Quru sərhədlər açılacaqmı? .....                     “Günə 800 manat qazanırdıq” .....                     Paşinyan dediyini etdi .....                     Gecə klubundan çıxıb “Carsharing” in avtomobilini qaçırdı .....                     “Haqlı olaraq bizdə belə bir şübhə yaranır ki, .....                     Yeni il qabağı otellərdə FANTASTİK QİYMƏTLƏR .....                     Ramiz Mehdiyevə yaxın olan... aid olan şirkətlər... .....                     Rusiyaya görə Avropa Türkiyəni Ermənistanla “birləşdirmək” istəyir .....                     Heyvan bazarları bayramda açılacaq? .....                     Azərbaycanda bu qurum ləğv edilə bilər .....                     Qarabağla əlaqədar 13 sənəd yayıldı: Əliyev güzəştə getmir, Sərkisyan Putinin yanına qaçır .....                     Koxalski "Qarabağ"dan gedir? .....                     Zəngəzur dəhlizindən həm də Avropa İttifaqı faydalana bilər .....                     Aİ-nin sabiq ali nümayəndəsi saxlanılıb .....                     Gələn il xaricdən daha çox borc ala bilərik .....                     Tiktoker "Roşka"nın tələbi yenə rədd edildi .....                     Nazirlikdə yeni peşə qurumu .....                     Mikayılovun 'həqiqətləri' və HƏQİQƏTLƏR... .....                     “Çevriliş işi”ndə sıra generallara çatdı .....                     Təbrizdə “Koroğlu” tamaşasına görə qalmaqal yarandı .....                     AXCP sədrinin həbsi o demək deyil ki, partiya ləğv olunacaq... .....                     Bunlar son 32 ildə hakimiyyət-xalq münasibətlərini gərginləşdirməyə çalışıblar .....                     İrəvan Azərbaycanla sülhün daha da institutlaşdırılması üçün səylərini davam etdirəcək .....                     Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi”?! .....                     “Azərsutəchizattikinti” 9 milyon manata Cəbrayılın su xətləri və kollektorlarını tikəcək .....                     “Ramiz Mehdiyev işi”: 50 nəfərlik siyahı bir-bir açılacaq .....                     Əri dini təriqətə qoşulan qadının DİŞLƏRİNİ QIRDI .....                     Kürəkənini öldürən kişinin qızı DANIŞDI .....                     Qaqik Tsarukyan barəsində cinayət işi başlanıb .....                     “Qaçqınkom” 136 minə bu şirkətdən 9 min cibli jaket alır .....                     Ermənistan hökuməti Qarabağ danışıqlarına dair sənədləri dərc edib .....                     Paşinyanın deputatlığa namizədlər siyahısındakı .....                     İrəvanda 2026-cı ilin yazında Ermənistan-Aİ birinci sammiti keçiriləcək .....                     “PAŞA Sığorta”nın rəhbərliyində təyinat olub .....                     ABŞ sülh sazişindən sonra Rusiyanın aktivlərini geri qaytaracaq .....                     Nazirlikdən "Koneks Construction"a 4,3 milyon manatlıq sifariş .....                     Ramiz Mehdiyevin daha bir gizli müraciətinin üstü açıldı .....                     Məhkəmə “Tolik”lə bağlı qərar verdi .....                     “Nar” QHT-lərlə KSM sahəsində əməkdaşlığın gücləndirilməsinə dəstək verir .....                     Saakaşvili Gürcüstan hakimiyyətini ittiham etdi .....                 

"Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Tarix: 9-05-2025, 17:51 | Çap et
"Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
“Dədə Qorqud” filmində Beyrəyin atası oğlunun ölüm xəbərini eşidəndə, kor gözləri ilə bir daşın üstündə oturur. Deyir ki, barmağını kəssin, qanını gözümə vursun, onda gözüm açılar. Məndə də elədir, qızım gəlib desə ki, ata, mən gəlmişəm, o zaman gözlərim açılar…”

Bunu “Cümhuriyət”-ə müsahibəsində doğum gününü qeyd edən aktyor Elşad Məmmədov deyib.

-Elşad bəy, aktyor olmağa necə qərar vermisiz?

-Mən 1969-cu il mayın 9-da Bakıda, Bayıl qəsəbəsində sürücü ailəsində anadan olmuşam. Qələbə Günündə dünyaya gəldiyimə görə anam mənə “Elşad” adını verib, yəni “Elin şadı”... Ətrafımda bu sənətlə məşğul olan heç kim yox idi.

Amma anam tərəfindən uzaq bir qohumumuz, Gənc Tamaşaçılar Teatrının aktyoru Osman Hacıbəyov vardı. Mən onu həmişə “dayı” deyə çağırırdım. O, bir çox tanınmış tamaşalarda çıxış etmişdi, onu özümə ideal bildim. Düzdür, doğma dayım olmasa da, dedim ki, qoç igid dayısına oxşayar və aktyor sənətini seçdim.

Bayılda oxuduğum 49 saylı orta məktəbə tez-tez aktyorlar gəlirdi, tədbirlər keçirirdilər. Onlara heyranlıqla baxırdım. Bu görüşlər peşə seçimimə böyük təsir göstərdi. Öz-özümə dedim ki, bir gün mənimlə də belə görüş keçirilsin. Elə də oldu. Məktəbimin fəxri məzunu oldum. Hər beş ildən bir, mayın 9-da həmin məktəbin akt zalında mənimlə görüşlər təşkil olunurdu. Bu, mənim üçün böyük qürur idi.

-Neçə ildir sənətdəsiniz?

-44 ildir bu sənətdəyəm, mənim sənət müəllimim teatr aləmində demək olar ki, bütün aktyorların sənət müəllimi olmuş Lütfi Məmmədbəyov idi. Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam.

Bizimlə birgə o səhnədə Xalq artistləri Əliabbas Qədirov, Loğman Kərimov, Əməkdar artist Şahin Cəbrayılov, Xalq artisti Laləzar Mustafayeva, Məleykə Əsədova, Xanım Qafarova, Adışirin Bağırov kimi dəyərli sənətkarlar da çıxış edirdi.

1980-ci ildə Lütfi müəllim məni Akademik Milli Dram Teatrına apardı. 1986-cı ilə qədər orada kütləvi tamaşalarda epizodik rollarda çıxış etdim. “Vaqif”, “Od gəlini”, “Tufandan əvvəl”, “Gülüstan” kimi tamaşalarda oynamışam. Məlik Dadaşov, Məmməd Sadıqov, Əliabbas Qədirov, Həsənağa Turabov kimi böyük sənətkarlarla tərəf müqabili olmuşam.

Filmlərdən Şahmar Ələkbərovun “Yük”, Vaqif Mustafayevin “Yoxlama”, Oktay Mirqasımovun “Cin Mikrorayonda” və Tofiq Tağızadənin “Köpək” filmlərində çəkilmişəm.

-Siz böyük bir faciə yaşamısınız. Qızınızı itirmisiz. Allah rəhmət eləsin. Qızınızdan sonrakı həyatınızı necə keçir?

-Qızım mənim hər şeyim idi. Fövqəladə Hallar Akademiyasının Yanğından Mühafizə fakültəsini bitirmişdi. Diplomunu almışdı, amma işləyə bilmədi. Sənətə, mədəniyyətə çox bağlı bir qız idi. Mənimlə birgə dövlət tədbirlərində çıxış edirdi.

Həmin il sanki hər şeyə çatmaq istəyirdi. Novruzda mən “Kosa”, o “Bahar qızı”, Yeni ildə mən “Şaxta baba”, o “Qar qız” olurdu. Gözəl vokal səsi vardı.

Atam və anam da vəfat edib. Amma heç bir kədər övlad acısı qədər uzun sürmədi. Hadisə təzə baş verəndə deyirdim ki, daha bu dünyanı, şadlığı, şənliyi neynirəm? Amma indi onun ruhunu şad etmək, gözümün nurunu itirməmək üçün hələ səhnədə oynayıb, yaratmaq istəyirəm.

Məni qızım tamaşaya aparardı. Pərdənin arxasından səhnəyə ötürərdi. Orada gözləyərdi. Mən səhnədən çıxanda əlimdən tutub qrim otağına aparardı. Deyirlər ki, birini bu qədər ürəkdən sevmək olmaz. Ürəkdən bağlananda o adamı itirə bilərsən. Ona görə bilmirəm həyatda necə davranım ki, onu itirməyim. Belə şeyləri yalnız filmlərdə görmüşəm. Hadisə baş verəndə öz-özümə “Görəsən, bu bir yuxudur, yoxsa gerçək?” dedim.

Qızım 6 iyul tarixində dənizdə boğulma təhlükəsi ilə üzləşmişdi. Sonradan mən və həyat yoldaşım görürdük ki, qızda arıqlama gedir. Müxtəlif həkimlərə apardıq, hərəsi bir söz dedi. Lakin ölümündən bir həftə əvvəl bir həkim dedi ki, bu, anemiyadır, qanazlığı varmış. Dənizdə baş verən hadisəyə qədər heç bir problem yox idi.

Həmin gün qohumumuzun maşını ilə qızımı Yeni Klinikaya aparırdıq. Yolda anasının qucağında keçindi. Özümü itirmişdim. Təcili yardım bir az tez gəlsəydi, bəlkə də qızım yenidən həyata qayıdardı.

Əvvəllər toylara gedəndə “Vağzalı” səslənəndə kövrəlirdim. Qızım soruşurdu ki, ata, niyə ağlayırsan? Deyirdim ki, qızım, səni xoşbəxt görmək istəyirəm. Mən onu ağ duvaqda görmək istəmişdim, amma ağ kəfəndə gördüm… Qızım əlimdən ağ göyərçin kimi uçub getdi. O qız mənim tutan əlim, görən gözüm idi.

-Deyirsiniz ki, qızınız sizi səhnəyə hazırlanmaqda kömək edirdi, bəs indi necə olacaq?

-Opera Teatrının binasında hər şey mənə tanışdır. İndi, yəqin ki, qrim otağından səhnəyə çıxmağa mənə kimsə kömək edər, ya da bəlkə o vaxta qədər özüm yaxşılaşaram. Teatrın binasında təmir bitdikdən sonra yenidən həmin həvəslə səhnəyə çıxmaq istəyirəm. Gözümün biri 20 faiz, o biri isə 3 faiz görür. Axşam saatlarında çölə çıxa bilmirəm. Eşitmişdim ki, Gürcüstanda yaxşı bir həkim var. Amma quru sərhədlər bağlı olduğuna görə gedə bilmədim. Müalicənin məbləği 14 500 dollar idi. Mən bu barədə yüksək instansiyalara müraciət etdim, amma cavab gəlmədi. Açığı, bir az incik düşdüm.

– 45 ildir sənətdəsiniz. Əməyiniz necə qiymətləndirilib?

-Bəzən elə bilirlər ki, mən Xalq artistiyəm. Hamıya deyirəm ki, mənim üzərimdə Akademik Dram Teatrının aktyoru adı var. Mən akademik aktyoram. Həm də heç vaxt “xaltura”nı sevməmişəm. Heç vaxt səhnəyə nəyinsə xətrinə çıxmamışam. Teatrımızın böyük kollektivi var. Onların hamısı mənim xətrimi çox istəyir, mən də onları çox istəyirəm.

Mənə “Əməkdar artist” və “Xalq artisti” fəxri adı verilməyib. Verilsə, əlbəttə, daha yaxşı olar. Verilmirsə, canları sağ olsun. Fazil Salayevin, Bahadur Əliyevin fəxri adı olmayıb. Mən nə onlardan əskiyəm, nə də artıq. Birinci növbədə Allahdan can sağlığı diləyirəm.

– Sizdə Yuri Nikulinin kloun burnu var. O hədiyyəni sizə necə verdi?

-Vaxtilə AzTV-də uşaq saatında “Şurum-Burum əmi” kimi efirə çıxırdım. Onu sonradan “Şirin Burun” adlandırdım. Obrazı elə ürəklə oynadım ki, o gündən hamı məni “Şirin Burun əmi” kimi tanıyır.

Moskvada Kinomatoqrafiya İnstitutuna imtahan verməyə getmişdim. Orada Yuri Nikulinlə qarşılaşdım. Söhbət zamanı özümü kloun kimi təqdim etdim, məqsədlərimi danışdım. Nikulin tərəfindən mənə o məşhur kloun burnu təqdim edildi. İndiyə qədər o burun məndədir. Bütün tədbirlərə onunla çıxıram.

– Heç demisinizmi bu obraz mənlikdir, onu mən daha yaxşı canlandıraram?

Birinci növbədə Hüseyn Cavidin “İblis” faciəsində İblis obrazını canlandırardım. Komediya baxımından ən çox arzuladığım obraz Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”unda Məşədi İbadı rolunu oynamaqdır.

Xatırlayıram, o vaxtlar Dövlət Televiziyasının "7–17" adlı bir proqramı vardı. Azərbaycanda Mərkəzi Komsomol idarəsi vardı. Mən orada Gənclər İdarəsinin dəstəyi ilə "Məlhəm" estrada teatrını təsis etdim. Bu teatr bu günə qədər var.

Bu teatrın ilk iştirakçıları Gülxar Həsənova, Şəfiqə xanım Axundova, onun oğlu Taleh Hacıyev, Səfurə Əzimi, Elxan Həcızadə, meyxanaçı Nizami Rəmzi, Rəhman Rəhmanov, Ağarəfi Rəhimli, Xanım Qafarova idi.

"7–17" proqramında Anar Cəbiyev Nağılbaz da vardı. O, Əliağa Vahid üslubunda meyxana deyirdi. Bir gün Anara dedim ki, Azərbaycanda hələ rep janrı yoxdur, meyxananı rep üslubunda səhnəyə çıxaraq. O vaxt Anar hər yerdə deyirdi ki, repi Azərbaycana gətirən mənim ifamda Elşad müəllim oldu.

Anar çox gənc idi. Mən onu kiçik qardaşım qədər çox sevirdim. Onun ətrafındakı bəzi rep deyən uşaqlar Anardan istifadə edirdilər. Mən ona həmişə, "Axı atan Milli Məclisin deputatı idi, sən gözəl, dəyərli bir ailədən gəlirsən" deyirdim. Teymur Əmrahla bir evdə, 7 il qardaş kimi yaşamışam. O vaxtlar Teymur hələ tanınmırdı. Mən onu dəmir yolu vağzalında gördüm, tanış olduq. Onu evimizə gətirdim, atam və anamla tanış etdim.

Mən heç vaxt istəməmişəm ki, Teymur mənim adımı çəkib nəsə desin. Amma bir istəyim var ki, mənim mərhum anamın adını çəksin. Çünki anam onu öz övladından ayırmadı. Valideynlərim ona öz balası kimi yanaşdı. Teymur çox istedadlı və bacarıqlı sənətçidir. Amma hər dəfə çıxışlarında Xuraman Qasımovanın, Flora Kərimovanın adını çəkir, bircə dəfə də anamın adını çəkməyib.

Teymur Əmrah 2022-ci ilin mayın 9-da mənə zəng etdi. Dedi ki, istəyirəm ad günündə bir yerdə oturaq. Onu düz 20 il idi görmürdüm. Görüşdük, başqa dostlarımız da gəldi. O gündən sonra yenə yoxa çıxdı. Zəng edirəm, cavab vermir. Həyat qəribədir… Amma qardaş bildiyim bir insan bunu etməməli idi.

-Sonda sizi sevənlərə nə demək istəyirsiniz?

-Tamaşaçılar məndən nigaran qalmasınlar. İnşallah, yenidən səhnəyə qayıdacağam və onlarla görüşəcəyəm. Aktyor tamaşaçı alqışı ilə var olur.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Quru sərhədlər açılacaqmı? - AKTUAL
Bu gün, 18:14
“Günə 800 manat qazanırdıq” – Qumar quranlardan etiraf
Bu gün, 17:53
Paşinyan dediyini etdi - Qarabağ danışıqlarının məxfi sənədlərini niyə açdı?
Bu gün, 17:50
Gecə klubundan çıxıb “Carsharing” in avtomobilini qaçırdı – Qəza törətdi
Bu gün, 17:49
“Haqlı olaraq bizdə belə bir şübhə yaranır ki, Gürcüstan hansısa üçüncü qüvvə ilə əlbir işləyir...”
Bu gün, 17:45
Yeni il qabağı otellərdə FANTASTİK QİYMƏTLƏR - "Rəqabət kifayət qədər geniş deyil"
Bu gün, 17:42
Ramiz Mehdiyevə yaxın olan... aid olan şirkətlər... - İşin içində Heydərov da var...
Bu gün, 17:38
Rusiyaya görə Avropa Türkiyəni Ermənistanla “birləşdirmək” istəyir
Bu gün, 17:25
Heyvan bazarları bayramda açılacaq? - AKTUAL
Bu gün, 17:23
Azərbaycanda bu qurum ləğv edilə bilər – Sınaqdan keçirilir
Bu gün, 17:18
Qarabağla əlaqədar 13 sənəd yayıldı: Əliyev güzəştə getmir, Sərkisyan Putinin yanına qaçır - “Armenpress”
Bu gün, 17:15
Koxalski "Qarabağ"dan gedir?
Bu gün, 17:05
Zəngəzur dəhlizindən həm də Avropa İttifaqı faydalana bilər -ŞƏRH
Bu gün, 17:03
Aİ-nin sabiq ali nümayəndəsi saxlanılıb
Bu gün, 16:58
Gələn il xaricdən daha çox borc ala bilərik – Limit 6 milyarda qaldırılır
Bu gün, 16:52
Tiktoker "Roşka"nın tələbi yenə rədd edildi
Bu gün, 16:47
Nazirlikdə yeni peşə qurumu – Dövlət Agentliyi ləğv edilir?
Bu gün, 16:43
Mikayılovun 'həqiqətləri' və HƏQİQƏTLƏR... - Yəqin nəzərə alarlar...
Bu gün, 16:38
“Çevriliş işi”ndə sıra generallara çatdı - NƏ BAŞ VERİR?
Bu gün, 16:23
Təbrizdə “Koroğlu” tamaşasına görə qalmaqal yarandı - TƏFƏRRÜAT
Bu gün, 16:13
AXCP sədrinin həbsi o demək deyil ki, partiya ləğv olunacaq... - BUNUN ÜÇÜN...
Bu gün, 16:11
Bunlar son 32 ildə hakimiyyət-xalq münasibətlərini gərginləşdirməyə çalışıblar - Professor
Bu gün, 16:01
İrəvan Azərbaycanla sülhün daha da institutlaşdırılması üçün səylərini davam etdirəcək - Mirzoyan
Bu gün, 15:59
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi”?! - Emin Əmrullayevin adı hallanır
Bu gün, 15:57
“Azərsutəchizattikinti” 9 milyon manata Cəbrayılın su xətləri və kollektorlarını tikəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 15:54
“Ramiz Mehdiyev işi”: 50 nəfərlik siyahı bir-bir açılacaq - İLGİNC
Bu gün, 15:51
Əri dini təriqətə qoşulan qadının DİŞLƏRİNİ QIRDI - TƏFƏRRÜAT
Bu gün, 15:46
Kürəkənini öldürən kişinin qızı DANIŞDI - "Onu evə qoymurdum"
Bu gün, 15:43
Qaqik Tsarukyan barəsində cinayət işi başlanıb
Bu gün, 15:40
“Qaçqınkom” 136 minə bu şirkətdən 9 min cibli jaket alır - TƏFƏRRÜAT
Bu gün, 15:39
Ermənistan hökuməti Qarabağ danışıqlarına dair sənədləri dərc edib
Bu gün, 15:32
Paşinyanın deputatlığa namizədlər siyahısındakı Knyaz Həsənov kimdir?
Bu gün, 15:26
İrəvanda 2026-cı ilin yazında Ermənistan-Aİ birinci sammiti keçiriləcək
Bu gün, 15:23
“PAŞA Sığorta”nın rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Bu gün, 14:26
ABŞ sülh sazişindən sonra Rusiyanın aktivlərini geri qaytaracaq – “Politico”
Bu gün, 14:23
Nazirlikdən "Koneks Construction"a 4,3 milyon manatlıq sifariş - TENDER NƏTİCƏSİ
Bu gün, 14:20
Ramiz Mehdiyevin daha bir gizli müraciətinin üstü açıldı - AÇIQLAMA
Bu gün, 14:17
Məhkəmə “Tolik”lə bağlı qərar verdi
Bu gün, 14:13
“Nar” QHT-lərlə KSM sahəsində əməkdaşlığın gücləndirilməsinə dəstək verir
Bu gün, 14:09
Saakaşvili Gürcüstan hakimiyyətini ittiham etdi - Azərbaycana görə
Bu gün, 13:09
Ararat Mirzoyan Brüsseldə Kaya Kallasla görüşüb
Bu gün, 13:04
Şamaxının deputatı rayondakı durumla bağlı HARAY ÇƏKDİ - "10 kənddə vəziyyət kritikdir"
Bu gün, 13:00
Alınmış sahə başqa şəxsin adına rəsmiləşdirilib - BU NƏDİ BELƏ?
Bu gün, 12:58
Pənah Hüseyn sədr postuna öz namizədini açıqladı - "Namizədlər olacaq, amma..."
Bu gün, 12:56
Yeni Klip, Yeni Hiss: “Sirrim” - VİDEO
Bu gün, 12:53
Əli Kərimli apelyasiyaya hazırlaşır - AÇIQLAMA
Bu gün, 12:50
“Kimdənsə rəsmi nikahsız iki uşaq qazanmış qadına hədiyyələr gəlir, efirlərin yiyəsi yoxdur”
Bu gün, 12:48
BRAVO yenə `GÜL VURUR`... - AY MAŞALLAH...
Bu gün, 12:39
Havanın yağıntılı keçəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:31
Aİ Ermənistana 500 milyon avro ayıracaq
Bu gün, 12:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru