ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq .....                     Amerikalı diplomat Azərbaycan-İran sərhədini müşahidə etdi .....                     Naxçıvanda nazir qayda pozdu: CƏZALANDI .....                     Saatlıda 28 yaşlı oğlan gecə qonşusunun evinə girdi, arvadını yataqdan apardı .....                     Mirzoyan və Kallas Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını .....                     Gədəbəydə də işlər rahat deyil: Mürsəlovun həbs təlaşı... .....                     Paşinyanın Türkiyə səfərinin PƏRDƏARXASI .....                     Azərbaycanda yeni dövlət qurumu yaradılır, sədr o olacaq .....                     “Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində .....                     İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb .....                     Paşinyan Türkiyəyə bu məqsədlə gedib .....                     Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb .....                     “Azİnvest İnşaat” şirkətinin ötən il gəlirləri azalıb .....                     “A-Group Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub .....                     “Qüsursuz reputasiya” və “dürüstlüyün zirvəsi” .....                     “Azərelektroterm”in baş direktoru vəzifədən azad edilir .....                     Putindən İrana AÇIQ DƏSTƏK .....                     Əliuzun məmurların qandallanması .....                     Bakıda “Nürnberq prosesi”: Yolun harasındayıq? .....                     "Azərbaycan tərəfi bu iki şərt yerinə yetirilmədən heç bir sülhü əsla qəbul etməz" .....                     Jurnalist Ağaddin Babayev vəfat edib .....                     EKSPERTLİK MƏRƏZİ... .....                     Rövşən Nəcəf təcili müdaxilə etməzsə... .....                     Oğluna güvənən direktorun yeni macəraları .....                     Zəngəzur dəhlizi: fürsət pəncərəsi, yoxsa təhlükəli səhv? .....                     Azərbaycana yay fəsli daxil olub .....                     İrana hərbi müdaxilə ilə rejimi dəyişmək olarmı? .....                     Ağsuda səhiyyə sistemi İFLİC DURUMDA .....                     "Diplom almaq çətinləşdirilməlidir" .....                     Ehtiyata buraxılan hərbçilərin "forma pulu" 18 aydır niyə verilmir? .....                     Olmayan nəticəyə yatırılan milyonlar .....                     Neftçala təhsili kimə həvalə olunub? .....                     Bu müharibə Azərbaycanın turizminə NECƏ TƏSİR EDƏCƏK? .....                     Paşinyanın Türkiyə səfəri: Sülhə doğru addım, yoxsa siyasi alver? .....                     “Sağlığında özü mənə vəsiyyət etmişdi” .....                     Amerikadakı erməni diasporu Paşinyanı “diktator” adlandırdı .....                     İran Azərbaycanda İsrail bazası “tapıb”: Tehranın Araz sahillərində “sionist” axtarışı .....                     İsraildən şok XƏBƏRDARLIQ .....                     Ağ Ev lideri İrana diplomatiya üçün maksimum iki həftə vaxt verib .....                     İnternetsiz İran: “Starlink” də kömək etməyəcək .....                 

Əliuzun məmurların qandallanması – “qaramaskalı”ların qonaq gedəcəyi yerlər çoxdur
Tarix: Bu gün, 10:52 | Çap et

Çoxdan idi, hansısa İH başçısının qandallanması xəbəri gəlmirdi və açığı, ictimaiyyət belə xəbərlər üçün darıxmışdı. Bəzən sual verirdilər ki, nə əcəb “qaramaskalılar” əvvəlki kimi işləmirlər.

“Qaramaskalılar” dedikdə hamı dövlət strukturunda əməliyyat keçirən və vəzifə adamlarının qoluna qandal vuraraq xüsusi nəqliyyat vasitəsi ilə paytaxta gətirən şəxsləri nəzərdə tutur.

Ancaq təbii ki, onlara belə bir əmr yüksək mənsəbli şəxs və ya instansiya tərəfindən verilməlidir. Verildisə, xüsusi təyinatlılar onu can-başla icra edəcəklər.

Bu dəfə “şahlıq quşu” Qax rayonunun İH başçısının, müavinlərinin və rayonun bir neçə vəzifəli şəxsinin başına... qonub. Onları rüşvətalma, mənimsəmə və vəzifə səlahiyyətlərini aşma faktları ilə bağlı olaraq saxlayıblar.

İndi reaksiyalara fikir verin, görün, heç olmasa bircə nəfər bu tutqu əməliyyatının qanuniliyini şübhə altına alırmı, tutulanların şərləndiklərini iddia edirmi, kiminsə onlara “torba tikdiyini” bildirirmi.

Belə şey yoxdur. Amma “torbatikmə” iddiası sonra olacaq. Bu, korrupsiyada ittiham olunaraq məsuliyyətə cəlb edilənlərin müdafiə edənlərin yeganə tutarqasıdır, suda boğulan saman çöpündən necə yapışırsa, onlar da ondan elə yapışırlar. Deyəcəklər, hamı alır də, niyə məhz bunları tuturlar.

Xalq əsl həqiqəti yaxşı bilir. Hamıya aydındır ki, müasir dövrdə ranqından asılı olmayaraq əksər məmurlar tutduqları posta arı pətəyinə baxan kimi baxırlar, hesab edirlər ki, bal tutan barmaq yalamalıdır.

Bəlkə də “bal tutanın barmaq yalaması”na dözmək, bu aktı görməzliyə vurmaq olardı, amma gerçəklik budur ki, bizim kimi ölkələrdə bal tutanlar barmaq yalamaqla kifayətlənmirlər, pətəyi və şanı da basıb yeyirlər.

Bu isə əndazəni aşmaqdır. Əndazə aşılan yerdə xeyir-bərəkət olmaz, cəza labüd olar.

Qaxın icra hakimiyyəti başçısı Musa Şəkiliyevin əndazəni nə dərəcədə aşdığı hələ məlum deyil. Yəqin ki, yaxın günlərdə onun sahib olduğu daşınmaz və daşınan əmlakının tam olmayan siyahısı yayılacaq və xalqımız növbəti dəfə heyrətlənəcək.

Hər dəfə belə olur. İctimaiyyət vəzifə adamlarının varidatı haqqında az-çox informasiyalara malik olur, bilir ki, filan otel, şadlıq sarayı, supermarketlər şəbəkəsi, yanacaqdoldurma məntəqələri, tikinti şirkətləri və sair və ilaxır obyektlər İH başçısınındır. Ancaq ortaya rayonun özündə, paytaxtda, hətta yaxın xaricdəki villa və mənzillərin, torpaq sahələrinin, lüks avtomobillər qarajının mündəricatı çıxanda, bu, ictimaiyyətdə şok yaradır.

Adamlar düşünür ki, İH başçısı və onun müavinləri bu qədər varidatı onlardan oğurlayıb. Amma bu, həqiqətin tam özü deyil. Xalqda o qədər sərvət yoxdur. Aşkar olunan əmlaklar bu xalqın təsis etdiyi dövlətdən oğurlanıb. Yalnız dövlətdən oğurlamaqla milyonçu olmaq olar. Xalqdan nəsə çırpışdıranlar adi rüşvətxorlardır. Onlar da yığdıqlarının yarısını aparıb İH başçılarına və onun müavinlərinə verirlər.

Əslində bu da qəribə işdir: bir İH başçısı yaxalanırsa, nəyə görə onun müavinlərinin də hamısı tutulur? Yəni onların içində heç “məni bu işlərə qatmayın, mən dövlət məmuruyam, istəmirəm adım maxinasiyalarda hallansın” deyən biri yoxdurmu? Belə görünür ki, yoxdur. İH başçıları mafiya bossları kimi özlərinə sədaqətli kadrlar yığırlar. Kim bilir, bəlkə də Siciliyadakı kimi “omerta” yasağı-za da tətbiq edirlər. Yəni heç kim o birini, xüsusilə də rəhbəri satmamalı, bir-birinin əleyhinə ifadə verməməlidir.

Musa Şəkiliyevin bioqrafiyası normaldır, Rusiyada ali təhsil alıb, uzun müddət ixtisası üzrə işləyib, karyera pillələrində yavaş-yavaş irəliləyib, nəhayət, 2010-cu ilin aprelində Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Adam 15 il imiş ki, bu vəzifədə çalışırmış. 15 il az müddət deyil.

İndi maraqlıdır ki, Şəkiliyev o biri həmkarlarından nəylə, hansı əməli ilə fərqlənib ki, “qaramaskalılar” ona qonaq gediblər. Axı Qaxdan bəridə qonaq gedilməli xeyli rayon var.

Əl-əlbət, bu məsələnin sirri də çözüləcək.

Bu kimi əməliyyatların əsas faydası odur ki, hər dəfə digər İH başçıları özlərini yığışdırırlar, aşmış olduqları çərçivənin içinə qayıdırlar və bərk qorxurlar. Ötən dəfəki tutqularda malik olduğu mülkləri tez-tələsik satanlar, uzaq qohumlarının adına keçirənlər, mal-qara fermalarının tikililərini dağıdanlar, mal-qaranı ora-bura yollayanlar olmuşdu.

Ola bilər, bu dəfə də elə bir kampaniya başlayıb. Ona görə də “qaramaskalı” qardaşlar yola çıxmışkən, o biri rayonlara da baş çəksələr, əliboş qayıtmazlar.

Belə əməliyyatlar vaxtaşırı olsa, son nəticədə tamahı Zülfüqar qılıncından iti olan vəzifəlilər anlayarlar ki, dövlətin malı dəniz deyil. Hətta dəniz dənizdir, onun da suyu azalır, hərə bir tərəfdən dövlətin varidatını talasa, dövlət quruyar.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq - İran XİN rəhbəri
Bu gün, 14:15
Amerikalı diplomat Azərbaycan-İran sərhədini müşahidə etdi - FOTO
Bu gün, 14:14
Naxçıvanda nazir qayda pozdu: CƏZALANDI - İLGİNC
Bu gün, 14:10
Saatlıda 28 yaşlı oğlan gecə qonşusunun evinə girdi, arvadını yataqdan apardı - TƏFƏRRÜAT
Bu gün, 14:00
Mirzoyan və Kallas Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə ediblər
Bu gün, 13:55
Gədəbəydə də işlər rahat deyil: Mürsəlovun həbs təlaşı... - REALDIR...
Bu gün, 13:53
Paşinyanın Türkiyə səfərinin PƏRDƏARXASI - Nikol Ərdoğanla nələri müzakirə edib?
Bu gün, 13:38
Azərbaycanda yeni dövlət qurumu yaradılır, sədr o olacaq - İDDİA
Bu gün, 13:34
“Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində
Bu gün, 13:27
İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
Bu gün, 13:23
Paşinyan Türkiyəyə bu məqsədlə gedib - Koncoryan
Bu gün, 11:09
Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb - DİQQƏT!
Bu gün, 11:06
“Azİnvest İnşaat” şirkətinin ötən il gəlirləri azalıb - HESABAT
Bu gün, 11:05
“A-Group Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:03
“Qüsursuz reputasiya” və “dürüstlüyün zirvəsi” - nə deyəsən, necə deyəsən, niyə susasan...
Bu gün, 11:01
“Azərelektroterm”in baş direktoru vəzifədən azad edilir
Bu gün, 10:59
Putindən İrana AÇIQ DƏSTƏK - “Sky News Arabia”
Bu gün, 10:53
Əliuzun məmurların qandallanması – “qaramaskalı”ların qonaq gedəcəyi yerlər çoxdur
Bu gün, 10:52
Bakıda “Nürnberq prosesi”: Yolun harasındayıq? - İNCƏLƏMƏ
Bu gün, 09:17
"Azərbaycan tərəfi bu iki şərt yerinə yetirilmədən heç bir sülhü əsla qəbul etməz" - deputat
Bu gün, 09:15
Jurnalist Ağaddin Babayev vəfat edib
Bu gün, 09:12
EKSPERTLİK MƏRƏZİ... - Əcəb işə düşmüşük...
Bu gün, 09:10
Rövşən Nəcəf təcili müdaxilə etməzsə... - NHMT sədri MÜRACİƏT ETDİ
Bu gün, 09:05
Oğluna güvənən direktorun yeni macəraları - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:48
Zəngəzur dəhlizi: fürsət pəncərəsi, yoxsa təhlükəli səhv? - GƏLİŞMƏ
Bu gün, 07:41
Azərbaycana yay fəsli daxil olub
Bu gün, 06:53
İrana hərbi müdaxilə ilə rejimi dəyişmək olarmı? - Görünəni odur ki...
Bu gün, 06:48
Ağsuda səhiyyə sistemi İFLİC DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 06:44
"Diplom almaq çətinləşdirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 06:29
Ehtiyata buraxılan hərbçilərin "forma pulu" 18 aydır niyə verilmir? - MÜDAFİƏ NAZİRİNƏ MÜRACİƏT
Bu gün, 06:25
Olmayan nəticəyə yatırılan milyonlar - ARAŞDIRMA
Bu gün, 06:21
Neftçala təhsili kimə həvalə olunub? - İTTİHAM VAR...
Bu gün, 06:18
Bu müharibə Azərbaycanın turizminə NECƏ TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 06:06
Paşinyanın Türkiyə səfəri: Sülhə doğru addım, yoxsa siyasi alver? - İNCƏLƏMƏ
Bu gün, 06:03
“Sağlığında özü mənə vəsiyyət etmişdi” - Atasının bütün əsərlərinin sahibi olacaq
Bu gün, 06:00
Amerikadakı erməni diasporu Paşinyanı “diktator” adlandırdı - “RİA Novosti”
Bu gün, 05:55
İran Azərbaycanda İsrail bazası “tapıb”: Tehranın Araz sahillərində “sionist” axtarışı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 05:52
İsraildən şok XƏBƏRDARLIQ - “Kameraları söndürün, İran izləyir”
Bu gün, 05:50
Ağ Ev lideri İrana diplomatiya üçün maksimum iki həftə vaxt verib
Bu gün, 05:46
İnternetsiz İran: “Starlink” də kömək etməyəcək - NƏ BAŞ VERİR?
Bu gün, 00:03
DTX-nın Qaxda keçirdiyi əməliyyatla bağlı daha bir AÇIQLAMA - "Dövlətimizin prinsipiallığı..."
Bu gün, 00:00
"Şaurma və kolaya 20 lari verirsən... - Qalanını özünüz hesablayın"
Dünən, 23:55
Axundun qaçırdığı 16 yaşlı qızın atası danışdı: “Elçi də göndərmək istədi, razı olmadıq” - BELƏ HARA GEDİRİK?
Dünən, 23:52
İranda qaçaqmalçılıq və “Mossad” bazaları: - İraq və Əfqanıstan yolları
Dünən, 18:04
Paşinyan Türkiyəyə səfərinin iki ölkə arasındakı münasibətlərə yeni təkan verəcəyinə ümid edir - KİV
Dünən, 18:03
“Daşnaksütyun”un regional ofislərində həbslər başlayıb, kütləvi aksiyalarla bağlı xəbərdarlıq edilib
Dünən, 17:59
Təhsildə etimad böhranı: - Builki imtahan sualları əvvəlki illərlə müqayisədə daha çətin idi
Dünən, 17:57
“Bəzi müğənnilər özlərini göstərmək üçün xaricə gedir!” - Şou əhlinin yay planları
Dünən, 17:51
Rüşvət almaqda ittiham olunan sabiq icra məmuru barədə qərar verilib
Dünən, 17:45
“Vaxtın 1 ay qısaldılmasının izahatını da vermirlər” - Tələbələr narazıdır
Dünən, 17:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru