Banklarda nağd pul çatışmazlığı yaranıb? .....                     "Azəriqaz"ın baş direktoruna yeni müavin təyin edildi .....                     Nazir bu xəstəxanaya direktor təyin etdi .....                     240 Nömrəli məktəbdə nələr baş verir? .....                     Deputatın partiyası da qurultaya gedir .....                     6 manatlıq şirkətlə 429 min AZN-lik müqavilə: .....                     "Rəşidə xanım bir dəfə bizə müraciət etmişdi, o da oğlu Rəşid ilə bağlı idi" .....                     Ter-Petrosyan II Qareginlə Ermənistandakı siyasi vəziyyəti müzakirə edib .....                     16 yaşlı qızı qaçıran axundla bağlı müəmma: Niyə həbs edilmir? .....                     "Bu, tamam başqa bir hissdir" .....                     “Azərbaycan Dəmir Yolları”nda yeni təyinat olub .....                     "Azəriqaz"ın baş direktoruna yeni müavin təyin edilib .....                     İrəvanda görünməmiş çaxnaşma: ciddi siqnallar gəlir .....                     Bundan sonra: Bakı-Tehran əlaqələri necə olacaq? .....                     Akopyanın Antalyada xərclədiyi şok etdi: Şampan vannası... .....                     Xırda biznesmenlər üçün böyük fürsət .....                     Tanınmış təhsil eksperti xəstəxanaya yerləşdirilib .....                     Rəsmi Tehran nüvə təsisatlarının ciddi şəkildə zədələndiyini etiraf edib .....                     Ermənistanda milliləşdirmə dalğası: Paşinyan Zəngəzur dəhlizinə hazırlıq görür? .....                     Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib .....                     Putin Ermənistanda “peşka”larını qurban verir .....                     Azərbaycanda kredit faizləri artıb .....                     Ermənistanda dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən 14 nəfər saxlanılıb .....                     “Pozğun qadınların atası da, qardaşı da əri də susur“ .....                     İsrail-İran müharibəsi Azərbaycanda istehlakçıları “vurdu” .....                     QANUNDANKƏNAR YASAMAL... .....                     “Baku Electronics” rəqabət qanunvericiliyini pozub .....                     Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik .....                     Ərdoğan Xankəndiyə gəlir .....                     Zəngəzur dəhlizinə qarşı “Sülh kəsişməsi” iddiası: .....                     Həbsdə olan azərbaycanlı alimin həyatı təhlükədədir .....                     LEQAL QUMAR: Azərlotoreya yarıtmışdı ki, kazinolar da yarıtsın? .....                     BUNUN NƏYİ İXTİSAR OLDU Kİ? .....                     “Yaxın Şərqdə münaqişənin tam bitəcəyini, sülhün bərqərar olacağını iddia etmək doğru deyil” .....                     Qadın sərnişinlərə "padxod" edən daha bir taksi sürücüsü tutuldu .....                     Ermənistan MTX keşiş Baqrat Qalstanyanı saxlayıb .....                     Mülayim cənub küləyi əsəcək .....                     Arkoz Holdinq... ÇOBANLARA QARŞI! .....                     BƏƏ-dən 190 min manatlıq qızıl gətirməkdə təqsirləndirilən .....                     Tramp savaşa DUR dedi... DURDU! .....                 

Zəngəzur dəhlizinə qarşı “Sülh kəsişməsi” iddiası: - Paşinyanın Türkiyəyə apardığı "layihə" açıqlandı
Tarix: Bu gün, 13:01 | Çap et

Politoloq Şahin Cəfərli Teleqraf-a Ermənistan tərəfindən yenidən gündəmə gətirilən “Sülh kəsişməsi” iddiasına aid mövzulardan danışıb.

Onunla müsahibəni təqdim edirik:

- Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinə qarşı irəli sürdüyü “Sülh kəsişməsi” iddiasını yenidən gündəmə gətirib. Bu layihə nədən ibarətdir və digər kommunikasiya xəttləri üçün nə dərəcədə effektiv iddiaya malikdir?

- Azərbaycanla Ermənistanın Zəngəzur dəhlizinə olan baxışlarında prinsipial fərqlər var. Rəsmi Bakının indiyə qədər ortaya qoyduğu mövqe ondan ibarətdir ki, Azərbaycan Zəngəzur dəhlizindən maneəsiz və qeyri-məhdud şəkildə istifadə edə bilsin. Bu, Azərbaycandan gedən yük və sərnişin avtomobillərinin heç bir yoxlanışdan keçmədən birbaşa Naxçıvana qədər gedib-gəlməsi anlayışını nəzərdə tutur. Amma Ermənistan Zəngəzuru öz ərazisi hesab etdiyi üçün burada açılan nəqliyyat-kommunikasiya xəttlərinin suverenlik prinsipinə əsasən fəaliyyətini önə çəkir. Rəsmi İrəvan bildirir ki, onlar Zəngəzur dəhlizində sərhəd, gömrük sistemlərini quracaq və oradan keçən bütün nəqliyyat vasitələri ancaq yoxlanışdan keçdikdən sonra hərəkət edə bilərlər. Dəhliz məntiqinə, anlayışına yanaşmada əsas prinsipal fərq məhz bundan ibarətdir. Bu mövqelər də hələ ki, davam edir. Paşinyanın da irəli sürdüyü “Sülh kəsişməsi” iddiasında bu amillər nəzərdə tutulur. Bölgədən, o cümlədən Azərbaycan ərazisindən keçən kommunikasiya xəttləri hansı hüquqi rejimdə fəaliyyət göstərəcəksə, rəsmi İrəvan Ermənistanda da eyni qaydaların olmasını istəyir.

- Türkiyəyə səfəri çərçivəsində Paşinyanın bu iddianı Prezident Rəcəb Tayyib Ərdoğana da təqdim etdiyi deyilir. Ankaranın buna cavabı nə olacaq?

- İndiyə qədər Türkiyənin də ritorikasında Zəngəzur dəhlizi anlayışı eşidilməkdədir. Amma bu məsələdə onların mövqeyi tam aydın deyil. Yəni, Türkiyənin Zəngəzur dəhlizi məsələsinə eyni ilə Azərbaycan kimi baxıb-baxmadığı aydınlaşmayıb. Onlar da bu yolu Azərbaycan kimi dəhliz statusunda görmək istəyirlər, yoxsa sadəcə olaraq bu xəttin açılmasını istəyirlər? Bu detal hələ ki, Türkiyə rəhbərliyi tərəfindən tam açıqlanmayıb. Amma Türkiyə siyasi rəhbərliyi və dövləti günü bu gün Ermənistanla əlaqələr yaratmağa, o cümlədən sərhədləri açmağa hazırdır. Onlar düşünürlər ki, Azərbaycan, Ermənistan və Türkiyə ilə sülh və əməkdaşlığının önündə ciddi əngəllər qalmayıb. Sadəcə, Türkiyə bu məsələdə yenə də Azərbaycanın mövqeyini nəzərə alır. Azərbaycanla münasibətlərdə hər hansı soyuqluğun yaranmaması üçün hələ ki Ermənistanla sərhədləri açmır.

- Ermənistan hökuməti iddia edir ki, bu layihə Azərbaycanın cənub-qərb rayonlarını Naxçıvanla birləşdirəcək Mehri dəmir yolunun bərpa edilməsi ilə reallaşacaq. Bu iddiaya qarşı Azərbaycan tərəfindən yanaşma isə birmənalıdır. Prezident İlham Əliyev bu il yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı Ermənistanın “Sülh kəsişməsi” layihəsinin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur” – deyə bəyan etmişdi. Bu halda Azərbaycanın iştirakı olmadan rəsmi İrəvan bu iddianı necə reallaşdıra bilər?

- Təbii ki, Azərbaycanın iştirakı olmadan və razılıq vermədən bölgədə bütün nəqliyyat kommunikasiyaların açılması, işləməsi mümkün deyil. Burada qarşılıqlı razılaşmalar tələb olunur. Azərbaycan və Ermənistan ikisi razılığa gəlmədən bu kommunikasiyaların açılması ehtimal edilmir.

- Ermənistan ərazisindən keçən Xəzər dənizini Aralıq dənizi ilə, Fars körfəzini Qara dənizlə birləşdirən ən qısa, ən səmərəli dəmir yolu, həmçinin avtomobil marşrutu kimi təqdim edilən “Sülh kəsişməsi” iddiasına region dövlətlərinin reaksiyası nədən ibarətdir?

- Nəqliyyat kommunikasiya xəttlərinin əhəmiyyətini çox da böyütməyə ehtiyac yoxdur. Bölgə çox kiçikdir. Regiondakı nəqliyyat imkanları və buraxıcılıq qabiliyyətlərinin nə qədər yüksək ola biləcəyi amili var. Misal olaraq, Çin bu regiondakı kommunikasiya xəttlərindən nə qədər yük göndərəcəyi məlum deyil. Sadəcə, Pekinin Avropaya ixracında bu region digər marşrutlardan biri olacaq. Amma əsas marşrut bura deyil. Burada mövcud və gələcəkdə inşa ediləcək dəmir yollarının fiziki imkanları nə qədərdir ki? Ona görə də bu məsələlərlə bağlı çox ciddi suallar var. Təbii ki, bölgədəki nəqliyyat xəttlərinin açılması, işləməsi önəmlidir. İlk növbədə, bu bölgə dövlətləri və regionda yaşayan insanlar üçün tarixi mərhələnin başlanğıcı olacaq.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Banklarda nağd pul çatışmazlığı yaranıb?
Bu gün, 18:04
"Azəriqaz"ın baş direktoruna yeni müavin təyin edildi - ƏMR
Bu gün, 18:01
Nazir bu xəstəxanaya direktor təyin etdi - BUNDAN SONRA...
Bu gün, 18:00
240 Nömrəli məktəbdə nələr baş verir? - ŞOK TƏFƏRRÜAT
Bu gün, 17:58
Deputatın partiyası da qurultaya gedir
Bu gün, 17:55
6 manatlıq şirkətlə 429 min AZN-lik müqavilə: - Lənkəranda su borusu təmirinə görə...
Bu gün, 17:48
"Rəşidə xanım bir dəfə bizə müraciət etmişdi, o da oğlu Rəşid ilə bağlı idi"
Bu gün, 17:47
Ter-Petrosyan II Qareginlə Ermənistandakı siyasi vəziyyəti müzakirə edib - KİV
Bu gün, 17:41
16 yaşlı qızı qaçıran axundla bağlı müəmma: Niyə həbs edilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:37
"Bu, tamam başqa bir hissdir"
Bu gün, 17:35
“Azərbaycan Dəmir Yolları”nda yeni təyinat olub - CAVAB
Bu gün, 17:32
"Azəriqaz"ın baş direktoruna yeni müavin təyin edilib
Bu gün, 17:30
İrəvanda görünməmiş çaxnaşma: ciddi siqnallar gəlir – Paşinyan devrilir?
Bu gün, 16:33
Bundan sonra: Bakı-Tehran əlaqələri necə olacaq? - AKTUAL
Bu gün, 16:31
Akopyanın Antalyada xərclədiyi şok etdi: Şampan vannası... - Türkiyə mediası
Bu gün, 16:28
Xırda biznesmenlər üçün böyük fürsət - GƏLİŞMƏ
Bu gün, 16:24
Tanınmış təhsil eksperti xəstəxanaya yerləşdirilib
Bu gün, 16:21
Rəsmi Tehran nüvə təsisatlarının ciddi şəkildə zədələndiyini etiraf edib
Bu gün, 16:17
Ermənistanda milliləşdirmə dalğası: Paşinyan Zəngəzur dəhlizinə hazırlıq görür? - KİV
Bu gün, 15:58
Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib - KİV
Bu gün, 15:56
Putin Ermənistanda “peşka”larını qurban verir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 15:26
Azərbaycanda kredit faizləri artıb - DETALLAR
Bu gün, 15:24
Ermənistanda dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən 14 nəfər saxlanılıb
Bu gün, 15:19
“Pozğun qadınların atası da, qardaşı da əri də susur“
Bu gün, 15:17
İsrail-İran müharibəsi Azərbaycanda istehlakçıları “vurdu” - AKTUAL
Bu gün, 15:02
QANUNDANKƏNAR YASAMAL... - Başçısı Elşad olanın...
Bu gün, 14:57
“Baku Electronics” rəqabət qanunvericiliyini pozub - RƏSMİ İTTİHAM
Bu gün, 14:52
Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik - MƏQALƏ
Bu gün, 14:49
Ərdoğan Xankəndiyə gəlir - diplomatik mənbə
Bu gün, 13:04
Zəngəzur dəhlizinə qarşı “Sülh kəsişməsi” iddiası: - Paşinyanın Türkiyəyə apardığı "layihə" açıqlandı
Bu gün, 13:01
Həbsdə olan azərbaycanlı alimin həyatı təhlükədədir
Bu gün, 12:58
LEQAL QUMAR: Azərlotoreya yarıtmışdı ki, kazinolar da yarıtsın? - GÖZÜMÜZ QORXUB...
Bu gün, 12:53
BUNUN NƏYİ İXTİSAR OLDU Kİ? - NARAZILIQ VAR...
Bu gün, 12:42
“Yaxın Şərqdə münaqişənin tam bitəcəyini, sülhün bərqərar olacağını iddia etmək doğru deyil” - deputat
Bu gün, 12:34
Qadın sərnişinlərə "padxod" edən daha bir taksi sürücüsü tutuldu - ŞOK GÖRÜNTÜLƏR
Bu gün, 12:30
Ermənistan MTX keşiş Baqrat Qalstanyanı saxlayıb
Bu gün, 12:27
Mülayim cənub küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:25
Arkoz Holdinq... ÇOBANLARA QARŞI! - İşləsələr də, pullarını ala bilmirlər...
Bu gün, 12:23
BƏƏ-dən 190 min manatlıq qızıl gətirməkdə təqsirləndirilən DGK-nın sabiq vəzifəli şəxsləri azadlığa buraxılıb
Bu gün, 12:21
Tramp savaşa DUR dedi... DURDU! - Sülhə OL desə... OLACAQMI?
Bu gün, 12:19
Mürsəl İbrahimova “general-mayor” ali hərbi rütbəsi verildi - SƏRƏNCAM
Bu gün, 11:19
Prezident onlara “general-mayor” rütbəsi verdi - ADLAR
Bu gün, 11:17
Prezident sərəncam imzaladı - ONLARI TƏLTİF ETDİ
Bu gün, 11:15
Məhkəmə sabiq bələdiyyə sədrinə 9 il həbs cəzası verdi - TƏFƏRRÜAT
Bu gün, 11:10
Bakıda icra başçısı birinci müavinini işdən çıxardı - ƏMR
Bu gün, 11:08
Azərbaycanlı müğənninin rus sevgilisi - FOTO
Bu gün, 11:01
SEPAH və ETTELAAT yeni qurum yaradır
Bu gün, 10:59
Ermənistanda hakimiyyəti ələ keçirmək planı pozulub - Paşinyan
Bu gün, 10:57
Atası da həbs edilmiş şirkət rəhbəri ilə bağlı QƏRAR
Bu gün, 10:07
Qazilər dərmansız qalıb: Sakitləşdirici dərmanlar 2 aydır verilmir - BU NƏDİ BELƏ?
Bu gün, 10:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru