
“Müharibədən sonrakı bütün reallıqlar öz təsdiqini Zəngəzur dəhlizi ilə tapacaq”.
Bunu Yenicag.az-a açıqlamasında Zəngəzur dəhlizinin reallaşması və ölkəmiz üçün mümkün perspektivlərindən danışan politoloq Aydın Quliyev deyib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması Azərbaycan üçün gündəmin ən vacib mövzusudur.
“Yaxın bir neçə ildə də bu layihənin gündəmdən çıxacağını gözləmək olmaz. Heç bir şərtlə Azərbaycan Zəngəzur dəhlizini güzəştə getməyəcək. Çünki bu dəhliz müharibədən sonra Azərbaycanın regionda yaratdığı reallıqların ən vacib elementidir”, – deyə o bildirib.
Ətraflı olaraq videomaterialda: