Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
Tarix: 23-04-2025, 19:00 | Çap et
 Xəbər verdiyimiz kimi, ötən il dövlət hesabına 1 634 məcburi köçkün ailəsi mənzillə təmin olunub. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 1 634 məcburi köçkün ailəsində ailə üzvlərinin ümumi sayı 6 492 nəfər olub. Qeyd edək ki, məcburi köçkün ailələrinə verilən mənzillərin ümumi sahəsi 153 502,3 kvadratmetr olduğu üçün hər bir məcburi köçkünə orta hesabla 23,6 kvadratmetr mənzil sahəsi düşüb. Onu da bildirək ki, adambaşına düşən mənzil sahəsi ayrı-ayrı rayonlarda fərqli olub. Məsələn, Laçın rayonunda hər bir məcburi köçkünə orta hesabla 34,2 kvadratmetr mənzil sahəsi düşdüyü halda, Biləsuvar rayonunda bu göstərici 9,4 kvadratmetr olub. Məlumat üçün qeyd edək ki, Azərbaycanda adambaşına düşən minimum mənzil sahəsi 12 kvadratmetrə bərabərdir. “Yaşayış minimumu haqqında” Qanunun tətbiq edilməsi barədə Prezidentin 2004-cü il 29 dekabr tarixli, 170 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti 2005-ci il 23 iyun tarixində Qərar qəbul edib. “Minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında” Qərarda açıq şəkildə göstərilir ki, Azərbaycanda adambaşına düşən minimum mənzil sahəsi 12 kvadratmetr təşkil edir. Qanuna görə bu ölçü elmi normalar əsasında müəyyən edilib və insanın sağlamlığı və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan normadır. Siyahıda ötən il məcburi köçkünlərə dövlət hesabına verilən mənzillərdə adambaşına düşən mənzil sahəsi göstərilib: Laçın r. – 34,2 kv.m; Cəbrayıl r. – 31,7 kv.m; Xocalı r. – 23,2 kv.m; Şuşa r. – 21,3 kv.m; Füzuli r. – 19,7 kv.m; Sumqayıt ş. – 18,5 kv.m; Abşeron r. – 16,7 kv.m; Mingəçevir ş. – 16,5 kv.m; Binəqədi r. – 16,4 kv.m; Kürdəmir r. – 16 kv.m; Ağcabədi r. – 15,9 kv.m; Şirvan ş. – 15,9 kv.m; Sabunçu r. – 15,8 kv.m; Qaradağ r. – 15,2 kv.m; Pirallahı r. – 14,8 kv.m; Tərtər r. – 14,5 kv.m; Şabran r. – 13,6 kv.m; Ağdam r. – 13,4 kv.m; Yevlax r. – 13,2 kv.m; Zaqatala r. – 13,2 kv.m; Ucar r. – 13 kv.m; Qəbələ r. – 13 kv.m; Bərdə r. – 12,8 kv.m; Goranboy r. – 12,5 kv.m; Sabirabad r. – 11,7 kv.m; Gəncə ş. – 11,7 kv.m; İmişli r. – 11,2 kv.m; Saatlı r. – 10,1 kv.m; Göygöl r. – 9,8 kv.m; Beyləqan r. – 9,7 kv.m; Biləsuvar r. – 9,4 kv.m.
Açıqlanan məlumatlardan da göründüyü kimi, 7 şəhər və rayonda məcburi köçkünlərə verilən mənzillərdə adambaşına düşən mənzil sahəsi minimum səviyyədən də aşağı olub. Onu da xatırladaq ki, Mənzil Məcəlləsinin 49-cu maddəsində göstərilir ki, dövlət mənzil fondunun minimal ölçüsü müvafiq icra hakimiyyəti tərəfindən müəyyən olunur. 2022-ci ildə müvafiq icra hakimiyyəti, yəni Nazirlər Kabineti “Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilməsi məqsədləri üçün uçot normasının müəyyən edilməsi barədə” qərar layihəsini açıqlayıb və bildirilib ki, mənzillərin minimal sahəsi 12 kvadratmetr nəzərdə tutulacaq. Bu qərar layihəsi bu günə kimi təsdiq olunmasa da, 2019-cu ildə sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasını təsdiq edib. Həmin qərarda dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması 16 kvadratmetr müəyyən edilib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35 |
|
|
|
• Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21 |
|
|
|
• "Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06 |
|
|
|
• Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04 |
|
|
|
• Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58 |
|
|
|
• "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55 |
|
|
|
• Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43 |
|
|
|
• Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39 |
|
|
|
• Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31 |
|
|
|
• Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28 |
|
|
|
• TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26 |
|
|
|
• "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18 |
|
|
|
• Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14 |
|
|
|
• Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11 |
|
|
|
• Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07 |
|
|
|
• "Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02 |
|
|
|
• 32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43 |
|
|
|
• Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34 |
|
|
|
• "Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29 |
|
|
|
• Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25 |
|
|
|
• “Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22 |
|
|
|
• ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19 |
|
|
|
• "Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..."
Bu gün, 05:15 |
|
|
|
• Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - KİV
Bu gün, 05:12 |
|
|
|
• “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02 |
|
|
|
• Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00 |
|
|
|
• "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58 |
|
|
|
• “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00 |
|
|
|
• "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51 |
|
|
|
• Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48 |
|
|
|
• Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45 |
|
|
|
• Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43 |
|
|
|
• Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23 |
|
|
|
• Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35 |
|
|
|
• "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22 |
|
|
|
• Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17 |
|
|
|
• Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32 |
|
|
|
• Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30 |
|
|
|
• PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20 |
|
|
|
• “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Dünən, 15:02 |
|
|
|
• Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Dünən, 14:10 |
|
|
|
• Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Dünən, 14:02 |
|
|
|
• Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Dünən, 14:00 |
|
|
|
• Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Dünən, 13:58 |
|
|
|
• Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Dünən, 13:03 |
|
|
|
• “Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Dünən, 12:58 |
|
|
|
• "Həmin çəkilişə görə nişanım qayıtdı"
Dünən, 12:54 |
|
|
|
• Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Dünən, 12:52 |
|
|
|
• Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Dünən, 12:48 |
|
|
|
|