Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları 2023-cü ildən "Müqəddəs mübarizə" adı altında Paşinyan hakimiyyətinə qarşı etiraz akisiyaları təşkil edən, Azərbaycan və Türkiyəyə qarşı nifrət dolu çıxışlar edən revanşist və irqçi keşiş Baqrat Qalstanyanın iqamətgahında əməliyyat keçirirlər.
Moderator.az "ArmTimes" nəşrinə istinadla xəbər verir ki, bu barədə “Sacred Struggle” hərəkatının telegram- kanalı məlumat yayıb.
Qeyd olunur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları səhər tezdən “Müqəddəs Mübarizə” tərəfdarlarının evlərində axtarışlara başlayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları arxiyepiskop Baqrat Qalstanyanın iqamətgahında da əməliyyat keçirirlər.
"Hraparak"ın yazdığına görə, axtarışa səbəb dünən hökumət mediasında barəsində məlumat verilən çevriliş planıdır...