Prezidentin göstərişinə belə əməl edirsə... .....                     Azərbaycan su qıtlığına nə dərəcədə hazırdır? .....                     ABŞ Senatı hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib .....                     Azərbaycanın tranzit jesti: Ermənistan üçün yeni fürsətlər açır .....                     Ramiz Mehdiyevin gömrükdəki adamı hələ də iş başındadırsa... .....                     İşdən çıxmış direktor Prezidentdən KÖMƏK İSTƏDİ .....                     Yeni il ərəfəsində əfv gözlənilir? .....                     "Gözlərimin içinə baxan o deyil" .....                     Ev dustaqlığında olan Ramiz Mehdiyev bayram günlərini necə keçirir? .....                     Tanınmış müğənninin toyda biabırçı canlı İFASI .....                     İqtisadiyyatımızı 2026-cı ildə nə gözləyir? .....                     ABŞ İsraillə münasibətlərin normallaşdırılmasında Suriyaya dəstəyini təsdiqləyib .....                     "Böyük Ermənistan" ideologiyasının yerini "real Ermənistan" tutur .....                     “Enerjitəchizat Construction” MMC-nin vergi borcu 3,5 milyon manatı ötüb .....                     Adil Kərimlini KİM HƏDƏFƏ ÇEVİRİB? .....                     "Mən Mədəniyyət Nazirliyinə bu məsələdə tənqidi yanaşanları təqdir edirəm..." .....                     Ermənistanda "Honq Konq qripi" aşkarlandı .....                     Bu, İran xalqına qarşı düşmənçilik üçün bəhanədir .....                     Talibandan qaçan əfqan Azərbaycanda HƏBS OLUNDU .....                     Zelenskiyə yaxın iş adamı ölkədən qaçdı .....                     Şəbnəm buna görə 30 min dollar qonorar alıb .....                     İcra başçıları toya nə qədər pul yazdırır? .....                     Şimali Kiprin yeni prezidenti ilk səfərini Türkiyəyə edəcək .....                     Rusiyalı ulduz azərbaycanlı oğlanla bağlı paylaşım etdi .....                     Qəzetlərin KİTABI BAĞLANIR... .....                     Zaqatalada AİLƏ MÜNAQİŞƏSİ .....                     "Mən oxumağa başlayanda zalda sakitlik idi, elə diqqətlə qulaq asırdılar ki..." .....                     Putinin kinayəsi və yumoru .....                     "Robert De Niro mənim dostumdur" .....                     10 noyabr: Ermənistan üzərində tarixi qələbə .....                     Paşinyan Ermənistan ordusunun rəhbər heyəti ilə müşavirə keçirib .....                     Abşeron rayonunda 8 Noyabr - Zəfər Günü ilə bağlı şəhid ailələri ilə görüş keçirilib .....                     “Nar”da bu axşam daha bir avtomobil sevinci! .....                     "Sertifikatlaşdırma və Metrologiya Mərkəzi" auditor seçir .....                     Bu, Astana üçün əhəmiyyətlidir... .....                     Xalq şairi sənəd paylaşdı, üsyan etdi: “Prezidentin siyasətinə ziddir” .....                     Mədəniyyət Nazirliyi qalmaqallı paylaşımı sildi .....                     "O, Paşinyandan sonra baş nazirlik üçün hazırlaşır" .....                     ABŞ problemlərini həll edir, İsrail əlaqələrini gücləndirir, Qazaxıstan isə... .....                     "Həmin aparıcılar uşaqlarımızı zəhərləyirlər" .....                 

Moskvanın Cənubi Qafqaz və oradan keçən strateji neft-qaz kəmərlərini nəzarətə götürməsi mümkündürmü? - TƏHLÜKƏ VAR...
Tarix: 26-04-2025, 09:03 | Çap et
Moskvanın Cənubi Qafqaz və oradan keçən strateji neft-qaz kəmərlərini nəzarətə götürməsi mümkündürmü?
“Qərbin Krım Rusiya ərazisi kimi tanımasından sonra Mərkəzi Asiyanı da itirmək qorxusu böyüyür”. “Yeni Müsavat”ın verdiyi məlumata görə, bu barədə “The National Interest” nəşri yazıb.

Məqalədə bildirilir ki, Avropa və ABŞ Krım məsələsində ciddi geosiyasi məğlubiyyətlə üzləşib. Belə ki, yarımadanın Rusiya tərəfindən tam nəzarətə götürülməsi Moskvanın Qara dənizdə üstünlük əldə etməsi və sonrakı mərhələdə Cənubi Qafqazı da nəzarət altına alması ilə nəticələnə bilər.

Nəşr ardınca xəbərdarlıq edir ki, bu proses nəticəsində Rusiya rəqibləri üçün bütün Transxəzər ticarət dəhlizlərini bağlamaq gücünə çata bilər. “Amerika və Avropa üçün bu, böyük strateji məğlubiyyətdir”, - deyə təhlildə vurğulanır.

Həmçinin qeyd olunur ki, Mərkəzi Asiya regionu nadir yeraltı sərvətlər baxımından Ukraynadan qat-qat zəngindir. Bu fakt da regionun geosiyasi dəyərini daha da artırır və Qərbin itirmək istəmədiyi əsas səbəblərdən biridir.

Nəşrin iddiaları nə dərəcədə ciddidir? Moskvanın Cənubi Qafqaz və oradan keçən strateji neft-qaz kəmərlərini nəzarətə götürməsi mümkündürmü? Konkret Azərbaycan üçün bu hansı anlama gəlir?

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, ABŞ lideri Donald Tramp qısa müddətdə Rusiya-Ukrayna müharibəsini bitirmək istəyir və onun tutduğu yol hamıya aydındır. Mütəxəssis qeyd etdi ki, hədəf bəllidir - Ukraynanı təhdid etmək, hədələmək, təzyiq göstərmək və son nəticədə güzəştlərə məcbur eləmək: “Həmçinin Rusiyanı da dilə tutaraq müəyyən güzəştlər qoparmaq. London danışıqlarında təklif olunan plan da Rusiya planıdır. Vladimir Putin dəfələrlə bu planı dilə gətirib. O, tələbləri bir az artırmaq şərti ilə yenə də qəbul etdirməyə çalışır. Çox təəssüf ki, Amerika da başqa bir yol görə bilmədiyindən Rusiyanın bu mövqeyini dəstəkləyir. Ancaq Rusiyanın tələbləri içərisində Krımın Rusiyaya məxsus olduğunun ABŞ tərəfindən tanınmaq tələbi yox idi. Bu tələb indi ortaya çıxıb və Amerika da onu qəbul etmək məcburiyyətində qalıb. Ancaq Avropanın və Ukraynanın Krımın Rusiyaya məxsus olduğunun tanınması tələbi yoxdur. Güman edirəm ki, bu, reallığın təsdiq olunmasıdır. Çünki onsuz da Krım yarımadası Rusiyanın nəzarətindədir”.

A.Səmədov söylədi ki, Ukraynanın nəinki Krımı, digər əraziləri də qaytarmaq şansı yoxdur: “Ukrayna cəbhəsində baş verənlər Rusiyanın iştahını artırdı. Dünyanın 50-dən artıq dövlətinin müxtəlif səviyyədə yardımlar etdiyi Ukraynanın son iki ildə heç bir uğura nail ola bilməməsi və Rusiyanın onların qarşısında hətta müəyyən qədər irəliləyə bilməsi Kremlin iddialarını bir az da artırıb. Trampın seçilməsindən sonra ABŞ-ın az qala Rusiyanın müttəfiqinə çevrilməsi vəziyyəti tamamilə Avropanın və Ukraynanın zərərinə dəyişdi. Bu, dünya üçün də, Cənubi Qafqaz üçün də, Mərkəzi Asiya üçün də çox təhlükəli bir vəziyyətin yaranmasına gətirib çıxarıb”.

Ekspert qeyd etdi ki, Rusiya gələcəkdə Mərkəsi Asiyanı və Cənubi Qafqazı nəzarətə götürmək arzusuna düşə bilər: “Putinin 2023-cü ilin iyulunda gənc sahibkarlarla görüşdə 1-ci Pyotru xatırlaması, onun işğalçılıq addımlarına haqq qazandırması və iddia eləməsi və ”Pyotr heç kimin torpağını işğal etməyib Rusiya torpaqlarını toparlayıb və möhkəmləndirib, indi bu missiya bizim üzərimizə düşüb" deməsi Kreml başçısının planlarından xəbər verən fikirlər idi. “Rusiya torpaqları” deyiləndə yəqin ki, keçmiş sovetlər ittifaqının ərazisinə daxil olan dövlətlərin torpaqları nəzərdə tutulur. Yəni bu təhlükə var və get-gedə güclənir. Biz bu təhlükədən qorunmaq üçün zəruri addımlar atmalıyıq. Burada həm Türkiyə ilə müttəfiqlik əlaqələrinin gücləndirilməsi, Mərkəzi Asiya dövlətləri ilə daha sıx əməkdaşlığın, ilk növbədə hərbi əməkdaşlığın təmin olunması, Çinlə yaxınlaşma və digər addımlar nəzərdə tutulur. Bütün bunlar təbiidir ki, Rusiya təhlükəsinin qarşısını almağa yönəlmiş addımlardır və bu istiqamətdə fəaliyyət davam etdirilməlidir".

A.Səmədov hesab edir ki, Rusiya Transxəzər dəhlizini bağlaya bilməz: “Çünki burada söhbət təkcə Mərkəzi Asiyadan və Cənubi Qafqazdan getmir, burada Çinin maraqları var və Rusiyanın Çindən nə qədər çəkindiyi hamıya məlumdur. Rusiya Çinlə münasibətlərini qorumağa çalışır, münasibətlərə xələl gətirəcək hər hansı addımı atmaqdan qorxur. Bu səbəbdən, Rusiyanın Transxəzər dəhlizlərini bağlaması qeyri-mümkündür. Eyni zamanda, digər dövlətlərin də bu dəhlizlərdə marağı var. Rusiyanın yaxın münasibətdə olduğu iri dövlətlərdən söhbət gedir. Lakin Mərkəzi Asiyanı və Cənubi Qafqazı yenidən nəzarətə götürmək üçün Rusiya əlindən gələni edəcək. 2021-ci ilin dekabrında ABŞ-a və NATO-ya ünvanladığı ultimativ tələblərin kökündə də bu dayanırdı. Rusiya açıq deyirdi ki, bu ərazilər təsir zonamdır və razılığım olmadan bu ərazilərdə heç bir işlər görülə bilməz, bu dövlətlər heç bir kəskin addım ata bilməzlər. Elə ”Ukrayna müharibəsinin başlanmasının ilkin səbəbləri aradan qaldırılmalıdır" deyərkən Rusiya həm də bunu nəzərdə tutur. Yəni təkcə Ukraynanın neytrallığını yox, bütövlükdə keçmiş SSRİ-nin tərkibinə daxil olan dövlətlərin yerləşdiyi ərazini nəzərdə tutur və bu ərazinin onun təsir zonası olduğunu bəyan edir".

Mərkəz rəhbəri sonda vurğuladı ki, Tramp da müəyyən qədər o fikirlərlə razılaşdığını söyləyib: “Ona görə də təbiidir ki, bu yanaşma, Rusiyanın müharibədən qələbə ilə çıxması Mərkəzi Asiya və Cənubi Qafqaz üçün ciddi problemlər yarada bilər. Biz birlikdə bu problemlərin aradan qaldırılması üçün çalışmalıyıq. Bir-birimizə dəstək verməliyik”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Prezidentin göstərişinə belə əməl edirsə... - BU NƏDİ BELƏ?
Bu gün, 07:22
Azərbaycan su qıtlığına nə dərəcədə hazırdır? - AKTUAL
Bu gün, 06:59
ABŞ Senatı hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib
Bu gün, 06:56
Azərbaycanın tranzit jesti: Ermənistan üçün yeni fürsətlər açır - İNCƏLƏMƏ
Bu gün, 06:55
Ramiz Mehdiyevin gömrükdəki adamı hələ də iş başındadırsa... - BUNA GÖRƏ DƏ...
Bu gün, 06:52
İşdən çıxmış direktor Prezidentdən KÖMƏK İSTƏDİ - MÜRACİƏT
Bu gün, 06:42
Yeni il ərəfəsində əfv gözlənilir? - Komissiya üzvündən AÇIQLAMA
Bu gün, 06:33
"Gözlərimin içinə baxan o deyil" - Fotosessiya
Bu gün, 06:31
Ev dustaqlığında olan Ramiz Mehdiyev bayram günlərini necə keçirir? - İLGİNC
Bu gün, 06:22
Tanınmış müğənninin toyda biabırçı canlı İFASI - VİDEO
Bu gün, 06:20
İqtisadiyyatımızı 2026-cı ildə nə gözləyir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:17
ABŞ İsraillə münasibətlərin normallaşdırılmasında Suriyaya dəstəyini təsdiqləyib - KİV
Bu gün, 06:12
"Böyük Ermənistan" ideologiyasının yerini "real Ermənistan" tutur - AKTUAL
Bu gün, 06:08
“Enerjitəchizat Construction” MMC-nin vergi borcu 3,5 milyon manatı ötüb - TƏFƏRRÜAT
Bu gün, 06:05
Adil Kərimlini KİM HƏDƏFƏ ÇEVİRİB? - NƏ BAŞ VERİR?
Bu gün, 06:02
"Mən Mədəniyyət Nazirliyinə bu məsələdə tənqidi yanaşanları təqdir edirəm..." - REAKSİYA
Bu gün, 05:57
Ermənistanda "Honq Konq qripi" aşkarlandı
Dünən, 18:02
Bu, İran xalqına qarşı düşmənçilik üçün bəhanədir - Laricani
Dünən, 18:00
Talibandan qaçan əfqan Azərbaycanda HƏBS OLUNDU - "...arvadımın yanına gedirdim"
Dünən, 17:48
Zelenskiyə yaxın iş adamı ölkədən qaçdı – NABU əməliyyatına 2 saat qalmış...
Dünən, 17:46
Şəbnəm buna görə 30 min dollar qonorar alıb - Video
Dünən, 17:32
İcra başçıları toya nə qədər pul yazdırır?
Dünən, 17:30
Şimali Kiprin yeni prezidenti ilk səfərini Türkiyəyə edəcək - KİV
Dünən, 17:28
Rusiyalı ulduz azərbaycanlı oğlanla bağlı paylaşım etdi - Bunu yalnız o bacardı
Dünən, 17:19
Qəzetlərin KİTABI BAĞLANIR... - BÜDCƏ YÜKÜ?
Dünən, 17:17
Zaqatalada AİLƏ MÜNAQİŞƏSİ – Əmi qardaşı oğlunun əmlakını yandırdı
Dünən, 16:45
"Mən oxumağa başlayanda zalda sakitlik idi, elə diqqətlə qulaq asırdılar ki..."
Dünən, 16:43
Putinin kinayəsi və yumoru - VİDEO
Dünən, 16:39
"Robert De Niro mənim dostumdur" - Emin Ağalarov
Dünən, 16:34
10 noyabr: Ermənistan üzərində tarixi qələbə - AKTUAL
Dünən, 16:27
Paşinyan Ermənistan ordusunun rəhbər heyəti ilə müşavirə keçirib
Dünən, 16:16
Abşeron rayonunda 8 Noyabr - Zəfər Günü ilə bağlı şəhid ailələri ilə görüş keçirilib - FOTO
Dünən, 16:13
“Nar”da bu axşam daha bir avtomobil sevinci! - DİQQƏT!
Dünən, 16:10
"Sertifikatlaşdırma və Metrologiya Mərkəzi" auditor seçir
Dünən, 15:40
Bu, Astana üçün əhəmiyyətlidir... - GƏLİŞMƏ...
Dünən, 15:35
Xalq şairi sənəd paylaşdı, üsyan etdi: “Prezidentin siyasətinə ziddir” - HÖRMƏTSİZLİKDİR...
Dünən, 15:31
Mədəniyyət Nazirliyi qalmaqallı paylaşımı sildi
Dünən, 15:27
"O, Paşinyandan sonra baş nazirlik üçün hazırlaşır" - ŞƏRH
Dünən, 15:24
ABŞ problemlərini həll edir, İsrail əlaqələrini gücləndirir, Qazaxıstan isə... - İNCƏLƏMƏ
Dünən, 15:22
"Həmin aparıcılar uşaqlarımızı zəhərləyirlər" - ETİRAZ
Dünən, 15:16
Gəncədə ər arvadını baş nahiyəsindən bıçaqlayıb - TƏFƏRRÜAT
Dünən, 15:14
İşbaz məmurların TƏHLÜKƏLİ SAYĞAC ƏMƏLİYYATI... - BU NƏDİ BELƏ?
Dünən, 15:09
Böyrəyini satışa çıxaran müğənnimizlə bağlı VACİB AÇIQLAMA: Həbs oluna bilər, çünki... - TƏFƏRRÜAT
Dünən, 14:59
Trampdan heyrətləndirəcək addım – 50 il sonra ilk dəfə
Dünən, 14:55
Ukraynada korrupsiyaya qarşı genişmiqyaslı əməliyyat keçirilir - Ukrayna mətbuatı
Dünən, 14:47
Karapetyan "Elektrik şəbəkələri"ni idarə etməkdən məhrum edilə bilər
Dünən, 13:23
Azərbaycan iki hücumla bu sistemlərimizi tamamilə məhv etdi - “Şərəfim var”
Dünən, 13:20
Tramp mətbuat konfransında mürgülədi – Demokratlar ələ saldı
Dünən, 13:16
Vətəndaşları aldadaraq 37 min manat ələ keçirən şəxs saxlanılıb
Dünən, 13:12
Saakaşvilinin partiyası “Gürcü Arzusu” ilə məhkəmə çəkişməsinə başlayır - KİV
Dünən, 12:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru