İranla Ermənistan arasında SENSASİON ANLAŞMA .....                     Məqsəd Rusiya və İranı təsir imkanlarından məhrum etmək idi .....                     BRAVO ZAUR... nə dövlət umrundadır... nə də millət... .....                     Erməni nəşri Paşinyanın Türkiyə və Azərbaycandan maliyyə yardımı aldığını iddia etdi... .....                     Təhsil sistemində tenderi də özgəsinə vermirlər... .....                     Putinin planına sərt reaksiya: .....                     Nazirlik qonaqları üçün bilet və otel xidmətini .....                     Əməyin ödənilməsinin hansı təminatları var? .....                     Bakının bu ərazisində torpağın 1 sotu 97 min manata yaxın bahalaşıb .....                     "Daltonlar"- gəncləri tələyə salancinayət təşkilatı .....                     Pezeşkianın Paşinyana xəbərdarlığı: İrəvan eşidəcəkmi? .....                     İlkin Süleymanovun kassasiya şikayəti icraata götürüldü .....                     Paşinyan açıqladı: Bu ərazilər Bakıya qaytarılacaq .....                     Qazilər arasında dava: Tüfənglə “Prado”nu yararsız hala saldı... .....                     Azərbaycanda şirkətlər qrupuna yeni direktor təyin edilib .....                     SOCAR "RabitəBank"dan imtina etdi .....                     10 manatlıq şirkətin 655 min manatdan çox vergi borcu var .....                     "İcra şöbəsi hansısa maraqlarına görə şikayətə baxmır..." .....                     Sabunçuda televizor pultu silaha çevrildi .....                     Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmi .....                     Ermənistanla yekun sülh sazişi bu tarixdə imzalanacaq .....                     Dostu tərəfindən döyülən şəxs məhkəmədə onu bağışladı .....                     Azərbaycanda sabiq rektor vəfat etdi .....                     Dövlət qurumu 3,4 milyonluq elektrik mallarını .....                     Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub .....                     Diasporumuza qarşı “xüsusi əməliyyat” .....                     Bu şirkət müştəri ilə işləməyi hələ öyrənməyib... .....                     Rusiyanın ölkəmizə qarşı daha bir absurd addımı .....                     “Ulduz”u sönən məşhurlar .....                     Rusiya 10 noyabr 2020-ci il sənədinə qayıtmaq üçün fürsət gözləyir .....                     ABŞ NATO-ya Ukrayna üçün təhlükəsizlik zəmanətlərində minimal rol oynayacağını bildirib .....                     "1 ildir ki, bu iki qurumun arasında qalmışam" .....                     "Bazarstore" mağazalarında 1 milyondan çox vergi borcu .....                     Rayon bazarlarında qiymət paradoksu: Göy-göyərti baha, lobya isə lüks qiymətdə .....                     İFŞA: “Poz-Qazan” BİZİ BELƏ QARƏT EDİR... .....                     Möhtəşəm cütlüyün NÖVBƏTİ MƏZƏSİ .....                     "Azərbaycanla sülh pozularsa, bu, Ermənistan dövlətinin sonunu gətirə bilər" .....                     Başçının Baş məsləhətçisi əgər oliqarxdırsa... .....                     Kino Agentliyi “Quşlar susanda” filminin çəkilişi üçün 459 min manat xərcləyəcək .....                     Teymur Musayevin ölüvay susqunluğu .....                 

İrana hərbi müdaxilə ilə rejimi dəyişmək olarmı? - Görünəni odur ki...
Tarix: 21-06-2025, 06:48 | Çap et

İranla gərginləşən münaqişədə İsrailin məqsədinin yalnız Tehranın nüvə və raket infrastrukturunu hədəfə alması, yoxsa həm də rejim dəyişikliyi sualı analitiklər və müşahidəçilər arasında əsas müzakirə mövzusuna çevrilib.

İsrail rəhbərliyi açıq şəkildə rejim dəyişikliyini məqsəd kimi bəyan etməsə də, baş nazir Benyamin Netanyahunun və yüksəkrütbəli rəsmilərin ritorikası – son əməliyyatların miqyası və intensivliyi ilə birgə – İslam respublikasının devrilməsinin dolayı və ya arzuolunan bir hədəf ola biləcəyini göstərir.

Tənqidçilər xəbərdarlıq edir ki, belə bir strategiya həm də böyük risklər daşıyır: regional gərginliyin artması, gözlənilməz siyasi nəticələr və İran rəhbərliyi daxilində daha sərt xətt tərəfdarlarının güclənməsi ehtimalı. Onların fikrincə, İranın siyasi quruluşunu zorla yenidən formalaşdırmağa cəhd etmək nəticəsinə zəmanət olmayan riskli mərc oyunu kimidir.

Bu mövzuda daha aqressiv mövqenin tərəfdarları isə İslam respublikasının həmişəkindən daha zəif olduğunu iddia edirlər. Onlar davamlı ictimai narazılığa və beynəlxalq təcridin güclənməsinə işarə edərək israr edirlər ki, bu şərtlər rejimin süqutunu asanlaşdırmaq üçün nadir fürsətdir. Onlar hesab edir ki, davamlı xarici təzyiq çoxdan arzulanan dəyişikliyi gətirməkdə həlledici amil ola bilər.

Etirazlar, təzyiq və imkanlar

Yalnız hərbi müdaxilə ilə İranda rejim dəyişikliyinə nail olmağın mümkün olub-olmaması məsələsi həm siyasi dairələrdə, həm də iranlıların özləri arasında ciddi şəkildə mübahisə doğurur. Son illərdə ölkədə bir neçə dəfə genişmiqyaslı etiraz dalğaları yaşanıb, xüsusilə 2022-ci ildə Məhsa Əmininin polis nəzarətində həyatını itirməsindən sonra baş qaldıran üsyan diqqət çəkib.

Tehranda əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı qadın Məhsa Əmininin ölümünə etiraz.

"Qadın, həyat, azadlıq" şüarı ətrafında birləşən bu hərəkat ölkədə sürətlə yayılıb və cəmiyyətin müxtəlif təbəqələrindən dəstək alıb. Ancaq eyni zamanda (rejim tərəfindən) şiddətli repressiya ilə qarşılanıb. İnsan haqları qrupları bu etirazlar zamanı 550-dən çox etirazçının öldürüldüyünü və 20 mindən çoxunun həbs edildiyi bildirib.

İrandakı həmin etirazlar dərin ictimai narazılığı üzə çıxarıb və rejimin zəifliyini ortaya qoyub. Lakin, eyni zamanda, İranın təhlükəsizlik aparatının dözümlülüyünü və qeyri-məhdud güc tətbiq etməyə hazır olduğunu da nümayiş etdirib. Bu isə İslam respublikasını daxildən devirməyə yönələn hər hansı səylərin qarşısında duran ciddi çətinlikləri bir daha ön plana çıxarıb.

Bəzi analitiklər hesab edir ki, xarici hərbi təzyiq İran müxalifəti üçün fəaliyyət məkanı yarada bilər. Lakin rejim dəyişikliyinin tərəfdarları arasında belə yalnız hava zərbələrinin kifayət etmədiyi geniş şəkildə etiraf olunur.

"Biz rejim dəyişikliyi haqqında çox danışırıq, amma əslində İran müxalifətinə nəfəs almaq, təşkilatlanmaq və rejimə qarşı səfərbər olmaq imkanı verəcək rabitə imkanlarını genişləndirmək, xüsusi fond yaratmaq və bu kimi müxtəlif addımlar atmaq üçün kampaniyaya ciddi şəkildə sərmayə qoymamışıq", –Amerikanın Xarici Siyasət Şurasının vitse-prezidenti və AzadlıqRadiosu (RFE/RL) idarə heyətinin üzvü İlan Berman bildirib.

AzadlıqRadiosunun "Fərda" xidmətinə danışan Berman bu hazırlıq işini "iranlıların dayanıqlı şəkildə ayağa qalxa biləcək qədər inamlı hiss etməsi üçün zəruri ilkin şərt" adlandırıb.

Tənqidçilər ehtiyatlanır ki, bu cür səylər olmasa, sərt xətt tərəfdarlarını gücləndirmək və sadə iranlıları özündən uzaqlaşdırmaqla hərbi müdaxilə əks nəticə verə bilər.

İsrailin İrana zərbələrindən sonra Tehranda İsrail əleyhinə etiraz aksiyası.

Müdaxilə barəsində haçalanmış fikirlər

İranlıların çoxu üçün İslam respublikası ilə xalqı fərqləndirmək vacibdir.

"Bu, İsraillə İran arasında deyil, İsraillə İslam respublikası arasında müharibədir. İranlılar illərdir rejim dəyişikliyinə can atırlar və nəticədə İran və İslam respublikası arasında yalnız biri qalacaq", - xaricdə yerləşən və monarxiya tərəfdarı "İran Novin" Partiyasının rəhbər üzvü Hamed Şeybani-Rad bildirib.

"İnsanlar çox yaxşı başa düşür ki, İsrail tərəfindən onlara verilən bu fürsət bir daha təkrar olunmaya bilər". Bu, xarici təzyiqin uzun müddət gözlənilən dəyişiklikləri sürətləndirə biləcəyinə inanan bəzi insanların baxışını əks etdirir.

Digərləri isə xəbərdarlıq edir ki, xüsusən mülki itkilərə səbəb olan və ya gündəlik həyat üçün vacib infrastruktur hədəf alınan xarici müdaxilə daxili etirazların legitimliyini zəiflədə bilər.

"İslam respublikasının tənqidi daxili məsələdir. İran xalqı bundan xəbərdardır və xaricdən qəyyumlara ehtiyac duymur, xüsusən də Netanyahu kimi birinə ehtiyac yoxdur", - ABŞ-də yaşayan müdafiə üzrə analitik Hüseyn Arian "Radio Fərda"ya müsahibəsində deyib.

O qeyd edib ki, İsrail zərbələri nəhayətində "İran xalqına aid olan" aktivləri hədəf alır. Analitik İslam respublikasını "yalnız bir icarəçi" kimi təsvir edib.

İslam respublikasının legitimliyi getdikcə daha kövrək görünsə də - aşağı seçki fəallığı və davamlı iğtişaşlar - əksər müşahidəçilər dayanıqlı dəyişikliklərin son nəticədə daxildən gəlməli olduğu ilə razılaşırlar. Xarici hərbi əməliyyatlar bu dəyişikliyin tempinə və ya təbiətinə təsir göstərə bilər, amma onun bu dəyişikliyi başlatması hələ də sual altındadır.

Yazı AzadlıqRadiosunun əməkdaşı Kian Şərifi tərəfindən hazırlanıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İranla Ermənistan arasında SENSASİON ANLAŞMA – Tehranın Zəngəzur isterikası SONA ÇATIR?
Bu gün, 11:04
Məqsəd Rusiya və İranı təsir imkanlarından məhrum etmək idi - Kiviryan
Bu gün, 11:02
BRAVO ZAUR... nə dövlət umrundadır... nə də millət... - MALƏSƏF...
Bu gün, 11:00
Erməni nəşri Paşinyanın Türkiyə və Azərbaycandan maliyyə yardımı aldığını iddia etdi... - İLGİNC
Bu gün, 10:57
Təhsil sistemində tenderi də özgəsinə vermirlər... - DAHA BİR FAKT...
Bu gün, 10:53
Putinin planına sərt reaksiya: - Zəngəzur və Qarabağda...
Bu gün, 10:44
Nazirlik qonaqları üçün bilet və otel xidmətini - BU ŞİRKƏTLƏRDƏN ALDI
Bu gün, 10:40
Əməyin ödənilməsinin hansı təminatları var? - Ekspert danışır...
Bu gün, 10:35
Bakının bu ərazisində torpağın 1 sotu 97 min manata yaxın bahalaşıb
Bu gün, 10:16
"Daltonlar"- gəncləri tələyə salancinayət təşkilatı - TikTokda təhlükə
Bu gün, 10:12
Pezeşkianın Paşinyana xəbərdarlığı: İrəvan eşidəcəkmi? - GƏLİŞMƏ
Bu gün, 10:02
İlkin Süleymanovun kassasiya şikayəti icraata götürüldü
Bu gün, 09:49
Paşinyan açıqladı: Bu ərazilər Bakıya qaytarılacaq - “Respublika Meydanı”
Bu gün, 09:47
Qazilər arasında dava: Tüfənglə “Prado”nu yararsız hala saldı... - TƏFƏRRÜAT
Bu gün, 09:44
Azərbaycanda şirkətlər qrupuna yeni direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 09:43
SOCAR "RabitəBank"dan imtina etdi
Bu gün, 09:40
10 manatlıq şirkətin 655 min manatdan çox vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 09:37
"İcra şöbəsi hansısa maraqlarına görə şikayətə baxmır..." - NARAZILIQ VAR...
Bu gün, 09:30
Sabunçuda televizor pultu silaha çevrildi – ailə qalmaqalının sonu həbs oldu
Bu gün, 09:24
Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmi – Fərid Qayıbovun nəzərinə
Bu gün, 09:21
Ermənistanla yekun sülh sazişi bu tarixdə imzalanacaq - sensasion iddia
Bu gün, 09:15
Dostu tərəfindən döyülən şəxs məhkəmədə onu bağışladı - “Şikayətçi deyiləm”
Bu gün, 09:08
Azərbaycanda sabiq rektor vəfat etdi - FOTO
Bu gün, 08:54
Dövlət qurumu 3,4 milyonluq elektrik mallarını - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 08:52
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - ƏMR
Bu gün, 08:49
Diasporumuza qarşı “xüsusi əməliyyat” - Bakıdan reaksiya
Bu gün, 08:47
Bu şirkət müştəri ilə işləməyi hələ öyrənməyib... - NƏ VAXTA QƏDƏR...
Bu gün, 08:38
Rusiyanın ölkəmizə qarşı daha bir absurd addımı - BAŞLARI QAÇIB...
Bu gün, 08:26
“Ulduz”u sönən məşhurlar - Qətl, şantaj, dələduzluq...
Bu gün, 08:24
Rusiya 10 noyabr 2020-ci il sənədinə qayıtmaq üçün fürsət gözləyir - Bakıdan reaksiyalar
Bu gün, 08:14
ABŞ NATO-ya Ukrayna üçün təhlükəsizlik zəmanətlərində minimal rol oynayacağını bildirib - "Politico" nəşri
Bu gün, 07:24
"1 ildir ki, bu iki qurumun arasında qalmışam" - GİLEY
Bu gün, 07:22
"Bazarstore" mağazalarında 1 milyondan çox vergi borcu - FOTO
Bu gün, 07:16
Rayon bazarlarında qiymət paradoksu: Göy-göyərti baha, lobya isə lüks qiymətdə - NƏ ETMƏLİ?
Bu gün, 07:03
İFŞA: “Poz-Qazan” BİZİ BELƏ QARƏT EDİR... - BU DA FAKT...
Bu gün, 07:01
Möhtəşəm cütlüyün NÖVBƏTİ MƏZƏSİ - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
"Azərbaycanla sülh pozularsa, bu, Ermənistan dövlətinin sonunu gətirə bilər" - FAKT BUDUR!
Bu gün, 06:44
Başçının Baş məsləhətçisi əgər oliqarxdırsa... - BU NƏDİ BELƏ?
Bu gün, 06:40
Kino Agentliyi “Quşlar susanda” filminin çəkilişi üçün 459 min manat xərcləyəcək
Bu gün, 06:35
Teymur Musayevin ölüvay susqunluğu və ya xəstənin üstündə “qılınc-qılınc” oynadanlar
Bu gün, 06:34
Abituriyent sayı niyə plan yerlərini üstələdi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:31
Rusiyada türk xalqlarının hüquqları: söz və gerçəklik arasında - GƏLİŞMƏ
Bu gün, 06:29
Britaniya Ukraynaya kontingent göndərə bilmir - "The Telegraph"
Bu gün, 06:27
"Əgər Donald Tramp həmin dövrdə prezident olsaydı..." - deputat
Bu gün, 06:24
Son 10 günün ən mühüm hadisəsi: Paşinyan bu sirri açdı - AKTUAL
Bu gün, 06:20
Rusiyada azərbaycanlı bloger Hüseyn Həsənovun şirkəti ləğv edilib - TƏFƏRRÜAT
Bu gün, 06:17
Avropa lider böhranı ilə üzləşib - Professor
Dünən, 18:11
İrəvanda ilk Azərbaycan səfiri - “Böyük məsuliyyət daşıyacaq”
Dünən, 18:09
Azərbaycanda ilk yaşanır: bu şəxslər də vergi ödəməli olacaqlar
Dünən, 18:06
Kirayə mənzil bazarındakı təklif-tələb balanssızlığı qiymət artımına səbəb olub
Dünən, 18:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru