraqlarının nümayişi və ərazisində bu obyekti yerləşdirən dövlət üçün təhlükəsizlik təminatıdır.

Sırf hərbi baxımdan isə indiki dövrdə hərbi bazaların yerləşdirilməsinə o qədər də ehtiyac yoxdur. Çünki kommunikasiya imkanlarının genişlənməsi, hərbi texnika və canlı qüvvənin daşınması və transfer müddətinin azalması ilə bu obyektlərin əhəmiyyəti nisbətən azalır. Əvvəllər uzaq ərazilərdə hərbi bazalar ona görə yerləşdirilirdi ki, lazım gələndə ordunu cəmləyib müstəqil döyüş apara bilsin. Hərbi baza, müharibə başlayan anda, əsas qüvvələr gələnə qədər döyüş əməliyyatlarını aparan ekspedisiya korpusu rolunu oynayırdı. Bu səbəbdən dünyada ən çox hərbi bazası olan dövlətlər SSRİ və ABŞ idi, çünki planet üzrə qarşıdurma xətti bu iki dövlət arasında idi.

Hərbi bazaların da növləri var. Məsələn, Hərbi-Hava Bazaları bu gün də aktualdır. Çünki aviasiyanın daşınması, infrastrukturun qurulması, ehtiyat hissələrinin, sursatların təminatı və s. üçün zaman lazımdır və bu, döyüş zamanı təşəbbüs itkisinə gətirə bilər. Elə bu səbəbdəndir ki, ABŞ-ın dünyada 20-dən çox Hərbi-Hava Bazası var, lakin quru qoşunlarının və dəniz piyadalarının, səhv etmirəmsə, cəmi 10-12 bazası mövcuddur. Hərbi-dəniz bazalarının sayı isə səkkizdir. Çünki ABŞ bu funksiyanı aviasiya daşıyıcı qrupları vasitəsilə həyata keçirir. Bu qrupların mərkəzində aviasiya daşıyıcısı və onu müşayiət edən çoxsaylı döyüş gəmiləri olur. ABŞ bu qrupları müxtəlif okeanlarda ehtiyac yaranan nöqtəyə göndərir.

Son nümunə – İsrail və İran arasındakı müharibə. Döyüşlər başlamamışdan əvvəl ABŞ-ın iki aviasiya daşıyıcı qrupu hadisə yerinə göndərilmişdi. Üçüncü qrup yaxınlaşanda artıq hamıya aydın oldu ki, ABŞ münaqişəyə qoşulacaq. Çünki həm hərbi bazaların, həm də aviasiya daşıyıcı qruplarının saxlanması baha başa gəlir. Pul xərclənirsə, deməli, konkret məqsəd üçün xərclənir”,– ekspert bildirib.

İsazadənin sözlərinə görə, Azərbaycanda hərbi bazanın yaradılması məsələsinin zərurətliyi baxımından isə başa düşmək lazımdır ki, belə obyekt dərhal düşmən üçün bir nömrəli hədəf olur. “Həmin obyekt peyk, hava və yerüstü kəşfiyyat vasitələri ilə nəzarətdə saxlanılır. Oraya diversiyalar təşkil oluna bilər. Baza öz anbarlarına malik olmalıdır və yerləşdiyi region üçün müəyyən risklər yaradır.

Hesab edirəm ki, hərbi baxımdan Türkiyədən 1-2 briqadanın Azərbaycana göndərilməsi elə də böyük problem deyil. Və bunu hərbi baza adlandırmaq da şərt deyil.Hazırda Türkiyə Silahlı Qüvvələri Suriyada, Liviyada və digər ərazilərdə yerləşib. Bəzən Türkiyə hərbçiləri Azərbaycanda da olub. Amma buna heç vaxt hərbi baza statusu verilməyib. Çünki burada siyasi məqamlar önəmlidir. Yəni, biz bu ərazilərə iddia etmirik, sadəcə yerli orduya dəstək təmin edirik.

Azərbaycana dəstəyin real olub-olmadığını nümayiş etdirməyin yollarına gəldikdə, nümunə ortadadır.İkinci Qarabağ müharibəsində cəmi bir neçə F-16 təyyarəsinin Gəncədə yerləşməsi kifayət etmişdi ki, hava məkanı Azərbaycan Ordusunun tam nəzarətində olsun. Yəni, nə Rusiya, nə də Ermənistan hərbi təyyarələri Azərbaycan üzərində görünmədi”, – hərbi şərhçi xatırladır.

İsazadə qeyd edir ki, ABŞ-ın istifadə etdiyi praktika mövcuddur və hansısa dərəcədə SSRİ də bundan istifadə edib. Sovet ordusunda buna “kadrlaşdırılmış polk” deyilirmiş.“ABŞ müəyyən ərazidə gücləndirilmiş batalyon yerləşdirir. Onun texnikası, sursatı və s. ehtiyatları olur. Zərurət yarananda bu batalyon çox qısa müddətdə briqadaya, briqada isə korpusa çevrilə bilir.

Sözsüz ki, Türkiyə və ya Pakistan kimi dövlətlərin hərbi qüvvəsinin Azərbaycanda peyda olması həm ölkəmizin təhlükəsizliyini möhkəmləndirərdi, həm də ümumiyyətlə Cənubi Qafqazın təhlükəsizliyinə təsir edərdi.Çünki Azərbaycan öz ordusu və müttəfiqləri hesabına regionun üç dövləti arasında hazırda ən təhlükəsiz vəziyyətdədir. Ermənistanda vəziyyət olduqca gərgindir, çünki Rusiya orada aqressiv hibrid müharibə aparır. Gürcüstanda da işğal olunmuş ərazilər və daxili siyasi qeyri-sabitlik mövcuddur. Buna görə də, Türkiyə və Pakistan ordusunun Cənubi Qafqazdakı mövcudluğu bizim üçün təhlükəsizlik təminatı olacaq.

Amma bunu hərbi baza adlandırmaq vacib deyil, çünki hərbi-siyasi baxımdan “hərbi baza” anlayışının tam hüquqi tərifi belə yoxdur. Bəzən “hərbi baza” dedikdə, əslində sadəcə növbətçilik xidməti aparan kiçik hərbi kontingentlər nəzərdə tutulur. Bəzən isə müəyyən texniki bölmələrə də “hərbi baza” adı verilir.

Yəni, belə hərbi mövcudiyyəti müsbət sayıram və hesab edirəm ki, biz bunu edə bilərik. Sadəcə, bunu hərbi baza deyil, dost dövlətin hərbi kontingentinin yerləşdirilməsi adlandırmaq kifayət edər”,– İsazadə təklif edib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Külli miqdarda vergi borcu olan Dadaş Şükürov ikibaşlı oyun oynayır - TƏFƏRRÜAT
Bu gün, 11:54
Bakıdakı İran mağazalarında qiymətlər ARTDI
Bu gün, 11:48
Ümid edirəm ki, ABŞ regionda uzun müddətdir gözlənilən sülhə fundamental töhfə verəcək - Paşinyan
Bu gün, 11:42
Rövşən Rzayevin qardaşı Konstitusiya Məhkəməsinin hakimi təyin edildi
Bu gün, 11:38
İqtisadi Zirvənin siyasi yükü - Bu dəfə mesaj Xankəndidən verilir
Bu gün, 11:37
“Kişilər Turan qurur” deyənlər görür ki... – onlar ayaqda sağlam DURAN birlik qururlar
Bu gün, 11:33
"Azərbaycan hər kəsə hörmət edir, eyni zamanda heç kəsə öz suverenliyinə zərər vermək fürsəti də tanımır" - ONA GÖRƏ DƏ...
Bu gün, 11:30
Professordan virus xəbərdarlığı – “Evdən çıxmayın...”
Bu gün, 11:28
Milli Məclis büdcənin icrasını təsdiqləyib
Bu gün, 11:26
Kremlin Bakıya media diversiyası: İlham Rəhimovun təbliğatının gizli məqamları - uğursuz cəhdin tarixçəsi...
Bu gün, 11:13
"Rusiya-Azərbaycan münasibətlərində gərginlik: Kim daha çox itirir?" - "Deutsche Welle"
Bu gün, 11:09
Səhiyyə Nazirliyinin 4.4 milyonluq tenderinə “stop” qoyuldu
Bu gün, 11:07
Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur - MƏQALƏ
Bu gün, 11:00
“Şou-biznesin “Diva”sı var, niyə də “Afrodita”sı olmasın?” - FOTO
Bu gün, 10:58
Müdafiə Nazirliyinin hərbçilərdən rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinə hökm oxunub
Bu gün, 10:52
Naxçıvanın əxlaqsızlıqda ittiham olunan deputatını BIÇAQLAMAQ İSTƏDİLƏR - ARAYA ƏMİSİ OĞLU GİRDİ VƏ...
Bu gün, 10:45
AZƏRİQAZ-da fəhlə sinfinin ixtisarı `UĞURLA` davam etdirilir... - URRRAAA!!!
Bu gün, 10:37
Səhiyyə nazirliyi bunlarla BACARA BİLMİRSƏ... - DİQQƏT: TƏHLÜKƏ VAR...
Bu gün, 10:18
Sertifikasiyada kütləvi kəsilmə: - Sabiq deputat yaşlı müəllimlərin əleyhinə çıxdı
Bu gün, 10:14
Zelenskini Bakıya zənginə görə hədəf aldılar - Kreml İSTERİKADADIR...
Bu gün, 09:57
Rusiya kanallarından absurd çağırışlar davam edərsə... BAĞLANMALIDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
Vikipediya QALMAQALI: Tanınmışlar haqda qərəzli və saxta ölüm xəbərlərini kim YAYIR? - ARAŞDIRMA
Bu gün, 09:47
Nazirimiz bahalı maşınının benzinpulunu BELƏ ÇIXARIR - SİZ DƏ ELƏ BİLİRSİNİZ Kİ...
Bu gün, 09:38
Vəziyyətə nəzarət üçün hər şeyi etmək əmr olundu... - “Johovurd”
Bu gün, 09:30
Paşinyan Azərbaycanın şərtlərinin icrasına başladı - BUNDAN SONRA...
Bu gün, 09:26
Məhkəmə borca görə dostunu bıçaqlayan şəxslə bağlı qərarı açıqladı - TƏFƏRRÜAT
Bu gün, 09:22
Naxçıvanın keçmiş nazirinə AĞIR İTTİHAM - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:20
Əlillərlə bağlı BU TƏLƏB VAR... - DİQQƏT!
Bu gün, 09:16
Azərbaycan mediasına hücum: Kremlin məqsədi nədir? - AKTUAL
Bu gün, 09:14
Beynəlxalq axtarışda olan daha bir şəxs Bosniya və Herseqovinadan Azərbaycana ekstradisiya edilib
Bu gün, 09:12
DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir? - TƏFƏRRÜAT
Bu gün, 09:10
İran TÜRK DÖVLƏTİNƏ çevrilə bilərmi? - Gerçək şir indi oyanır
Bu gün, 09:08
"İki gündür internetimiz kəsilib, amma..." - GİLEY
Bu gün, 09:04
Rusiya Azərbaycanın şimalını “qurdalamağa” başladı - indi DƏRBƏNDİMİ GERİ TƏLƏB EDƏK?
Bu gün, 09:01
Fəxri Neftçi" Həmkarlar İttifaqından niyə çıxır? - ÖZÜ DANIŞDI
Bu gün, 08:59
Trampın sensasion Zəngəzur dəhlizi planı - Görünəni odur ki...
Bu gün, 08:51
Cəlilabadın icra başçısı QAZİLƏRƏ SAVAŞ ELAN EDİB - BU NƏDİ BELƏ?
Bu gün, 07:23
Moskvaya daha bir “sürpriz” – Bakıda mühüm müzakirələr başladı
Bu gün, 07:13
Trampın yeni planı: Nə Bakıya, nə də İrəvana sərf edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:11
Azərbaycan təhsilinin QARA GÜNLƏRİ - təhsili oyun-oyuncağa çeviriblər...
Bu gün, 06:59
"Ya rus məktəbləri yavaş-yavaş ləğv edilməlidir, ya da pullu olmalıdır" - İstiqlalçı deputatdan ÇAĞIRIŞ
Bu gün, 06:53
BU NƏDİ BELƏ: Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi… - Şok səs yazısı
Bu gün, 06:50
Rusiya hələ də “bərabər hüquqlu müttəfiq” anlayışını qəbul edə bilmir - Tural Abbaslı
Bu gün, 06:41
Rus bölmələri ləğv olunarsa, şagird və müəllimlərin aqibəti necə olacaq? - AÇIQLAMA
Bu gün, 06:38
Ölkədə hərbi baza yerləşdirməyimizin vaxtı çatıbmı? - GƏLİŞMƏ
Bu gün, 06:34
Putin üçün xüsusi tribunal: - Nürnberq və Haaqa arasında
Bu gün, 06:32
Aİ-nin İrana qarşı təzyiq mexanizmləri məhduddur - Tehran hakimiyyəti əlini gücləndirir
Bu gün, 06:30
Rusdilli məktəblərin bağlanması ilə bağlı VACİB XƏBƏR - AKTUAL
Bu gün, 06:26
“Bəli, Azərbaycan bir daha Rusiya ilə əvvəlki kimi olmayacaq” - ÇÜNKİ...
Bu gün, 06:21
Hava ilə bağlı yeni narahatlıq – Kəskin dəyişə bilər
Bu gün, 06:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru