
ABŞ Müdafiə Nazirliyi sınaq müddətində olan 5400-ə yaxın mülki əməkdaşı işdən kənarlaşdırmağa hazırlaşır.
Trend xəbər verir ki, bu barədə Pentaqonun yaydığı bəyanatda deyilir.
“Müdafiə Nazirliyi sınaq müddətində olan əməkdaşların ştatını təkrar nəzərdən keçirir. Biz sınaq müddətində olan 5400-ə yaxın (mülki) xidmətçinin ilkin səylər çərçivəsində artıq gələn həftədən işdən azad olunacağını gözləyirik”, -deyə bəyanatda qeyd olunur.
Bəyanatda o da bildirilir ki, insan resursları ilə bağlı Pentaqonun tələbatları tam şəkildə təhlil olunana qədər işə qəbul prosesi müvəqqəti olaraq dayandırılacaq.