Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan bütün ermənilərin katolikosu II Qareginlə görüşüb və onunla ölkədəki siyasi vəziyyəti müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Tərəflər Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın erməni kilsəsi ilə qarşıdurmasını, həmçinin iş adamı Samvel Karapetyanın həbsini müzakirə ediblər.