Masallı rayon, Qədirli kənd sakini Əmiraslanov Amin Qəribəli oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Müdafiə naziri, general-polkovnik Zakir Həsənova müraciət edir:
"Cənab nazir!
Bildirim ki, 06.07.2015-ci il tarixdən 02.01.2017-ci il tarixədək N saylı hərbi hissədə əsgər olmuşam.
29.09.2020-ci il tarixdən 09.01.2021-ci il tarixədək könüllü olaraq 44 günlük Vətən müharibəsində iştirak etmişəm.
25.03.2021-ci il tarixdən 29.05.2024-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşam. Müqaviləmi bitirib, ehtiyata buraxılmışam.
Dəfələrlə nazirliyə sikayət etməyimə baxmayaraq, hələ də "forma pulu"mu ala bilmirəm. 1 il 6 ay dəfələrlə qaynar xətlə əlaqə saxlamışam, lakin müsbət cavab yoxdur.
1 il 6 aydır ki, Quru Qoşunlarında da 20 nəfərə yaxın insan paltar pulunu ala bilmir.
Verdikləri cavab isə budur ki, “səhvlik var idi, yenidən yazılıb nazirliyə göndərilib”. 1 il 6 aydır səhv düzəlmir?
Cənab nazir!
Xahiş edirəm, bu məsələni diqqətdə saxlayasınız".