Kamil Əliyev özü üçün işıqfor qoydurub .....                     Rusiyanın 5 şəhərində kritik durum .....                     Pekin Rusiyanın məğlub olmasını bu səbəbdən istəmir .....                     Ermənistanda müxalif hərəkatın lideri saxlanıldı .....                     Azərbaycan restoranı darmadağın edildi .....                     Külli miqdarda vergi borcu olan Dadaş Şükürov ikibaşlı oyun oynayır .....                     Bakıdakı İran mağazalarında .....                     Ümid edirəm ki, ABŞ regionda uzun müddətdir gözlənilən sülhə fundamental töhfə verəcək .....                     Rövşən Rzayevin qardaşı Konstitusiya Məhkəməsinin .....                     İqtisadi Zirvənin siyasi yükü .....                     “Kişilər Turan qurur” deyənlər görür ki... .....                     "Azərbaycan hər kəsə hörmət edir, eyni zamanda heç kəsə öz suverenliyinə zərər vermək fürsəti də tanımır" .....                     Professordan virus xəbərdarlığı .....                     Milli Məclis büdcənin icrasını təsdiqləyib .....                     Kremlin Bakıya media diversiyası: İlham Rəhimovun təbliğatının gizli məqamları .....                     "Rusiya-Azərbaycan münasibətlərində gərginlik: Kim daha çox itirir?" .....                     Səhiyyə Nazirliyinin 4.4 milyonluq tenderinə “stop” qoyuldu .....                     Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur .....                     “Şou-biznesin “Diva”sı var, niyə də “Afrodita”sı olmasın?” .....                     Müdafiə Nazirliyinin hərbçilərdən rüşvət almaqda təqsirləndirilən .....                     Naxçıvanın əxlaqsızlıqda ittiham olunan deputatını BIÇAQLAMAQ İSTƏDİLƏR .....                     AZƏRİQAZ-da fəhlə sinfinin ixtisarı `UĞURLA` davam etdirilir... .....                     Səhiyyə nazirliyi bunlarla BACARA BİLMİRSƏ... .....                     Sertifikasiyada kütləvi kəsilmə: .....                     Zelenskini Bakıya zənginə görə hədəf aldılar .....                     Rusiya kanallarından absurd çağırışlar davam edərsə... BAĞLANMALIDIR! .....                     Vikipediya QALMAQALI: Tanınmışlar haqda qərəzli və saxta ölüm xəbərlərini kim YAYIR? .....                     Nazirimiz bahalı maşınının benzinpulunu BELƏ ÇIXARIR .....                     Vəziyyətə nəzarət üçün hər şeyi etmək əmr olundu... .....                     Paşinyan Azərbaycanın şərtlərinin icrasına başladı .....                     Məhkəmə borca görə dostunu bıçaqlayan şəxslə bağlı qərarı açıqladı .....                     Naxçıvanın keçmiş nazirinə AĞIR İTTİHAM .....                     Əlillərlə bağlı BU TƏLƏB VAR... .....                     Azərbaycan mediasına hücum: Kremlin məqsədi nədir? .....                     Beynəlxalq axtarışda olan daha bir şəxs Bosniya və Herseqovinadan Azərbaycana ekstradisiya edilib .....                     DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir? .....                     İran TÜRK DÖVLƏTİNƏ çevrilə bilərmi? .....                     "İki gündür internetimiz kəsilib, amma..." .....                     Rusiya Azərbaycanın şimalını “qurdalamağa” başladı .....                     Fəxri Neftçi" Həmkarlar İttifaqından niyə çıxır? .....                 

“Bəli, Azərbaycan bir daha Rusiya ilə əvvəlki kimi olmayacaq” - ÇÜNKİ...
Tarix: Bu gün, 06:21 | Çap et

İyunun 27-də Azərbaycan vətəndaşlarının və Azərbaycan əsilli şəxslərin Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən işgəncələrə məruz qoyulması və iki nəfərin xüsusi amansızlıqla qəsdən öldürülməsindən sonra Azərbaycan-Rusiya münasibətlərində gərginlik yaranıb.
Ötən ilin dekabr ayında AZAL-a məxsus təyyarənin Rusiya səmasında vurulmasından sonra bu hadisə Azərbaycan ictimaiyyətindəki anti-Rusiya əhvali-ruhiyyəsini daha da artırıb. Yekaterinburqda baş verən hadisədən sonra rəsmi Bakı Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirlərini, o cümlədən konsertləri, festivalları, həmçinin Rusiya Baş nazirinin müavini Aleksey Overçukun səfərini ləğv edib.
Bu hadisələrdən sonra Rusiyada yaşayan Azərbaycan vətəndaşları, həmçinin etnik azərbaycanlı olan Rusiya vətəndaşları təqiblərə və həbslərə məruz qalır. Azərbaycan hökuməti isə Kremlin bu addımlarını cavabsız qoymur. Belə bir dönəmdə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik baş verən insidentlərin diplomatik kanallar vasitəsilə həll olunacağına ümid etdiyini bildirib.
Digər bir yandan Azərbaycan ictimaiyyəti Rusiyanın faşist addımlarını hiddətlə qarşılayır. Bununla belə, Azərbaycanda rusdilli məktəblərin bağlanması məsələsi də gündəmə gətirilir, müzakirə olunur.
Son hadisələr haqqında "Sherg.az"a danışan politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, İkinci Qarabağ müharibəsindən sonra Kreml Bakıya yalnız bu yolla təzyiq edə bilir. Zərdüşt bəylə geniş müsahibəni təqdim edirik.
 
- Son bir ildə Azərbaycan-Rusiya münasibətlərində ikinci gərgin bir dövr yaşanır. Baş verənlərin kökündə nə dayanır?
- Rusiyanın Azərbaycan üzərindəki təsir imkanlarının azalması bu addımların əsas səbəbidir. Onlar ilk dəfə AZAL təyyarəsinin vurulması ilə buna cəhd etdilər. İndi isə Rusiyada yaşayan azərbaycanlılara təzyiq göstərirlər və bu prosesdə Azərbaycan əsilli Rusiya vətəndaşlarını da bu işə alət edirlər. Hadisələr Bakıda narahatlıq və qəzəblə qarşılanır. Hazırda hökumət hesab edir ki, Azərbaycan öz müstəqil xəttini qorumağa qadirdir.
- Rəsmi Bakının hadisələrə münasibəti haqqında nə düşünürsünüz?
 
- Azərbaycanda hökumətə yaxın media orqanları, xüsusilə AzTV bu məsələ ilə bağlı Rusiyanı və onun Prezidenti Putini hədəfə aldı. Bu isə rəsmi Bakının Kremlə qarşı kəskin mövqeyini açıq şəkildə göstərir.
 
- Bəs sizcə, Azərbaycan məsələyə lazımi reaksiyanı göstərə bildimi?
 
- Yəni başqa nə gözlənilir ki? Azərbaycan dövlət kimi Rusiyaya nə edə bilər? Müharibə elan edə bilər? Yaxud Rusiyanın "çörəyini" kəsə bilər? Bir az realist olmaq lazımdır. Azərbaycan Rusiyadan asılı olmadığını göstərdi. Bilirsiniz, İkinci Qarabağ müharibəsinədək Rusiya Azərbaycana güclü təzyiq imkanlarına sahib idi. İndi bu problem yoxdur.
 
- Azərbaycan hazırkı situasiyada daha nələr etməlidir?
- Vətəndaşlarına daha yaxşı həyat şəraiti yaratmalıdır. Azərbaycandakı iqtisadi vəziyyət insanlarımızı qürbətdə işləməyə vadar edir. Onlar məcbur olub Rusiyada və ya başqa ölkələrdə yaşayıb pul qazanırlar. Yaxşı olar ki, Azərbaycan hökuməti bu insanların layiqli həyat yaşamasına çalışsın. O zaman həmvətənlərimiz qürbətdə bu qədər əziyyət çəkməz, təzyiq vasitəsi kimi istifadə edilməz. Məncə, biz bunu etməliyik.
 
- Bəs qarşı tərəf nə etməlidir?
- Qarşı tərəf deyəndə Rusiyanı nəzərdə tutursunuz?
- Bəli.
- Məncə, onlar susmalıdırlar. Hazırda hər iki ölkə eskalasiyaya hazırdır. Rusiya etnik azərbaycanlıları təqib edir, həbs edir, Azərbaycanda isə buradakı ruslara qarşı oxşar münasibət mövcuddur. Həmin prosesləri iki ölkə də davam etdirə bilər. Ancaq burada dialoq yolu seçilməlidir.
 
- Sizcə, son hadisələrin nəticəsi nə olacaq?
- Bilirsiniz, vaxtilə Azərbaycan və rus xalqları arasında münasibətlər yaxşı olub. Sadəcə olaraq zaman keçdikcə Moskva rəhbərliyinin atdığı addımlar xalqımızın ruslardan və rus dövlətindən uzaqlaşmasına səbəb oldu, aramızdakı uçurum daha da dərinləşdi. Hesab edirəm ki, Azərbaycan bir daha Rusiya ilə əvvəlki kimi mehriban qonşu və müttəfiq dövlət olmayacaq.
 
- Xalqlar arasındakı münasibətdən söz düşmüşkən, son vaxtlar sosial şəbəkələrdə rusdilli məktəblərin bağlanması ilə bağlı müzakirələr gedir. Sizcə, belə bir addım reallaşa bilərmi?
- Hazırda Azərbaycan siyasət səhnəsində bir qəpiklik dəyəri olmayan adamlar var ki, ucuz millətçiliklə ad qazanmaq istəyirlər. Onlar dövlətin və xalqın maraqlarını nəzərə almadan ucuz "vətənşüvənlik", "vətənpərvərlik"lə məşğuldurlar. Dərd ondadır ki, belə adamlar hörmət qazanırlar, yaxşı maaş alırlar, ad-san sahibi olurlar. Cəmiyyətimiz də deyir: “Filankəs gördün nə dedi Rusiya haqqında? Atalarını yandırdı!”. İndi mən sizə bir sual verirəm: rus sektoru Azərbaycan elminə və mədəniyyətinə nə ziyan vurur?
- Yəni... (Sözümüzü kəsərək)
– Azərbaycan xalqının rus dilini bilməsi bizə üstünlük gətirib. Rus dilini bilmək o demək deyil ki, Azərbaycanı sevmirsən. Azərbaycan dilini mükəmməl bilən, amma o qədər “qarıngüdən”, şərəfsiz adam tanıyıram ki…
 
- Yəni Zərdüşt bəy, bağlanmamalıdır?
- Ziyanı yoxdursa, niyə bağlansın? Fərz edin ki, mənim dörd nəvəm var. Onlar rus dilində oxuyublar deyə indi Azərbaycana düşməndirlər? Azərbaycan Xalq Cəbhəsinin 30 faizi rus dilində oxumuşdu. Odur ki, bu, boş söhbətdir.
 
- Ancaq belə bir fikir var ki, hansı dildə danışırsansa, o millətin nümayəndəsisən.
- Tolstoyun “Hərb və sülh” romanında bəzən onlarla səhifə tamamilə fransız dilində yazılıb. O dövrdə fransız dili Rusiyada məşhur idi. Ya da Puşkindən misal verək. Onun əsərlərində Avropa təsiri açıq hiss olunur. Amma Puşkin rus ədəbiyyatının banisidir. Bizim bir çox yazıçılarımız da rus dilindən bəhrələnib. İrandakı azərbaycanlılarla bizim aramızdakı mədəniyyət fərqinə baxın. İndi zaman dəyişib, şərait dəyişib, ingilis dili daha çox istifadə olunur, bunu anlayıram. Ancaq rus dilinin öyrənilməsinə süni maneələr yaratmaq və ya onu məhdudlaşdırmaq böyük bir səhv olardı. Mən özüm ərəbşünasam. Gözümün qabağında ərəb ölkələrini müstəmləkə kimi saxlayan Fransa və İngiltərənin dillərinə qarşı nifrət yarandı, milli hərəkata çevrildi. Nəticə nə oldu? Ərəblər mədəniyyət baxımından heç nə qazanmadılar, əksinə, daha çox itirdilər.
 
- Təşəkkür edirəm, Zərdüşt bəy.
 
- Mən təşəkkür edirəm. Başa düşmək lazımdır ki, insanların fikirləri ilə hesablaşmaq lazımdır. İndi hansısa bir adam ucuz milli möhtəkirliklə çıxış edir, deyir ki, “Vaxt çatdı, rus məktəblərini bağlamaq lazımdır”. Bu adam bunu deyir, amma nəzərə alın ki, o, hakimiyyətin seçdiyi adamdır, təbliğat aparır. Biz sadə adamlarıq, vətəndaşların da fikirləri ilə hesablaşmaq lazımdır. Siz bir sorğu keçirin. Görün insanlar rus məktəblərinin bağlanmasını istəyir, yoxsa yox.
 
- Onu da qəzetimizin növbəti nömrəsində yazacağıq, Zərdüşt bəy. Təşəkkürlər!










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kamil Əliyev özü üçün işıqfor qoydurub – məşhur şirkətə etiraz
Bu gün, 12:11
Rusiyanın 5 şəhərində kritik durum – Minlərlə azərbaycanlı…
Bu gün, 12:06
Pekin Rusiyanın məğlub olmasını bu səbəbdən istəmir - İNCƏLƏMƏ
Bu gün, 12:04
Ermənistanda müxalif hərəkatın lideri saxlanıldı
Bu gün, 12:01
Azərbaycan restoranı darmadağın edildi - FOTO
Bu gün, 11:58
Külli miqdarda vergi borcu olan Dadaş Şükürov ikibaşlı oyun oynayır - TƏFƏRRÜAT
Bu gün, 11:54
Bakıdakı İran mağazalarında qiymətlər ARTDI
Bu gün, 11:48
Ümid edirəm ki, ABŞ regionda uzun müddətdir gözlənilən sülhə fundamental töhfə verəcək - Paşinyan
Bu gün, 11:42
Rövşən Rzayevin qardaşı Konstitusiya Məhkəməsinin hakimi təyin edildi
Bu gün, 11:38
İqtisadi Zirvənin siyasi yükü - Bu dəfə mesaj Xankəndidən verilir
Bu gün, 11:37
“Kişilər Turan qurur” deyənlər görür ki... – onlar ayaqda sağlam DURAN birlik qururlar
Bu gün, 11:33
"Azərbaycan hər kəsə hörmət edir, eyni zamanda heç kəsə öz suverenliyinə zərər vermək fürsəti də tanımır" - ONA GÖRƏ DƏ...
Bu gün, 11:30
Professordan virus xəbərdarlığı – “Evdən çıxmayın...”
Bu gün, 11:28
Milli Məclis büdcənin icrasını təsdiqləyib
Bu gün, 11:26
Kremlin Bakıya media diversiyası: İlham Rəhimovun təbliğatının gizli məqamları - uğursuz cəhdin tarixçəsi...
Bu gün, 11:13
"Rusiya-Azərbaycan münasibətlərində gərginlik: Kim daha çox itirir?" - "Deutsche Welle"
Bu gün, 11:09
Səhiyyə Nazirliyinin 4.4 milyonluq tenderinə “stop” qoyuldu
Bu gün, 11:07
Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur - MƏQALƏ
Bu gün, 11:00
“Şou-biznesin “Diva”sı var, niyə də “Afrodita”sı olmasın?” - FOTO
Bu gün, 10:58
Müdafiə Nazirliyinin hərbçilərdən rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinə hökm oxunub
Bu gün, 10:52
Naxçıvanın əxlaqsızlıqda ittiham olunan deputatını BIÇAQLAMAQ İSTƏDİLƏR - ARAYA ƏMİSİ OĞLU GİRDİ VƏ...
Bu gün, 10:45
AZƏRİQAZ-da fəhlə sinfinin ixtisarı `UĞURLA` davam etdirilir... - URRRAAA!!!
Bu gün, 10:37
Səhiyyə nazirliyi bunlarla BACARA BİLMİRSƏ... - DİQQƏT: TƏHLÜKƏ VAR...
Bu gün, 10:18
Sertifikasiyada kütləvi kəsilmə: - Sabiq deputat yaşlı müəllimlərin əleyhinə çıxdı
Bu gün, 10:14
Zelenskini Bakıya zənginə görə hədəf aldılar - Kreml İSTERİKADADIR...
Bu gün, 09:57
Rusiya kanallarından absurd çağırışlar davam edərsə... BAĞLANMALIDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
Vikipediya QALMAQALI: Tanınmışlar haqda qərəzli və saxta ölüm xəbərlərini kim YAYIR? - ARAŞDIRMA
Bu gün, 09:47
Nazirimiz bahalı maşınının benzinpulunu BELƏ ÇIXARIR - SİZ DƏ ELƏ BİLİRSİNİZ Kİ...
Bu gün, 09:38
Vəziyyətə nəzarət üçün hər şeyi etmək əmr olundu... - “Johovurd”
Bu gün, 09:30
Paşinyan Azərbaycanın şərtlərinin icrasına başladı - BUNDAN SONRA...
Bu gün, 09:26
Məhkəmə borca görə dostunu bıçaqlayan şəxslə bağlı qərarı açıqladı - TƏFƏRRÜAT
Bu gün, 09:22
Naxçıvanın keçmiş nazirinə AĞIR İTTİHAM - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:20
Əlillərlə bağlı BU TƏLƏB VAR... - DİQQƏT!
Bu gün, 09:16
Azərbaycan mediasına hücum: Kremlin məqsədi nədir? - AKTUAL
Bu gün, 09:14
Beynəlxalq axtarışda olan daha bir şəxs Bosniya və Herseqovinadan Azərbaycana ekstradisiya edilib
Bu gün, 09:12
DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir? - TƏFƏRRÜAT
Bu gün, 09:10
İran TÜRK DÖVLƏTİNƏ çevrilə bilərmi? - Gerçək şir indi oyanır
Bu gün, 09:08
"İki gündür internetimiz kəsilib, amma..." - GİLEY
Bu gün, 09:04
Rusiya Azərbaycanın şimalını “qurdalamağa” başladı - indi DƏRBƏNDİMİ GERİ TƏLƏB EDƏK?
Bu gün, 09:01
Fəxri Neftçi" Həmkarlar İttifaqından niyə çıxır? - ÖZÜ DANIŞDI
Bu gün, 08:59
Trampın sensasion Zəngəzur dəhlizi planı - Görünəni odur ki...
Bu gün, 08:51
Cəlilabadın icra başçısı QAZİLƏRƏ SAVAŞ ELAN EDİB - BU NƏDİ BELƏ?
Bu gün, 07:23
Moskvaya daha bir “sürpriz” – Bakıda mühüm müzakirələr başladı
Bu gün, 07:13
Trampın yeni planı: Nə Bakıya, nə də İrəvana sərf edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:11
Azərbaycan təhsilinin QARA GÜNLƏRİ - təhsili oyun-oyuncağa çeviriblər...
Bu gün, 06:59
"Ya rus məktəbləri yavaş-yavaş ləğv edilməlidir, ya da pullu olmalıdır" - İstiqlalçı deputatdan ÇAĞIRIŞ
Bu gün, 06:53
BU NƏDİ BELƏ: Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi… - Şok səs yazısı
Bu gün, 06:50
Rusiya hələ də “bərabər hüquqlu müttəfiq” anlayışını qəbul edə bilmir - Tural Abbaslı
Bu gün, 06:41
Rus bölmələri ləğv olunarsa, şagird və müəllimlərin aqibəti necə olacaq? - AÇIQLAMA
Bu gün, 06:38
Ölkədə hərbi baza yerləşdirməyimizin vaxtı çatıbmı? - GƏLİŞMƏ
Bu gün, 06:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru