Naxçıvan Muxtar Respublikasının Şahbuz rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinə yeni direktor təyin edilib.
Qaynarinfo-nun məlumatına görə, Naxçıvan səhiyyə naziri Samiq Sadıxovun müvafiq əmri ilə sözügedən vəzifəyə Məhsəti Allahyarova Abdultalıb qızı təyin olunub.
Məhsəti Allahyarova daha əvvəl Naxçıvan Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.